saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Cəmiyyət

Nahid Emiloğlu tərəfindən aldadılan müştəri vəkilə müraciət edir! / 30.01.2015

Müğənnilərin konsertini təşkil etməklə məşğul olan Nahid Emiloğlu tərəfindən aldadılan müştəri mənə müraciət edib. 
Nahid Emiloğlunun təşkilatçılığı ilə 07 iyun 2014-cü il tarixində Türkiyəli müğənni Rafet El Romanın Ramada Baku otelində konsert verəcəyini internetdən öyrəndim. Elan mətnində yerləşdirilən 050 509 00 34 nömrəli telefon nömrəsi ilə əlaqə saxladım. Telefon zənginə cavab verən xanım Yasamal rayonunda Statistika Komitəsinin yanında yerləşən ofislərindən biletləri ala biləcəyimizi dedi. Həmin gün onların ofisinə gedərək 1 nəfər 200 manat olmaqla 10 nəfərlik stol sifariş etdim və 2.000 (iki min) manat ödəyərək 10 bilet aldım. 07 iyunda konsertin keçirilməsi təxirə salındı. Təşkilatçılar zəng edib bildirdilər ki, konsert 28 və ya 29 iyunda keçiriləcək. Növbəti dəfə zəng edib dedilər ki, konsert Ramazan ayına düşdüyünə görə iyunun 25-nə təxirə salındı. Lakin 25 iyunda konsert keçirilmədi.

Yenidən təşkilatçılarla əlaqə saxladım. Onların dediklərindən belə məlum oldu ki, təşkilati problemlər çıxdığına görə müğənni Bakıya gələ bilmir, konsert təxirə salındı, yaxın vaxtlarda görüşüb pulu çatdıracaqlar.

Biletin pulları qaytarılmadığına görə mənə bilet satan 0505090034 telefon nömrəsinə zəng edərək bileti qaytarmağı xahiş etdim. Mənə bildirdilər ki, biletin satışından əldə olunmuş pullar müğənninin Türkiyədəki bank hesabına ödənilib, çox yaxın zamanda pul vəsaiti onların hesabına ödənildikdən sonra bilet pulları qaytarılacaq. Bir neçə dəfə bu nömrəyə zəng etdim, hər dəfə bir bəhanə edərək pulu ödəyəcəklərini qeyd edirdilər. Daha sonra həmin nömrə zənglərimə cavab vermədiyinə görə konsertin keçirilməsi barədə rəsmi məlumat verən www.sesmusic.net saytında yerləşdirilmiş 0505109626 telefon nömrəsi ilə əlaqə saxladım. Dəfələrlə bu nömrə ilə danışdım, zənglərə cavab verən xanım dedi ki, yaxın günlərdə Qəbələdə başqa bir konsert keçirib əldə olunmuş pulla borclarını qaytaracaqlar. Halbuki bundan əvvəl danışdığımız nömrədən (0505090034) deyirdilər ki, müğənninin Türkiyə bank hesabına ödənilmiş pullar geri qaytarıldıqdan sonra bilet pulları ödəniləcək. Beləcə aldadıldığımızı gördükdə 0505109626 telefon nömrəsi ilə danışan xanıma hüquq mühafizə orqanlarına müraciət edəcəyimizi bildirdik. Bundan sonra 050 215 38 78 nömrədən bir nəfər zəng edərək şikayət etməməyi, 3 günə pulu qaytaracağını bildirdi. 3 gündən sonra isə 050 204 10 24 nömrədən zəng edən konsertin təşkilatçısı Nahid Emiloğlu 31 iyulda pulun ödəniləcəyini və şikayət etməməyimizi xahiş etdi. 31 iyul və daha sonralar Nahid Emiloğlu zənglərimizə cavab vermədi.

Bilet alan insanların narahatlıqlarını dilə gətirən media orqanlarına müsahibə verən Nahid Emiloğlu isə hər dəfə bir cür müsahibə verir. http://www.showlife.az/ saytına müsahibəsində bildrimişdir ki, “Konsert sentyabrda baş tutacaq. Proqramın təxirə salınmasına səbəb məkan dəyişikliyi olub. Nəzərdə tutulan konsert daha böyük bir yerdə - "Yaşıl Teatr”da keçiriləcək”. (mənbə: http://www.showlife.az/news/7523#.U-C6Xvl_uYs).

Bir daha xatırladıram ki, biletlərin satışı üçün elanda yerləşdirilən 0505090034 nömrədən əvvəlcə bizə bildirirdilər ki, biletlərin satışından əldə olunmuş pul vəsaiti müğənninin Türkiyə bank hesabına ödənilib, çox yaxın zamanda həmin məbləğ onların hesabına ödənildikdən sonra bilet pulları qaytarılacaq. Bu nömrə sonralar zənglərə cavab vermədi. Konsertlər barədə rəsmi məlumat verən www.sesmusic.net saytından götürdüyümüz 0505109626 nömrədən isə yaxın günlərdə Qəbələdə başqa konsert keçirib əldə olunmuş pulla borclarını qaytaracaqlarını bildirdilər. Bir müddətdən sonra bu nömrə də zənglərə cavab vermədi. 050 204 10 24 nömrədən zəng edən konsertin təşkilatçısı Nahid Emiloğlu Rafet El Romanın viza problemi olduğunu və tezliklə biletə ödənilmiş pulu qaytaracağını dedi. Hazırda isə http://www.showlife.az/ saytına müsahibə verib deyir ki, proqramın təxirə salınmasına səbəb məkan dəyişikliyi olub. Daha bir neçə saytda bu müsahibə dərc olunub (o cümlədən http://xeberdar.az/news/c:15764).

Halbuki bundan əvvəlki müsahibələrində viza məsələsində problemə görə konsertin təxirə düşdüyünü deyirdi. (http://oxu.az/showbiz/27981). Bu linkə də baxa bilərsiniz: http://news.lent.az/news/168888.

Artıq konsertin keçirilməsi barədə rəsmi məlumat verən www.sesmusic.net saytı da işləmir.

Yuxarıda göstərilənlərdən açıq-aşkar görünür ki, bilet alan şəxslər aldadıldılır, onların verdikləri pullar mənimsənilir.”


Vamiq Şükürov
Vəkil
 
Ofis ünvanı: Bakı ş., Badamdar q., M.Müşviq k., 1C, Kempinski Recidence Otel, 3-cü mərtəbə
Pulsuz Hüquqi Məsləhət qrupu: https://www.facebook.com/groups/huquqiyardim/




422 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium