saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Cəmiyyət

Qeyri-ixtisaslı jurnalistlər: “Diplomumun 20 ildə bircə dəfə xeyiri olub” / 14.09.2014

İnsanın həyatında önəmli seçimlər sırasında ixtisas seçimi də var. Bəlkə də seçərkən əhəmiyyətini bilmirik, bəlkə də sevdiyimiz peşəni seçə bilmirik. Ya çalışarkən özümüzü o sahədə tapa bilmirik, ya da qazanc gətirmir. Bu və ya digər səbəblərdən ali məktəbdə yiyələndiyi ixtisası üzrə hazırda çalışmayan insanlar kifayət qədərdir. Jurnalistlər arasında da qeyri-ixtisas sahibləri az deyil.

Modern.az saytı “Qeyri-ixtisaslı jurnalistlər” rubrikasına davam edir.

“Lent.az” saytının əməkdaşı Vüsalə Məmmədova həyatının ən böyük peşmançılığını teatrda çalışmağı, ən böyük səadətini isə ordan ayrılmağı hesab edir: “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram və kino sənəti fakültəsini bitirmişəm. İxtisasım dram rejissorudur. Həyatımda 15 dəqiqəlik də olsun rejissorluq etməmişəm, heç Allah qismət də eləməsin. 8 il dövlət teatrında aktrisa kimi çalışmışam. İşimi sevirdim, amma bütün sevgilərin bir tükənən mərhələsi var. Ya da “xüsusi təyinatlı sevgi tükədənlər” var.

Teatrdan ayrılanda bir də heç vaxt bu işlə məşğul olmayacağımdan əmin idim. Əvvəlcə PR meneceri kimi fəaliyyətə başladım. Aktrisalıqdan birbaşa PR işinə keçəndə işi peşəkar səviyyədə öyrənmək üçün kurslara getdim. Ən yaxşı mütəxəssilərdən öyrənməyə çalışdım. Mətbuata gələndə isə heç bir kursa getməyə ehtiyac duymadım. İkinci təhsil almaq lüksüm yox idi, hər hansı kursa isə getməyə lüzum görmədim. Mövcud kursların heç birində mənə jurnalistikanı öyrədən bacım Səadət Məmmədova qədər peşəkar jurnalist yox idi. İxtisas dəyişəcəm deyəndə, bacım heç düşünmədən “sən bacaracaqsan” demişdi. O, “mən düzgün cümlə qura bilən adamdan bacarıqlı müxbir hazırlayıram, sən isə tam bir abzası yaza bilirsən” demişdi.

Əlimdə “bu adam jurnalist işləyə bilər” yazılan heç bir sənədim yoxdu, bunu mənə dəfələrlə irad da tuturlar, amma mən narahat deyiləm, çünki hələlik qarşısında məəttəl qaldığım durum olmayıb. Mətbuata gəldiyim gündən bir şeyin fərqində olmuşam ki, mən artıq jurnalist kimi özünü təsdiqləyən bir adamın bacısıyam, adım Səadət Məmmədovanın bacısı Vüsalədir. O ada layiq olmalıyam.

Əməkdaşlıq etdiyim və çalışdığım mətbuat orqanlarını da xüsusi peşəkarlıq parametrlərinə görə seçmişəm. Bu mənada həm bəxtim gətirib, həm də seçimlərim mənə uğur gətirib. Həmişə çalışmışam ki, artıq brendə çevrilmiş KİV orqanları ilə işləyim ki, seçimlərimin səviyyəsi bu sahədə tutduğum yolun mahiyyəti ilə uyğun gəlsin. Yəni hədəfə doğru yolla gedim.

Bu baxımdan Day.Az-da işə başlamaq və bu fəaliyyəti APA Holding kimi peşəkar bir şirkətlə davam etdirməyi özümə fəxr bilirəm.

Həyatımdakı ən böyük peşmançılığım teatrda xərclədiyim 8 ildi. Çünki həyatımın ən gənc, enerjili dövrü idi. Başqa işlə məşğul olsam, o sevgini, zəhməti başqa sahəyə xərcləsəm, daha yaxşı olardı. Həyatımın ən böyük peşmançılığı ora getməyim, ən böyük səadətim isə ordan ayrılmağım idi. Bu məşəqqətli dönəm idi. Teatrdan gəldiyin üçün başqa sahələr səni çox çətinliklə qəbul edirlər. Bizim insan teatrdan gələn adamı heç vaxt qəbul etmir. Özünü sübut edincə illərin gedir...

Bugünki işimdən, həyatımdan çox razıyam. Yazanda çox xoşbəxt oluram. Zamanında da səhnədə olanda bu qədər xoşbəxt olurdum. Sonra isə... İndi də nə vaxt ki, yazı yazanda xoşbəxt olmadığımı hiss etsəm, yenə ixtisas dəyişəcəm (gülür).

Sevmədiyim işi görəndə özümə hörmətim itə bilər. Heç kimə sevmədiyi işlə pul qazanmağı arzu etmirəm”.

 “Yeni Müsavat” qəzetinin köşə yazarı Zamin Hacını jurnalistikaya gəlməyə həyat məcbur edib: “1989-cu ildə universitetə qəbul olunmuşam. Mən qəbul olan ili o universitet Leninqrad Maliyyə İqtisad İnstitutunun Bakı filialı adlanırdı, amma qurtaranda artıq Azərbaycan Dövlət İqtisad Universiteti adlanmağa başladı. Daxil olduğum fakültənin adı Plan-iqtisad idi, amma qurtaranda İqtisadiyyətin dövlət tənzimlənməsi adlanırdı. Öz ixtisasım üzrə yarım gün də işləməmişəm. 1994-cü ildə universiteti bitirəndə qarışıq bir dövr idi. Məni Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna dəvət etmişdilər. İnstitutun o vaxtkı direktoru diplomumun müdafiəsində işlərimi xoşlamışdı deyə, özü şəxsən məni dəvət etmişdi ki, gəlim orada elmi iş götürüm, institutun işçisi olum. Açığı mən də getdim, instituta baxdım və heç xoşuma gəlmədi. Gördüm, boş koridorlar, boş otaqlar, kimsə oturub nərd oynayır, kimsə corab toxuyur. Elə o çıxan bir də instituta qayıtmadım. 

Bir dəfə də bir tanış gömrükdə işə düzəlməyə təklif etmişdi. O iş ixtisasıma uyğun idi. O vaxt tanış dedi ki, 3 min dollar gətir, səni gömrüyə düzəldək, bircə aya o pulu çıxardacaqsan. Mən də təbii ki, rüşvət almaq və yaxud vermək istəyim olmadığına görə o vaxtdan diplomu qatladım bir qırağa atdım. Diplomumun mənə 20 ildə bircə dəfə xeyri olub. O da əsgərliyimin başqaları ilə müqayisədə 6 ay az olmasıdır. Başqa heç bir yerdə işlətməmişəm. 

Qarşıma xüxusi məqsəd qoyub jurnalistikaya gəlməmişəm. Sadəcə olaraq, həyat məcbur edib. İnstitutu qurtarandan sonra ortalıqda qaldıq, iş-güc yox, hər yerdə rüşvət istəyirlər. Amma ondan əvvəl qeyd edim ki, universitetdə oxuya-oxuya bəzi qəzetlərlə əməkdaşlıq etmişdim. Birinci kursda oxuyanda “Gənclik” jurnalında şeirlərim çıxmışdı. Yazı-pozuya meyilli adam idim. Əvvəlcə kiçik, həftəlik qəzetlərə qonararla yazılar verməyə başladım. Sonra “Azadlıq” qəzetində işə düzəldim və beləcə jurnalist işləməyə başladım. 

Onu da deyim ki, atam uzun illər rayonda müəllim işləyib, amma orada çıxan “Azərbaycan gəncləri”, “Araz” qəzetlərinin ştatdankənar müxbiri olub. Yəni jurnalistika mühiti uşaq yaşlarından mənim üçün yad deyildi. Yadımdadır, 7 yaşım olanda “Pravda” qəzetinin müxbiri bizim evdə qonaq qalmışdı. O vaxt raykom katibi maşında yatırdı ki, görüm birdən “Pravda” qəzetinin müxbirinin ürəyindən nəsə keçər, onu tapaq gətirək. Ümumiyyətlə, bizim xalq yazı-pozu adamına həmişə böyük hörmət bəsləyib. Mən burada rüşvəti, yaxud hökümətin hörmətini yox, birbaşa camaatın hörmətini nəzərdə tuturam. Bunu görmüşəm və bu hörmət də bir az məni cəlb edib.

Jurnalistikaya gəldiyimə görə qətiyyən peşmançılıq hissi yoxdur. Çünki özümü bu işdə lazımlı hesab edirəm və bu peşəni sevirəm. Bir məsəl var, deyir, həm sevdiyin işlə məşğul olasan, üstəlik də buna görə sənə pul verələr. Bu ikiqat yaxşı haldır. Təbii ki, indi Azərbaycanda jurnalistika ilə məşğul olmaq çətindir. Amma biz çətinliklərdən qorxan insan deyilik. Özümü başqa işlə məşğul olan təsəvvür etmirəm. Açığı, yazı yazmaqdan aldığım zövqü başqa heç nədən almıram”.

“Azpolitika.info” saytının baş redaktoru Elnur Məhərrəmli jurnalistikadan uzaqlaşmağa cəhd edib: “Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini bitirmişəm. Öz ixtisasım üzrə işləməmişəm.

Jurnalistika ilə əlaqəm 1999-cu ildən – hələ universitetdə 3-cü kursda oxuyarkən yarandı. Bu zaman məndə ölkənin ictimai-siyasi həyatına ciddi maraq yaranmışdı. Gündəlik qəzetləri izləyir, siyasi gündəmi yaxından təqib edirdim. Bu aktivliyimi müşahidə edən yaxın qohumlardan biri (onun özünün də jurnalistika ilə bağlılığı var idi) dövrünün ən tirajlı və populyar qəzetlərindən olan “Hürriyyət”də sınaq müddətinə işə düzəlməyimə kömək etdi. Həmin vaxt “Hürriyyət”in rəhbərliyində güclü heyət var idi - Azər Hüseynbala baş redaktor, Faiq Novruzovla Zöhrab Əmirxanlı redaktor vəzifələrində çalışırdılar. Kollektivdə kifayət qədər tanınmış jurnalistlər də var idi. Açığı belə bir mühitdə uğur qazana biləcəyimə o qədər də inanmamışdım. Lakin mən “Hürriyyət”ə ayaq açandan 1-2 həftə sonra qəzetin rəhbərliyi istefaya göndərildi. Onların ardınca təcrübəli jurnalistlərin də bir neçəsi “Hürriyyət”i tərk etdi. Yəni müəyyən qədər mənə də meydan açıldı. Yaranan boşluqdan istifadə edib redaksiyada yerimi bərkidə bildim. Cəmi il yarımdan sonra “Hürriyyət” qəzetində redaktor vəzifəsində çalışırdım. O vaxt-bu vaxt jurnalistikadayam.

Ara-sıra peşmançılıq hissi olub. Hətta bir ara uzaqlaşmağa, özümə yeni peşə və iş yeri seçməyə də cəhd etmişəm. Amma alınmayıb. Jurnalistika elə bir peşədir ki, burda az-çox uğur qazanandan sonra onu atmaq çətin olur. Hər halda mənə belə gəlir. Bir peşə iş yeri olmaqdan çıxıb, həyat tərzinə çevrildisə, deməli, sənin ömürlük yol yoldaşındır”.

“Üç nöqtə” qəzetinin əməkdaşı Xalid Vahidoğlu prinsipial xarakterinə görə, özünü hüquq sahəsində görürmüş: 
“İxtisasca filoloqam. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsini bitirmişəm. Bakı Dövlət Universitetində isə Azərbaycan dili ixtisası üzrə magistr təhsili almışam. 2000-ci ildə ADPU-nu bitirəndən sonra təyinatla məni daimi qeydiyyatda olduğum Kəlbəcər rayon Təhsil Şöbəsinə göndərdilər. O zaman pedaqoji sahədə diplomun tanınması üçün 3 il işləmək lazım idi. Mən də Kəlbəcər rayonunun Bakı şəhərində fəaliyyət göstərən məktəblərindən birində işə başladım. Bir ay dərs deyəndən sonra həqiqi hərbi xidmətə yollandım. Hərbi xidmətdən sonra da 2011-ci ilədək jurnalistika ilə yanaşı, həm də pedaqoji fəaliyyətlə məşğul olmuşam. 

Uşaqlıqdan axtarışlar aparmaq, mübarizlik, həqiqəti üzə çıxarmağa çalışmaq və özüm üçün müəyyənləşdirdiyim ədalət prinsiplərinə sadiq olmaq əsas hobbim idi. Hələ orta məktəbdə oxuyarkən müəllim dərsə gəlməyən bir sinif yoldaşımın “Rus dili” fənnindən olan imlasını onun əvəzindən yazmağı mənə tapşırdı. Amma mən açıq formada imtina etdim və yazmayacağımı bildirdim. Həmin dərsdə 45 dəqiqə döyülüb, küncdə saxlansam da, imlanı yazmadım və bir il ərzində dərsə verdiyim cavabdan asılı olmayaraq qiymətin “2” olurdu. Yeri gəlmişkən deyim ki, bu prinsiplər sonradan da qaldı. Məsələn, magistr olmaq üçün 5 il (yalnız test üsulunun tətbiq olunduğu ilk ildə qəbul ola bildim), sürücülük vəsiqəsi almaq üçün 7 dəfə imtahan vermişəm. Bu xüsusiyyətlərimə görə, uşaqlıqda özümü hüquq sahəsində görürdüm. Amma orta məktəbi bitirdiyim məcburi köçkün olduğumuz dövrə düşdüyündən, təkcə 10-11-ci sinifdə 7 məktəb dəyişməli oldum və normal təhsil ala bilmədim. 

Ali məktəbdə filologiya ixtisası üzə təhsil alsam da, öz prinsiplərimi jurnalistikada reallaşdırmağı görürdüm. Orta məktəbdə həm də divar qəzetinin (elə indiki bir çox qəzetlər də bundan artıq nəsə etmir) redaktoru olmuşam. Tələbə vaxtı da müxtəlif publisitik yazılar yazıb qəzetlərə verirdim. Amma aktiv jurnalistika fəaliyyətinə 2002-ci ildə “Vəhdət” qəzetində başladım. Sonralar “Vətəndaş həmrəyliyi”, “Yeni İstiqlal”, “Bizim Azərbaycan naminə” qəzetlərində işləmişəm. Sonradan rəhmətlik Məmməd Nazimoğlunun tövsiyəsi ilə «Üç nöqtə» qəzetinə gəlmişəm və burada fəaliyyətimi davam etdirirəm.

Jurnalistikaya gəlişimdən peşman deyiləm. İxtisasca jurnalist olmasam da, jurnalistikanı özümdə olan həvəs, fərdi qaydada bilikləri artırmağa cəhd, yerli və beynəlxalq ekspertlərin təlimlərində öyrənə bildim. Bu gün də nəsə öyrənəcəyim təlimlərə həvəslə qatılaram. Jurnalistika ixtisası üzrə ali təhsil alıb fəaliyyətə başlayan əksər gəncləri gördükdə isə bizdə bu fakültənin jurnalist yetişdirmədiyini görmüşəm. Azərbaycanda sözün həqiqi mənasında jurnalist olmaq, jurnalistikanın təməl prinsiplərinə sadiqliq göstərib işləmək nə qədər çətin olsa da, bunlara əməl etməyə çalışıram. Düzdür, fəaliyyət göstərdiyim dövrdə hansısa mövzuda yazandan sonra daxilən bir rahatlıq tapdığım yazılar az olub, amma var. Buna görə də bu gün də jurnalistikada fəaliyyətimi davam etdirirəm. Peşmançılıq yalnız jurnalistikanı alverə, şəxsi ambisiyalarını həyata keçirmək üçün istifadə edənlərin artması ilə bağlıdır. Əsas arzum isə jurnalistin istədiyini (beynəlxalq aləmdə qəbul olunan jurnalist prinsiplərinə əməl etməklə) yazmağa və cəmiyyətə çatdırmağa lazım olan tribunanın daha çox olmasıdır”.


Misranə Həsənzadə
Modern.az





358 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium