saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Cəmiyyət

Rusiya teleməkanının məşhur azərbaycanlıları / 25.06.2014

Azərbaycanla Rusiyanın mədəniyyət əlaqələri daim intensivliyi ilə seçilib. Azərbaycan mədəniyyət və incəsənət xadimləri istər Sovet İttifaqında, istərsə də indiki Rusiyada  professional karyera uğurlarına imza atıblar. Onların arasında jurnalistlər, yumoristlər, müğənnilər xüsusi çəkiyə malikdir.

Modern.az çağdaş Rusiya teleməkanın ən məşhur azərbaycanlı simalarını təqdim edir.

 

İradə Avtandil qızı Zeynalova – Rusiya televiziya məkanını tanınmış simalarından biri hesab olunur. O, 1972-ci il fevralın 20-də Moskva şəhərində anadan olsa da, əslən Azərbaycanın Qazax rayonundandır. Rusiya televiziya məkanında ən böyük peşə uğurları qazanmış azərbaycanlı qadın sayılan İ. Zeynalova 2012-ci ildən Rusiyanın “1-ci kanalı”nın əsas xəbər buraxılışı olan “Vremya”nın əsas aparıcısıdır.

 

Svetlana Avtandil qızı Zeynalova – İradə Zeynalovanın bacısıdır və jurnalist kimi fəaliyyət göstərir. 1977-ci il mayın 8-də anadan olan İ. Zeynalova həm radio, həm də televiziya sahəsində təcrübəyə malikdir. O 2011-ci ilin fevralından “1-ci kanal”ın səhər verilişinin aparıcısıdır.

  

Teymur Mikayıl oğlu Kərimov – Rusiyada şoumen, aparıcı, müğənni və yumorist kimi tanınır. Daha çox səhnə adı – Timur Rodrigeslə auditoriyanın rəğbətini qazanan Teymur Kərimov 1979-cu il oktyabrın 14-də Penza şəhərində anadan olub. O, “Şən və Hazırcavablar Klubu”nda uğur qazandıqdan sonra, ən reytinqli yumoristik veriliş “Kamdi Klab”da rezidentlərdən biri kimi çalışıb. Hazırda Rusiya teleməkanında Teymur Kərimov daha çox müğənni və televiziya aparıcısı kimi tanınır.

 

Tahir Namiq oğlu Məmmədov – Rusiya efirində tanınan daha bir azərbaycanlıdır. 1981-ci il oktyabrın 2-də azərbaycanlı ata və erməni ananın ailəsində dünyaya göz açan Tahir Məmmədov 80-ci illərin sonlarında ailəsi ilə birlikdə Moskvaya köçmüşdü. Rusiyada “Şən və Hazırcavablar Klubu”nun təşkil etdiyi yarışlarda iştirak edən azərbaycanlı yumorist tezliklə, yəni 2005-ci ildən isə “Kamedi Klab” yumoristik verilişinin rezidentlərindən birinə çevrilir. 2008-ci ildə artıq rus tamaşaçısı üçün tanınan simaya çevrilən Tahir Məmmədov verilişi tərk edərək özünü kino aktyorluqda sınamaq qərarına gəlir. Paralel olaraq o bir sıra televiziya şoularının iştirakçısı və aparıcısı kimi fəaliyyət göstərir. Onun son layihələrinə gəlincə, 2013-cü ildə baş rollarından birini ifa etdiyi “Kişilər nə edir” komediya filmi Rusiya kinoprokatının ən gəlirli filminə çevrilərək yaradıcılarına 10 milyon dollar gəlir qazandırmışdı. Yaxınlarda Tahir Məmmədovun iştirakı ilə filmin 2-ci hissəsinin premyerası keçiriləcək.

 

Bəxtiyar Əliyev – Azərbaycan əsilli Rusiya müğənnisidir. 1988-ci il oktyabrın 5-də Moskvada anadan olan B. Əliyev əslən Ağcabədi rayonundandır. “Bahh Tee” səhnə adı ilə 2006-cı ildən müğənnilik karyerasına başlayan həmyerlimiz sosial şəbəkələr vasitəsilə böyük populyarlıq qazanıb. B. Əliyevin mahnıları YouTube portalında 25 milyondan artıq insan tərəfindən izlənilməklə özünəməxsus rekord vurub. Tez-tez Rusiya telekanallarını qonağı olan B. Əliyev tarixi vətəni Azərbaycanda da bir neçə dəfə konsert proqramı ilə çıxış edib.



«MediaPost Azərbaycan»

423 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium