saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Sağlam həyat

Hepatit B və C-nın müalicəsi var / 06.06.2014

Tibb üzrə fəlsəfə doktoru, Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazıminin Olaylar.az saytına müsahibəsi:

-Bu gün dinamik həyat yaşadığımız üçün bəzən sağlamlığımız haqqında düşünməyə vaxt qalmır, Mircəlal həkim, necə düşünürsüz, hepatit B və C bir neçə il əvvəl olduğu kimi hələ də aktual bir mövzu olaraq qalıb?

- Bizim daha çox tanış olduğumuz, coğrafi ərazimizdə geniş yayılan viruslar hepatit A, B və C-dir. Bunun xaricində hepatit əmələ gətirən digər virus növləri də mövcuddur. Əhalinin böyük əksəriyyətində hepatit A virusu var. Sarılıq xəstəliyi elə hepatit A yaradır. Qısa müddət ərzində hepatit A-ya qarşı təbii immunitet yarandığı üçün xəstə tezliklə sağalır. Hepatit A-ya yoluxma ehtimalı uşaq ikən daha çox olur. Qeyd edim ki, çox az faizlə, bu virus kəskin hal alaraq qaraciyər çatışmazlığına da səbəb olur. Bu hal hətta orqan köçürülməsinə  gətirib çıxara bilər. Qısa müddət ərzində yayıldığı üçün hepatit viruslar arasında ən təhlükəlisi və sıxlıq təşkil edəni B və C-dir. Əlimizdə konkret statistika mövcud olmasa da müşahidələrimiz, bizə müraciət edənlərin çoxluğuna diqqət yetirdikdə deyə bilərik ki, bu virus geniş yayılıb. Bu çox böyük rəqəmdir. Hepatit B və C viruslarının istər ilkin, istərsə də gecikmiş dönəmdə fəsadları böyük olur. Ümumi halsızlıq, zəifliklə yanaşı virus qaraciyər şişlərinə, qaraciyərin sirrozuna səbəb ola bilir. Hepatit B və C virusu qarşılaşdırıldıqda yayılma ehtimalına görə B virusu daha üstündü.

 

- Ümumiyyətlə bu virus necə yayılır? Xəstəliyin tam müalicəsi necə, mümkündürmü?

 

- Yanlış bir fikir formalaşıb - bu viruslar yalnız cinsi və qan yolu ilə yoluxur. Hepatit B virusunun ən təhlükəli cəhəti ailə üzvlərinə yoluxma ehtimalının yüksək olmasıdır. Bədən, tər, öpüş, qab-qacaq vasitəsilə xəstəliyin yayılması sürətlə artır. Bizə müraciət edənlər arasında belələri azlıq təşkil etmir. Hepatit B-nı C virusu ilə müqayisədə daha xoş virus hesab etmək olar.  Bu virusdan qorunmaq üçün peyvənd var. 2000-ci ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatı bütün ölkələrə tövsiyəsində virusa qarşı peyvəndlərin aparılmasının vacib olduğunu vurğulayıb. Hər hansı şəxsə hepatit B-yə qarşı peyvənd vurulduqda onun virusa yoluxma ehtimalı tamamilə sıfra bərabər olur. Bu peyvəndin 95 faiz qoruma ehtimalı var. Belə halda virusa yoluxan şəxsin qanı belə digərinə təmas etdikdə peyvəndləndiyi üçün onun üçün heç bir həyati təhlükə yaranmır. Hepatit B ilə qarşılaşmış insanların 60-70 faizində virusa qarşı təbii qoruculuq yaranır. 25-30 faiz hallarda isə belə xəstələrdə virus xroniki hal alır. Bu virusa yoluxanlar mütləq nəzarət altında qalmalıdı. İldə iki dəfə, hər şey qaydasına düşdükdən sonra isə ildə bir dəfə müayinədən keçmək olar. Virus geri qayıdarsa zamanında müdaxilə edib müalicəsini  təşkil etmək lazımdı.

Hepatit C isə nisbətən cavan virus olduğu üçün onun gedişatı daha çətin və aydın olmayandı. Bu virus 1989-cu ildə aşkarlanıb. Hepatit B-dən fərqli olaraq C qan və cinsi yolla keçə bilər.

Hazırda C əleyhinə yeni preparatlar var. Təəssüflər olsun ki, hazırki dönümdə bu virusa qarşı vaksin mövcud deyil. Yəqin ki, yaxın gələcəkdə hepatit C əleyhinə peyvənd tapılar. Hepatit B kimi bu virus da qaraciyər sirrozu və şişi əmələ gətirir. Bu virusun özünəməxsus spesifikliyi ondadır ki, müalicə olunduqdan sonra belə xəstəlik 30-35 faiz ehtimalla geri dönə bilir. Hər iki virusun müalicəsi var. Bu viruslara yoluxan xəstələr müalicə alırlar. Yanlış bir fikir formalaşıb ki, virusa yoluxan şəxslərin müalicə almasına ehtiyac yoxdu, onsuz da xəstəlik yenidən geri qayıdacaq. Xeyr, bu belə deyil. Müalicədə məqsəd virusun yükünü sıfıra endirməkdi. Təsəvvür edin ki, bu virusun dozası yüksək olduqda qaraciyər virus tərəfindən işğal edilir. Buna görə virusun sıfır həddinə çatdırılması mütləqdi.

 

- Bir çox hallarda virusa yoluxanlar özlərini hepatit daşıyıcısı adlandırır. Sizcə bu doğrudur?

- Daşıyıcılıq əslində bizim sevmədiyimiz kəlmədi. Hepatit xəstəsi deyiləm, daşıyıcıyam deyib insanlar özlərini sanki bir növ sakitləşdirirlər. Virusun aktiv və inaktiv forması var. İnsanlar rahatlıqla deyirlər ki, mən daşıyıcıyam, xəstə deyiləm.

 

- Xəstələr özlərini necə nəzarətdə saxlamalıdır?

 

- Xəstəliyin müalicəsi insanlara görə fərdidir. Müalicənin təşkilinin də mühüm rolu var. Xəstələr var ki, altı aydan bir nəzarətdə olur, xəstə var ki, müalicəyə ehtiyacı var. Elələri var ki, heç müalicəyə də ehtiyacı olmur.

 

- Xoşbəxtlik sağlamlıq kimidir, nə vaxt onun haqqında düşünmürsən, deməli o var (c). Həkim, siz bu fikirlə razısız, sizcə, bizim əhali yalnız xəstələnəndə müraciət edir, yoxsa profilaktik olaraq mütəmadi şəkildə lazımi müayinələrdən keçir?

 

- Cəmiyyətin sağlamlıq mədəniyyətinin olması çox vacib amildir. İnkişaf etmiş ölkələrdə bu cür virusların aşkarlanması nəzarətdə saxlanıldığı  üçün onlar vaxtında müdaxilə edə bilirlər. Mütəmadi həkim müayinəsində olaraq müalicələrdən keçdikdə heç bir problem yaranmaz. Yarandığı halda belə ilkin müdaxilə ilə xəstəliyi müalicə etmək daha asan olur.

 

- Virusdan qorunmaq üçün nə etmək lazımdı?

 

- Çalışmaq lazımdır ki, virusa yoluxmayasan. Virusa qarşı peyvənd vurdurmuruqsa, demək ki, bu bizim qəbahətimizdi.

 

 

Olaylar.az





348 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium