saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Cəbhə

Şəhid Malik Məmmədov, ölümündən 20 il keçir / 13.01.2014

Məmmədov Malik Bəhmən oğlu 1972-ci ildə Qafan rayonunun Yuxarı Gödəkli kəndində anadan olub. 1990-cı ildə hərbi xidmətə çağırılıb. Uzaq Samara vilayətində 1 il 6 ay qulluq etdikdən sonra erməni quldurlarının Azərbaycan torpaqlarına təcavüzü Malikdə hiddət doğurur, düşməndən qisas almaq üçün, çətinliklə də olsa, uzaq Samaradan qaçıb Azərbaycana gəlməyə nail olur. Bu torpaqlarımız uğrunda gedən müharibənin şiddətləndiyi dövr idi.

Malik Azərbaycan torpaqlarını azğın düşmən caynağından xilas etmək üçün 1992-ci ilin aprel ayında könüllü olaraq cəbhəyə yola düşdü. İlk döyüşə Füzuli bölgəsindən başladı. Füzulinin Qacar, Divanlılar və başqa kəndləri uğrunda gedən döyüşlərdə fəallıq göstərib düşmənə ağır zərbələr vurdu. Döyüş bacarığına görə onu taqım komandirinin müavini təyin etdilər.

Həmin vaxt Malikin qulluq etdiyi tabor Məngələnata yüksəkliyini quldurlardan təmizləyir. Bu döyüşdə Malik düşmənin 1 ədəd “PK” pulemyotunu və döyüş sursatını ələ keçirir. Hərbi hissəyə qayıdarkən, qəflətən minaya toxunub ayağından və çənəsindən yaralanır. Buna baxmayaraq, ələ keçirdiyi silahları gətirib tabor kamandirinə təhvil verir. Malik müalicə olunmaq üçün hospitala göndərilir. Bakı hospitalında müalicə olunduqdan sonra, 1993-cü ilin dekabr ayında yenidən cəbhə bölgəsinə qayıdır.

      Cəbhənin ən qaynar nöqtəsinə, Füzuli rayonuna qayıdan Malik rayonun Kürdmahmudlu, Şükürbəyli, Bəhmənli, Seyidəhmədli, Alxanlı kəndlərinin düşməndən təmizlənməsində böyük hünər göstərmişdir. Bu döyüşlərdə Malik düşmənin bir neçə canlı qüvvəsini və texnikasını məhv etmişdir. Cəbhə dostlarının söylədiklərinə görə, Malik dəstənin önündə getməyi xoşlayırdı və şəxsi igidlik göstərmədən geri dönmürdü.

  1994-ci il yanvar ayının 13-ü Malikin axırıncı döyüş günü oldu. Həmin gün Malikin qulluq etdiyi tabor Aşağı Əbdülrəhmanlı kəndini düşməndən azad etmək üçün hücuma keçdi. Gecədən başlayan döyüş səhərə yaxın daha da şiddətləndi. Səhər xeyli itki verən düşmən Əbdülrəhmanlı kəndini tərk etdi. Malikin dəstəsi qaçan düşməni təqib edib 8 kilometr geriyə qovdu. Malik təkbaşına 12 düşməni və düşmənin 2 snayperini məhv etdi. Üçüncü snayperi vurmaq üçün irəliyə atıldı. Lakin bu zaman mənfur düşmən gülləsi Malikin başından dəydi. Malik son dəfə cəbhə yoldaşlarının üzünə baxıb, canından çox sevdiyi Vətən üçün son nəfəsini verdi.

    Cəsur döyüşçü  1994-cü il yanvarın 14-də Şəhidlər Xiyabanında dəfn olundu. Ölümündən sonra döyüşlərdə göstərdiyi igidlik və şücaətinə görə Bakının Nərimanov rayonundakı küçələrdən birinə Malik Məmmədovun adı verildi. Həmçinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2010-cu il sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə baş çavuş Məmmədov Malik

Bəhmən oğlu “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.



«MediaPost Azərbaycan»

356 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium