saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Cəmiyyət

Elektron Hörümçək Respublikamızda müasir İT-nin yeni və analitik təsviri / 18.09.2013

 

İnformasiya  texnologiyaları  haqda  qanunvericilik  və onun analizi-

Azərbaycan  Respublikasının  Prezidenti  İlham Əliyevin  İT sahəsi ilə  əlaqədar  və onun  inkişafına  yönəlmiş  qərar  və sərəncamları , o  cümlədən 2013-2015-ci illərin  İKT ili elan edilməsindən  sonra da İT sahəsiylə  bağlı  qanunvericilikdə  edilən  müəyyən  dəyişiklik  və  yeniliklər  bu  sahənin inkişafının  respublikamızçün nə  qədər  önəmli  olduğunu  göstərir.Bu  sahəylə bağlı  qanunvericilikdə  edilən  dəyişikliklərin  və yeniliklərin  böyük  əksəriyyəti  onun üçün  həyata keçirilib ki , vətəndaşlar  ‘’Vahid  Pəncərə‘’ adı  altında yaradılmış  və  fəaliyyət  göstərən  saytlardan istifadə  etsin  mövcud  suallarını  və  problemlərini  bu  dövlət saytlarına daxil olmaqla  həll  edə  bilsinlər.Lakin  bu  haqda   danışarkən onu da qeyd etmək istəyirəm ki , ‘’ İnformasiya azadlığı  haqda Azərbaycan Respublikasının qanunvericiliyi ‘’nin  bir sıra  bəndlərində   qeyd  olunanlar  vətəndaşların  istədikləri  məlumatı yaxud da  suallarının cavablarını  vaxtında ala bilmələrinə   müəyyən qədər mane olur.Məs:Yuxarıda adını  çəkdiyim  qanunun  21-ci maddəsinin  21.1 bəndində  göstərilmişdir ki,vətəndaşların  online  müraciət  əsasındakı   sorğularına ən  tez və gec  halda  15   gün  müddətində  cavab  verilməlidir.Qanunun  bu maddəsinə  əsasən  əgər hər hansı  bir  şəxsin  verdiyi  sualın cavabını  dərhal  tapmaq mümkün olmazsa ya da ki,  sorğuya cavab verməyə  məsul  şəxslər   bu  məsələylə(problemlə)  bağlı  rəhbər  orqanlarla  məsləhətləşməli  və   cavab verməkçün (düzgün cavab verə  bilməkçün) müəyyən bir   vaxta  ehtiyacları  olarsa onda  lap  15-ci  gün də  bu  sorğuya  cavab  göndərəcəklər.Hansı  ki ,sorğu  göndərən  şəxs  bu  müddət  ərzində  cavab almadığının  şahidi  olur  ki, bu da ona hər nə səbəbdən olursa – olsun xoş  getmir.Nəticədə  vətəndaş  mövcud  məsələylə  bağlı  digər  dövlət  qurumlarına   ya da onların  saytlarına,e – ünvanlarına  müraciət  edir ki,bu da əvvəlcədən  vacibliyini   qeyd etdiyim  ‘’Vahid Pəncərə’’  prinsipinin  qorunub saxlanmasına imkan vermir.Bu halla bağlı  dövlət  saytları  çox vaxt  sorğuçuya  işin  uzadılması  ,həmin şəxsə  o  dövrdəki   iş prosesinin  sıxlığı  ucbatından   cavab  verməyin  mümkün olmadığını  bildirməlidirlər.


Dövlət  İT  ehtiyatları ilə  tanışlıq ,təhlil  və təkliflər-

Dövlət  informasiya   ehtiyatlarının   reyestrinin aparılması  qaydaları  haqqında Əsasnamə Azərbaycan Respublikası  Nazirlər  Kabinetinin  2010-cu il  17  may tarixili  89  nömrəli  qərarı   ilə  təsdiq  edilmişdir   və  informasiya  ehtiyatlarının  bazasının   formalaşdırılması,istifadəsi  və  mühafizəsi  ilə  bağlı məsələlərin həllinə  həmçinin   onların  dövlət  qeydiyyatına  alınması   işinə  həsr edilmişdir.İnformasiya ehtiyatlarının  reyestri  zamanı  informasiya ehtiyatlarının   təhlükəsizliyini artırmış  və onun  hakerlərdən  daha da  müdafiə  olunmuş  bir  hala  gətirmişdir.Bu sahə  üzrə  tez-tez monitorinqlərin  keçirilməsi,yekun  hesabatların hazırlanması  və  son  statisikanın  müəyyənləşdirilməsi  də  vacib  məsələlərdən  biridir...Lakin  bu  hissədə  mənim  e-gov.az  saytıyla  bağlı    vurğulamaq  istədiyim   fikir  bir  qədər  fərqlidir.Yəni  ki,saytda  istifadəçi  adı  və  parol  alıb    hansı bir  xidmətdən yararlanmaq üçün qeydiyyatdan   keçmək uzun başa gəlir.Məs:Bir müddət əvvəl 1-ci mərhələsini başa vurduğumuz yarışmanın  səsvermə mərhələsi  üçün portala daxil olmaq istədikdə  qeydiyyat prosesi çox çətinliklə  başa gəldi.Demək istəyirəm ki ,şəxsən mənim  ailə  üzvlərim  və mənə yaxın olan şəxslər online şəkildə qeydiyyatdan keçib portala daxil olmaqçün  ən az  3   kriteriya olmaqla 5 şərti ödəməli idilər  hansı ki,bu  kriteriyalar da   az insanda  olurdu(sürücülük  vəsiqəsi,xarici pasport,ev telefonu  öz adına ,əl  telefonu,sosial  sığorta şəhadətnaməsi).Ən azından onlar özləri  mənə görə online səs vermək istədikdə  bu  prosesin nə  qədər  qarışıq olduğunu və    bacarmayıb  saytı  dərhal  tərk  etdiklərini dedilər.Mən  bu  misalı  ona çəkmək istədim ki,e-gov.az  kimi dövlət əhəmiyyətli  bir saytdan   qeydiyyatdan  keçməyin  ən azından  mənim əhatəmdə  olan insanlarçün  çətin  gəldiyini biləsiniz.Hansı ki,bu  cür qeydiyyat  əvəzinə sadəcə  şəxsiyyət vəsiqəsinin  seriya nömrəsi  və  pin kodu ilə daxil olmaq olsaydı  bu  həm  o şəxslərçün , həm  də   mənim  kimi  tələbələr üçün asan olardı.

 

Və  yaxud   adi  bir vətəndaş  olaraq   e-gov.az  ya da  başqa bir   dövlət   saytında girərkən burada  fəaliyyətinə  elə  dövlət  tərəfindən rəvac verilmiş   yeni  bir   xidmət  olaraq   ELECTRON  VOTİNG  xidmətini  görmək  istərdim.Hər  5  ildən bir keçirilən  prezident  seçkilərində  yaxud da  Milli  Məclisə  deputat  seçiləndə  vətəndaşlar  öz səslərini  ənənəvi  olaraq  taxta  ya da plastik  qutulara  deyil,artıq  online  şəkildə  bir dəfə  səsverə bilmək  şərtilə   E-SƏS  xidmətindən  yararlanaraq  verə  bilərdilər.Belə  halda hər  bir şəxs  şəxsiyyətini  təsdiq edən  sənədin  lazımi   informasiyalarını   saytda  tələb  olunan  xanalara  daxil  etməklə  və  ya  hansı  vətəndaşın  E-İMZA   sertifikatı  varsa ondan  istifadə  etməklə  bu  səsvermədə  iştirak edə  bilər  .Nəticə   etibarilə  hər 5  ildən  bir  keçirilən seçkilər  ərəfəsində  seçki  məntəqələrinin  yaradılmasına,  orda   çalışan  şəxslərin   müraciət  edən  vətəndaşlara  düzgün   məlumat  verə  bilmələri    üzrə  maarifləndirilmələrinə  ,o cümlədən  seçkilər  qabağı  yaradılmış  olan  plokat  və  digər  reklam vasitələrinə  də  əlavə  olaraq  həm  pul,həm  də  ki, vaxt  ayırmağa  ehtiyac qalmazdı...

Portal  üzərində  fəaliyyət  göstərməyən  qurumlar ,  səbəblərinin  araşdırılması  və  fəaliyyət  göstərməyini  istədiyim  qurumlar barədə   təkliflər—

Əslində   e-gov.az dövlət  saytında  bir  çox  xidmətlər  və  qurumlar fəaliyyət  göstərir.Bu  cür  xidmətlərin  göstərilməsində  ən önəmli  cəhətlərdən   biri  də  ondan  ibarətdir   ki,vətəndaşlar  heç  bir  korrupsiya(rüşvət) halı  ilə qarşılaşmadan  öz  problemlərini  bu saytın  online  müraciət  xidmətindən  istifadə  edərək  həll  edə  bilərlər  . Bu  cür  xidmətlər  vətədaşlara imkan vermir ki,onlar  hansısa  bir  nazirliyin  və  ya  dövlət  qurumunun  qarşısında  növbə  gözləsinlər.Nəticədə  qısa müddət  ərzində  portaldan istifadə  edib  öz  sualları ilə  müraciət  edən  hər bir şəxs   öz sualına cavab tapa bilir.Məhz  buna  görə də  son illər bu saytdan vətəndaşların  istifadə  həcmi  artmış  və  əgər  qeydə  alınmış  statistika ilə  göstərsək,onda  son  1  ildə  vətəndaşların  ən  çox istifadə  etdikləri  xidmətlərə:

Ədliyyə  Nazirliyi-Adın  mənası(672  nəfər);Rabitə  və İnformasiya  Nazirliyi  -Cari  danışıqlar  üzrə  borc(613 nəfər);Dövlət Sosial  Müdafiə  Fondu –Sığorta olunanlar tərəfindən  informasiyanın əldə  edilməsi(600 nəfər);DİN-Pinə  görə  fərdi  məlumatın axtarışı  (427 nəfər);Təhsil  Nazirliyi-Diplom haqqında  məlumat(356);  göstərmək olar.Portalın  istifadəçi  aktiviliyinə  gəlincə  isə  mən onu əlavə  eliyərdim ki,portalda  istifadəçilərin  sayı   fəaliyyət  göstərən xidmətlərin  keyfiyyət  və  asan  əldə  edilmələrindən asılı olaraq   dəyişir...

Lakin  mənim  burda  ifadə  etmək    istədiyim məsələ  yenə  də  başqadır  .    Yəni ki ,E-GOV.AZ  kimi  xidmətləri  bol  dövlət  saytları varkən  və  vahid  pəncərə  prinsipinə  əməl edərək  fəaliyyət  göstərərkən  bir  çox  vətəndaşlar  informasiyasızlıqdan   ya da   digər səbəblərdən (vərdiş  etdikləri  asanlıq  ucbatından)  hələ  də  JEK lərdən(MİS lərdən)   istifadə  edir ,möcvud problemlərinin  həlli   üçün   onlara müraciət edirlər...Belə  halda  vətəndaşlar  həm  kommunal  xidmətlərini  ödəmək  üçün  MİSlərə(Mənzil  İstismar Sahələri) , həm  də  bələdiyyələrə  üz  tutur  və  istifadə etdikləri  məişət-kommunal  xidmətlərçün   pul  ödəyirlər(lift  pulu, su pulu,  kanalizasiya pulu   və s -bələdiyyələrə; qaz pulu,  ev  pulu , su pulu , işıq  pulu  və s - Jeklərə  ).Əslində  vətəndaşın  hər 2  dövlət   qurumuna  ödədiyi  pul  ortaq olsa da   ödənişi  istənilən  birinə  edə  bilərlər.Bu isə  vətəndaşların   vahid  bir  dövlət orqanına  müraciət  edərək  öz  xidmət  haqlarını  ödəmələri  prinsipinə  çox  uzaqdır.Yəni  ki,bu  mövzuda  bələdiyyə  idarələrinin  önəmi daha da irəli  çəkilməli  və  onlara  dövlət tərəfindən  hərtərəfli  yardım  göstərilməlidir. JEKlərə(MİSlərə)  gəldikdə  isə  onların  fəaliyyətinə daha çox  seçkilər  ərəfəsində  ehtiyac  olur  ki,bu da əslində onların  fəaliyyətinin  məhdud olduğunu  bildirir.(Ərazi  üzrə  əhalinin  siyahısının  hazırlanması  və  səsvericilərin dəqiq sayının  göstərilməsi  ).Ona  görə  də  burda mənim demək istədiyim  odur ki,MİSlər kimi qurumlara  dövlət  maliyyə  yardımı  ayırmaq əvəzinə  Vahid  Pəncərə  prinsipi  əsasında  onlarda  və digər  dövlət qurumlarında fəaliyyət  göstərən bütün  xidmətləri  tam rəsmi  şəkildə  bələdiyyə  orqanlarına  həvalə  etsin  və yerdə  qalan qurumları da ləğv etsin.Eyni zamanda   Prezident   yanında  bütün  bu  adını çəkdiyim  məişət-kommunal  və s xidmətləri özündə birləşdirən  bələdiyyələr  üzərində  vahid  nəzarəti  həyata  keçirən  ŞURA yaradılsın   və  bu’’ Bələdiyyələrin  fəaliyyətinə Nəzarət Şurası’’  da bələdiyyələri  həm maddi cəhətdən , həm  ali təhsilli ,ixtisaslı kadrlar  baxımından  təmin etsin  və xidmətləri  çərçivəsində  hər birinin  özünə məxsus olan saytlarını  yaratmaqla  onlarda  fəaliyyət  göstərən  xidmətləri  vətəndaşlara  get-gedə  elektron  şəkildə  göstərməyə başlasınlar.Məhz  bu  baxımdan da  insanları  həm  asan  yolla  öz  ehtiyaclarını ödəyə biləcəklərinə inandırmış  olarlar,o cümlədən    2013-2015-ci   İKT illəri  çərçivəsində   bu sahədə   Vahid  mərkəzdən idarə etmə  qanununu  tətbiq etməklə  daha da çox uğur qazanmış ola bilərlər…

Kadr  hazırlığı və cari  potensial—

Ümumiyyətlə  İT  sahəsində  ixtisaslı  kadrlar   hazırlanması   prosesini  bir az da təkmilləşdirmək  nəticə etibarilə  bu sahədə  yüksək  nəticələr əldə etməyə imkan verir.Nəzərə alsaq ki,hal-hazırda əksər  İT  sahəsində  mövcud olan şirkətlər  işəgötürərkən  elə  şəxslərə  üstünlük verirlər ki,onlar  təkcə bir sahə üzrə  deyil  bir neçə sahə  üzrə kompüter  biliklərinə  yiyələnmiş olsunlar.Bir neçə  proqram təminatı haqda məlumatlı olub  başqalarına nisbətən daha  da  bacarıqlı  olan insanlar  vakansiyalar üzrə də ən çox  axtarılan şəxslər olurlar.Amma  hər kəs  İT sahəsində  ali  təhsilə  malik  və  yüksək səviyyədə təcrübə  keçmiş olmadığından  kompaniya  və  şirkətlər  bəzən   sırf  kompüter  kursları  keçməklə  və  kompüterdə işləməyi  bacaran  şəxsləri  bura cəlb edir  və  onlara həəqiqətən də  yüksək maaş  təklif edirlər(800-1000-1500 və s).Halbuki  IT sahəsi  üzrə  hazırlıq  hələ orta  məktəbdən  başlanardısa , onda  sonrakı  dövrlərdə  gənc  kadrlarçün  hər hansı bir  kompüter  proqramı ilə işləmək – onun öhdəsindən gəlmək də  çətin olmazdı.O cümlədən  bu  sahə  üzrə  ixtisaslı  kadrların hazırlanması   üçün    dövlət ,elm-təhsil,İT sektoru   arasında  daimi  bir əməkdaşlıq   yaradılmalıdır.Belə  halda  həmin  müəssisələrdə  bir  sıra   xüsusiyyətlər  özünü  göstərməlidir:

İT profilli  ali təhsil  müəssisələrində  İT ixtisaslarının  strukturlarının aşkarlanması həmçinin  cari  təhsil  standartlarının  və  tədris  proqramlarının  əmək  bazarının  tələblərinə  nə  dərəcədə  uyğun olması-bu  halda  müaqiysə  və  uyğunluq  prinsipinə  əsasən   mövcud  çatışmazlıqlar  aşkara çıxarıla  bilir ;

İT üzrə təhsilin  keyfiyyətinin  artırılması və  yeniləşməsi  üçün əmək  bazarının  dəyişməsini  və  strukturunu  nəzərə  alan  ,o  cümlədən  işəgötürənlərin  tələblərini  nəzərə  alan  təzə  peşə  standartlarının işlənib hazırlanması  -bu bənddə  isə  hər  bir  İT profilli  müəssisə  və ya  şirkət  üçün  gərəkli  bazis  əsasında  təhsil  alan  ,o  cümlədən  bazar  dəyişməsinə  onun  konikturasına   ayaq   uydura  biləcək  kadrlar  yetişə  bilər ;

İT profilli  laboratoriyalardan  yaxud  İT üzrə  ixtisaslaşmış  şirkətlərdən  təcrübəli  mütəxəssisləri  dəvət edərək onların iş  təcrübələri  barədə  gənc  kadrlara  məlumat  verilməsinin təşkili-yəni  ki, təcrübə  mübadiləsi  nəticəsində  daha çox  müvəffəqiyyət   əldə  edilə  bilər;

Və ya  İT  institutları  nəzdində  gənc nəslin  yetişdirilməsi  yaxud da  ixtisas  artırmanın  həyata keçirilməsi  üçün  yeni  elmi-tədris  mərkəzlərinin ,kurslarının  yaradılması  və  müntəzəm  şəkildə  bu  kimi  mərkəzlərdə  seminarların,  tədbir  və  layihələrin  realizasiyası-bu kimi mərkəzlərin  yaradılması  və onlara  daimi  dövlət  maliyyə  dəstəyi və nəzarəti  olarsa  bu  kimi  mərkəzlərdən  uğurlu  nəticələr  əldə  etmək olar;

Yuxarıda qeyd  etdiyim  prinsip və  xüsusiyyətlər  yaxın illərdə  özünü   doğruldarsa, onda İT sahəsi  üzrə  ixtisaslı  kadrların   hazırlırlığında  böyük  irəliləyiş müşahidə olunar. 

 

Beynəlxalq  müqayisə  və  inkişafa  doğru-

Son zamanlar  Respublikamızda  önəmi  daha da artan bu sahənin inkişafı  istiqamətində  görülən bütün  bu  tədbirlər  dünya  standartlarına əsəslanmış  şəkildə  onların  prinsip və  xüsusiyyətlərini  rəhbər  tutaraq  həyata  keçirilir.İKT ili  çərçivəsində   və  ondan  bir müddət  əvvəl  də  İT  sektorunda  bir sıra  yeniliklər  tətbiq olunmuş  və  bunlara  primitiv misallar olaraq-Bir müddət  əvvəl  Respublikamızda pullu  olaraq  fəaliyyətə  başlayan   BBTV,KaTV,ConnectTV,AiləTV   və  s  kimi    özəl  şirkətlərin  TV  xidmətlərini  göstərə  bilərik   yaxud da  artıq  uzun  müddətdir  ki,  mobil  telefonların  və kompüterlərin  internetə  daxil  olma  və   digər  bununla  bağlı  xidmətlərdən  istifadə  etmə  sahəsində  böyük  imkanlar  yaradan 3G   və  hətta  4G   standartlarından  da istifadə  olunur .

Bu mövzuyla  bağlı  ən  bariz  nümunə  isə    hələ  7  ay  bundan  əvvəl  İnformasiya  ilinə  özəl  olaraq  kosmosa  buraxılan və   ilk  telekommunikasiya  peyki  olan  ‘’ Azerspace-1’’   peykimizi  göstərə  bilərik  ki, 07.02.13 (Ad günümdə :)) tarixindən  etibarən   dünya  səmasına  buraxılmış   və  ABŞ-ın    ORBİTAL  SCİENCES   CORPORATİON  və  Fransanın  ARİANESPACE  şirkətləri  ilə  müqavilələr    imzalanaraq  layihəsi  reallaşdırılmışdır.

İT  üzrə   dünya  təcrübəsinə  əsaslanaraq  bir sıra  konspektləşdirilmiş  prinsiplər  mövcuddur  ki,onlardan bəziləri  digər sahələrdə də  istifadə  edilir(MARKETİNG kimi).Adı çəkilənlərə  misal olaraq-Beynəlxalq  Keyfiyyət Akademiyası(İAQ),Kalite  Sistem  Qrupu(Türkiyə),Avropa Keyfiyyət  Təşkilatı(EQO),Asiya Keyfiyyət Şəbəkəsi  (ANQ),Beynəlxalq Bençmarketinq  Şəbəkəsi və  s  göstərmək  olar.

Nəticə-

Son olaraq onu  deyə  bilərəm ki,hər nə qədər də  bu  mövzuyla  bağlı  yuxarıdakı  yarımbaşlıqlarda  öz təkliflərim  və   qeyd etdiyim  çatışmazlıqlar olsa da  yaxın  bir  neçə  ildə  içində  mənim  təkliflərim   də  olmaqla  mövcud  xidmətlərin  yeniləşmiş  daha da inkişaf etmiş  və  genişlənmiş   şəklini  görəcəyimə  inanıram.Həmçinin  Respublikamızın  get-gedə  böyük  əksəriyyəti  elektronlaşmış  xidmətlərlə  təchiz  olunan    bir  cəmiyyətə  çevriləcəyinə  də  ümid  edirəm .. ya da ən azından mən  belə  olmağını  arzulayıram  ..və  inkişaf  etmiş   Avropa ölkələri  tək eyni   inkişaf  səviyyəsində  olmaq     və  hətta daha da  yüksək  bir  səviyyədə  qərarlaşmağımızı  zamanla  diləyirəm..  Ona  görə  də  hələlik  bir  şey  deyə  bilərəm.. 

 ... AMİN!

    

Mahmudova Tacirə İlham  qızı





345 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium