saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Maraq dünyası

Gil və onun təbabətdə rolu / 23.07.2013


 Gillər suyu udarkən az və ya cox dərəcədə plastik xüsusiyyət alır,quruduqda tədricən,qızdırıldıqda isə tamamilə həmin suyu itirir.Məhz buna görə də nəmli plastik gil kutləsi quruduqdan sonra da öz ilkin vəziyyətini saxlayır,yandırıldıqdan sonra isə bərk daşlaşmış hala keçir.

Petroqrafik cəhətcə gillər torpaqvari süxur parçalarından ibarət olub, tərkiblərində müxtəlif minerallar saxlayırlar.

 
  Gillərin tərkibində iştirak edən bəzi minerallar gillərdən azad edildikdə onların bir hissəsi öz plastikliyini itirir, digər hissəsi isə bu və ya başqa dərəcədə plastik vəziyyətdə qalır.

Qeyd etmək lazımdır ki,gillərin tərkibində kristallik maddələrdən başqa az miqdarda halloidal maddələr də iştirak edir.Mineraloji tərkibindən asılı olaraq gillər sadə və mürəkkəb,yaxud da monomineral və polimineral növlərə ayrılır.Monomineral növ gillərə əsasən kaolinlər,yüksək keyfiyyətli kimyəvi tərkibcə kaolinitə yaxın(Al2O3*SiO2*2H2O) olan ağ farfor rəngli gillər aid edilir.Qalan bütün gillər isə gilli substansiyaların çoxluğu ilə xarakterizə olunur.Daha doğrusu belə gillərə müxtəlif sulu alümosilikatlar,alüminium oksidi,dəmir,silisium,həmçinin müxtəlif duzlar və oraqonik birləşmələr aid edilir.Beləliklə,gillərin mineraloji tərkibi xeyli mürəkkəb və incə dispersiyalı xüsusiyyətə malik olduğundan onları asanlıqla təyin etmək mümkün deil.

Gillərin tərkibində həmçinin az və ya cox dərəcədə kvars,çöl şpatları,biotit,muskovit,xlorit,sulu dəmir oksidi,hematit,maqnetit,siderit,pirit,kalsit,araqonit,gips,rutil,turmalin,qlaukonit,qranat,maqnezium oksidi,topaz və digər minerallar iştirak edir.

    Gillərin tərkibinə aid edilən komponentlər :SiO2, Al2O3 və H2O-dur.Bunlardan əlavə gillərdə az və çox miqdarda TİO2 ,Fe2O3,CO2,SO3,MnO,P2O5 və oraqonik birləşmələr də iştirak edir.

Gillərin məsaməliliyi əsasən gil kütləsini təşkil edən qranulometrik tərkibdən və hissəciklərin formasından asılıdır.Bəzən isə yandırılmış gillərdə qazların çıxması hesabına əmələ gələn məsamələrin bir hissəsi tutulur.Yandırılmış gillərdə məsaməliyin əhəmiyyəti keramikada möhkəmliyin yüksəlməsinə,habelə onlarda uduculuq qabliyyətinin artmasına müsbət təsir göstərir.Gillərin adi hava şəraitində udduqları su 105-1100 C qızdırldıqda gillərdən ayrılır.Bu da gillərdəki mineral hissəciklərin fiziki-kimyəvi xüsusiyyətlərindən asılıdır.Gillərin hiqroskopikliyi bir sıra təcrübi əhəmiyyətə malikdir.Məsələn,gillərin plastiklik dərəcəsinin aydınlaşdırılması və onların qurudulması zamanı hiqroskopiklik xüsusiyyəti müəyyən əhəmiyyət kəsb edir.

Gillərin adsorbsiya halı onların müxtəlif məhlullardan müəyyən rəngli maddələri udma qabliyyəti ilə müəyyənləşdirilir.Bir sıra tədqiqatçılar gillərin adsorbsiya xüsusiyyətlərinə onların tərkibindəki maqneziumun,silikat duzlarının və dispersiya formalı digər mineralların da təsir etdiyini göstərir.

Bəzi gillərin təmizləmə qabiliyyəti də dəyişkən olur: məsələn,elə gillər var ki,bitki yağlarını yaxşı təmizləyir,lakin onlar mineral yağların təmizlənməsində qeyri-fəaldır,bəziləri isə əksinədir.Yağtəmizləmə prosesi  getdikdən sonra gillər öz aktivliyini itirir.Bu vəziyyəti isə qızdırma və turşular vasitəsilə yenidən bərpa etmək mümkündür.Təbii gillərin rəngi onlarda iştirak edən bu və ya digər rəngləyici qarışıqlardan asılıdır.Məsələn,dəmir oksidi gillərə qırmızı rəng,sulu dəmir oksidi isə sarı və qonuru rənglər verir.Gillərin yaşıl rəngli olması onlarda iştirak edən xlorit,qlaukonit,biotit və başqa minerallarla əlaqədardır.Yandırıldıqdan sonra gillərin rəngi çox kəskin dəyişir. Belə ki, sarı rəngli gillər qırmızı rəng alır, eyni zamanda rəngli gillərdə müəyyən pozulma halları baş verir. Yandırılarkən rəngli gillərin dəyişməsi yanma temperaturundan və alovun xarakterindən asılıdır.

            Respublikamızın demək olar ki, bir sıra rayonlarında elə gil növlərinə rast gəlmək olur ki, onlardan da bir sıra tikinti məmulatları, kirəmit hazırlanır.

            Gillərin ən xarakterin növlərindən biri də bentonit gilləridir. Bentonit gillər faydalı qazıntılar silsiləsinə aid olub həm təbii həm də kimyəvi təsirlərdən sonra məişətimizin müxtəlif sahələrində tətbiq edilir. Bentonit gillərin yuyuculuq və uduculuq qabiliyətinə malik olması hələ qədim zamanlardan insanlara məlum olmuşdur. Keçmişdə bu cür gillərdən insanlar yuyucu maddə kimi, bitki şirələrinin rənginin şəffaflandırmaqda  uducu kimi,yaralandıqda və bağırsaqların pozulması zamanı isə müalicə vasitəsi kimi də istifadə etmişlər..  

Respublika ərazisində bentonit gilləri geniş yayılmışdır.Buna  misal olaraq  Daş  Salahlı  bentonit  gil  yatağını göstərmək olar.Yataq Qazax çökəkliyində yerləşir.Yataq daxilində bentonit gili əsasən Üst Santonun turş tərkibli  vulkanitlərinin yayıldığı sahələrdə toplanmışdır. Bu yataqdan başqa Qazax çökəkliyində  bir sıra bentonit  gili  təzahürləri  mövcuddur. Onlardan  Alpout, Acıdərə, Kəkil, Üçgöl, Əlibayramlı, Danaqırançay, Coğazçay  və s. təzahürləri  göstərmək  olar.  Daş  Salahlı  bentonit  gili yatağında kəşfiyyat işləri aparılmış  və onun  ehtiyatı hesablanmışdır. Belə ki,bütün tətbiq sahələrinə və keyfiyyətinə görə  ayrılmış xammalın birgə ehtiyatı B+Cı kateqoriyası üzrə 86,0 mln.ton, C2 kateqoriyası  üzrə -63,1 mln.ton  təşkil  edir.

Ümumiyyətlə bentonit gillərdən neft,bitki yağları,piy,şəkər,rənksazlıq,sabunbişirmə,ətriyyat,rezin,kağız,kimya,metallurgiya,kimyəvi kokslaşdırma və bir çox başqa sənaye sahələrində geniş istifadə edilir.

Gil və onun xeyri. Gillər təbabətdə daha çox kosmetik vasitə kimi insan dərisinə qulluq etmək üçün istifadə olunur.Gil, dəriyə qulluqda ən etibarlı müttəfiqdir. O, toksinləri, qoxunu və qazları udur, zərərli bakteriyaları məhv edir və ən yaxşı təmizləyici xassələrə malikdir, bəzi elementlər əlavə edildikdə həm də qidalandırıcıdır.Təbiətdə kosmetik gilin müxtəlif növləri mövcuddur. Onlar mineral tərkiblərindən asılı olan rəngləri ilə fərqlənirlər.Gilin tərkibi isə onların yerləşdiyi yerdən asılıdır. Gil ağ, mavi, yaşıl, qırmızı, sarı və boz rəng ola bilər.Gilin hər bir növünün özünəməxsus spesifik xüsusiyyətləri var ki, bu da gili tibbi və kosmetoloji məqsədlərdə müxtəlif məqsədlər üçün istifadə etməyə imkan verir.

Ağ gil kaolin adlanır.Boz gil dənizin dərin qatlarından çıxarılır. Nəmləndirici effektə malikdir.Yaşıl gil tərkibindəki dəmir oksidə görə bu rəngə malikdir.  Karxanadan yığılan bu gil nəm tünd-yaşıl tərkibli olur.. Tərkibindəki bol mikroelementlər dərinin hidrobalansını bərpa etməyə imkan verir, həmçinin əla absorbsiya (sorulma) xüsusiyyətinə malikdir. Yaşıl gil dərini yumşaldır və təmizləyir. Qıcıqlanmanı aradan qaldırır, quruducu effektə malikdir.
Qırmızı  gil tərkibindəki dəmir və mis oksidi birləşməsinə görə bu rəngə malikdir.Qırmızı gil həssas, alergiyalara meylli və tez reksiya verən dəri üçündür; qızarmağa meylli olan dəridə daha yararlıdır.
Sarı gilin tərkibində böyük miqdarda kalium və dəmir var. O dərini oksigenlə təchiz edir. Müxtəlif iltihabi proseslər zamanı toksinlərin kənarlaşdırılması üçün istifadə olunur.  Canlandırıcı effektə malikdir. Bu gil ən çox yağlı, solğun, qocalmaqda olan dəri üçün daha uyğundur.Üz dərisinin rəngini yaxşılaşdırır.
Qara gilin tərkibində stronsium, kvars, dəmir, maqnezium və kalsium var. O üz dərisini çox yaxşı təmizləyir. Bu gil növü zərərli toksinləri və dəri çirklənməsini özünə yaşı çəkir.

Mavi gilin tərkibinə bizə gərək olan mineral duzlar və mikroelementlər daxildir.
O dərini dezinfeksiya edir, onu hamarlandırır, sızanaqlardan təmizləyir. Bu gil dəri hüceyrələrində maddələr mübadiləsi prosesini və qan dövranını aktivləşdirir.
Bundan başqa xalq təbabətində mavi gildən keçəlləşmədə xüsusilə effektiv vasitə kimi istifadə olunur.

 

 

Elnur  Səfərov

Geoloq magistr

GGI, KMAE-Mühəndis





747 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium