saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Cəmiyyət

İkinci namizəd köhnə hamam, köhnə tas olacaq! / 12.07.2013

“Media forum” saytının suallarını Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı cavablandırır.

- Azərbaycanda seçki prosesinə beynəlxalq güc mərkəzləri nə dərəcədə cəlb olunur?

- Mən buna bir qədər fərqli formada yanaşardım. Məsələ ondadır ki, Azərbaycan kimi müstəqilliyini yenicə bərpa etmiş, coğrafi cəhətdən o qədər də böyük olmayan, dövlətçilik ənənəsi kasad ölkələr istər seçkilər ərəfəsində, istərsə də adi vaxtlarda istədiyi addımları yalnız öz maraqlarını tam şəkildə nəzərə almaqla ata bilmir. Belə dövlətlər geosiyasi vəziyyəti və dünya siyasətində sözü, sanbalı olan, ümumiyyətlə beynəlxalq aləmdə gedən proseslərin çoxunu müəyyən mənada hətta diktə edən güclərin mövqeyini nəzərə almalıdır. Çox təəssüf ki, vəziyyət belədir. Azərbaycan nə ABŞ, nə Rusiya, nə də İran, yaxud Türkiyədir. Biz hələlik kiçik bir dövlətik. Hərçənd maliyyə cəhətdən çox zənginik, ərazimiz geosiyasi baxımdan ciddi əhəmiyyətə malikdir, əhalimiz çevikdir, çox işi daha tez və səmərəli formada yerinə yetirə bilərik. Amma hələ ki, heç də hər şey alınmır. Bu baxımdan rahat demək olar ki, beynəlxalq güclərin istənilən halda və istənilən prosesin gedişində, o cümlədən də seçki ərəfəsində Azərbaycana təsiri olur.

- Belə təsirlər daha çox nə ilə bağlıdır? Baltik ölkələri ilə Azərbaycanı müqayisə etsək, onlar da kiçik dövlətlərdir və bizim kimi Sovet İttifaqının tərkibindən çıxıblar. Avropanın başqa kiçik ölkələri də var. Amma onlar heç vaxt beynəlxalq təzyiqdən şikayət etmirlər...

- Mən Avstriya ilə Azərbaycanı müqayisə etmişəm. Keçmişdə Avstriya böyük bir imperiya olub, Avropanın az qala bütün torpaqlarını birləşdirib. Amma indi ərazisi Azərbaycandan bir balaca kiçikdir, əhalisi də bizdən bir milyon nəfər azdır. Bununla belə, Azərbaycanın dövlət büdcəsi indi 23 milyard manatdırsa, Avstriyada yalnız paytaxt Vyananın büdcəsi 49 milyard dollardır. Avstriyanın nə nefti, nə də qazı var. Amma Azərbaycan bu mənada çox zəngin ölkədir. Bu zənginlik, əhalinin çevikliyi, ərazinin o qədər də böyük olmaması hansısa dövlətin 50-100 ilə keçdiyi yolu bizim daha tez keçməyimizə imkan yaradır, buna potensialımız var. Amma Azərbaycanda çoxlarının xoşuna gələn, şəxsən mənim zəhləm gedən bir “keçid dövrünü yaşayırıq” ifadəsi var. Bir məsələ olan kimi deyirlər ki, “biz keçid dövrünü yaşayırıq”. Nə keçid dövrü? Biz yaşamaq istəyirik. Həyatımızı yaxşı yaşamaq üçün özümüzə normal şərait yaratmalıyıq.

Kənardan bizə nə qədər “demokratik olun, qanunlara riayət edin, adam olun” deyirlər desinlər, özümüz bunu dərk etməsək, bunu könüllü formada reallaşdırmasaq, kənardan deyilənlərin heç bir xeyri yoxdur. Biz özümüzü dünyada qəbul olunan normal standartlara uyğun aparmayacağıqsa, onda səhvlərimizi həmişə başımıza qaxacaqlar.

Baltik ölkələri misal çəkdiniz. Bu ölkələrin bəxti onda gətirib ki, bizim kimi geosiyasi cəhətdən qaynar nöqtədə deyillər. Azərbaycanın təbii sərvətləri var, Qərblə Şərqin kəsişdiyi nöqtədə yerləşir, Azərbaycan həm dünyəvi dövlətdir, dünyəvi baxışlara malik əhalisi var, həm də islam ümmətiyik. Ona görə də burada söhbət təkcə Azərbaycanın özündən getmir. Burada İranla Qərb ölkələrinin, Türkiyə ilə Rusiyanın, İsrail-Yaxın Şərq-İran və ərəb dünyasının münasibətləri var. Qismətimiz belə gətirib: biz qaynar nöqtədəyik. Ona görə də bizim üçün heç kimin mövqeyini, geosiyasi maraqlarını nəzərə almadan hərəkət etmək çox çətindir. Bir yandan da şimal qonşumuz olan Rusiya ac ayı kimi dayanıb, Azərbaycana yenə də öz pəncəsini uzatmaq üçün məqam axtarır. Digər tərəfdə isə İran var. Bizim Türkiyə, İsrail, Amerika, Qərb ölkələri ilə tarazlaşdırılmış münasibətlərimiz olmasaydı, Azərbaycanı bəlkə də çoxdan “udmuşdular”. Bir yandan da ermənilərlə münaqişə yaşayırıq, Qarabağ problemimiz var. Bütün bunların hamısı eyni zamanda mövcud olduğuna, cərəyan etdiyinə görə Azərbaycan doğrudan da mürəkkəb geosiyasi vəziyyətdədir, ağır durumdadır.

Güclü olmağımız və digərlərinin bizə bir söz deyə bilməməsi üçün özümüz-özümüzə normal həyat şəraiti yaratmalı, qanunlarımıza riayət etməli, millətimizi sevməli, özümüzə hörmət qoymalıyıq. Bir sözlə, adam olmalıyıq.

- Vəziyyətdən çıxmaq üçün Azərbaycanda nə dəyişməlidir, nələri dəyişmək lazıdır?

- Adam olmalıyıq. Bunu deyəndə nəyi nəzərdə tuturam? Bizim qanunlarımıza baxsaq, kifayət qədəri, bəlkə də 90 faizi normaldır. Ola bilər ki, kimsə mənimlə razılaşmasın, amma qanunlarda o qədər də problem yoxdur. Sadəcə, bu qanunlara riayət etmirik. Qanunu hazırlayırıq, qəbul edirik, amma heç kəs ona əhəmiyyət vermir. Prezident fərman, sərəncam verir, icra etmirlər, ya da yarımçıq icra edirlər. Deyirik ki, məhkəmə ədalətli və müstəqil olmalıdır, amma haradansa sifariş verilir, məhkəmə ona uyğun işləyir. Hamı bir-birinin əlinə baxır, rüşvət gözləyir. Bizim evimizi yıxan, bax, budur. Alçaq yox, vicdanlı olmaq lazımdır. Alçaqlıq etmək olmaz. Ən əsası isə kasıba hörmətlə yanaşılmalıdır və anlamaq lazımdır ki, insanlar təbəə deyil, vətəndaşdırlar. Vətəndaş dövlət üçün yaşamır, dövlət vətəndaş üçün işləməlidir. Bu prinsiplər məlum olan məsələlərdir. “Adam olmalıyıq” deyəndə bunları nəzərdə tuturam. Əgər adam olsaq, problemlərin öhdəsindən gələ bilərik. Əgər biz insan olmayacağıqsa, heç nə dəyişməyəcək. Biz öz yazdığımız qanunlara riayət etməliyik. Deyirik ki, xalqımızın adət-ənənəsi var, amma hər addımda onu pozuruq, üzdə bir şey deyirik, əslində başqa cür hərəkət edirik. Problemlərimiz də bundan irəli gəlir. Adam olmaq lazımdır, adam! Mənim başqa sözüm yoxdur.

- Bəs siyasi dəyişikliyə, sizcə, ehtiyac varmı? Xalq bunu istəyirmi?

- Məsəl var, deyirlər hər xalq özünə layiq rəhbər seçir. Adam olsaq, özümüzə layiq olan strukturları quracağıq. Adam olmasaq, xeyri yoxdur, istəyirsən bolşevik ol, istəyirsən menşevik, yaxud da başqası ol. Təbii ki, siyasi söhbətə gəlsək, deyərdim ki, öz ənənələrimizi unutmamaqla Qərbyönlü olmalıyıq, dünyəvi dövlət qurmalıyıq. Çünki Qərbdə demokratiya var, Şərqdə yoxdur.

- Elçin bəy, Azərbaycan cəmiyyətində “yuxarılar”ın və “aşağılar”ın rolu, problemlərin yaranmasında onların günahı məsələsi də uzun illərdir mübahisə mövzusudur. Sizcə, günah kimdədir?

- Günah bizim özümüzdədir, “aşağılar”dan gəlir. Çünki “yuxarı”da oturanlar xalqla müqayisədə kəmiyyət baxımdan xalqa uduzurlar. Keyfiyyət olmalıdır. Əgər “aşağılar”, cəmiyyət keyfiyyətə çevrilib “yuxarı”dakını da öz səviyyəsinə qaldıra biləcəksə, bəli, onda vəziyyət dəyişəcək. Ola bilsin ki, “yuxarı”da kiminsə bəxti gətirir, hakimiyyətdə, rəhbərlikdə olanlar aparıcı qüvvəyə çevrilir. Götürək 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətini. O zaman Azərbaycan xalqı əsasən savadsız idi. Amma bizim elə bir zümrəmiz yetişdi ki, indi də o insanlara baxanda adam fəxr edir. Həmin adamlar kəmiyyətdən keyfiyyətə keçdilər, bununla da kəmiyyəti, cəmiyyəti, milləti öz arxasınca apardılar. Yəni aparıcı, millətin dərdini çəkən zümrə xalqı da istiqamətləndirməyə çalışdı. Təəssüf ki, alınmadı, amma dövlət elan etdilər.

Hakimiyyətdə olanlar da öz içimizdən çıxıblar. Araşdırsaq görərik ki, on il əvvəl cibində siçanlar oynayan indi vəzifəyə qoyulub və kreslosundan da möhkəm yapışıb. Çünki yalnız kreslo yenidən onların cibində siçan oynamamasına zəmanət verir. Problem bundadır. Mən “yuxarı”dakılardan heç kimi günahlandırmıram. Ola bilər, kimsə konkret cinayət törədir, yanlış iş görür, bu başqa məsələdir. Belə şəxslərin cəzası verilməlidir.

- Məsələ bundadır ki, “aşağılar”ın “yuxarılar”a təpki göstərmək, təsir etmək imkanı yoxdur...

- Bəlkə mən idealistəm, amma sizə bizim məişətdə olan misalları deyim. Yollarda işıqforlar var, yeraltı keçidlər tikilib. Yeraltı keçidlərdən nə qədər insan keçir? Piyadalar qırmızı işıq yananda yolda hərəkət edir, heç kəs yaşıl işığın yanmasını gözləmir. Bu, millətin xarakteristikasıdır. Yaxud avtobusda bilet tələb edən sərnişin görmüsünüzmü? Hamı 20 qəpiyini atır, düşür. Yalnız metroda bilet var, o da ona görə ki, orada başqa variant yoxdur. Biz evimizin içini təmiz saxlayırıq, qapının ağzını isə zibilləyirik, hətta zibili eyvandan küçəyə atırıq. Çünki hamı fikirləşir ki, küçədir də, mənimki deyil. Bizdə növbədə dayanmaq mədəniyyəti yoxdur. Hamı müxtəlif yolla birinci olmağa, yandan-böyürdən keçməklə qabaqda dayanmağa çalışır. Biz belə millətik də. Bu səhvlərimiz olmasa, “yuxarı”da oturandan da düzlük tələb edərik. Deyərik ki, mən özümü düz aparıram, siz niyə belə edirsiniz?

Bizdə rüşvət verməyən adam görmüsünüz? Aşağılı-yuxarılı, böyüklü-kiçikli gözümüzü açandan rüşvət veririk. Maaşla dolanan adam tanıyırsınızmı? Heç də əmin deyiləm ki, “aşağı”da haqqı tapdanan adam sabah kresloda oturanda özünü indi vəzifədə olan adam kimi aparmayacaq. Buna qətiyyən əmin deyiləm.

- Yəni cəmiyyət üçün ümumi qlobal problemlər vətəndaşların yol verdiyi hüquq pozuntularının məntiqi davamıdır?

- Bəli, vətəndaş öz haqqını tanımalı, tələb etməli, özü də pozuntuya yol verməməlidir. Belə danışıram, elə bilirsiniz mən düz-əməlliyəm? Xırda-para işlərdə mən də çox vaxt deyirəm ki, əşi, vaxtımı itirəcəm, başım ağrıyacaq, əsəblərim pozulacaq. Kiməsə 3 manat verirsən, işini tez yoluna qoyursan. Belə olmamalıdır.

- Axırıncı dəfə nə vaxt vermisiniz 3 manatı?

- Mən məcazi mənada deyirəm. Özüm verməmişəm. Övladlarım avtomobili texniki baxışdan keçirmək istəyəndə bu baxışı həyata keçirməyə borclu olanlar o qədər hoqqabazlıq edirlər ki, cəhənnəm deyib pulunu verirsən ki, əl çəksinlər. Elə deyilmi? Mənim son zamanlar xoşuma gələn təşəbbüs “ASAN xidmət” oldu. Sürücülük vəsiqəmlə bağlı problemi 10 dəqiqəyə həll etdim.

Bəzən Avropadan nümunələr gətiririk. Mən Azərbaycanda çalışan əcnəbilərin də küçələrdə yolu keçməyinə fikir vermişəm. Elə bizim kimi yol keçirlər. Suyumuzdan içirlər, onların da zayı çıxır. AŞPA-nın məruzəçiləri buraya gəlir, onlara baxanda bizimkilərə şükür edirəm. Əvvəl yenə bir-iki normal adam var idi. İndikiləri görəndə dəhşətə gəlirəm ki, bunlar bizdən də betərdir.

- Niyə?

- Guya bizi dinləməyə gəlib. Axırda Arif Əliyev dedi bilirsiniz nə var, dediklərimi diktofona yazıb stolun üstünə qoyacam, hər dəfə bizimlə görüşə gələndə düyməni basın, çünki mən 15 ildir eyni sözləri deməkdən yorulmuşam, heç nə də dəyişmir.

- Onlar da eyni şeyləri soruşur?

- Eyni şeyləri soruşur və başlarını bulayıb təəssüf edirlər, o cür də gedirlər. Dediyim odur ki, Avropaya, ona-buna bel bağlamağa dəyməz. Nə lazımdırsa, özümüz etməliyik.

- Elçin bəy, yenə seçki məsələsinə qayıdaq. Sizcə, payızda keçiriləcək seçkidə marağı olan güc mərkəzlərinin mövqeyi necədir, onları necə təsnifləşdirmək olar?

- Qərb yenə deyəcək ki, demokratiya olmalı, ədalətli seçki keçirilməlidir. Tutaq ki, seçki saxtalaşdırılsa, deyiləcək ki, müəyyən məsələlər olsa belə, texniki cəhətdən hər şey qaydasındadır, eyni zamanda seçki də müəyyən mənada pozuldu. Qərbin Azərbaycanda indiki mövqeyi ondan ibarətdir ki, ölkədə tam sabitlik hökm sürsün, Rusiyadan keçən kəmərlərə alternativ enerji marşrutları işləsin. Suriya ilə məsələ uzandı. O da bu gün-sabah həllini tapacaq. Sonra Qərb üçün növbədə İran durur.

Rusiya bizimlə oynayır, asılı olmağımızı, ən azı onun dediyi ilə oturub-durmağımızı, nominal müstəqil olsaq belə, onun vassalına çevrilməyimizi istəyir. İran da müstəqil Azərbaycanı heç zaman istəməyib. Bu, təbiidir. Çünki əhalisinin böyük qismi bizik, bundan da həmişə qorxublar. Bizə yaxşı münasibət bəsləyə biləcək ölkə Türkiyədir. Onu da özümüzdən küsdürməsək, ya oradakıların başına hava gəlməsə, hər şey normal olmalıdır.

Azərbaycanda sabitliyin pozulmasını indiki məqamda Rusiya, müəyyən mənada da İran istəyə bilər.

- Seçkiyə münasibətdə Qərb-Rusiya ziddiyyəti müşahidə olunurmu? Belə bir ziddiyyət varsa, bu, Azərbaycanda müxalifətin, yoxsa iqtidarın xeyrinədir?

- Ümumiyyətlə Rusiya ilə Qərb arasında, üzdə o qədər görünməsə də, böyük ziddiyyətlər var. Azərbaycanda hakimiyyətdə kim olur olsun Qərb və Rusiya onu öz tərəfinə çəkmək istəyəcək. Onlar üçün hakimiyyətdə kimin olması böyük mənada heç bir əhəmiyyət kəsb etmir. Seçki məqamında kim Qərbin və ya Rusiyanın maraqlarının təmin olunmasına zəmanət verə biləcəksə, ikisi ortaq məxrəcə mütləq gələcək. Çünki belə məsələlər məsləhətləşmədən həll olunmur. Müəyyən məqamda Rusiya Amerikaya deyə bilər ki, Gürcüstanı verdim sizə, Azərbaycan və Ermənistanla işiniz yoxdur. Onlar da razılaşacaq. Müəyyən müddət sonra vəziyyət dəyişəndə ölkələri də dəyişəcəklər.

Dmitri Medvedyev prezident olanda Qarabağ məsələlərində irəlidə idi. Sonra isə Amerika bu vəzifəni üzərinə götürdü. Onlar bir-biri ilə məsləhətləşir. Amma belə olanda da kimsə kimisə aldadıb, söz verib sonradan naxələf çıxa bilər.

- Azərbaycana beynəlxalq təzyiqlər haqqında da fikir səsləndirilir. Bunu hətta hakimiyyət rəsmiləri də deyib. Təzyiqlərin olduğunu müşahidə edirsinizmi? Bu təzyiqlər varsa, məqsəd nədir, Azərbaycanda hakimiyyəti dəyişmək, yoxsa İlham Əliyevə təzyiq göstərməklə hansısa maraqları təmin etmək?

- Fövqəladə mənada heç bir təzyiq-filan yoxdur. Çünki “Human Rayts Votç”, “Fridom Haus” və bu kimi təşkilatların hamısı sadəcə olaraq öz işlərini görür, aybaay hesabatlarını verirlər. Elə məqamlar var ki, hesabatlar seçki ərəfəsinə düşür. Onların standartları var, bütün ölkələr üzrə işləyirlər. Sadəcə, bizdə olan vəziyyət müəyyən qədər onların standartlarına cavab vermir. Amerika, yaxud Rusiya kimi böyük dövlətlərin əsas məqsədi Azərbaycanda hakimiyyəti dəyişmək olarsa, bunu problemsiz edəcəklər. Hər şey böyük maliyyə ilə həll edilir və böyük güclərin istəyindən çox şey asılıdır. Xalqın iradəsinə gəldikdə, elə texnologiyalar var, işə düşəndə bizim özümüzə də elə gələcək ki, iradəmizi ifadə edirik, əslində isə kiminsə planına uyğun oyuna düşmüş olacağıq. Ciddi təzyiq yoxdur, olsaydı, çoxdan hər şey dəyişərdi.

- Bəs təzyiq gözləyirsinizmi seçkiyə qədər?

- Yox, heç nə gözləmirəm.

- Təzyiq olduğu təqdirdə indiki hakimiyyət Azərbaycanın maraqlarını güzəştə gedə bilərmi? Belə ehtimal varmı?

- Azərbaycanın maraqlarını güzəştə getmək deyəndə gözümün qarşısına ilk növbədə Qarabağ münaqişəsi gəlir. Bunu nəzərdə tutursunuz?

- Başqa məsələlər də ola bilər. Məsələn, Avrasiya İttifaqına qoşulma da var gündəmdə.

- Avrasiya İttifaqı və digərləri mümkün olan iş deyil. Bizim Avrasiya İttifaqına qoşulmağımız Qərbin qapılarının üzümüzə bağlanması deməkdir. Bu da Azərbaycanın maraqları ilə ziddiyyət təşkil edir.

Qarabağa gəldikdə isə, siyasi mənsubiyyətindən asılı olmayaraq heç kəs bu maraqları qurban verməyi boynuna götürə bilməz. Mən belə düşünürəm.

- Elçin bəy, Milli Şuranın yaranması, Rüstəm İbrahimbəyovun sədr seçilməsi və müxalifətdə vahid namizəd olması Azərbaycan siyasətinə yeni bir çalar gətiribmi?

- Təbii, gətirib. Azərbaycan mətbuatına da yeni çalar gətirib. Düşünürəm ki, yazmağa xeyli materialımız olacaq, xeyli hadisə baş verəcək.

- Bəs xalq, dövlət, dəyişiklik istəyən insanlar, Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürənlər üçün nə gözlənir?

- Onların yerinə mən deyə bilmərəm. Amma bizdə müəyyən mənada durğunluq var, bu durğunluq silkələnməlidir. Adam bir yerdə olanda və şəraitini dəyişməyəndə korşalmağa başlayır. Əgər kənardan səni silkələyəcək dərəcədə təsir olursa, şirin yuxudan ayılıb ətrafa baxırsan, qiymət verirsən ki, deyəsən, əl-ayağımı çox boş qoymuşam, yenilik lazımdır. Təsir olmalıdır ki, ayılasan. Bir yerdə oturmaq olmaz.

- Sizcə, Rüstəm İbrahimbəyovun namizədliyi uğurlu taktikadırmı müxalifət üçün?

- Rüstəm İbrahimbəyov olmasaydı, hesab edin ki, Milli Şuradakı simalar məhv olmuşdu. Rüstəm İbrahimbəyovun başına dolanmalıdırlar ki, qəfil ortalığa çıxıb. Hamısı ilə şəxsi münasibətim var, tanıyıram. Amma Rüstəm İbrahimbəyov onların ən son şansıdır. Bundan sonra çıxıb getməliydilər. Neçə ildir vahid namizəd deyə-deyə qalmışdı hamı, seçə bilmirdilər, biri digərinə güzəştə gedə bilmirdi. İndi 50-60 yaşında olanların heç biri müvəqqəti prezident olmaq istəmir. Amma Rüstəm İbrahimbəyov bu şərtə razıdır. Digərlərindən heç birinin planına bu daxil deyil. Mən təsəvvür edə bilmirəm İsa Qəmbər prezident seçilsin, iki il sonra siyasətdən getsin. Bu mümkün olan deyil, onlar siyasətçidir, Rüstəm İbrahimbəyov yox. Yaşı da digərlərindən fərqlidir.

- Rüstəm İbrahimbəyovun Milli Şuranı yaratması, sədr seçilməsi və vahid namizəd olması beynəlxalq diqqəti cəlb edibmi?

- Mənə elə gəlir ki, diqqəti cəlb edib. Rüstəm İbrahimbəyov sovet dövründən Rusiyada tanınıb, SSRİ Kinematoqrafiya İttifaqının sədri olub. İndi də MDB ölkələrinin Kinematoqrafçılar İttifaqları Konfederasiyasının sədridir. Hesab edin ki, Rusiya onun ikinci evidir. Amma Qərbə gəldikdə, onlar deyir müxalifət varsa, ortalığa sanballı şəxs və ya təşkilat qoyun ki, biz də görək. Ciddi təşkilat, güclü şəxs olsun ki, biz də ona maraq göstərək, lazım gəlsə dəstək də verək. Rüstəm İbrahimbəyov onlar üçün yeni fiqur olduğuna görə maraqlanırlar.

Amerikada isə küçəyə çıxıb 100 adamı dindirsəniz 99 faizi Azərbaycan haqda heç nə bilməyəcək, Azərbaycanın harda yerləşdiyini soruşacaq. Yəni onlar üçün bu maraqlı deyil. Amerikada sadəcə olaraq Dövlət Departamenti, qurumlar və Azərbaycanı bizdən daha yaxşı tanıyan mütəxəssislər var.

- Rüstəm İbrahimbəyovun qeydiyyata alınmaması mümkündürmü? Rüstəm İbrahimbəyov namizəd kimi rəsmən qeydə alınmasa, Milli Şura nə etməlidir? Şura seçkiyə kimin namizədliyi ilə gedə bilər?

- Nəzəri cəhətdən hər şey ola bilər. Əslinə qalsa, mən qeydiyyata alardım, burada elə bir problem olmamalıdır. İqtidarın öz daxilində də müxtəlif fikirlər mövcuddur. İkinci namizəd məsələsinə gəldikdə isə bunu deyə bilmərəm. İkinci namizəd köhnə hamam, köhnə tas olacaq. İsa Qəmbərin namizədliyi partiya tərəfindən irəli sürülüb. O birilərin də hər biri “mənəm” deyəcək. Belə halda da bir şey alınmayacaq. Bəlkə Milli Şuranın bu barədə öz planları var. Ciddi təşkilatdırsa, bütün variantları nəzərdə tutmalıdır. Cəmil Həsənli, Rafiq Əliyev kimi hörmətli şəxslər çoxdur. Amma adını çəkdiyim şəxslər akademik dairələrdə böyük nüfuza malikdirlər. Kino, incəsənət – adamı daha çox üzdə saxlayır. Rüstəm İbrahimbəyov kino xadimidir, Kann festivalında, Amerikanın bir neçə məşhur festivalında iştirak edir, “Oskar” mükafatı alıb. Bütün bunlar, təəssüf ki, adını çəkdiyim və hörmət elədiyim şəxslərdə yoxdur. Ola bilər, o şəxsin kitabı elmi cəhətdən yüz ssenariyə dəyir. Amma populyarlığa gələndə “Oskar”ın nə olduğunu hamı bilir, elmi nəzəriyyəni isə dar bir zümrə başa düşür. Bunlar spesifik hallardır.

Müxalifətdə olanların hər birinin namizəd olmağa haqqı var. Amma onların heç biri iki il müvəqqəti prezident olmağa getməyəcək.

İmdad ƏLİZADƏ
Töhfə ƏZİMOVA





332 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium