saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Ölkə

Azərbaycan geoloqun gözü ilə / 11.07.2013

       Azərbaycan Respublikası yerüstü və yeraltı sərvətlərinin zənginliyi, əlverişli coğrafi mövqeyinə görə qədimdən səyyahların, tarixçilərin diqqət mərkəzində olmuşdur. A.Məsudi, İstəhri, Marko Polo və b. əsərlərində Abşeronda, Qərbi Azərbaycanda neft yataqları haqqında məlumatlar verilmişlər. Azərbaycan geologiyasının öyrənilməsi «Qafqaz geologiyasının atası» H.V.Abixin tədqiqatları ilə bağlıdır. H.V.Abix Qafqazda, o cümlədən Azərbaycanda dərin tədqiqatları ilə paleontologiya və stratiqrafiya elmlərinin öyrənilməsinin əsasını qoymuşdur. Azərbaycanda  geologiya elminin inkişafında yerli geoloqların fəaliyyəti məhz 50-ci illərə təsadüf edir. Tədqiqatlar Azərbaycanın bəzi regionlarında: Abşeron yarımadası, Qobustan, Naxçıvan, Dağlıq Qarabağ, Talış və b. aparılırdı. Bu dövrdə Ş.Ə.Əzizbəyov, M.Ə.Qaşqay, Ə.Ş.Şıxəlibəyli, H.İ.Kərimov, R.N.Abdullayev və b. çoxillik zəhmətləri nəticəsində geoloji, tektonik, metallogenik və b. xəritələr tərtib edilmiş və istifadəyə verilmişdir.

Qafqazarxasının şərq hissəsində yerləşən Azərbaycanın relyefi 28 m-dən 4480 m yüksəklik arasında kəsgin dəyişir. Bu da öz növbəsində iqlim və landşaft qurşaqlarının müxtəlifliyinə gətirib çıxarır. Azərbaycan oroqrafik baxımdan dağlıq və düzənlik relyeflərə malikdir.
Stratiqrafiya. Azərbaycanın geoloji quruluşunda Fanerozoy eonotemin Paleozoy, Mezozoy və Kaynozoy eratemlərinin çöküntü, püskürmə və metamorfik süxurları iştirak edirlər. Böyük Qafqazın geoloji quruluşunda, əsas etibarilə, normal dəniz çöküntüləri iştirak edirlər. Kiçik Qafqaz evgeosinklinal inkişaf mərhələsi keçmiş və geoloji quruluşunda püskürmə, püskürmə-çökmə (piroklastik), qismən isə çökmə süxurlar iştirak edirlər.
Paleozoy eratemi çöküntüləri Naxçıvan Muxtar Respublikasında yer səthinə çıxır. Devon, Karbon və Perm sistemləri çöküntüləri əsas etibarilə dəniz fasiyalı karbonat süxurlardan təşkil edilib.
Devon sistemi  H.V.Abix, P.Bonne, Ş.Ə.Əzizbəyov və b. tərəfindən öyrənilmişdir. Şərur-Culfa antiklinoriumun geoloji quruluşunda orta-üst şöbələrinin çöküntüləri iştirak edərək, karbonatlı süxurlardan ibarətdir. Orta  Devondan  Eyfel və Jivet, Üst Devondan Frans və Famen mərtəbələri çöküntüləri məlumdur.
Karbon sisteminin alt şöbəsinin Turne, Vize, Serpuxov mərtəbələrinin çöküntüləri müəyyən edilmişdir. Onlar dəniz fasiyalı karbonat süxurlardan təşkil olunub. İlk dolğun məlumat F. Frex, sonralar P.Bonne, Ş.Ə.Əzizbəyov, A.M.Sadıkov və b. tərəfindən verilmişdir.
Perm sistemi Q.Q.Artqaber, Ş.Ə.Əzizbəyov, A.B.Məmmədov və b. tərəfindən öyrənilmişdir. Şərur-Culfa antiklinoriumun geoloji quruluşunda iştirak edərək, bitumlu və foraminiferli əhəngdaşlarından təşkil olunub. Kəsilişdə Alt Permdən yalnız Üst Bolor mərtəbəsi çöküntüləri məlumdur. Üst Permdən Kuberqanda, Murqab, Midiy, Culfa və Dərəşəm mərtəbələrinin süxurları kəsilişdə iştirak edirlər.
Mezozoy eratemi çöküntüləri Kiçik və Böyük Qafqaz meqantiklinoriumlarının iri tektonik strukturlarının quruluşunda iştirak edirlər. Eyni zamanda Xəzəryanı düzənliyində, Kür dağarası çökəkliyində qazılan dərin quyularda Üst Mezozoy çöküntüləri aşkar olmuşdur. Mezozoy eratemi sistemləri çökmə, püskürmə və metamorfik süxurlardan ibarətdir.
Trias sistemi çöküntüləri H.V.Abix, A.M.Sadikov, K.O.Rostovtsev, T.A.Həsənov və b. tərəfindən öyrənilmişdir. Naxçıvanda yer üzərinə çıxırlar. Sistemin alt və orta şöbələri təmsil olunur. Şərur-Culfa antiklinoriumun quruluşunda Alt Triasın İnd və Olenik, Üst Triasın Aniziy və Ladin mərtəbələrinin çöküntüləri əhəngdaşı, dolomit, dolomitləşmiş əhəngdaşıları ilə təmsil olunur.
Yura sistemi H.V.Abix, Ş.Ə.Əzizbəyov, M.Ə.Qaşqay, V.Y.Xain, Ə.Ş.Şıxəlibəyli, T.A.Həsənov, M.R.Əbdülqasımzadə, V.B.Ağayev, R.Q.Babayev və b.tərəfindən öyrənilmişdir. Yura çöküntüləri Kiçik və
Böyük Qafqazın iri, gömülmüş quruluşlarında iştirak edir. Alt Yura - Hettanq, Sinemyur, Plinsbax və Toar mərtəbələri terrigen, Orta Yura - Aalen, Bayos, Bat, Kellovey mərtəbələri püskürmə və piroklastik süxur-
lardan, Üst Yura - Oksford, Kimeric, Titon mərtəbələri isə karbonat, çökmə-terrigen süxurlardan ibarətdir.
Təbaşir sistemi V.P.Renharten, M.M.Əliyev, Ə.Y.Xəlilov, Ak.A.Əlizadə, R.Ə.Xələfova, X.Əliyulla və b. tərəfindən tədqiq edilmişdir. Təbaşir çöküntüləri Böyük və Kiçik Qafqazın əsas tektonik strukturların quruluşunda iştirak edir.
Alt Təbaşir- Berrias, Valanjin, Hoteriv, Barrem, Apt və Alb mərtəbələri çöküntülərlə təmsil olunaraq, əsas etibarilə, əhəngdaşı, mergel, gil, qumdaşı və onların növbələşməsindən ibarətdir.
Üst Təbaşir- Senoman, Turon, Konyak, Santon, Kampan, Maastrixt mərtəbələri karbonat, terrigen, püskürmə süxurları ilə səciyyələnir.
Kaynozoy eratemi Böyük və Kiçik Qafqazın, Kür çökəkliyinin əsas tektonik strukturlarının quruluşunda iştirak edir. Litologiyası çökmə, püskürmə və piroklastik süxurlardan ibarətdir.
Paleogen sistemi Paleosen, Eosen və Oliqosen şöbələrinə bölünür. Biostratiqrafiyasının öyrənilməsi ilə Q.Ə.Əlizadə, Ə.Ə.Əlizadə, T.Ə.Məmmədov, C.M.Xəlilov, D.Ə.Ağalarova və b. məşğul olmuşlar. Kiçik və Böyük Qafqazın, Kür çökəkliyinin əsas strukturlarının quruluşunda iştirak edirlər. Litoloji cəhətdən gil, qumdaşı, əhəngdaşı, konqlomerat və s. süxurlarla təmsil olmuşlar.
Neogen sistemi Miosen və Pliosen şöbələrinə bölünür. Miosen şöbəsinin alt yarımşöbəsi – Maykop, Tarxan, orta yarımşöbəsi – Çokrak, Karaqan, Konk və üst yarımşöbəsi – Sarmat, Meotis mərtəbələrinin çöküntülərilə təmsil olunur. Pliosen şöbəsinin alt yarımşöbəsi Pont, Balaxanı (Məhsuldar qat) və üst yarımşöbəsi isə Ağcagil mərtəbələrinə bölünürlər. Çöküntülər orqanogen əhəngdaşı, qumdaşı, gil, qum, qravelit və s. süxurlardan ibarətdir.
Dördüncü dövr (Antropogen) sistemi Pleystosen və Holosen şöbələrinə bölünür. Pleystosen şöbəsi - Abşeron, Bakı mərtəbələri, Türkan, Xəzər, Alt Xvalın horizontlarından; Holosen – Üst Xvalın və Yeni Xəzər horizontları çöküntülərindən təşkil edilib. Dördüncü dövr çöküntüləri Abşeron yarımadasında, Qobustanda, Xəzəryanı sahədə, Lənkəran düzənliklərində, Orta və Aşağı Kür ovalıqlarında, Bakı arxipelaqında və b. sahələrdə geniş yayılmışdır. Biostratiqrafiya tədqiqatlar B.G.Vəkilov, S.Q.Qaryağdı, T.S.Qarayev, E.M.Əsədullayev və b. tərəfindən aparılmışdır. Litoloji cəhətdən dəniz və kontinental fasiyalı çöküntülərdən, gil, qum, konqlomerat, əhəngdaşı süxurlarından ibarətdir.
Tektonika. Azərbaycanın geoloji quruluşunda iştirak edən əsas tektonik strukturlardan Böyük və Kiçik Qafqaz meqantiklinoriumları və onları ayıran Kür dağarası çökəkliyidir.
Böyük Qafqaz meqantiklinoriumun tektonikası, əsas etibarilə, V.Y.Xain, Ə.Ş.Şıxəlibəyli, F.S.Əhmədbəyli, Ə.Ə.Bayramov və b. tərəfindən tədqiq edilmişdir. O, mürəkkəb quruluşa malik olub, mərkəzi hissəsi Yura yaşlı gilli, qumdaşılı şistlərdən ibarətdir. Qanadlarını təşkil edən tektonik strukturlar nisbətən cavan süxurlardan ibarətdir. Böyük  Qafqaz meqantiklinoriumunda Təngi-Beşbarmaq antiklinoriumu, Şahdağ, Xızı, Şamaxı-Qobustan sinklinoriumları, Abşeron periklinal əyilmə və bir neçə başqa strukturlar mövcuddur.
Kiçik Qafqaz meqantiklinoriumun tektonik quruluşu V.Y.Xain, Ş.Ə.Əzizbəyov, M.Ə.Qaşqay, Ə.Ş.Şıxəlibəyli, Ə.İ.Məmmədov və b. tərəfindən tədqiq edilmişdir. Meqantiklinoriumun geoloji quruluşunda, əsas etibarilə, püskürmə, tuflu-çökmə, karbonat süxurlardan ibarət aşağıdakı tektonik zonalar mövcuddur: Lök-Ağdam tektonik zonası tərkibində Şəmkir, Murovdağ, Ağdam antiklinoriumları və onları ayıran Qazax, Daşkəsən, Ağdərə sinklinoriumlarıdır. Göyçə-Qarabağ tektonik zonası  Lök-Ağdam  zonasından  cənub və cənub-qərbdə yerləşir. Onun tərkibində Turaqaçay, Xocavənd, Sarıbaba, Azıx sinklinoriumları və onları ayıran Qarabağ və Zəmzur antiklinoriumları məlumdur.
Misxan-Qafan zonası Sarıbaba sinklinoriumun cənub-qərbində yerləşir. Zona Tərtər çayının mənbəyindən şərq istiqamətində uzanaraq, Qarabağ və Zəngəzur dağlararası sahəni əhatə edir. Tərkibi - Laçın, Starotaq, Qafan antiklinoriumları və onları ayıran Kəlbəcər törəmə muldasından, Xuzabirt və Qoçaz sinklinoriumlarından ibarətdir. Araz tektonik zonası Naxçıvan ərazisində yerləşərək tərkibində Şərur-Culfa, Zəngəzur antiklinoriumları və Ordubad sinklinoriumu mövcuddur. Strukturlar Fanerozoy eratemi çöküntülərindən təşkil olunaraq, çökmə, püskürmə, karbonat və s. süxurlardan ibarətdir. Talış tektonik zonası Talış dağlıq ərazisinin böyük hissəsini əhatə edir. Litofasial cəhətdən püskürmə və çökmə mənşəli kompleks süxurlardan təşkil edilmişdir.
Kür dağarası çökəkliyi Alp qırışıqlıq qurşağının Qafqaz seqmentində daxili strukturdur. O, Böyük və Kiçik Qafqaz dağları, Dzirül massivi və Xəzər dənizi ilə həmsərhəddir.Əsas tektonik struktur elementləri Orta və Aşağı Kür çökəklikləridir. Orta Kür çökəkliyində Alazan-Əyriçay, Palantökən sinklinoriumu, Daşyüz, Çatma-Göyçay antiklinoriumu, Aşağı Kür sinklinoriumunda Kürdəmir-Saatlı, Mil-Muğan gömülmüş qalxımlar mövcuddur.

Elnur Səfərov

Geoloq magistr,ARDNŞ,GGİ-mühəndis 

 

                                    Ədəbiyyat

  1. Əlizadə Ə, Babayev M.- Ümumi geologiya.
  2. Orucov V.- Ümumi, neft və neft-mə'dən geologiyası.
  3. Məmmədov T.Ə., Kərimov V.Y.- SSRİ geologiyası.
  4. Səfərov E.İ. - Kiçik Qafazın faydalı qazıntı yataqları.
  5. Məmmədov T.Ə.- Tarixi geologiya.




554 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium