saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Ölkə

Neftin əmələ gəlməsi və geosiyasət / 04.07.2013

                          

   Neft-bu sözlə rastlaşanda xəyallarımızda ilk öncə bəzii suallar canlanır.

Neft bizim üçün nədir?    Bizim yaşadığımız həyat neftdənmi asılıdır?   Bu kimi sualların cavabları arxasında müəyyən siyasi əlaqələr,maraqlar dayanır.

Qeyd edək ki, Neft istehsal edildiyi ərazilərdə yaşayan xalqların yaşam həyatında böyük rol oynamış və ölkənin iqtisadiyyatının güclənməsində, inkişaf etməsində özünə məxsus yer tutmuşdur. Bu səbəbdəndir ki, nefti “qara qızıl” adlandırılmış, onun bəşəriyyət üçün əhəmiyyəti yüksək qiymətləndirilmişdir.

 

Neft nece əmələ gəlmişdir?

-Məhz bu sual həmişə öz cavabını axtarmış və müxtəlif tədqiqatçılar tərəfindən müxtəlif formada izah edilmişdir.

Neftin öyrənilməsi qədimdən indiyə kimi böyük yol keçməsinə baxmayaraq, bu gunə kimi neftin əmələ gəlməsi barədə vahid fikir formalaşmamışdır.

Məhz neftin yaranması əvvəlki kimi yenə də, necə deyərlər, təbiətin ən böyük sirlərindən biri olaraq qalmaqdadır. Neftin əmələ gəlməsi bir-birindən fərqli olan iki əsas fikirdə cəmləşib - neftin üzvi yolla və qeyri-üzvi yolla əmələ gəlməsi nəzəriyyələri. Bəzən başqa bir nəzəriyyə də - neftin və qazın fəzada yaranması nəzəriyyəsi də mövcuddur. Son illər digər nəzəriyyələr və fərziyyələr də irəli sürülür.

Bəzi tədqiqatçıların fikirincə Neft üzvi maddələrdən, əsasən planktonların qalıqlarından yaranmışdır. Neftin üzvi yolla yaranması nəzəriyyəsinin banisi rus alimi M.V.Lomonosov olmuşdur.

Neftin əmələ gəlməsinin müasir üzvü nəzəriyyəsi XIX yüzilliyin sonları- XX yüzilliyin əvvəllərində işlənib hazırlanmışdır. O zamanın geoloqları P.Mrazekin, A.Arxangelskinin, İ.Qubkinin, C.Uaytın, K. Kalitskinin, E. Blümerin, H.Qeferin,Q.Potenyenin, P.Trasekin, C.Xantın, F.M.Van-Taylın, Ç. Hatçettin ,V.Vernadskinin, və d. bu haqda müxtəlif fikirlər söyləmişlər. Ancaq bu tədqiqatçıların ümumi fikiri neft və qaz yaradan süxurların əmələ gəlməsinin geoloji və geokimyəvi şəraitinin, üzvi maddələrin karbohidrogenlərə çevrilməsi proseslərini, karbohidrogenlərin kollektorlara miqrasiyasının və toplanmasının öyrənilməsinə yönəlmişdir.

Digər nəzəriyyənin-neftin təbiətdə qeyri-üzvi birləşmələrlə sintezi ilə yaranması fikri ilk dəfə 1805-ci ildə akademik A.Qumbold tərəfindən verilmişdir.Sonralar 1867-ci ilədək neftin üzvi maddələrdən yaranmasını söyləyən D.İ.Mendeleyev 1877-ci ildə onun mineral yaranması, yəni “karbid fərziyyəsini” inkişaf etdirmişdir. O, fikirləşirdi ki,  Neft - Yer kürəsinin dərin qatlarındakı flüidlərdən , maqmanın maye və qazşəkilli komponentlərindən və ya yerin dərinliklərində dövr edən qazla doymuş məhlullardan əmələ gəlir.

Çox keçmir ki, bütün dünyada neftin axtarışı onun üzvi yolla yaranması anlayışına əsaslanır.Ancaq 1950-ci ildən mineral fərziyyəyə maraq yenidən artmağa başladı, buna səbəb isə üzvi konsepsiya məsələlərində yaranmış müxtəlif fikirlər olmuşdur.

Tədqiqatçılar  arasında  Yer kürəsinin neft və qazlılığının flüidodinamik modeli yaradılmışdır. Onlar hesab edirlər ki, tərkibində karbohidrogenlər, qazlar və metallar olan flüidlər və ərintilər stratisferə dərinlik çatlarının zonalarından daxil olurlar. Belə ki, Yer kürəsində qranit massivində onlarla iri neft yatağı aşkar olunmuşdur. Azərbaycan alimlərindən  Ş.F.Mehdiyev neftin əmələ gəlməsi prosesini dərin enişlərdəki mənbələrlə və dərinlik yarığı zonaları ilə əlaqələndirirdi. Onun təsəvvürünə görə neftin yaranması üçün ilkin komponent qismində eyni zamanda qaz-buxar qarışığı halında olan mantiya maddəsi və çökmə süxurların səpələnmiş üzvi maddələri çıxış edirlər.

Neftin kainatda yaranması barədə XIX əsrin sonlarında V.D.Sokolov fikirlər söyləmişdir. O hesab edir ki, neftin karbohidrogenləri kainatda səpələnmış qeyri-üzvi komponentlərdən yaranmış və yer cisimlərinin tərkibinə bizim planetin formalaşması zamanı fəzadan daxil olmuşdur. Beləliklə, bu fərziyyəyə görə neft digər kainat maddələri ilə birgə Yer kürəsinə düşmüş kosmik fəzanın ilkin karbohidrogenlərinin bu hala çevrilmiş məhsuludur. Neftin fəza mənşəli olmağına əsas dəlillər astrofiziklərin ulduzlarda karbohidrogen tərkibli radikalların olması barədə və meteoritlərdə üzvi birləşmələrin geokimyəvi tədqiqatları barədə məlumatları olmuşdur.

Müşahidələr göstərir ki, Yupiterin, Saturnun, Uranın, Neptunun atmosferində metan və ammiak  vardır və hətta Uran və Neptun planetləri tamamilə metandan, ammiakdan və karbonat qazından ibarətdir.

Neftin mənşəyi barədə digər  fərziyyələr də mövcuddur. XX əsrin əvvələrində onun vulkanla bağlı olması söylənilmişdir. Bu fərziyyəyə görə karbohidrogenlər Yerin təkində maqmada yaranır və sonra Yer qatında olan çatlarla yuxarı qatlara qalxırlar.

Sovet geoloqu, akademik P.N. Kropotkin hesab edirdi ki, karbohidrogenlər mantiyanın deqazasiyası nəticəsində çöküntü örtüyünə daxil olurlar. Mantiyanın deqazasiyası yolu ilə bu qazların çatlarla stratisferaya yol açması P.Kropotkinə görə qazın, qazkondensatın və neftin toplanmasının yaranmasının səbəbləridir.

 

Neftin siyasətdə rolu nədir?-bu suala cavab tapmağa çalışacayıq.

 

   Xatırladaq ki,inkişaf etmiş ölkələr-ABŞ və Qərbi Avropa ölkələri yüksək  maliyyə imkanlarından istifadə edərək neft ehtiyatları ilə zəngin olan regionlarda iqtisadi maraqlarına uyğun siyasi durumların formalaşmasına,həmin regionlarda sabitlik,sülh şəraitlərinin yaradılmasına müsbət təsir göstərirlər. Beləki dünya ölkələrinə nəzər saldıqda görmək olarki zəngin neft ehtiyatlarına malik,lakin maliyə və texnoloji cəhətdən çətinliklərlə üzləşən ölkələrin,əksər hallarda inkişaf etmiş böyük dövlətlərin yardımına ehtiyacı olur.Az bir vaxtda həmin inkişaf etmiş ölkələrin şirkətlərinin gətirdikləri investisiya hesabına hiss olunacaq iqtisadi dirçəliş nəzərə çarpır. Məhz geosiyası baxımdan neft onları regiona müasir texnologiya və maliyyə vəsaiti gətirmiş iri dövlətlərlə yaxınlaşdırır. Buna misal olaraq biz İraqın Kuveytə qarşı olan təcavüzünə ABŞ və Qərb ölkələrinin münasibətini göstərə bilərik. Həmin dövlətlər işğalçı ölkəni Küveyitdən çıxartdılar və ölkəni azad etdilər.

    Bilirik ki,vətənimiz Azərbaycan zəngin təbii sərvətləri müxtəlif təsərrüfat sahələrinin inkişafı və əlverişli iqtisadi-coğrafi mövqeyi ilə Cənubi Qafqazda ozünəməxsus yer tutur. Dağlıq Qarabağda törədilmiş münaqişə nəticəsində Respublika qarşısında mürəkkəb problemlər yaranmışdır. Bu problemlərin həlli üçün ilk növbədə olkənin iqtisadiyatını dirçəltmək tələb olunurdu. Bununla bağlı diqqətin neft sənayesinə yönəldilməsi təbii bir addım idi.

    Geofiziklərin və  neftçilərin apardıqları ilkin işlər Xəzərdə zəngin neft ehtiyatlarının olduğunu göstərir lakin nəzərə almaq lazımdır ki,bu ehtiyatların çox hissəsi mürəkkəb hidroloji və geoloji şəraitdə yerləşmişdir. Məhz buna görədə onların mənimsənilməsi Azərbaycan və Xəzəryanı ölkələr üçün həddindən artıq çətin idi. Odur ki,Qərb şirkətlərini bu işə cəlb etmək üçün “açıq qapılar”siyasəti həyata keçirilirdi. Azərbaycanda belə siyasətin ilk  nümunəsi 1994-cü il sentiyabırın 20-də imzalanmış “Əsrin müqaviləsi”olmuşdur. Müqaviləyə əsasən,onlarca xarici şirkətlər Azərbaycana böyük həcimli sərmayələr qoymağa başlayırlar.  Bu siyasətin həyata keçirilməsi çox keçmir ki,müsbət nəticələr verir. Belə ki,ölkəyə böyük sərmayelər gətirilir,minlərlə insan işlə təmin olunur.Məhz ölkəyə gətirilən bu sərmayələr neft sənayesi ilə yanaşı müxtəlif xidmət sahələrinə və infrastrukturun yaradılmasına da yönəldilir.

    Ümumiyyətlə qeyd etməliyik ki,bazar iqtisadiyyatı şəraitində daha iri zəngin neft şirkətləri regionlarda üstünlük qazanaraq neft ehtiyatlarına malik olan dövlətləri öz ölkələrinin bilavasitə geosiyasi maraq çərçivəsinə salırlar.Beləliklə,gələcəkdə yeni zəngin neft-qaz hövzələrinin aşkar edilməsi və onun ehtiyatlarının istifadə edilməsi dünyada baş verən siyasi və iqtisadi proseslərə birbaşa təsir edəcəkdir.

 


 

                                                                                          Elnur  Səfərov

                                                                                          Geoloq magistr

                                                                                          GGİ,KMAE-mühəndis

 

                                                   Ədəbiyyat:

1.  V.Orucov-Ümumi neft və neft-mədən geologiyası.

2.  M.Atakişiyev-Azərbaycanın yeni neft siyasəti və iqtisadi yüksəliş.

3. M. Mirzəyev-"Qara qızıl" ağ səadət rəngində.





697 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

ayka,  e-mail; ayka_17@rambler.ru | 07.11.2013 | 09:08:53
deqiq hansi yolla emele gelmesi haqqinda melumat verin

 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium