saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Ölkə

Kiçik Qafqaz vilayətinin geologiyası / 02.07.2013

              

 

      Bu vilayət Kür və Araz çayları arasında suayrıcı olub, şərqdən qərbə doğru yüksəlir. Ən uca zirvəsi Murovdağ silsiləsindəki -Gamışdağdır. Hündürlüyü 3724 m-dir.

Geomorfoloji vahidləri - Murovdağ, Şahdağ, Şərqi Göyçə, Qarabağ silsilələri, Qarabağ vulkanik yaylası.

Zirvələri - Gamışdağ, Hinaldağ, Böyük Işıqlı.

Relyefi - Böyük Qafqazdan fərqli olaraq vilayətdə Mezozoy erasının effuziv süxurları üstünlük təşkil edir. Xüsusilə Qarabağ vulkanik yaylası sönmüş vulkanlarla zəngindir. Bu vulkanlardan ən hündürləri Böyük Işıqlı və Qızılboğazdır. Vulkan və effuziv süxurların geniş yayılması ilə əlaqədar rayon filiz faydalı qazıntıları - alunit, dəmir filizi, qızıl, Mehmanə polimetal yatağı və mineral bulaqlar -Istisu, Turşsu, Şırlan, Minkənd bulaqları ilə zəngindir. .Vilayətdə mezozoy, kaynozoy, qismən də paleozoy (Əsrikçay hövzəsi) erasının süxurları yayılmışdır. Azərbaycanda ən qədim süxurlardan biri Tovuz rayonunun Əsrikçay hövzəsindədir. Paleozoya aid bu süxurların yaşı 400-450 mln. ildir.

Iqlimi - Vilayətdə yarımsəhra və quru çöl iqlimindən başqa bütün iqlim tipləri mülayim-isti, dağ soyuq və dağ tundra iqlim tipləri mövcuddur. Kiçik Qafqazın dağətəyi və alçaq dağlığında qışı quraq keçən mülayim-isti (cənub-şərq hissədə yayı quraq keçən mülayim-isti), orta dağlığında qışı quraq keçən soyuq, yüksək dağlığında isə dağ-tundra iqlimi hakimdir. Orta illik temperatur 00-100C, orta illik yağıntı 300-900 mm-dir.

Çayları sıxdır. Tovuz, Xaçın, Tərtər, Zəyəm, Şəmkir, Kürəkçay – Kür çayına; Həkəri, Bərgüşad, Köndələn, Oxçuçay ilə Araz çayına tökülürlər.

Gölləri - uçqun və vulkanik mənşəlidir. Böyük və Kiçik Alagöl, Qaragöl, Göygöl, Maralgöl və s. vilayətdə şorsulu göl yoxdur.

Vilayət 4 fiziki-coğrafi rayona bölünür:

 1. Qarabağ vulkanik yaylası rayonu - Ermənistanla sərhəddir.

 2. Qarabağ dağları rayonu - Ermənistanla sərhəddir.

 3. Gəncə rayonu - Ermənistanla həmsərhəddir;

 4. Həkəri rayonu - Ermənistan və Iranla həmsərhəddir.

Kiçik Qafqaz vilayəti Azərbaycanın qərbində yerləşir. Vilayətin əsas dağ silsilələri Şahdağ, Şərqi Göyçə, Murovdağ (Gamışdağ 3724 m) və Qarabağdır. Qarabağ silsiləsindən qərbdə Vulkanik yayla yerləşirƏn fəal seysmiklik Gəncəbasar zonasında (8-9 bal) müşahidə olunur.

Kiçik Qafqaz filiz mənşəli faydalı qazıntılarla zəngindir. Daşkəsəndə dəmir, Zəylikdə alunit, Mehmanada polimetal, Gədəbəydə mis, Kəlbəcərdə civə və qızıl yataqları yerləşir. Vilayət  tikinti materialları (mərmər, gips və s.) və mineral sularla da (İstisu, Turşsu və s.) zəngindir.

 Kiçik Qafqaz geodinamik şəraitlərin müxtəlifliyi ilə səciyyələnir. Onun şimal-şərq hissəsi mezozoyda təməli Zaqafqaziya aralıq massivinin Baykal bünövrəsi üzərinə qoyulmuş adalar qövsünün inkişaf rejimi ilə səciyyələnir. Burada, Böyük Qafqazdan fərqli olaraq, maqmatik süxurlar üstünlük təşkil edir. İntensiv maqmatizm Kiçik Qafqazın  hüdudları daxilində dördüncü düvrədək təzahür etmişdir. Maqmatik süxurlar müxtəlif petrokimyəvi və petroqrafik tiplərə bölünür. Buna uyğun olaraq maqmatizmlə əlaqədar formalaşan yataqların genetik tipləri də daha çox müxtəlifdir. Belə ki, Böyük Qafqazın cənub yamacında kolçedan formasiyasının qurğuşun, sink və mis yataqları əmələ gəlmiş, Kiçik Qafqazda isə bunlardan əlavə həm də başqa kolçedan, skarn, hidrotermal, vulkanogen-çökmə və digər genetik tipli dəmir, qızıl, molibden, kobalt, alunit yataqları, həmçinin seolit, bentonit və b. qeyri-filiz faydalı qazıntıların yataqları da formalaşmışdır.

Böyük və Kiçik Qafqazı bir-birindən ayıran dağarası Kür çökəkliyinin əsasən şərq hissəsi Xəzərin şelf zonasının lap içərilərinə qədər izlənilən iri neft və qaz yataqlarının olması ilə xarakterizə edilir. Lakin çökəkliyin qalın çökmə çexolu metal yataqlarının axtarışı baxımından hələ ki tədqiq olunmamışdır. Kiçik Qafqaz adalar qövsündən cənub-qərbdə ofiolit zonası uzanır. Metallogenik baxımdan bu zona dunitlərlə əlaqədar olan çoxsaylı xromit filizi təzahürlərinin, həmçinin civə və qızıl yataqlarının olması ilə səciyyələnir. Tədqiqatçıların, xüsusilə qızıl filizi yataqlarıda, metalların mənbəyi haqqındakı fikirləri bir-birindən kəskin sürətdə fərqlənir. Kiçik Qafqazın ofiolit kompleksinin inkişaf tapdığı riftogen zonası cənub-qərbdə Önqafqaz aralıq massivi ilə cənubdan onun üzərinə sürüşərək gələn İran plitəsinin kolliziya zonası ilə əvəz olunur. Paleozoy fundamenti üzərində paleogen-neogen çöküntülərindən təşkil olunmuş, ehtiyatı milyard tonlarla olan nəhəng daş duz yataqlarının mövcudluğu ilə seçilən Naxçıvan çökəkliyi yatır.Təbaşir-paleogen yaşlı çökmə, vulkanogen-çökmə süxurların və nadir hallarda rast gələn maqmatitlərin yayıldığı Talış strukturunda yataqlar aşkar olunmamışdır. Azərbaycanda ən iri faydalı qazıntı obyektlərindən biri olan və istismar edilən yeganə alunit yatağı – Zəylik Daşkəsən rayonunda yerləşir. Alunitdən alüminium oksidi almaq üçün Leninqradın (hazırkı Sankt-Peterburqun) keçmiş Ümumittifaq alüminium-maqnezium institutunda alunit filizlərin kompleks emalı üçün texnoloji sxem işlənib-hazırlanmış, Kirovabad (hazırkı Gəncə) Sumqayıt alüminium zavodları tikilmişdir.Daşkəsən yatağının dəmir filizi cisimləri 50 ilə yaxındır ki, istismar olunur və qalıq ehtiyatlar təxminən 90 ilə çatar (Zamanov, 1998). Böyük Qafqazın Balakən-Zaqatala rayonlarıdakı əlvan metalların (qurğuşun, sink, mis) mövcud xammal bazası əsasında respublikada daha bir metallurgiya mərkəzinin təşkil olunması barədə dəfələrlə məsələ qaldırılmışdır. Azərbaycanın bir sıra qızıl filizi yataqlarının istismarı üçün xarici firma ilə uzunmüddətli kontrakt bağlanmışdır. Sodanın və s. istehsalı üçün demək olar ki, bütün Avropanın tələbatını ödəyə biləcək, milyard tonlarla ehtiyata malik olan daş duz və yüksək keyfiyyətli əhəngdaşları haqqında məlumatlar mətbuata və yarımrəsmi dairələrdə dəfələrlə qeyd olunmuşdur. Respublikada dünya bazarına çıxarıla bilən yüksək keyfiyyətli seolit və bentonit yataqları vardır.

Kiçik Qafqaz dağ sisteminin Azərbaycan Respublikasındakı hissəsi, əsasən, ümumi baş suayrıcısı olmayan və müxtəlif istiqamətlərdə uzanan bir neçə silsilədən ibarətdir. Bunlar Murovdağ, Qarabağ, Mıxtökən silsilələri, Şahdağ, Şərqi-Göyçə (Şərqi Sevan) Zəngəzur, Dərələyəz silsilələrinin bir hissəsi, vulkanik Qarabağ yaylasının çox hissəsi, Başkənd-Dəstəfur çökəkliyi və s. ibarətdir.Bəzi mənbələdə Zəngəzur və Dərələyəz silsilələri, Qarabağ yaylası Kiçik Qafqaza aid edilmir. Şahdağ silsiləsi şimal-qərbdə eyni adlı Şahdağ zirvədən (2901 m) başlanır və cənub-şərqdə Hinaldağ zirvəsinədək (3367 m) davam edir. Hinaldağdan şərqə Murovdağ silsiləsi Gamış dağınədək (3724 m) uzanır. Bu silsilələrdən şimalda Başkənd-Dəstəfur çökəkliyi, daha şimalda isə Şəmkir günbəzvarı yüksəkliyi yerləşir. Həmin yüksəklik Şahdağ və Murovdağ silsiləsidir (hündürlüyü 3000 m-dək). Pant silsiləsi və təcrid olunmuş halda yüksələn Kəpəz dağı (3030 m) Başkənd-Dəstəfur çökəkliyini şərqdə Ağcakənd çökəkliyindən ayırır.

Qafqazın şimal yamacının silsilələri şimala doğru alçalaraq Orta Kür çökəkliyində dik yamacla Gəncə-Qazax düzənliyinə keçir. Şərqi Göyçə (Şərqi Sevan) silsiləsi Tərtər çayı və Göyçə (Sevan) gölü hövzələrinin suayrıcısını təşikl edir. Ən yüksək zirvəsi Kəti dağıdır (3437 m). Kiçik Qafqazın cənub-şərq qurtaracağı olan Qarabağ silsiləsi Araz çayına tərəf alçalaraq dağətəyi maili düzənliklərə keçir. Ən yüksək zirvələri Qızqala (2843 m), Qırxqız (2830 m), Böyük Kirs (2725 m) və s. silsilələrinin geniş və hamar suayrıcı fonunda tənha qayalıq yüksəkliklər təşkil edir. Silsilənin şimal yamacında köndələn qollar və çökəkliklər var. Qarabağ silsiləsi şimal-qərbdə enlik istiqamətində uzanan Mıxtökən silsiləsi (Dəlidağ, 3613 m) ilə birləşir. Zəngəzur və Dərələyəz silsilələrinin müvafiq olaraq cənub-qərb və cənub yamacları Azərbaycan Respublikası (Naxçıvan MR) ərazisindədir. Zəngəzur silsiləsi Araz çayı dərəsinədək uzanır.Bu silsilə Kiçik Qafqazın dağ silsilələri arasında ən yüksəyidir. Orta hündürlüyü təqribən 3200 m-dir. Ən hündür zirvələri (Qapıçıq dağı -3906 m, Qazangöldağ - 3814 m və s.) silsilənin cənub hissəsindədir. Zəngəzur silsiləsindən cənub-qərb istiqamətində çoxlu köndələn qollar ayrılır. Ön dağ hissə üçün təcrid olunmuş ekstruzivlər və lakkolitlər (İspandağ - 2410 m, Xanağa - 1910 m, Əlincə - 1810 m və s.) səciyyəvidir.

 

                                                                                                                     Elnur  Səfərov

                                                                                                        Geoloq magistr

                                                                                                   GGI,KMAE-Mühəndis





587 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium