saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Siyasət

AYDIN MƏDƏTOĞLU: MİLLİ ŞURA MİLLƏTİN ŞURASIDIR! / 20.05.2013

 

“Əbdül-Həmidə belə indiki Azərbaycan prezidentinə verilən səlahiyyətlər verilməyib”

 

Bunu tanınmış Azərbaycanlı tarixçi alim, ictimai-xadim, türkoloq-yazar, Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) sədrinin Strateji Məsələlər üzrə müavini və KXCP İdarə Heyətinin üzvü Aydın Mədətoğlu ölkədəki ictimai-siyasi vəziyyətə, xüsusilə də Milli Şura haqqındaki fikirlərə münasibət bildirərkən deyib.

 

2013-cü il Azərbaycanda keçiriləcək prezident seçkilərinə toxunan Aydın Mədətoğlu, İlham Əliyevin hələ də rəsmi єəkildə namizədliyini elan etməməsinin səbəbini dövlətin qəbul etdiyi beynəlxalq hüquq normalarına əməl etməyin zəruriliyindən irəli gəldiyini qeyd edib.  Artıq super güclər də belə üçüncü dəfə prezident seçilməyin mümkünsüzlüyünü vurğulayan KXCP rəsmisi, bunu beynəlxalq norma və prinsiblərin tələbi olduğunu bildirib.  Azərbaycanın üzv olduğu beynəlxalq təşkilatların müvafiq öhdəliklərini  götürdüyünü xatırladan ictimai-xadim, diqqəti bir daha ölkədaxili bəzi məqamlara çəkib.

 

“Hər kəs özünə uyğun konstitusiya yarada bilməz. Buna qəti şəkildə imkan vermək olmaz. Əslində bizim konstitusiyamız Azərbaycan xalqının mənafeyinə uyğun konstitusiya deyil. Hətta konstitusiyalı monarxiyalarda belə bizdəki kimi olmur. Məsələn; 1875-ci ildə Osmanlı dövlətinin konstitusiyası tərtib olunanda Belçika`nın konstitusiyası əsasında formalaşdırılmışdı. Hətta o zaman sultan Əbdül-Həmidə belə indiki Azərbaycan prezidentinə verilən səlahiyyətlər verilməmişdi. Bu həqiqətdir, tarixi bir faktdır.”

 

Konstitusiya dəyişikliklərinin şəxsi mənafeyə uyğunlaşdırılmasının beynəlxalq hüquqa zidd olduğunu söyləyən tarxiçi alim, “Ola bilər ki, gələcəkdə hansısa maddə konstitusiyadan çıxarılsın. Amma onu prezident səlahiyyətlərini icra edən şəxs edə bilməz. Eləsə belə bu əsla onun özünə şamil olunmamalıdır. Bu konsitusiyaya müdaxilədir.” deyə bildirib.

 

KXCP sədrinin Milli Şura məsələsi barədə açıqlamalarının mətbuatda yayıldığını xatırladan A.Mədətoğlu, bununla bağlı fikirlərini açıqlayıb. Özünü Azərbaycan Xalq Cumhuriyyətinin varisi hesab edən hər bir kəsin bu ada uyğun hərəkət etməsinin vacibliyini vurğulayan türkoloq-yazar, xalqdan mandat almayan bir şəxsin Milli Şura`da iştirakının qeyri-mümkün olduğunu söyləyib

 

Bunun üçün mьvafiq hüquqi zəmin olduğuna diqqət çəkən KXCP rəsmisi, “Bunun adı Milli Şura`dır. Yəni, Millətin Şurası. Yəni hər yerindən duran, xalqdan heç bir mandatı olmayan kəs burada təmsil oluna bilməz. Bu kimlərinsə istəyinə görə olmur. Xalqdan səs almayan adamın millət adından danışmağa haqqı yoxdur. Bu dünyada qəbul olunmuş prinsibdir. Burada haqqı olub təmsil olunmaq istəməyənlər də ola bilər. Amma bu o demək deyil ki, ölkənin bütün ziyalıları və ya milli mücadələ yolunda olan hər kəs Milli Şurada yer alacaq. Xeyr! Məlum 125 nəfərlik Şurada hər bir seçim şəffaf və ədalətlə aparılmalıdır. Burada qaranlıq heç nə ola bilməz. Nə üçün bəzi müxalifətdən olan siyasətçilər əsl Milli Şuranın əleyhinə olmalıdır?! Axı onların özləri də bu siyahıda yer alırlar” deyə ifadə edib.

 

A.Mədətoğlu, Milli Şuranın tarixi keçmişinə nəzər salaraq Stolupin irticasından, Duma`nın fəaliyyətindən, əsrin əvvəllərində Azərbaycan`ın milli mübarizlərinin apardığı siyasətdən bəhs edib, Milli Şura`nın formalşadırılması haqqında cəmiyyətə düzgün informasiyanın çatdırılmasının, bunun mahiyyətinin düzgün şəkildə ortaya qoyulmasının əhəmiyyətini qeyd edib.

 

Partiyanın bununla bağlı kəskin mövqeyinin olduğunu və bu istiqamətdə müvafiq işlər görüldüyünü söyləyən siyasi xadim, “Milli Şuranı müxalifət düşərgəsini parçalayanlar, Azərbaycana əxlaqsız ədəbiyyat gətirənlər, sifarişlər əsasında vətəndaşlar arasında çaşqınlıq yaradanlar yox, həqiqətən də milli düşərgədən olan, xalqdan səs almış milli mənafeyə xidmət edən єəxslər yarada bilər. Bunun üçün kifayət qədər tarixi əsas da var.” deyə fikirlərini tamamlayıb.

 

    

/KXCP xəbər xidməti/ 





272 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium