saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Siyasət

Yagub Babalı: “Xalqın taleyi öz əlindədir!” / 11.05.2013

 

 

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ağsu rayon şöbəsinin sədri Yaqub Babalı ölkədəki ictimai-siyasi gündəmlə bağlı fikirlərini bölüşüb. Müsahibəni Sizlərə təqdim edirik.

 

-         Yaqub bəy, ilk öncə ad gününüzü təbrik edirik.

-         Çox sağ olun. Fürsətdən istifadə edib bütün təbrik edənlərə təşəkkür edirəm.

 

-         Prezident seçkiləri yaxınlaşır. Sizcə İlham Əliyev nə üçün hələ də namizədliyini rəsmi şəkildə elan etməyib? Bu hansısa dəyişikliklərdən mi xəbər verir yoxsa?

 

-         Məncə arxayın olmadıqlarından! Dünyada, regionda situasiya necə olacaq? Böyük güclər hansı mövqedə olacaq? İnqilab dalğası sərhədlərimizə çatmayacaq ki? və s. “Qorxulu” suallara qəti cavabları yoxdur. Yəni dünyadakı şərtlərə uyğun bildikləri yolu seçmək üçün gözləyirlər.

-         Bəzi partiyalar tərəfindən yeni siyasi bloklar yaranmaqdadır. Bu İctimai Palata (İP) və ya Demokratik Qüvvələrin Məşvərət Məclisinin uğursuzluğuna işarədirmi? Bununla bağlı seçki öncəsi ölkədəki siyasi mənzərəni necə dəyərləndirirsiniz?

 

-         Bəzi partiyaların yeni siyasi bloklar yaratmasının səbəbləri məncə bunlardır: Təbliğat imkanlarının daha artıq olmasından istifadə edən iki partiyanın başqalarını kiçik, özlərini böyük hesab etmələrindən narahat olaraq hesablaşılacaq duruma çatmaq istəkləri. Qarşıdakı dövrün məsuliyyətini dərk edərək Azərbaycana imkanları daxilində töhvələrini vermək istəkləri. Xarici qüvvələrin təsiri ilə bəzi blokları təsir dairələrinə salmaq. Bununla da proseslərin həmin qüvvələrin maraqlarına uyğun getmələri üçün "çalışanlar".. vs. Bilindiyi kimi İP və DQMM iki ayrı blok formatında fəaliyyət göstərir. Bunlardan kənarda böyük potensial var. Yalandan deyilərsə “İP bəs edər”, məncə bu indiki hakimiyyəti saxlamağa xidmət olardı.

 

     Seçki öncəsi duruma gəldikdə isə Azərbaycanda vəziyyət doğrudan da təhlükəli, hər an idarə olunmaz proseslərin baş verə biləcəyi bir haldadır. Məncə iqtidar son fürsəti itirməməlidir. Demokratiyaya keçidi iqtidar təmin etməyə çalışmalıdır. Aldatmağa cəhd etmədən. Məsələn; İlham Əliyev-Mirmahmud Mirəlioğlu dialoqu başlamalı, bütün müxalif yönlülərün toplantısı çağırılaraq müvafiq şərtlər razılaşdırılmalı və bu məqsədəuyğun şərtlər əsasında  demokratiyaya keçid təmin olunmalıdır.

 

-         Nə üçün məhz belə? Bəs Mirmahmud Mirəlioğlu müsahibələrinin birində təxminən “YAP-dan başqa hər kəslə görüşə biləcək biriyəm.” deyə ifadə etmişdi..

 

-         Bu mümkündür. Ona görə ki, Mirmahmud bəy heç kimi aldatmayacaq! İqtidardakılar düşünsünlər ki, 2010-cu ildə Qəddafi bunu etmədi, digər ərəb ölkələri bunu etmədi. Özləri və ölkələri faci ə yaşadı. Ordaki diktatorlar da əbədi olacaqlarlarını zənn edirdilər... 

 

-         Artıq ölkədə yetərincə yeni-yeni müxalif “güc mərkəzləri” yaradılır. Bəs Milli Şura haqqında Əli Əhmədovun söylədiyi fikirlərə münasibətiniz necədir?

 

-         Əli Əhmədov məsələlərə kiminsə xoşuna gəlmək baxışı ilə baxır. Dünya artıq başqa mərhələdədir. Milli Şura və yaxud bütün xalqı mübarizəyə cəmləyən başqa hansısa birlik Moskvadaki kinosenarist tərəfindən yaranmamalıdır. Bu siyasətlə məşğul olanlara ayıbdır. Bunu Azərbaycanımızı müstəqilliyə gətirən siyasətçilər etməlidir. Əks halda təşəbbüsü və məsuliyyəti götürənlər tapılacaq!

-         Partiyanız son dönəmlər daha da fəallaşıb. Bölgələrdə, xüsusilə də rayonunuzda KXCP-nin seçki hazırlıqları necə gedir?

 

-         Partiyamız Azərbaycanda hər bölgədə strukturu olan, yalançı təbliğatı -xalqı aldatmağı siyasət hesab etməyən, milli mənafeyi hər şeydən uca tutan, xalq hərəkatının və Əbülfəz Elçibəyin varisləri ilə yanaşı, o yolu qəbul edən vətənpərvərlərin partiyasıdır. KXCP 2010 parlament seçkilərində xalqın ən çox səsini qazanan partiyadır. Onlarla qalib gəlmiş namizədimizin işi Avropa İnsan Haqları Məhkəməsində icraata götürülüb. Mövcud rejim xalqı siyasətdən uzaq saxladığından və məlum maddi çətinliklər ucbatından bir çoxlarının KXCP-nin fəaliyyətindən xəbəri olmur.

 

            Rayonumuzdakı fəaliyyətə gəlincə isə onu qətiyyətlə deyə bilərəm ki, KXCP Ağsu Rayon Şöbəsi Ağsuda fəaliyyət göstərən ən güclü siyasi təşkilatdır. Hər gün yeni üzvlər qəbul olunur. Partiyamızın fəaliyyət planlarına uyğun olaraq işlərimizi görürük. Təlimata uyğun olaraq Seçki Qərərgahı yaratmışıq. Allahın köməyi ilə bu seçki ilində xalqımızı vəziyyətdən qurtarmaq üçün qələbəni Ağsuda təmin edəcək bütün vəzifələri yerinə yetirəcəyimizdən əminik!

-         Bu seçkilərdə xalqa nə müraciət etmək istərdiniz?

 

-          Bu il hamı siyasətə yaxın gəlməlidir. Xalqın taleyi öz əlindədir. Şərait yaranır. Əgər torpaqlarımızı, hüquqlarımızı, sərvətimizi, şərəfli adımızı qaytarmaq istəyiriksə bunu hamılıqla bacara bilərik! 

 

Sübhan TURAN





307 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium