saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Siyasət

Şakir Məmmədov: “Rejimin nəbzi yoxlanılır!” / 04.05.2013

Azərbaycanın müstəqilliyi uğrundaki mübarizə hərəkatında Sumqayıt şəhərinin siyasi fəallığını nəzərə alaraq Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Sumqayıt şəhər şöbəsinin sədri Şakir Məmmədovu çətin də olsa çoxdan bəri almağa çalışdığımız müsahibə üçün razı sala bildik. Şöbə sədri həm partiyanın fəaliyyəti, həm də son vaxtlar müxalifətdə yaşanan ictimai müzakirlər, ümumiyyətlə ölkəmizin siyasi mənzərəsiylə bağlı fikirlərini bizimlə bölüşdü. KXCP`nin Sumqayıt şəhər şöbəsinin qərargahında hazırladığımız qısa müsahibəni Sizlərə təqdim edirik:

 

- Şakir bəy, prezident İlham Əliyevin Sumqayıta növbəti səfəri oldu. Şöbəniz Heydər Parkın qarşısında yerləşir. Polis tərəfindən partiya qərargahınıza qarşı hansısa təhlükəsizlik tədbiri alındımı?

 

- (Gülümsəyir..) Xeyr. Buna ehtiyac qalmayıb.. İctimai-siyasi proseslər belə cərəyan etsə, görünür İlham Əliyevin prezident statusunda şəhərimizə son ziyarəti olacaq. Çünkü xalq artıq ağı qaradan seçə bilir. Məcburi  şəkildə insanları hansısa tədbirə toplamaq absurddur. Və ya YAP üzvlüyünə kütləvi pul tutmalar bundan da betər haldır. Camaat cana doyub, bıçaq sümüyə dirənib. İstər məmur olsun, istərsə də özəl sektorda çalışan bu anti-milli sistemə nifrət edən yetərincə mütəxəssis var. Sadəcə olaraq hamısı varlıqlarını sürdürmək üçün susurlar. Müxalifətin mübarizəsinə qoşulmağa cəsarət etməsələr də əksəriyyətinin qəlbi bizlərlə vurur. Bundan əminəm.

 

- Son vaxtlar dünyada və ölkəmizdə  yaşanan ciddi ictimai-siyasi hadisələr fonunda partiyanızın bölgələrdə fəallığı hiss olunacaq dərəcədə artmaqdadır. Seçki hazırlıqları necə gedir?

 

- Partiyanın kursunu KXCP rəhbərliyi təyin edir. Mən sadəcə olaraq münasibət bildirə bilərəm. Bildiyiniz kimi, partiyamızın sədri Mirmahmud Mirəlioğlunun prezident seçkilərində namizədliyi artıq birmənalı şəkildə partiya tərəfindən dəstəklənib. Partiya daxilində demokratik mühit hökm sürdüyündən seçki hazırlıqları ilə bağlı məsələlər yerlərdə də həll olunmaqdadır. Şöbəmiz də seçki qərargahını formalaşdırıb. Bu istiqamətdə üzvlərimiz daim təlimatlandırılır, özəklərimizdə işlər gücləndirilir. Artıq Sumqayıt gəncliyinin nəfəsi hiss olunur. Bu ayın sonuna kimi şöbənin qadın qanadı da öz sözünü deyəcək.

 

Partiyamızın fəaliyətindəki bütün detallar şəffaf olduğundan heç bir gizli hallardan söz gedə bilməz. Bu kimi durumlar çoxdan ifşa olunub və bəlli “sifarişlərin kitabı” bağlanıb, ötən ildə qalıb bütün şər-xata. Düzdür zaman-zaman ictimai rəyi çaşdırmaq üçün müəyyən anlaşmazlıqlar atılır ortaya. Amma partiyamız Haqq işi gördüyündən bizim aktiv və şəffaf müxalifətçiliyimiz iqtidar və ona yaxın müəyyən qüvvələr tərəfindən qısqanclıqla qarşılanır. Ancaq biz heç nəyə məhəl qoymadan Rəzsulzadə-Elçibəy yolunda hədəfə doğru yürüyürük!

 

- Əgər yanılmıramsa KXCP rəhbərliyi 2010-cu il parlament seçkilərinin saxtalaşdırıldığını bəyan etmişdi. Beynəlxalq hesabatlara görə Azərbaycanda hələ də demokratik seçkilər üçün şəffaf mühit yoxdursa  KXCP təmsilçisi olaraq Siz,  2013-cu il prezident seçkilərindən nələr gözləyirsiniz?

 

- Hamının da bildiyi kimi, Azərbaycanda demokratik seçki ənənəsinin yoxluğuna baxmayaraq partiyamız, ölkənin bələdiyyə və parlament seçkilərində həmişə siyasi gücümüzü xalqın iradəsiylə ifadə edib. KXCP, keçirilmiş seçkilərdə hər zaman Azərbaycan`daki bütün müxalifət adına iddialı partiyaların birlikdə topladıqları səslərin sayından daha çox səs alıb. Bunun da çox sadə bir səbəbi var. Belə ki, KXCP sədri Mirmahmud Mirəlioğlu, Azərbaycan səyasətində özünə məxsus siyasi əxlaq nümunəsi göstərən səyasətçilərdəndir. Məhz buna görə də xalqın ona olan rəğbəti danılmazdır.    

Beynəlxalq seçki institutları 2013-cu il prezident seçkilərində Azərbaycan iqtidarını ədalətli seçkilər keçirməyə məcbur edəcək. Mən əminəm ki,  Mirmahmud Ağa, bu ilki prezident seçkilərində xalqımız tərəfindən daxili və xarici demokratik qüvvələrin çox önəm verdiyi beynəlxalq seçki norma və standartlarına uyğun qaydada prezident seçiləcək.

 

- Şakir bəy, Siz də 2010-cu il parlament seçkilərində 44 saylı Sumqayıt-Abşeron Seçki Dairəsindən öz namizədliyinizi irəli sürmüşdünüz. Ama namizədliyiniz nə üçün qeydə alınmamışdı?

 

- Bəli. KXCP tərəfindən namizədliyim irəli sürülmüşdü. Mən qapı-qapı gəzərək yetərincə imza toplamışdım. Dönəmin Sumqayıt İH başçısı V. Əliyevin tapşırığı ilə Dairə Seçki Komissiyasının sədri V. Məmmədov, xüsusi komissiya təşkil edərək imza vərəqələrindəki imzaları saxtalaşdıra bildi. Bele ki, 7 nəfər ailə üzvümün də imzasını saxta çıxarmağa “müvəffəq” oldu. Mən bütün yerli məhkəmə instansiyalarını keçərək şikayətimi tanınmış vəkilim İntiqam Əliyevin köməkliyi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərə bildim. Hal-hazırda isə şikayətim icraata alınmışdır. Bu il işimə baxılacaqdır. Ancaq bu kimi hallar bizi əsla ruhdan  salmır. Tam əksinə bizi sındırmayan hər şey daha da möhkəm edir. Bu ilki seçkilərin saxtalaşdırılmasına imkan verməyəcəyik. 

 

- Ölkə müxalifətinin indiki fəaliyyətini necə qiymətləndirirsiniz? Seçkilərdə vahid namizədlə təmsil olunmaq mümkündürmü?  

 

- Vahid namizəd ətrafında birləşmək üçün bütün müxalifət partiyaları mütləq şəkildə bir blokda təmsil olunmalıdır. Blok formalaşdıqdan sonra isə vahid namizəd məsələsinə baxılmalıdır. Məsələn: 2003-cü ildə bütün müxalif partiyalar bir blokda təmsil olunurdu. Vahid namizəd məsələsi də öz müsbət həllini tapmışdı və bizlər də yekdilliklə Musavat başqanı İsa Qəmbəri dəstəklədik. Amma indi süni olaraq muxalifət param-parça olmuş vəziyyətdədir. Bu vəziyyətdə müxalifətin vahid namizədlə seçkiyə getməsi qeyri-mümkündür. İlk öncə Milli Şura məsələsi öz həllini tapmalıdır. Bununla bağlı partiyamızın bəyanatı da var.

 

- Ümummilli sayılan məsələlərdə iqtidar-müxalifət arasında “dialoq” mümkün olursa bəs  müxalifətin birliyi nəticə etibariylə xalqın rifahına xidmət etməzmi? Sizcə burada nə dərəcədə səmimiyyət vardır?

 

- “Dialoq” heç də pis səslənmir. Əgər hər hansı bir dialoqun arxasında əməli iş görülürsə bunu alqışlamağa dəyər. “Dialoq”dan sonra belə göz görə-görə dövlət büdcəsi talan olursa, korrupsiya və rüşvət son inkişaf səviyyəsini yaşayırsa, insan haqları alver mövzusuna çevrilirsə və saxta müxalifət də buna göz yumaraq iqtidarla “dialoq”a gedirsə burada hansı səmimiyyətdən danışmaq olar!?. Buna torpaqlarımızın işğalını da əlavə etsək paradoksal bir nüansın şahidi oluruq.

 

- Hansı nüansı nəzərdə tutursunuz?

 

- Yəni ki, mövcud hakimiyyət öz ömrünü uzatmaq üçün yaramız olan Qarabağ məsələsindən bir vasitə kimi istifadə  edir. Belə olduğu təqdirdə isə müxalifətlə iqtidarın hansı dialoqundan söhbət gedə bilər!?. Məsələ ondan ibarətdir ki, mövcud rejim bu kimi addımlarla xalqı aldatmış olur. Nəticədə isə xalqımız inamsız bir ruha köklənir. Kimə inanacağı haqda belə düşünmək istəmir. Bundan da fürsətçilər öz mənafeləri naminə yararlanır, səfalətə düçar olan xalqın güzəranı daha da ağır duruma düşür...

 

- KXCP olaraq partiyanız xalqı bu tərəddüd dolu inamsızlıqdan xilas etmək və sadə xalqın yaşayış səviyyəsini daha da yaxşılaşdırmaq üçün hansı tədbirləri həyata keçirməyi planlaşdırır?  

 

-KXCP sədri Mirmahmud Mirəlioğlu, Azərbaycan Respublikasının müstəqillik aktına imza atmış siyasətçilərimizdəndir. KXCP sədri kifayət qədər siyasi təcrübəyə malikdir. Əgər xatırlayırsınızsa 2010-cu il parlament seçkilərində heç kim inanmırdı ki, xalq seçkilərə gəlsin. Partiya sədri öz komandasını səfərbər edərək cəmiyyətin böyük bir qismini öz elektoratına çevirməyi bacardı.

 

Parlament seçkisində də yetərli səs ala bildi. Bu ayrı bir məsələdir ki, hakimiyyət total şəkildə seçkiləri yenə də təyinatı üzrə saxtalaşdıra bildi. Sualınızın ikinci hissəsinə gəlincə isə xalqın rifah durumunun yaxşılaşdırmaq üçün mövcud rejimin demokratik yolla hakimiyyətdən uzaqlaşdırılması mütləqdir! Sadaladıqlarımız məsələlər öz şəffaf həllini taparsa xalqın güzəranı tezliklə dəyişər.  

 

- İcazəsiz aksiyalarla bağlı cəzalar getdikçə sərtləşdirilir. Bununla bağlı nə deyərdiniz?

 

- Elə bu özü açıq-aşkar iqtidarın seçki öncəsi ciddi təşvişə düşməyindən xəbər verir. Biz demokratik qüvvələr olaraq hələ hakimiyyətin nəbzini yoxlayırıq. Hərçənd ki, yerlərdə belə bizdən mitinq üçün “hə” cavabı gözləyənlər var, ama məlumdur ki sivil mübarizədən yanayıq. Ancaq meriya əvvəlcə ayırdığı yer üçün belə mitinq keçirməyimizə “yox” dedi. İndi xalqın gözü bizdədir. Biz isə buna biganə deyilik!

 

- Görürəm ki, digər müxalif partiyaların şəhər şöbələrinin qərargahı olmadığı halda KXCP`nin belə geniş qərargahı var. Hiss olunur ki, qərargahınızda prezident seçkilərinə mütəşəkkil bir qaydada çox ciddi hazırlıq işləri gedir. Təəssüratlarımızda yanılmırıq ki?!.

 

- Siz qərargaha daxil olarkən gördüyünüz bu gənclər, 2010-cu il parlament seçkilərindəki aktiv üzvlərimizdir. Biz, Sumqayıt gənclərinin gücünə güvənirik. Gənc elektoratımız parlament seçkilərində  bütün seçki məntəqələrində təmsil olunub. O vaxtdan etibarən partiya daxilində seçki institutu formalaşmışdır. Hakimiyyətin  bütün saxtakarlığının qarşısını ala biləcək püxtələşmiş gənclərimiz vardır. İNŞAALLAH 2013-cü il prezident seçkilərində də Mirmahmud Mirəlioğlunun öz haqqına sahib çıxacağına inanırıq!

 

Sübhan TURAN





316 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium