saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Ölkə

Qanunsuz evi necə qanuniləşdirmək olar? / 17.04.2013

 

Sənədsiz evlərin qeydiyyatı, yəni həmin evlərə mülkiyyət hüququnun tanınması hansı qaydada aparılmalıdır? Azərbaycan Hüquq İslahatları Mərkəzinin sədri, vəkil Anar Bağırov “Media forum” saytına deyib ki, Mülki Məcəlləyə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya tikinti üçün lazımi icazələr almadan tikilən yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş tikili də bu sıraya daxildir.

Vəkil qeyd edib ki, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə yolu ilə verilə bilər: “Mülki Məcəllə özbaşına tikintiyə mülkiyyət hüququnun tanınmasının ilkin şərti kimi həmin tikintinin yerləşdiyi torpaq sahəsinin şəxsin mülkiyyətində olması tələbini təsbit edir. Özbaşına tikintinin yerləşdiyi torpaq sahəsinin dövlət, bələdiyyə və ya xüsusi mülkiyyətdə olması mümkündür. Bu halda mülkiyyət hüququnun tanınmasından deyil, əldə edilməsindən söhbət gedə bilər.

Torpaq sahəsinə mülkiyyət hüququnun əldə edilməsi müvafiq torpaq qanunvericiliyi ilə tənzimlənir. Torpaq Məcəlləsinə görə, özbaşına tikinti başqa şəxsin xüsusi mülkiyyətində olan torpaq sahəsində inşa edilibsə, onda özbaşına tikintini inşa etmiş şəxs torpaq sahəsini həmin şəxsdən əldə etməlidir. Həmin torpaq sahəsinə sərəncam verib-verməmək isə mülkiyyətçinin hüququdur.

Özbaşına tikinti aparılmış torpaq sahəsinin mülkiyyət sənədinin olması tikilmiş evin sənədləşdirilməsi prosesinin ilkin şərtidir. Mülki qanunvericiliyin tələbinə görə, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmədə o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanı
na bilməz”.

Anar Bağırovun sözlərinə görə, özbaşına tikintiyə mülkiyyət hüququnun tanınmasını tələb edən şəxs bu halları (faktları) məhkəmədə sübut etməlidir.

1) özbaşına tikintinin yerləşdiyi torpaq sahəsinin şəxsin xüsusi mülkiyyətində olması faktı;

2) özbaşına tikintinin şəhərsalma, tikinti, ekoloji, yanğın təhlükəsizliyi tələblərinə və digər norma və qaydalara uyğunluğu faktı;

3) özbaşına tikintinin digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmaması faktı;

4) özbaşına tikintinin fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaratmaması faktı.

Məhkəməyə müraciət etmiş şəxs iddia ərizəsinə bu sübutları əlavə etməlidir:

1) torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd (məsələn, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış);

2) özbaşına tikintinin iddiaçı tərəfindən aparıldığını təsdiq edən sənəd (məsələn, podrat müqaviləsi, təhvil-təslim aktı, tikintiyə çəkilmiş xərcləri təsdiq edən qəbzlər);

3) özbaşına tikintinin sanitar-epidemioloji, yanğın təhlükəsizliyi, texniki, ekoloji normalara uyğunluğunu təsdiq edən sənədlər (məsələn, müvafiq səlahiyyətli orqanın rəyi);

4) özbaşına tikintinin saxlanmasının digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərinin pozmamasını təsdiq edən sənədlər və s.

İşin faktiki hallarından asılı olaraq əlavə sənədlər tələb oluna bilər.

Hüquqşünas deyib ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun tələbinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır: “Həmin qanunda qeyd olunur ki, tikiliyə mülkiyyət hüququ tanındıqdan sonra vətəndaş tikilini qeydiyyata almaq üçün Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinə müraciət etməlidir. Bunun üçün həmin quruma verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün məhkəmə qərarı; torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur”.



«MediaPost Azərbaycan»

401 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium