saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Cəmiyyət

«Ruhaniyyat və ekologiya» mövzusunda tədbir / 15.04.2013

Mütləqə İnam Ocağının Ruhani Mərkəzində «Ruhaniyyat və ekologiya» mövzusunda tədbir keçirilib.

Tədbir Mütləqə İnam Bayrağının qarşılanması ilə başlayıb. Yolruh Atalı «Ataya Günorta Üztutması»nı (Ricasını)» və «Təbiətdəki Mütləqlə Gündüz Təması»nı deyib.


Ocaq Yükümlüsü İşıqlı Atalı Atanın adına səcdə edib, Ocaq Bayrağını öpüb: «Ürəyinizdə Ata Günəşi olsun! Mütləqə İnam Ocağının Ruhani Mərkəzində «Ruhaniyyat və ekologiya» mövzusunda tədbir keçirilməsi gərəkli məsələdir. Nədən danışırıqsa-danışaq, başlıca qayğımız insandır. Bu gün dünya öncəki dönəmlərdən daha pis durumdadır. Dünyanın, insanın indiki kimi çətin zamanı olmamışdı. Hər cür inkişaf sonda açıq şəkildə insana qarşı çevrilir. Elmi-texniki gəlişmələr insana fərəh yerinə dəhşətli əzab gətirir. Asif Ata Ocağı olaraq bu fəlakətlərin nədənini insansızlıqda görürük. Dünyadakı insansızlıqların çeşidləri saysızdır. Ağalıq biçimləri sonsuzdur. Dünyada qan-qadalar artır, çünki insan yaranmır, dünya insanilik tələbi üstə yaşamır. İnsani çağı, şəraiti yalnız yetkin, kamil insanlar yarada bilər. Bəşər istəkdən o yana gedə bilmir. Bədii əsərlərdə, filmlərdə, müsiqidə və s. insanın təbiətə sevgisi vəsf olunur, ancaq gerçəklikdə təbiətə yağı münasibətlər dayanmadan artır. İnsan təbiətdən, təbiət insandan ayrılır. Ağa sayılan ölkələrin ağalığı, kiçik sayılan ölkələrin kiçikliyi artır. Böyük ölkələrlə kiçik ölkələr arasında sərhəd gündən-günə dərinləşir. Dünyada qlobal dəyişikliklər gedir, insan məhvərindən çıxarılır. İnsan daxilən çökürsə, dünya da çökür, təbiət də çökür. İnsanın özünəyadlığı varsa, deməli, təbiətə yadlığı da artacaq. İnsan insana qıyırsa, nədən onun təbiətə qarşı vəhşiliyi, amansızlığı təbii sayılmasın? Deməli, təbiəti yaşatmaq istəyiriksə, insanın özünə doğmalığını yaratmalıyıq. İnsan özünə bələd olmur, özünü tanımır. Özünü tanımayan üçün dünya balacadır, insansızdır, ruhsuzdur. Belədə o, təbiətə ancaq faydaçılıq gözüylə baxır. İnsaniliyi müqəddəs sayan yoxdursa, təbiəti də müqəddəs sayan olmayacaq, necə ki, gerçək durum belədir. Özündən ayrılan həm də təbiətdən ayrılır. Ruhsuz adam hansı ölkəyə gedirsə, onun üçün yalnız qazanc var. İnsanla təbiət arasındakı ruhani birlik pozulub, ona görə də ekoloji problemlər artır. Pulla ölçülür hər şey. Adını nə qoysalar da, bu quruluşun adı kapitalizmdir. Hər şey əslində pulla ölçülür. Belə olanda burada müqəddəslik adına nəsə tapmaq mümkündürmü?


Ağalıq çağımızın ən böyük bəlasıdır. Atamız deyir, siyasət – mənfəət və fürsətdir. İri ölkələrin siyasi manevr imkanları güclüdür. Adamların ağalıq duyğusunu çağdaş quruluş alışdırır. Mənəviyyatdan məhrum olan üçün sabah yoxdur, beləsi hər şeyə bugünün gözüylə baxır, hər şeydə faydaçılıq görür. Zamana tabe olan varidatçılıqdan əl çəkə bilmir, bir tərəfdən də yaşamaq, insanlıq duyğusu ondan əl çəkmir. İnsanı bu təzaddan yalnız Mütləqə İnam dünyabaxışı çıxara bilər. Yurdumuzda təbiət korlanırsa, bunun dünyaya dəxli var və ya əksinə.

Dünyanı ekoloji cəhətdən korlayan iri ölkələrdir. İnsan haradadır? Bu kimi bitməz görünən qayğıları necə yenmək olar? Ekoloji fəlakət gündən-günə artır, xəstəliklər cavanlaşır, miqyası böyüyür, insanlar stressdən çıxa bilmirlər. İnsanın dünyayla ruhani bağlılığı itir!»

Sonra İşıqlı Atalı İnam Atanın «Mütləqləşmək – Var olmaq» Müqəddəs Kitabından «Özümləşən Təbiət» bölümünü oxuyub, bildirib ki, yalnız Ocağın dediyi, təqdim etdiyi ideal əsasında yaşamaqla var olmaq mümkündür.

Tanınmış ekoloq Telman Zeynalov Azərbaycanda və dünyadakı ekoloji problemlər haqqında danışıb, dərin təhlillər aparıb: «İnsan təbiətin təbii qaydasından ayrılıb. Düzgün vurğuladınız ki, insanla təbiət arasında uçurum yaranıb. İnsanın təbiətə inamsızlığı ciddi problemdir. Təbiət canlıdır. İnsan bunu görməlidir. Təbiət çox səxavətlidir. Təbiətin yaratdığını qoruya bilmirik.»

 Ekoloq Azərbaycandakı ekoloji durumun və bu yöndə maarifləndirmənin onu qane etmədiyini bildirib, Ocağın ideyalarını yüksək dəyərləndirib.

Ocağın Ruhani Başçısı Safruh bildirib ki, ekoloqun dedikləri sonda gəlib inama dayanır: «Bütün problemləri yaradan insandır, ancaq bu problemləri də aradan qaldıran insandır. Bu, əzəli bir həqiqətdir. Biz burada insanla məşğul oluruq. Fikrinizlə razıyam ki, hər kəs öz işiylə doğru məşğul olsa, problem yaranmaz. Biz gələnlərimizə bu yöndə mümkün qədər sadə, aydın dildə danışırıq. Deyirsiniz, gözəl qanun verməklə deyil, onun icrasıyala məşğul olmaq lazımdır. Doğrudur. Dünyanın ən gözəl sözü Atamızın sözüdür. Buna baxmayaraq, o sözlərə əməl etməsək, o sözün gözəlliyinin insana xeyiri olmayacaq.

Biz Mütləqə İnamçıyıq, azğımızdan çıxan söz yerinə yetirilməlidir. İnam Evinə gəlməyinizin gözəl mənası var. İstəyirəm ki, inandığım insanlar deyilən sözə uyğun olsunlar. Uyğun olarsa, o deməkdir ki, əlifbamız sözümüzü düzgün ifadə edəcək. Başqaları da bunu görməyə bilməz. İlahiliyin də iradəsini həyata keçirən insandır. Hara gedirsənsə, gəlib insanın üzərində dayanırsan. İnsanı ümumi bir qayda kimi anlayırlar. Konkret olaraq filankəs üzərinə düşən işi eləyirmi? Biz konkretliyə kimi insanla məşğul oluruq. Ona görə də İnam Evində peşəsindən asılı olmayaraq gələnlərlə insan, inam söhbəti eləyirik. Qayğılarınız, yanğılarınız bizə doğmadır. Ocaq olaraq yanıb-yaxılırıq. İnsanın başını qaldırıb Allaha baxa bilməsi üçün öhdəsinə düşən işi yerinə yetirməsi gərəkdir. Onda insanlar bir-birinin üzünə baxmaq haqqına sahib olar. Belə yaşamaq fərəhli olar. Fərəhli yaşamaq üçün çox işləmək, düşünmək, öyrənmək lazım gəlir. Özünü öyrənmən çox vacibdir. Onda görəcəksən ki, dünyadan çox ummaq doğru deyil. Ancaq özündən ummaq doğrudur. Adam iştahının öhdəsindən gələ bilimir. İştahı onu üstələyir. Onda necə olsun? Yanmağımızda davam etməliyik. Bu, insanın üzünü ağardan ruhani işıq verir. Bir də görürsən, kütləvi epidemiyalar baş verir. «Şər çox güclüdür» deyirlər. Dünyada xeyir güclüdür, gözəldir. Güclü olan gözəl insandır».

Yolruh Atalı bildirib ki, təbiətin öz nizamı onu heç vaxt uçuruma aparmayıb: “İnsanın müdaxiləsinə görə təbiət pis günə düşüb. İnsan kamilləşməsə, bu cür problemlər azalmayacaq, artacaq. Hər şeyə insani münasibət olmalıdır. Təbiət insana inanır, ancaq insanın təbiətə yadlığı var. İnamsızlıqdan yadlıq, yadlıqdan da yağılıq yaranır. İnsan özünü təbiətin bir hissəsi saymır, özünü təbiətdə görmür. Bir vaxt insan təbiət qarşısında aciz idi. İnsan heç vaxt təbiəti tam yenə bilməyəcək.

Necə olur, insan həm təbiətdə fayda görür, həm də ona vurulur? İnsan fitrətən gözəlliyə vurğundur. Pulgirin içində belə təbiətə ruhani münasibət var. İnsan müqdəddəslikdən maddi yararlanmaq istəyəndə  insanlıq ölür. İnsan maddi faydanı necə azaltmalıdır? İnsanın özünə, təbiətə qarşı ruhani münasibəti yarananda.  Təbiət özünə insan vasitəsilə münasibətini bildirir.»

Mövzu ilə bağlı İnamyurd Atalı və Ocaqsevər Əhmədağa bəy də fikirlərini bölüşüblər. 



«MediaPost Azərbaycan»

304 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium