
Sürücülük vəsiqəsinin verilməsində sadələşmə / 05.04.2013
Milli Məclis sürücülük vəsiqəsinin verilməsi şərtlərini sadələşdirib, amma əvəzində bəzi pozuntulara görə cəzaları ağırlaşdırıb. Bundan sonra maşınların pəncərəsinə qara plyonka vuran sürücülər 50 manat yox, 150 manat məbləğində cərimə ediləcək. Bu haqda İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər qəbul edilib.
Milli Məclisdə qəbul edilən digər dəyişikliklər sürücülük vəsiqəsinin alınmasında tələb edilən tibbi arayışın ləğvi ilə bağlı olub. Belə ki, daha sürücülük vəsiqəsi almaq üçün tibbi arayış tələb edilməyəcək. Yalnız yaşı 60-dan yuxarı olan şəxslər sürücülük vəsiqəsi alarkən tibbi arayış təqdim edəcək.
Texniki baxışın keçirilməsi qaydalarına da dəyişiklik edilib. Belə ki, yeni maşınlar istehsal olunduqları vaxtdan ancaq 4 il keçdikdən sonra ilk dəfə texniki baxışdan keçirilməli olacaq. Sonrakı müddətdə iki ildən bir keçiriləcək. Yalnız istehsal müddətindən 10 il keçəndən sonra hər il texniki baxış 11 regionda həyata keçiriləcək. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli hesab edir ki, bu qaydaların tətbiqi texniki baxış prosesinin sadələşdirilməsinə, daha da şəffaf olmasına gətirib çıxaracaq və hazırda mövcud olan əsassız bir sıra hallar aradan qalxacaq.
Dəyişikliklərə görə, nəqliyyat vasitələrin idarə etmək hüququ olmayan şəxslər yol hərəkəti qaydalarını pozarsa, yaxud sərxoş ikən bu hallara yol verərsə, onda həmin pozuntuya görə sanksiyalar da gücləndirilir. Belə ki, bir şəxsin ölümü ilə nəticələnən qəzalar zamanı 8 ilədək, 2 və ya da ha 12 ilə dək azadlıqdan məhrumetmə cəzasına məhkum ediləcək.
«MediaPost Azərbaycan»
|
693 dəfə oxunub |
 |
Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
Rasad, e-mail; rawad79@mail.ru | 11.04.2013 | 07:20:24 Salam man 2006 ci ilda suruculuk vasiqasi almisam BC kateqoriyalari ila o gundan avtomobil sururam . Man Baki saharinda yasayiram ,ancaq huquqi unvanim Qazax rayonundadir man neca D kateqotiyasi ala bilaram ??? Istayiram Bakidan rayona ketmayarak bunu edim. Bakida imtahan vera bilarammi?
|