saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Siyasət

Aytəkin İmranova: Hakimiyyət yeni gərginlik mənbələri yaradır! / 30.03.2013

PARTİYADAN HAKİMİYYƏTƏ SƏRT MESAJ Aytəkin İmranova: Hakimiyyət yeni gərginlik mənbələri yaradır! Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) İdarə Heyətinin üzvü, tanınmış insan hüquqları müdafiəçisi Aytəkin İmranova, KXCP İdarə Heyətinin son bəyanatı ilə bağlı fikirlərini bildirdi. Seçkiqabağı mühitin formalaşmasında vətəndaşların daha fəal olmasının zəruriliyini qeyd edən KXCP rəsmisi, xüsusilə prezident seçkilərinində bunun vacibliyini diqqətə çatdırdı. “Bütün siyasi nəzəriyyələrə görə seçkinin azad və ədalətli keçməsi üçün seçki günü yaradılan abu-hava seçkiyə qiymət vermək üçün yetərli deyil. Seçkiqabağı mühitin necə olması əsas amillərdən biridir” deyən KXCP şöbə sədri, ölkədə illər boyu tökülüb qalan və həlll edilməsinə cəhd belə edilməyən iqtisadi, sosial, siyasi, hüquqi, ekoloji, mədəni və s. digər məlum problemlərin gərginləşməsinin müxtəlif növ sosial aksiyaların baş verməsinə yol açdığını bildirdi. Quba, İsmayıllı və müxtəlif bölgələrimizdə hakimiyyətin biganəliyinə və səriştəsizliyinə, insan haqlarının kobud şəkildə pozulmasına, mövcud iqtidarın qanunsuz müdaxilələrinə, əsgər ölümlərinə qarşı baş verən etirazların, əhalinin maqistral yolları kəsərək diqqəti dözülməz vəziyyətlərinə cəlb etmək cəhdlərinin, ölkədə tüğyan edən korrupsiya qalmaqalları və digər nöqsanların yaxınlaşmaqda olan ciddi sosyal partlayışın əlamətləri olduğunu qətiyyətlə vurğulayan A.İmranova, “Ölkədə daha çox ixtişaşın yaranmaması, ictimai-siyasi vəziyyətin dəyişməsi, xalq arasındaki gərginliyin azalması, vətəndaşların yaşayış problemlərinin həll olunması, sakinlərin hüquq pozuntularının qarşısının alınması, vicdan məhbuslarının azad edilməsi, mövcud idarəetmə sistemində köklü islahatların aparılması üçün 2013-cü il Azərbaycanda prezident seçkiləri mütləq baş tutmalıdır!” deyə fikrini bildirdi. Hakimiyyət strukturlarının problemlərin heç olmasa bir qismini həll etməklə gərginliyi azaltmaq əvəzinə yeni-yeni gərginlik mənbələri yaratdıqlarına toxunan İmranova, bütün istiqamətlər üzrə cəmiyyətin müxtəlif sahələrinə hücumlar edildiyini, heç bir məntiqi və hüquqi əsası olmayan, gülünc ittihamlar irəli sürüldüyünü, baş verən dinc etiraz aksiyalarının dövlət çevrilişinə cəhd kimi təqdim olunduğunu, dünyanın ən populyar qəzetlərinə qarşı cərimə sanksiyaları və məhkəmə proseslərinin təşkil edildiyini, siyası partiya, QHT və dini icmalara qarşı qanunvericiliyin sərtləşdirildiyini, yerli və beynəlxalq vətəndaş cəmiyyəti qurumlarının hədəfə götürüldüyünü dərin təəssüf hissiylə ifadə etdi. YAP hakimiyyətinin “idarəçiliyi” dövründə bütün regionda fəaliyyət göstərən İSAR, SOROS fondunun Azərbaycan nümayəndəliyi, Beynəlxalq İnsan Haqqları Evi Şəbəkəsinin Norveç İnsan Haqları Evi nümayəndəliyi və s. kimi beynəlxalq institutların Azərbaycanda öz nümayəndəliyini bağladığını xatırladan İmranova, son bir neçə gündə isə adları ciddi korrupsiya ittihamlarında hallandırılan yüksək rütbəli rəsmi şəxslərin və hüquq mühafizə orqanlarının rəhbərlərinin ABŞ-ın Milli Demokratiya İnstitutunu hədəfə aldıqlarını ciddi narazılıqla qarşıladı. “Ölkədə son dərəcə absurd bir vəziyyət yaranır. Belə ki, bir çox siyası məqamlarda özünü ABŞ-ın strateji müttəfiqi adlandıran bu hakimiyyət, bir çox siyasi münaqişələr zamanı bu ölkənin hərbi və kəşfiyyat strukturları ilə sıx əməkdaşlıq edə-edə (İRAQ, Əfqanıstan və s.) heç bir dəlil, sübut olmadan QHT-ləri gah kəşfiyyatla, gah terroristlərlə, gah da mütəşəkkil cinayətkarlarla əməkdaşlıqda suçlayır” deyən KXCP rəsmisi, Milli Demokratiya İstitutunun ABŞ-ın ən nüfuzlu beynəlxalq qurumlarından biri olduğunu və davamlı olaraq da məhşur siyasətçilər (Olbrayt və s.) tərəfindən rəhbərlik ediliyini və heç bir qaranlıq keçmişi olmadığını, müvafiq layihələrin böyük əksəriyyətini də məhz hakim partiyanın funksionerlərinin birgə iştirakı ilə həyata keçirdiyini nəzərə çatdırdı. “Azərbaycan hakimiyyət qurumları və ayrı-ayrı dövlət rəsmiləri isterika vəziyyətində sağa-sola hücum etməkdənsə, ölkədə yaranmış ciddi problemlərin həllinə yönəlmiş məqsədyönlü və əhliyyətli bir siyasət yürütsələr həm özləri, həm də cəmiyyət üçün daha faydalı olar. Belə düşünülməmiş və əsaslandırılmamış bəyanatlar ölkənin beynəlxalq arenada tamamilə təklənməsinə və nüfuzdan düşməsinə gətirib çıxarar” deyə açıqlama verən Aytəkin İmranova, partiyasının hakimiyyətin yerli və beynəlxalq QHT-lərə qarşı “qara yaxma kampaniyası”nı şiddətlə qınadığını və iqtidarı bu təzyiqləri durdurmağa səslədiyini sözlərinə əlavə etdi. /xəbər xidməti/

«MediaPost Azərbaycan»

299 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium