saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Xəbərlər

2-ci yazı / 27.03.2013

«Mən DTK-nın generalı olmuşam. Bu, doğrudur. Bəziləri bunu həmişə mənim bioqrafiyamın mənfi səhifəsi kimi qələmə verməyə çalışırlar. Hesab edirəm ki, mənim bütün bioqrafiyam müsbətdir. Mən öz bioqrafiyamın bir xəttindən də imtina etmirəm və keçmişdə mənim həyatımda nə olmuşsa, hamısı ilə fəxr edirəm». – Heydər ƏLIYEV

Keçmiş sovet quruluşu birpartiyalı sistem idi. Ölkədə yeganə bir partiya – Kommunist Partiyası fəaliyyət göstərirdi. Sovet Ittifaqı Kommunist Partiyasının Baş katibi ölkənin rəhbəri sayılırdı. Respublikalarda respublika Kommunist Partiyasının 1-ci katibləri, rayonlarda isə rayon partiya komitələrinin 1-ci katibləri rəhbər sayılırdı. Sovet dövləti yaranan dövrdən başlayaraq, SSRI rəhbəri dəyişərkən, bir qayda olaraq, respublikaların rəhbətrliyi də dəyişilirdi. Yenisi özünə münasib olan partiya-təsərrüfat rəhbərlərindən birini respublikalara rəhbər təyin edirdi (formal olaraq seçilirdi). Bundan əlavə, bir qayda olaraq respublikaların KP MK 2-ci katibləri, respublika təhlükəsizlik komitəsinin sədrləri, respublika baş prokurorunun və daxili işlər nazirlərinin 1-ci müavinləri də Moskva tərəfindən rus və ya ukraynalı təyin edilib, Rusiyadan göndərilirdi. Moskva tərəfindən respublikalara, o cümlədən də Azərbaycana göndərilmiş yüksək vəzifəlı şəxslərin qarşısında da əsas məsələ 1947-ci ildə Sov.IKP MK Siyasi Bürosunun SSRI və dünya kommunist partiyalarına ünvanlanmış tam məxfi direktivinin icrası qoyulmuşdu. Bu direktiv «XXl əsr» qəzetinin 8 aprel 1995-ci il tarixli sayında dərc edilmişdir. Direktivin SSRI respublikalarına aid olan müddəalarını aşağıda verirəm.

«Sov.IKP MK Siyasi Bürosunun SSRI və dünya kommunist partiyalarına DIREKTIVI - Moskva 2.6.1947

Tamamilə məxfidir

K.AA\CC 113 XK əmri (003) 47.

Bütün partiya və təşkilatların birləşdirilməsinə tələsmək və həlledici vəzifələri bizim xüsusi xidmətlərdə işləyən adamların tutulmasına çalışmaq gərəkdir.

Təşkilatçılıq bacarığı və xalq arasında nüfuzu olan adamlara xüsusi diqqət yetirməli. Belə adamları ələ keçirməli, ancaq əməkdaşlıqdan boyun qaçırsalar, onların yüksək vəzifələrə keçməsinin qarşısını almalı.

Elə vəziyyət yaratmalı ki, dövlət (xüsusi xidmətlər və hərbi sənaye ilə yanaşı) qulluqçularının gəlirləri az olsun. Bu, birinci növbədə səhiyyə, məhkəmə və məktəblərə, eləcə də bütün rəhbər işçilərə aiddir. Idarəetmə orqanlarında və müəssisələrin əksəriyyətində (yerli hakimiyyət orqanlarının razılığı olmadan) bütün vəzifələrə bizim xüsusi xidmətlərimizlə əməkdaşlıq edən adamları təyin etməli.

Yerli orqanlara təzyiq göstərməli ki, əkin və həyətyanı sahələri olan vətəndaşlara torpağın sahibi olduğunu deyil, onlara torpaq verildiyini təsdiq edən sənəd verilsin: elə etməli ki, hüquqi, inzibati əmr və qərarlarda konkretsizlik olsun.

Mümkün qədər elə etməli ki, istənilən məsələ ilə eyni vaxtda bir neçə komitə-müəssisə və təşkilat məşğul olsun, ancaq bunlardan heç birinin müəssisənin işinə təsir etmək hüququ olmasın. Rəhbərlərin rolu ancaq sərəncamları yerinə yetirməklə məhdudlaşmalıdır.

Həmkarlar birliklərinin müəssisə rəhbərlərinə qarşı dura bilmək imkanı verən hüquqları qətiyyən olmamalıdır.

Onları başqa işlə, məsələn, məzuniyyətlərin və boş vaxtın təşkili, təqaüd və kredit ərizələrinə baxılması, mədəni və əyləncəli tədbirlərin, gəzintilərin keçirilməsi ilə yükləmək lazımdır. Onlar siyasi rəhbərliyin qərarlarını izah etməli və bəraət qazandırmalıdırlar.

Elə hərəkət etmək gərəkdir ki, yalnız öz vəzifələrini sədaqətlə yerinə yetirən və onların bilavasitə fəaliyyət dairəsindən kənara çıxan problemləri təhlil edə bilməyən rəhbərlər irəli çəkilə bilsinlər.

Çalışmaq lazımdır ki, şəhərlərin bərpası və yeni tikintilər zamanı vahid su kəməri şəbəkəsinə daxil olmayan nömrələr və quyular sistemli şəkildə ləğv edilsin.

Sənaye obyektlərinin bərpası və tikintisi zamanı sənaye tullantılarının əhalinin içməli su mənbəyi olan su hövzələrinə atılmasına çalışmaq lazımdır.

Bütün sahələrdə inzibati aparatın böyüməsinə imkan daxilində kömək etməli.

Ibtidai və xüsusi məktəblərdən (ancaq hər şeydən qabaq orta və ali təhsil müəssisələrində) milli ruhlu müəllimləri kənarlaşdırmalı. Onların yerinə bizim müəyyən etdiyimiz adamları qoymalı. Tarix dərslərində diqqəti şahların qəddarlığına və xalqın onların əleyhinə, mübarizəsinə cəmləşdirmək lazımdır. Xüsusi məktəblərdə çox məhdud ixtisaslaşmaya keçmək zəruridir.

Yerli əhalinin yadellilərə, xüsusən, alman işğalçılarına qarşı (ruslar əleyhinə mübarizədən yan keçməli) və sosializm uğrunda mübarizəni tərənnüm edən mədəni-idman tədbirlərini müdafiə etməli.

Hətta bizim dövlətimizlə əməkdaşlıq edəcək bir təşkilat yaranarsa, ancaq rəsmi rəhbərliyə və iqtisadi fəaliyyətə nəzarət etməyə can atarsa, onu dərhal millətçilik və şovinizmdə günahlandırmalı.

Körpülərin, yolların və rabitə vasitələrinin elə təşkilinə çalışmaq lazımdır ki, silahlı basqın zamanı düşmənin mövqelərinə və onun hissələrinin dislokasiya yerlərinə sürətlə hərəkət etmək mümkün olsun.

Çalışmalı ki, siyasi əleyhdarlar həbs olunsun. Onları guya qanunu pozduqlarına görə təcrid etməli, yaxud iş rəsmi səviyyəyə qalxmamış bədbəxt hadisə yolu ilə aradan götürməli.

Siyasi fəaliyyətinə görə məhkum edilənlərə bəraət verilməsindən qaçmaq lazımdır. Əgər bəraət qaçılmazdırsa, onu yeni proses keçirmədən və günahkarları (hakimi, cavabdehi, ittihamçını və xəbər verəni) çağırmadan məhkəmə səhvinin düzəldilməsi kimi həyata keçirməli.

Partiyanın təyin etdiyi rəhbərlər işimizə ziyan vurarsa və ya təbəqələr arasında narazılıq doğurarsa, onları məhkəmə məsuliyyətinə cəlb etmək olmaz. Onlar kobud səhv buraxarsa, vəzifəsindən azad etməli, uyğun və ya daha yüksək vəzifəyə təyin etməli. Ən pis halda, onları hansısa rəhbər vəzifəyə nəzərdə tutmaq və kadr ehtiyatlarına daxil etmək lazımdır.

Iş yerlərində aparıcı mütəxəssislərin öz işindən kənarlaşdırılmasına və onların az təhsilli bacarıqsız işçilərlə əvəz edilməsinə çalışmalı.
Ali məktəblərə xalqın aşağı təbəqələrinə aid, öz ixtisasına uyğun dərin biliklər almağa yox, ancaq diplom almaq xatirinə olan adamları qəbul etməli.»

Rus imperiyası məkanında yaşayan müsəlmanların (Bu müsəlmanlar da əsasən türk qruplu xalqlardır) qəhr edilməsinə isə hökmü Pyotr öz vəsiyyətində vermişdir: «Müsəlmanları tamam özləri hiss etmədən, mümkün olduğu qədər qəhr etmək, azaltmaq lazımdır.» (Murad Adоi, «Qıpçaq çölünün yovşanı», Bakı, 1993-cü il, səh. 81)

V.Semiçastnıy bu barədə «Narahat ürək» adlı kitabında belə yazır: «Bir qayda olaraq, Ermənistandan başqa bütün respublikalara 2-ci katiblər mərkəzdən rus göndərilirdi. Mən biləni, Ermənistana 1-ci dəfə yalnız 80-cı ildə 2-ci katib rus – Anisimov göndərildi. O vaxta qədər 2-ci katib həmişə erməni olmuşdur.» /səh. 117/.

Sonra V.Semiçastnıy yazır: «Sual oluna bilər: niyə həmin respublikada yaşayan ruslardan istifadə olunmurdu? Nə məqsədlə respublikaların KP MK-nın 2-ci katibləri mərkəzdən olmalı idi? Təcrübə göstərirdi ki, bu postlara yerli ruslar yaramır. Onlar artıq yerli adamların təsiri altına düşmüşlər. Hətta yerli dili təmiz bilmələri belə bu postu tutmağa əsas vermirdi.» /səh. 118/.

V.Semiçastnıy 1959-cu ildə Azərbaycan KP MK-nın 2-ci katibi vəzifəsinə təyin olunduqdan sonra, öz fəaliyyəti barədə yazır: «Mən belə qayda-qanun yaratdım: mənim dərkənarım olmadan KP heç bir qərarı, hətta onu KP MK birinci katibi Axundov imzalasa da, həyata keçməməlidir.» /səh. 126/.

Göründüyü kimi, Moskva mənşəcə ruslara ən yaxın olan ukrain və belarus millətlərindən də çox, həmişə ermənilərə inam və etibar edib və etməkdədir də.

Hər hansı bir yüksək vəzifədə çalışmaq üçün və hətta idarə və müəssisələrdə şöbə müdiri olmaq üçün savadından və bacarığından asılı olmayaraq, hökmən bu hakim Kommunist Partiyasının üzvü olmalı idin. Partiya töhməti (cəzası) almaq ən ağır cəza növü idi. Partiyadan xaric edilmək isə bütün karyeranı, gələcəyini itirmək demək idi.

1964-cı ildə Leonid Iliç Brejnev Sov.IKP MK Baş katibi seçildi. Respublikada humanistliyi və insanpərvərliyi ilə özünə böyük hörmət qazanmış, ixtisasca həkim olan Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov artıq Sov.IKP MK-nın keçmiş Baş katibi Nikita Xruşşovun adamı sayılırdı. Onun yenisi ilə əvəz olunacağı gözlənilirdi. Respublika ictimaiyyətinə məlum idi ki, V.Axundov özü də tutduğu vəzifəsindən gedib, ixtisası üzrə işləmək istəyir. L.I.Brejnev isə onu yaxşı tanıdığından, etimad göstərərək, işini davam etdirməsini məsləhət bilmişdi. Eyni zamanda da Moskva tərəfindən ondan xahiş olunmuşdu ki, birinci katib vəzifəsinə layiq bildiyi şəxslərin siyahısını tərtib edib Moskvaya göndərsin.

Onun tərəfindən 16 nəfərdən ibarət tərtib olunmuş siyahıda AKP MK-nın ideologiya üzrə katibi, 41 yaşlı Şıxəli Qurbanovun adı birinci göstərilir. Sonra siyahıda Məmməd Isgəndərovun (Azərbaycan SSR Ali Sovetinin sədri), Ənvər Əlixanovun (Nazirlər Sovetinin sədri), Maqsud Əlizadənin (Respublika Komsomolu MK-nın 1-ci katibi), Əli Kərimovun (Bakı şəhər Partiya Komitəsinin 1-ci katibi), Rəhman Məmmədovun (Kürdəmir Rayon Partiya Komitəsinin 1-ci katibi) və başqalarının adları göstərilir. Eyni zamanda da, bu adamları Moskvada da çox yaxşı tanıyırlar. 1967-ci ilin aprel ayında Şıxəli Qurbanov Moskvaya çağırılır və o Sov.IKP-nin MK-nın ideologiya üzrə katibi Suslovun kabinetində Sov.IKP MK-nın kadr işləri üzrə katibi Kapitonovun iştirakı ilə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi ilə əlaqədar söhbətdən keçdi. Keçmiş sovet quruluşu dövründə bir qayda olaraq respublikaların birinci katibi vəzifəsinə namizəd görülmüş şəxs Moskvaya Sov.IKP MK-ya çağırılıb yoxlama söhbətindən keçməli idi. Moskvanı qane edirdisə, deyirdilər söhbətdən keçdi. Sonra isə formal olaraq respublika KP MK-nın plenumu çağırıldı. Heç bir alternativ namizəd göstərilmədən Moskvada söhbətdən keçən şəxsin namizədliyi irəli sürülürdü. Hamı da bir nəfər kimi səs verirdi və təklif yekdilliklə qəbul olunurdu. Hətta 99 faiz söhbəti belə ola bilməzdi. Xalq da Şıxəli Qurbanovun Azərbaycan KP MK birinci katibi «seçiləcvəyini» gözləyirdi. Lakin heç də xalqın gözlədiyi kimi olmadı.

Şıxəli Qurbanovun adı gələndə xalqımız birinci növbədə keçmiş sovet quruluşu dövründə bayram keçirilməsi yasaq edilmiş Novruz bayramının 1967-ci ildə ilk dəfə olaraq rəsmi, dövlət səviyyəsində, yüksək təntənə ilə keçirilməsini, Şıxəli Qurbanovun faciəli ölümünü və onun bardə ən xoş xatirələrini yada salır.

Respublikanın orta və yaşlı nəsli 1967-ci ildə Azərbaycan Sovetlər Birliyinin tərkibində olan zaman ilk dəfə ölkəmizdə Novruz bayramının rəsmi qaydada ən yüksək səviyyədə təntənəli qeyd olunduğunun şahidi olmuşdur. Bu doğrudan da əsl ümumxalq bayramı idi. Sovetlər dövründə ilk dəfə Qız Qalasının üstündə məşəl alovlanırdı. Bütün şəhər bayramsayağı bəzənmişdi. Qız Qalasının ətrafında şənliklər təşkil olunmuşdu. Dənizkənarı park, küçə və meydanlar adamlarla dolu idi. Hamı sevinirdi, hamı bayram əhval-ruhiyyəsində idi və hər kəs biri-birini təbrik edirdi.

O dövrdə uşaqlı-böyüklü hamı bilirdi ki, bu ümumxalq bayramının təşkilatçısı və həyata keçirilməsinə məsul bir adam var ki, o da AKP MK-nın ideologiya üzrə katibi, böyük alim Şıxəli Qurbanovdur. Lakin həmişə olduğu kimi, yenə də sapı özümüzdən olan baltalar altdan-altdan öz işlərini görürlər. Azərbaycan xalqının tarixi və ən qədim bayramlarından biri olan Novruzu dini bayram adlandırıb, Moskvaya çoxlu sayda anonim məktublar yazaraq, bu «dini bayram»ın arxasında AKP MK-nın ideologiya üzrə katibi Şıxəli Qurbanovun durduğunu qeyd edirlər. Heç şübhə yoxdur ki, bu məktubların arxasında Azərbaycan DTK-nın sədri Heydər Əliyev və onun hakimiyyəti zəbt etmək arzusu dururdu. Sonradan məlum oldu ki, bu məktubları təşkil edən adamların əsas məqsədi heç də bayramı suçlamaq deyilmiş, əsas məqsəd Şıxəli Qurbanovun AKP MK-nın birinci katibi seçilməsinin qarşısını almaq üçün onu Moskvanın gözdən salmaq və Moskva vasitəsilə cəzalanmasına nail olmaq imiş. Bununla əlaqədar bayramdan sonra Ş.Qurbanov Moskvaya çağırılır. O, burada Sovet Ittifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin din şöbəsində 22 vərəqdən ibarət izahat yazır və özü alim olduğu üçün Novruz bayramının dini bayram olmadığını sübut və dəlillərlə şərh edir. Izahat qəbul olunmuş və hər şey öz yerini tutmuşdu.

Ş.Qurbanov həm də yaxın dostu olan çox tanınmış şərqşünas Iosif Samuiloviç Braginskiyə müraciət edir ki, o, rus sovet alimi kimi, tanınmış şərqşünas kimi Novruz bayramının dinlə əlaqəsi olmadığını geniş və əsaslı surətdə öz məqaləsində əks etdirsin. Həqiqətən də belə bir məqalə «Pravda» qəzetində çap olundu. Bir qədər sonra həmin yazı Azərbaycan dilində 20 may 1967-ci il tarixli «Ədəbiyyat və incəsənət» qəzetində dərc edildi. Bu məqalə dərc edildikdən sonra Şıxəli Qurbanov deyir: «NOVRUZ PASPORT ALDI».

Lakin heç də xalqın gözlədiyi kimi olmadı. Həmin vaxt Sov.IKP MK-nın Baş katibi L.I.Brejnevin bacanağı Semyon Sviqun Azərbaycan DTK-nın sədri, Heydər Əliyev isə onun 1-ci müavini idi. 1967-ci ildə L.I.Brejnev özünün ən yaxın və etibar etdiyi adamı kimi S.Sviqunu SSRI DTK sədrinin 1-ci müavini vəzifəsinə təyin etdi. S.Sviqunun etibarnaməsinə əsasən isə Heydər Əliyev Azərbaycan DTK-nın sədri oldu. O dövr üçün bu, çox gözlənilməz və həm də müəmmalı bir hadisə idi. Çünki müsəlman respublikalarında DTK sədri heç vaxt həmən respublikanın vətəndaşı təyin edilmirdi və müsəlman millətinə mənsub olan hər hansı bir şəxs heç bir respublikaya DTK sədri göndərilmirdi.

Həmin dövrdə respublikada gözlənilməz hadisə baş verdi. 1967-ci ildə mayın 24-də Şıxəli Qurbanovun «Sənsiz» dramına ictimai-baxış keçirilməli idi. Bütün ziyalılar Azərbaycan Dram Teatrına toplaşmışdı. Saat 11-də Ş.Qurbanov gəlməli idi. Saat 12 oldu, bir oldu... Camaat narahat olmağa başladı. Xəbər verdilər ki, dağılın, tamaşa olmayacaq. Camaat yerindən tərpənmədi. Nəcə yənı olmayacaq? Həmən gün səhər Ş.Qurbanov dişini müalicə etdirib, oradan da Dram Teatrına getməli idi. Lakin Ş.Qurbanov dişini müalicə etdirərkən çox müəmmalı şəkildə dünyasını dəyişdi.

Qeyd edək ki, bu dəhşətli ölüm hadisəsindən əvvəl də onu bir neçə dəfə öldürməyə cəhd etmişdilər. Birində ona atılan güllə qoluna dəymiş, digərində isə avto qəzaya salmaq cəhdi baş tutmamışdı. O ki, qaldı Ş.Qurbanovun ölümünə, bunu müəmmalı iş hesab etmək olmaz. Bu o vaxt müəmmalı iş olardı ki, onun mahiyyəti bilinməyəydi. Ancaq açıq-aşkar bilinir ki, Ş.Qurbanovu öldürüblər və bu ölümə səbəb aşağıdakılardır:

Birincisi, həkimin Ş.Qurbanovu tək qəbul etməyə ixtiyarı yox idi. Qanuna uyğun olaraq həm xəstəxananın baş həkimi, həm müalicə edən həkim, həm də tibb bacısı həmin zaman müayinə otağında olmalıydılar və bu üç nəfər protokola imza atmalıydılar ki, Mərkəzi Komitə katibi və Mərkəzi Komitə Bürosunun üzvü müalicə olundu və getdi. Yəni, sağ-salamat həkim yanından çıxdı. Imzalanmış protokol tibbi kartaya tikilməliydi. Amma həkim Ş.Qurbanovu tək qəbul edir. Dişinin ətinə iynə vurur və görəndə ki, Ş.Qurbanov boğulub, pəncərədən atılaraq qaçır. Sonradan Ş.Qurbanova vurulan şipris həyətdən tapılır. Ekspertiza üçün isə Moskvaya başqa bir adamın toxumaları göndərilir. Və burada da yeganə bir məqsəd var idi: bu iş ört-basdır olunsun.

Ikinci, Ş.Qurbanovun ölümü ilə əlaqədar tibbi komissiyanın rəyində səbəb kimi anafilaktik şok göstərilib. Ş.Qurbanovun boğazı tez-tez ağrıyardı və boğaz ağrısı ilə bağlı adı çəkilən iynədən çox vurulubmuş. Nəyə görə növbəti dəfə həmin iynədən istifadə olunması faciə ilə nəticələnməliydi?

Üçüncü, əgər Ş.Qurbanov həqiqətən də anafilaktik şok olmuşdusa, tibbi ədəbiyyatda göstərilir ki, anafilaktik şok olan adama dərhal nəfəs verilməli, ürəyinə massaj edilməlidir. Bu tədbirlərlə yanaşı boğazı dəlinməlidir. Lakin bunların heç biri edilməmişdi. Üstəlik həkim də pəncərədən qaçıb getmişdi.

Bundan başqa, tibb ədəbiyyatından o da məlumdur ki, iki gün ölüxanada olan anafilaktik şoka məruz qalan insanların özləri çox vaxt ayılaraq həyata qayıdıblar. Deməli bunun üçün müəyyən vaxt tələb olunur. Lakin Ş.Qurbanovu «anafilaktik şok»dan 20 dəqiqə sonra yarırlar. Bütün bunlar da Ş.Qurbanovun anafilaktik şokdan ölməyinə yox, öldürülməsinə dəlalət edir.

Az sonra isə 1-ci katib vəzifəsinə ən cavan və layiqli namizədlərdən biri, Maqsud Əlizadə günün günorta vaxtı güllə ilə vurularaq müəmmalı şəkildə öldürülür. Necə Şıxəli Qurbanovun, eləcədə Maqsud Əlizadənin də qanı batır. Qəribə deyilmi?! Ş.Qurbanov və M.Əlizadənin öldürülməsindən sonra DTK sədri Heydər Əliyev hakimiyyətə gəlir. Yəqin ki, Azərbaycan xalqının yetişdirdiyi bu 2 Vətənpərvər insanın erməni-kürd qanı daşıyan DTK sədri Heydər Əliyev tərəfindən öldürüldüyünə heç kimin şübhəsi qalmaz. Belə böyük cinayətləri təşkil edib, ört-basdır etmək ancaq DTK sədrinin edə biləcəyi işdir.

Maqsud Əlizadə ALKGI MK birinci katibi vəzifəsində işlədiyi vaxtda ALKGI MK katibi olmuş Sahib Sailovun M.Əlizadə barədə dedikləri: «Mənə sual versəydilər ki, Maqsud Əlizadə kimdir, cavabım belə olardı: gözəl insan, əsil ziyalı, böyük dünyagörüşünə malik, yüksək erudisiyalı, xalqını hər yerdə ləyaqətlə təmsil etməyi bacaran dövlət xadimi... O, ucaboylu, nurlu sifətinə xüsusi yaraşıq verən gur qara saçlı, hərəkətlərində çox ciddi, təbiətən sadə və böyük ürək sahibi olan bənzərsiz Azərbaycan oğullarından biri idi. Böyük təşkilatçılıq bacarığı ilə seçilirdi. Həyat hadisələrinə, insanlara özünəməxsus baxışı, münasibəti var idi.»

S.Sailov «Yasşadığım illər, keçdiyim yollar» («Araz» nəşriyyatı, 2007-ci il) kitabında yazır: «Ürək ağrısı ilə demək istəyirəm ki, o zaman respublika komsomolunun Mərkəzi Komitəsində işləyənlərin əksəriyyəti qeyri millətlərin nümayəndələri idi. Ona görə də hər gün çətinliklərlə üz-üzə gəlirdik. O vaxt komsomolun Mərkəzi Komitəsinin Bakı şəhər təşkilatına rəhbərlik edən şöbənin müdir müavini Boris Gevorkov idi. Ermənilər Kremldən üzü bəri hər yerdə, demək olar ki, bütün dövlət strukturlarında öz adamlarını yerləşdirmişdilər. Azərbaycan Komsomolunun Mərkəzi Komitəsində də eləcə. Burada B.Gevorkovdan başqa Karlen Petrosyan, Asya Nazaretyan, Yenya Petrosyan, Qrin Stepanyan və bir sıra başqaları çox mühüm postları ələ keçirmişlər. Hər hansı məsələnin müzakirəsi, həlli gələndə göz-qaşla bir-birinə işarə edir, birləşir, hər addımda işimizə mane olur, necə deyərlər, bizi işləməyə qoymurdular. Böyüklərimiz isə onların başına siğal çəkirdilər. Çünki, ermənilərin hər yerdə havadarı var idi. Haradasa birinin bir balaca ayağını tapdaladın, səsi gedib çox uzaqlara çıxırdı. Buna görə də hamı onlarla çox ehtiyatla, «pişim-pişim»lə davranırdılar.» (səh. 46)

S.Sailov yazır, M.Əlizadə ilə xeyli dərdləşdikdən sonra o, fikirli-fikirli üzümə baxaraq, dedi: «Sahib müəllim, neyləyək, – dedi, başımız öz əlimizdə deyil. Ona görə də bu erməni köpəkuşağı belə at oynadır. Əgər hər şey məndən asılı olsaydı, kürüyüb onları dənizə atardım. Siz rayondan gəlmisiniz, bəlkə də o qədər yaxşı bilmirsiniz, mən yaşlı adamlardan çox söhbətlər eşitmişəm. Bakıda onların törətdikləri mart qırğınında biz nə qədər qurban vermişik. Onların çörəyi dizinin üstündədir. Üzdə bizə dost, qardaş deyirlər, ancaq ürəklərində nə qədər nifrət var bizə. Yəqin eşitmiş olarsınız, erməni bir adamla üz-üzə gələn kimi, salamlaşmazdan əvvəl deyir: «Hayes, türkes?» Bu «türk» sözü dünyada onların ən çox nifrət etdiyi sözdür. Bax, burada, bizdə də belədir. Bəlkə də sizə elə gələ bilər ki, mən bunları görmürəm, hiss etmirəm. Yox, elə deyil. Çox məsələlərdə mənim, sadəcə, susmaqdan başqa çarəm qalmır. Mən rayonlardan sizin kimi vətənpərvər kadrları bir-bir yığıb bura, vəzifəyə gətirirəm ki, siz də yumruq kimi birləşəsiniz, hər yerdə sözünüz bir olsun. Burada – aparatda beş-on erməni var, görün onlar necə birləşiblər?! Hərdən yığılıb xosunlaşırlar. Elə bil hörmüçək toru qurublar burada. Lazım gələndə istədikləri adamı sıradan çıxarmağa çalışırlar. Təəssüf ki, bizimkilərin də bəziləri onların təsirinə düşüb. Yeri gələndə, ermənilərə havadarlıq edir. Bu da bizim faciəmizdən biridir. Tarix boyu ermənilər «dost, qardaş» deyə-deyə qanımızı içiblər. Biz gərək hər vaxt ehtiyatımızı əldən verməyək. Bilək ki, onlar nə məxluqdurlar.»

Vəziyyətin belə gərgin olduğu vaxtda Azərbaycan KP MK birinci katibi V.Axundovun razılığını aldıqdan sonra, M.Əlizadə ilə S.Sailov birləşərək ermənilərin pozuculuq hərəkətlərini ifşa edib, onları tutduqları vəzifələrindən uzaqlaşdırmağa başlayırlar. Çox çətinliklə də olsa birinci B.Gevorkovun vəzifəsindən kənarlaşdırılmasına nail olurlar, sonra da o biri ermənilərin.

Bir müddət keçdikdən sonra S.Sailov Azərbaycan KP MK-ya irəli çəkilir. M.Əlizadə isə Tibb Instituttuna prorektor vəzifəsinə göndərilir. Və bir gün günün günorta vaxtı öz kabinetində müəmmalı şəkildə güllə ilə vurulub, qətlə yetirilir. Cinayətkar isə tapılmır (?!) Heydər Əliyev hakimiyyətə gələn kimi M.Əlizadənin vəzifədən uzaqlaşdırdığı ermənilərin hamısı yüksək vəzifələrə irəli çəkilir. Sonda S.Sailov da Heydər Əliyev tərəfindən «layiqli» cəzasını alır.

Nəhayət, 14 iyul 1969-cu ildə Azərbaycan KP MK plenumu çağırıldı. Plenum V.Axundovun Azərbaycan KP MK-nın 1-ci katibi vəzifəsindən azad edərək, Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsinə təyin etmək barədə qərar çıxardı. Plenumda iştirak edən Sov.IKP MK katibi I.Kapitonov Azərbaycan KP-nin 1-ci katibi vəzifəsinə Heydər Əliyevin namizədliyini irəli sürdü. Şahidlərin dediyinə görə, bu gözlənilməz hadisə bir anlıq salonda sükut yaradır. Bu vaxt Şamaxı rayon KP-nin o vaxtkı 1-ci katibi Sabir Şəmiyev söz alır və sakitliyi pozaraq deyir: «Məgər Mərkəz partiya rəhbərlərindən kimisə seçə bilməz? Yoldaş Kapitonov, nə üçün Siz partiya təşkilatına hörmətsizlik göstərirsiniz? Nə üçün birinci katib təyin etməkdə presedent (Keçmişdə olmuş və sonra olan eyni tipli hadisələr üçün misal ola biləcək hadisə və ya hərəkət) yaradıb, çekisti birinci katib təyin edirsiniz?»

S.Şəmiyevin sözünə əhəmiyyət verən olmadı. Göstəriş Mərkəzdən olduğuna görə, heç kimin gözləmədiyi bir adam – Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi «seçildi» (təyin edildi).

Heydər Əiliyevdən ehtiyat edərək kimliyinin anonim saxlanılmasını xahiş edən müəllif «Hürriyyət» qəzetinə (23 iyul 2002-ci il) «Əliyev repressiyasının qurbanları» adlı məktubunda yazır: «Heydər Əliyev 1969-cu ildə KQB dostları Andropov, Semiçastni, Sviqun, Çebrikov və digərlərinin köməyi ilə L.I.Brejnevin başına yeritməyə çalışırdı ki, Azərbaycan KP MK-nın birinci katibi V.Axundov respublikanı idarə edə bilmir. Azərbaycanda Türkiyə meylli qüvvələr fəallaşır. Əliyev kimi güclü bir şəxs rəhbərliyə gəlməlidir ki, antisovet və millətçi təmayüllərə son qoyulsun».

«Zaqovorşiki v Kremle» kitabının müəllifləri V.Solovyov və Y.Klepnikova isə yazır: «SSRI DTK-nın sədri Andropovun Brejnevi devirib, onun yerində oturması üçün ona 15 il vaxt lazım olmuşdur... Təhlükəsizlik orqanlarındakı böyük təcrübəsi təbiətcə zəngin olan Heydər Əliyevi alçaq, bic, rəhimsiz və sui-qəsdçiyə çevirmişdir. Kreml tərəfindən təyin olunmuş respublikanın sahibini korrupsiyaya qarşı mübarizə adı altında devirib, yerini tutmaq üçün ona Azərbaycan gizli polisinin şefi vəzifəsində cəmi iki il işləmək lazım gəldi», (səh.208).

Azərbaycanı parçalayıb, Azərbaycanla Ermənistan arasında ən böyük strateji əhəmiyyət daşıyan bir ərazini və həmçinin gələcəkdə Naxçıvanı da ələ keçirmək məqsədilə Naxçıvanı Azərbaycandan ayırmaq üçün ermənilərin xahişini nəzərə alaraq 1929-cu ilin 18 fevralında Zaqfederasiyanın qərarı ilə Nüvədi kəndi Azərbaycan SSR-dən alınıb Ermənistən SSR-ə verilmişdir. Sonradan isə bu torpağın əsasında Mehri rayonu yaranmışdır. 10 illərlə nə Mir Cəfər Bağırov, nə Imam Mustafayev və nədəki Vəli Axundov Azərbaycan dövlətçiliyinin, Azərbaycan xalqının mənafeyinin əleyhinə olan bu qərarı təsdiqləməyib. Lakin Heydər Əliyev respublika rəhbəri təyin edildikdən («seçildikdən») 13 gün sonra, 27 iyul 1969-cu ildə Azərbaycan KP MK bürosunun qərarı ilə 40 il əvvəl Zaqfederasiyanın çıxardığı bu qərarı təsdiqləyir. Sonra Azərbaycan SSR Ali Soveti də AKP MK-nın çıxardığı bu qərarı təsdiqləyir. Bu da Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə, Azərbaycan xalqına qarşı ilk XƏYANƏTI oldu. Bununla da Heydər Əliyev özünün əsl simasını və gələcək fəaliyyətində kimə və nəyə xidmət edəcəyini açıq şəkildə bildirdi.

Şübhə yox ki, əgər Böyük Vətən Müharibəsi illərində Azərbaycana Mir Cəfər Bağırov yox, Heydər Əliyev rəhbərlik etmiş olsaydı, onda indi Azərbaycan Respublikası ərazisində türk millətinə mənsub olan bir adama belə rast gəlmək mümkün olnmazdı. Heydər Əliyev Anastas Mikoyanla birləşib Azərbaycan ərazisində yaşayan türklərin hamısını Qazaxıstan çöllərinə və Sibirə sürgün etmiş olardı.

Məlum olduğu kimi müharibə illərində Türkiyə Almaniya ilə müttəfiq idi. Bundan istifadə edən Anastas Mikoyan dünya ermənilərinin istəyini həyata kəçirmək üçün Stalin qarşısında məsələ qaldırır: «Azərbaycanlılar (Azərbaycan türkləri nəzərdə tutulur) Azərbaycandan dərhal köçürülməlidir ki, almanlar Türkiyədən SSRI-yə qarşı müharibəyə başlasalar, cənub sərhədləri möhkəmləndirilmiş olsun. Stalinin «saqqızını oğurlayan» Mikoyan azərbaycanlıların köçürülməsi məsələsini Siyasi Büoya çıxarılmasına nail olur. Lavrenti Berya M.C.Bağırovla dostluğa sadiq qalaraq, zəng vurub, məsələdən onu hali edir. M.C.Bağırov Moskvada Stalinlə təkbətək dörüşür və Mikoyanın arzusu gözündə qalır.» (Teyyub Qurban. «Düşmənlərindən güclü şəxsiyyət». Bakı, 2006-cı il, Şirvannəşr, səh. 577).

Baxmayaraq ki, Heydər Əliyev AKP MK-nın 1-ci katibi təyin olunduqdan sonra plenum çağırıb, respublikada xalq təsərrüfatına və mədəni quruculuğa partiya rəhbərliyini əsaslı surətdə yaxşılaşdırmaq, partiya və dövlət intizamını möhkəmləndirmək və onların məsuliyyətini artırmaq xəttinin müəyyənləşdirilməsi barədə məruzə ilə çıxış etdi, lakin demək olar ki, 14 iyul 1969-cu ildən başlayaraq, yəni 1937-1938-ci il repressiyalarından sonra bir qədər özünə gəlib, bir balaca rahat nəfəs almağa başlamış Azərbaycan xalqının, o cümlədən də, əsasən Azərbaycan türklərinin qara günləri başlandı. Artıq Sov.IKP MK-nın Siyasi Bürosunun yuxarıda göstərilən tam məxfi direktivini icra etmək üçün Moskva tərəfindən Azərbaycana göndərilmiş yüsək vəzifəli şəxslərə ehtiyac qalmadı. Həydər Əliyev bu drektivi Azərbaycan xalqına, xüsusən də Azərbaycan türklərinə qarşı böyük amansızlıqla, qəddarcasına, düşmənçiliklə həyata keçirirdi.

Respublikanın yaşlı nəslinə məlumdur ki, 1970-ci ilə qədər Bakıda ancaq belə bir ifadə işlədilirdi: bakılı, yaxud rayonlu. Regionçuluqdan əsər-əlamət yox idi. Adamların vəzifələrə təyin edilməsində isə qəti olaraq fərq qoyulmurdu ki, bakılıdır və yaxudda rayonlu. Baxmayaraq ki, AKP MK-nın 1-ci katibi V.Axundov təmiz bakılı idi, respublika səviyyəsində vəzifədə iki bakılı vardı: Şıxəli Qurbanov (AKP MK katibi) və Sabiq Rəhimov (yüngül sənaye naziri). Orta səviyyəli vəzifələrdə çalışan bakılıları da barmaqla saymaq olardı. O dövrdə Azərbaycanda korrupsiya və rüşvət də təsadüfi və demək olar ki, yox dərəcəsində idi. Necə deyərlər, o vaxt hədiyyə məsələsi vardı. Əgər partiya, sovet və hüquq- mühafizə orqanları əməkdaşlarına gördükləri işə görə kimsə hörmət edib, hədiyyə verərdisə, hədiyyə verən də, hədiyyə alan da 5-10 gün, yəni ara sakitləşənə qədər qorxularından yatmazdılar. Respublikada tayfabazlıqdan, yerlibazlıqdan əsər-əlamət yox idi. Xidməti vəzifəsindən sui-istifadə etmək çox təsadüfi hal idi. Hesabatların şişirdilməsindən, pripiskadan isə heç söhbət belə gedə bilməzdi.

Heydər Əliyevin plenumda söylədikləri ancaq sözdə və kağızda qaldı. Xalq isə tamamilə başqa hadisələrin şahidi oldu: respublikanın köklü əhalisi olan kadrlar (naxçıvanlılar istisna olunmaqla), xüsusən də vətənpərvər və milli ruhlu kadrlar tutduqları vəzifələrindən kənarlaşdırıldı, Heydər Əliyev özünə məxsus regionçuluq prinsipini aşılayıb, kadr siyasətində əsasən naxçıvanlılara, ermənistanlılara və ermənilərə üstünlük verdi; sənaye və kənd təsərrüfat məhsullarını, şişirdilmiş rəqəmlərlə kosmetik sürətlə artırdı; milli bayramlarımız əvəzinə şişirdilmiş rəqəmlər əsasında məhsul bayramları, hay-küylü mərasimlər və təmtəraqlı yubileylərin keçirilməsinə başlandı; respublikada ailə-tayfa hökmranlığına rəvac verildi; Heydər Əliyev hüquq-mühafizə orqanlarında olan nisbi müstəqilliyi də onların əlindən alıb, bilavasitə özünün və hakim olduğu tayfanın tabeliyinə keçirdi; vəzifə səlahiyyətindən sui-istifadə, korrupsiya, rüşvətxorluğa və «yad fikirli» ziyalılara, «xalq malını mənimsəyənlərə», «sexovşiklərə», «kölgə iqtisadiyyatına» qarşı mübarizə adı altında kütləvi həbslərə başlayıb, xalqı qorxu altında saxladı və s. Heydər Əliyev isə bu qeyri-insani, repressiv əməllərinə Moskva qarşısında belə don geydirirdi ki, guya Azərbaycanda korrupsiya və rüşvətxorluq, hərcmərclik və özbaşınalıq baş alıb gedir, o da qayda-qanun, nizam-intizam yaratmaqla məşğuldur.

Təcavüzçü Heydər Əliyev yazısında Heydər Əliyevin DTK-ya necə işə düzəldiyini yazmışdım. Bu yazıda isə siz Heydər Əliyevin DTK sədri olduğu üçün vəzifəsindən istifadə edib Şıxəli Qurbanov və Maqsud Əlizadə kimi 2 Vətənpərvər insanı necə öldürüb hakimiyyətə gəldiyinə şahid oldunuz. Bu 2 insan Heydər Əliyevin Azərbaycan xalqından aldığı nə ilk, nə də son şəxsiyyətlər oldu. Unutmayaq ki, sovet vaxtı DTK-ya heç vaxt Azerbaycanlını sədr qoymazdılar. Heyder Əliyev? – Axı onun atası kürd, anası erməni olub...

Rasim Əlizadə

http://www.avropa-az.com/Analitika/t%C9%99cavuzcu-heyd%C9%99r-%C9%99liyev-2.html



«MediaPost Azərbaycan»

465 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium