saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Siyasət

19-cu Qarabağ Forumu keçirildi / 16.03.2013

Mirmahmud Mirəlioğlu: Qarabağ problemi vicdan, namus məsələmizdir!

Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) mənzil qərargahında Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) təşkilatçılığı ilə növbəti Qarabağ Forumu keçirildi.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadənin sədrliyi ilə keçirilən yığıncaqda müxalifət partiyalarının sədrlərindən başqa QHT və KİV təmsilçiləri, ictimaiyyət nümayəndələri, ziyalılar sıravi vətəndaşlar da iştirak etdilər.

Qarabağ probleminin həllində Azərbaycan hakimiyyətinin diplomatik və hərbi fiaskosundan bəhs edən Azadlıq Partiyasının sədri Əhməd Oruc, iqtidarın məsələnin həlliylə bağlı irəli sürdüyü tezislərin orta səviyyədən də aşağı olduğuna diqqət çəkdi.  Dağlıq Qarabağ probleminin artıq aktiv fazaya keçməsindən 26 il, ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasından 21 il, atəşkəs elan olunmasından 19 il keçdiyini xatırladan partiya sədri, ermənilərin mərhələli - münaqişə yaratmaq, etnik təmizləmə siyasəti, bufer zonalar təşkil etmək, beynəlxalq dəstək almaq, status kvonun qorunması - şəkildə öz mənfur niyyətlərini çox məharətlə yerinə yetirdiklərini İlham Əliyev hakimiyyətinin isə ancaq “problemin həllinə 0 nöqtəsindən başlamaq”, “hücum diplomatiyası”, “hərbi büdcənin artırılması” kimi pafoslu tezislər bəyan etdiyini dedi.

Qarabağ məsələsində erməni lobbisinin daha fəal olmasından təəssüf hissi keçirdiyini söyləyən Azad Azərbaycan Partiyasının (AAP) sədri Həsən Həsənov, ermənilərin “25 illik mübarizələrini” qeyd etdiklərini nəzərə çatdırdı. Azərbaycanın öz torpaqlarında anti-terror əməliyyatı aparmağa borclu olduğunu əminliklə ifadə edən partiya sədri: “Torpaqlarımızın işğaldan azad edilməsi üçün müdafiə qurumu mütləq Türk əsillilərdən ibarət olmalıdır” dedi.

   Dağlıq Qarabağ məsələsinin çoxdan regional problem olmaqdan çıxdığını söyləyən Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər, Minsk qrupunun ABŞ+Rusya+Türkiyə+Avropa Birliyi (3+1)formatda dəyişdirilməsinin qaçınılmaz olduğunu bildirdi. Qarabağ məsələsi ilə bağlı qəbul edilmiş bütün müvafiq beynəlxalq sənədlərin hələ də tətbiq edilməməsinin indiki hakimiyyətin uğursuz siyasətinin ağır nəticəsi olduğunu və hakimiyyətin istefaya getməsinin vacibliyini də qeyd etdi.

İşğal altında olan Qarabağ torpaqlarının azad edilməsi üçün milli hökümtəin qurulmasının labüdlüyündən danışan KXCP sədri Mirmahmud Mirəlioğlu: “Maraqlı olanı budur ki, hələ Əbülfəz Elçibəyin dönəmində mövcud olmuş könüllü batolyanlarımız zamanı ərazilərimiz bu dərəcədə itirilməmişdi, hətta azad belə olunmaqdaydı. Ancaq Müdafiə Nazirliyi yaradıldıqdan bəri torpaqlarımızı daha çox itirməyə başladıq” deyə bildirdi. Artıq Qarabağın mövcud rejim üçün bir mədəniyyət siyasətindən, muğamdan  başqa bir məna kəsb etmədiyini kəskin şəkildə qınayan partiya sədri: “Bu hökümət 20 il ərzində xüsusilə Qarabağ məsələsində nəyə qadir olduğunu və xalqı müxtəlif bəhanələrlə çaşdırdığını açıq şəkildə göstərdi. Görəsən hakimiyyət bu ilki seçkilərdə nə vəd edəcək?” deyə fikrini ifadə etdi. Qarabağ probleminin xalqımızın vicdan, qeyrət, namus kimi ən yüksək mənəvi məsələsi olduğunu söyləyən M.Mirəlioğlu, torpaqlarımızın işğaldan azad edilməsinin yeganə yolunun milli hökümətin qurulmasından keçdiyini qətiyyətlə bildirdi.

Dağlıq Qarabağ münaqişəsinin həllinə hüquqi müstəvidə baxılmasının zəruriliyindən bəhs edən Azad Liberal Partiyasının sədri Əvəz Temirxan, hələ sovet dönəmində qədim Türk yurdu olan indiki Ermənistandan deportasiya edilmiş soydaşlarımızın hüquqlarının bərpası üçün ciddi işlər görülmədiyini dedi. “Azərbaycanlılara qarşı daima etnik təmizləmə siyasəti aparan güclərin növbəti planlarının qarşısı mütləq alınmalıdır. Bu gün imkan verməməliyik ki, yeni şəxsiyyət vəsiqələrində aid olunduğu kəndlərin adı çıxarılsın. Bundan başqa etnonimlər, toponimlərlə də bağlı erməni saxtakarlıqlarının qarşısı bir an öncə alınmalıdır. Ən azından görüşlər zamanı ikili qeydiyyat tələbi ortaya qoyulmalıdır (Göyçə/Sevan). Ancaq çox təssüflər olsun ki, bugünkü hakimiyyətdə mövcud olan xain kəslər ermənilərlə işbirliyi içərisindədir. Bizim də bəlamız elə bundadır!” deyə çıxışını tamamladı.

Qarabağ probleminin həlli üçün yeni bir strateji xəttin qəbul edilməsinin vacibliyini, mübarizə vasitələrinin əsla tükənmədiyini söyləyən Xalq Azadlıq Partiyasının sədri Valeh Mirzəyev, ermənistanın bir dövlət olaraq çökdürülməsi üçün bütün maddi resusrslarımızı səfərbər etməli olduğumuzu diqqətə çatdırdı.  

Orta məktəblərdə milli-mənəvi dəyərlərin inkişaf etdirilməsinin məqsədli şəkildə əngəlləndiyindən gileylənən Aydınlar Partiyasının sədr müavini Xanoğlan Əhmədov, gəncliyin enerjisindən müsbət dəyişikliklər uğrunda istifadə edilməlidir: “Tarix boyu bütün inqilabları gənclər həyata keçirmişlər!” deyə milli gəncliyimizi haqsızlıqlara görə ruhdan düşməməyə və Qarabağın azadlığı urunda bir yerdə mübarizə aparmağa səslədi.

Atatürkün gəcliyə müraciətini səsləndirən KXCP Abşeron rayon sədri Elxan Məmmədli Qarabağ məsələsinin həllinin kimlərdəsə deyil, məhz Türkün damarındakı soylu qanda müvcud olduğunu bir daha vurğuladı. Qarabağ məsələsinin həllinin millətimizin və dövlətimizin adının bərpa edilməsindən keçdiyini qeyd edən şöbə sədri, ölkədə mütləq milli qəzet və televiziyanın fəaliyyət göstərməsinin, Azərbaycanın Müstəqil Dövlətlər Birliyindən çıxmasının (MDB), Minsk qrupundan birmənalı şəkildə imtina edilməsinin, ən əsası isə prezidentin dəqiq bir vaxt göstərilməklə “korrupsiyaya dur!” deyilməsi üçün fərman imzalamasının vacibliyini də sözlərinə əlavə etdi.

Dinləmələr zamanı çıxış edən digər natiqlər də ölkədə ki acınacaqlı vətəndaş vəziyyətindən danışaraq xalqda mübarizə əhval ruhiyyəsinin yüksəldilməsinin, xüsusilə də bu ilki prezident seçkilərində xalqın daha fəal olmasının zəruriliyini bildirdilər.

Tədbirin sonunda yekun protokol qəbul edildi. 



«MediaPost Azərbaycan»

278 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium