saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Xəbərlər

Güneyli soydaşlarımız Mütləqə İnam Ocağının qonağı olublar / 04.02.2013

 

1 Köçəri ayı 34-cü ildə (01.02.2013) güneyli soydaşlarımız –  Türkiyədə yaşayan araşdırmaçı, Yaxın Şərq üzrə mütəxəssis, politoloq Arif Kəskin, İsveçdəki Azərbaycan Federasiyasının başqanı Səttar Sevgin Mütləqə İnam Ocağının Ruhani Mərkəzinin qonağı olublar. Bu haqda "MediaPost Azərbaycan"a Ocaq Yükümlüsü İşıqlı Atalı bildirib.

Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruh qonaqları sayğıyla salamlayıb, Ocağın məramı, görülən işlər haqqında danışıb: «İndiki çağda bizim dediyimiz sayaq xalq, ruhaniyyat məsələləri dünyada fəal olaraq dışlanır. Bu kimi tələblər insan azadlığına qarşı sayılır, bizim mövqeyimizdən desək, ona qurban verilir. Yer üzündəki indiki hakim dünyabaxış sanki iki adamı bir yerdə görmək istəmir. O, hər hansı özümlüyü (mentallığı), xarizmatik şəxs məsələsini yaxına qoymur. Biz isə Asif Atanın Mütləqə İnam Ocağı olaraq dünyanın rədd etdiyi bu baxışları millət üçün qaçılmaz sayırıq. Doğrudur, biz müəyyən baxışın «köhnəlməsi», daha insanları cəlb etməməsi məqamını gözardı eləmirik. Biz indi bütün dünyada insanın insanilikdən uzaqlaşması yönündəki harayları da eşidirik və ondan çıxış yolu olaraq həmin bu özəllikləri (xalq, mənəviyyat, xarizmatizm) qaçılmaz sayırıq. İndi insanlar bir-birinə münasibətdə sanki qumlaşıblar – qum dənələri bir-birini tuta bilmir. Ancaq Vətən və Millət olmaq üçün torpaq xüsusiyyəti, yəni bir-birinə yapışmaq gərəkdir. Bu da mənəviyyat, ruhaniyyat və xarizmatik şəxsiyyətlər, ən azı o sayaq hal istəyir. Onda Millət və Vətən ola bilərsən.

İş bundadır ki, çağımızdakı insanın hələ bütünlüklə tərk etmədiyi toplumsal duyğular var – ulusalıq, dövlətçilik kimi. Biz insanın qurtuluşu məsələsində bu məqamdan yapışmağı tək gerçək yol sayırıq.

İndi güneyli soydaşlarımız öz ulusal duyğularına, sevgilərinə görə yurdlarından didərgin salınıblar və onlar öz uluslarının ləyaqətini, mənafeyini, mümkün olsa, dövlətini istəyirlər. Bu istəkdən tutmaqla biz insanın deqradasiyasının önlənməsini mümkün sayırıq. Bu, çox geniş planlı işlər tələb edir. Məsələn, hər hansı bir millətin çağdaş dünyadan təcrid olunmadan öz ulusal yaşamını mümkün qədər ayrıca sürdürə bilməsi kimi. Bu, çağımızın kürəsəlçilik gedişinə qarşıdır. Buna göz yummuruq. Kürəsəlçi gedişlər «insan heyvanlığa qayıdır» harayına nəinki yardım etmir, hətta bu fəlakətli qayıdışı gücləndirir.

Çağımızda elə də aydın ifadə olunmayan bir azadlıq «məsələsi» bütləşdirilir. Bizim düşüncəmizə görə isə insanların birlikdə (məsələn, millət kimi) sevməli olduğu nəsnələr isə sırf azadlıqla başa gələ bilməz. Bunun üçün insanlar öz fərdi azadlıqlarından kəsib tutalım, balalarına verməlidirlər. Balanı böyütmək lazımdır. Balanı böyütdüyün müddətcə sən ona tabe olmalısan. Bu, qaçılmazdır. İş burasındadır ki, adamlar baladan imtina etmək həddinə gəlirlər. Özlərinin uydurma, konturları heç kəsə bəlli olmayan «azadlıqları» üçün. Biz öz millətimizin azadlığını da bu konteksdə istəyirik və mümkün sayırıq. Bunun üçün Azərbaycan – türk xalqının müəyyən bir sevgi obyekti (obyektləri), yörəsində mənəvi-ruhani birləşməsi gərəkdir. Biz bu çıxış yolunu bütün xalqlar üçün eyni sayırıq. Konkret bizim üçün Asif Atanın Mütləqə İnam dünyabaxışı, Atanın adı, Ocağı, ruhaniyyatı başlıca birləşdirici məqam, yol kimi götürülür».

Görüşdə Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı, Yolruh Atalı və İnamyurd Atalı iştirak ediblər. İşıqlı Atalı güneyli soydaşlarımızın İnam Evinə gəlişini yüksək dəyərləndirib, Bütöv Azərbaycanın gerçəkləşməsi məsələsində Atanın ideyalarından ciddi yararlanmağın, öyrənməyin və özümləşdirməyin gərəkliyindən danışıb.

Arif Kəskin Safruh haqqında hələ 1990-cı illərin əvvəllərindən bilgili olduğunu, onun «Yeni Oğuz sözü» kitabını o çağlar böyük maraqla oxuduğunu, nəhayət, İnam Evinə gəlişinin gerçəkləşməsindən məmnunluğunu bildirib, Ata ideyalarına çağımızda ciddi gərək olduğunu söyləyib.

Səttar Sevgin də İnam Evinə, Ocağa, Ataya, Safruha sayğılarını dilə gətirib.  Söhbət qarşılıqlı doğmalıq, anlaşma ruhunda keçib.  

Görüşdən sonra hər iki qonaq Mütləqə İnam Ocağının “Ocaq TV” internet televiziyasına müsahibə veriblər.

  Qonaqlara Mütləqə İnam Ocağının nəşrləri – İnam Atanın «On Kutsal Bitiq»inin çap olunmuş 4 Bitiqi – «Mütləqə İnam», «Mütləqləşmək – Var Olmaq», «Görmək İnsaniliyi» və «Fəlsəfənin Təməli» Kitabları, Safruhun «İnama Doğru. Haraylar» kitabı, eləcə də «İnama Doğru» dərgisinin sayları hədiyyə olunub.

«MediaPost Azərbaycan»

338 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium