saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Ölkə

”Azərbaycanlı məmurlar ölkədən $48 mlrd.-dan çox çıxarıblar” / 05.08.2012

“$48 mlrd.-ın Azərbaycandan offşor zonalara köçürülməsi ölkənin ali siyasi hakimiyyətinin nəzarəti olmadan mümkün deyil”, - iqtisad elmləri doktoru, İqtisadi Araşdırmalar Mərkəzinin sədri Qubad İbadoğlu “ObyektivTV”-yə (obyektiv.tv) müsahibəsində deyib.

“Britaniyanın Tax Justice Network təşkilatının “The Price of Offshore Revisited” (“Offşor köçürmələrin qiyməti) adlı hesabatı BVF, DB, yerli hökumətlərin və digər mənbələrin məlumatları əsasında yazılıb. Bu, Wikileaks saytının başladığı qlobal şəffaflıq siyasətinin davamıdır”, - ekspert hesab edir.

Onun fikrincə, bu 1994-2010-cu illərdə Azərbaycandan çıxarılmış maliyyə haqqında tam məlumat deyil. Məlumatda yerli məmurların pullarının keçdiyi müsəlman ölkələrinin bankları haqda bilgi əksini tapmayıb. Araşdırılmış aktivlərə xaricdə daşınmaz əmlak, qızıl, səhm və s. bağlı vəziyyətlər daxil edilməyib. Bundan əlavə, araşdırmanın preambulasında şübhəli köçürmələrin qeyd olunmadığı göstərilir. Bunu da nəzərə alsaq, çıxarılan vəsait göstəriləndən bir dəfə yarım çoxdur.

İqtisadi Araşdırmalar Mərkəzi yerli ÜDM-də kölgə iqtisadiyyatının xüsusi çəkisini də araşdırıb. Məlum olub ki, təkcə 2010-cu ildə ümumi daxili məhsulun 50 mlrd. manatından 38 mlrd. manatı (66,4%) vergi xidmətinin nəzarətindən kənarda qalıb. Azərbaycan korrupsiyaya qarşı mübarizə üzrə bir çox konvensiyaya qoşulub və bu mövzuda çoxlu qanunları var.

İlkin mərhələdə offşor zonalara investisiya köçürmələrində tramplin kimi baxılırdı: pullar ora qoyulur, sonra orada yaradılan qurumlar Azərbaycanın dövlət şirkətlərinin tərəfdaşları kimi qeydiyyata alınır.

Təkcə neft sahəsində 26 belə tərəfdaş çalışır. Aviadaşımalar, qızıl sənayesi, yol-nəqliyyat tikintisində də belə strukturlar var, onlarda əsas pay dövlət başçısının ailə üzvləri, hava konserninin rəhbəri, nəqliyyat naziri, FHN rəhbəri və digərlərinə məxsusdur. Yəni, buradan çıxarılmış pullar sonradan xarici investisiya şəklində qayıdıb, lakin onlar ölkə iqtisadiyyatına işləmir, ali hökumət və dövlət məmurlarının varlanmasına xidmət edir.

Sadalanan hərəkətlər korrupsiya elementlərini ifadə edir və qanunun aliliyinə, sosial ədalətə, bazar iqtisadiyyatına ciddi təhlükə törədir, iqtisadi inkişafa mane olur.

Q.İbadoğlu hesab edir ki, hər bir azərbaycanlı ailə bu qanunsuz hərəkətlərin nəticəsində $40-45 min itirib. Əgər bu pullar neft sektorunun inkişafına yönəldilsə, qabaqcıl texnologiyaya malik minlərlə müəssisə tikmək və bir neçə milyon adamı işlə təmin etmək olar.



«MediaPost Azərbaycan»

372 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Mehman,  e-mail; mxqarabag@rambler.ru | 19.09.2012 | 16:30:48
Salam cənab ptezident İlham Əliyev.Mən dəfələrlə zəng elədim Əmək və Əhalinin Sosoyal Müdafiyəsi Nairliyinin qəbul otagına 5964407 Bayram müəlimə mən gəlsəm nazir Fizuli Ələkbərov məni qəbul edəcək Bayram müəlim dediki gəl nazir yox ancaq səni nazirin mavinləri qəbul edəcək lakin heç mavinlərdə Qarabag əlilini qəbul eləmədi.Mən 3 sentyabır 2012-tarlxdə ailəvi oldum ƏSMM nazirliyində qəbul otagında mənimlə Firudin Əlyevlə danışdı Firudin müəllim mənə dediki sən nazirin adına ərizə yaz nazir sənə köməklik edəcək.Sonra Namiq müəllim mənimlə danışdı Namiq müəllim gedən kimi Bayram müəllim gəldi mənə dediki sən get bu yaxınlıqda bankların birindən hesab nömürəsi aç bizə ver nazir sənin bank hesabına pul köçürəcək sonra Bayram müəllim bu nömürəni yazıb mənə verdi ki sən hesab nömürəni faksla bu nömürəyə 5965034 göndər. sonrada Bayram müəllim mənim vəsiqəmi aldı apardı dediki səni nazirin qəbuluna yazdım biz sənə zəng edib vaxdı deyəcəyik gələrsən.Getdim kapitalbanka məndən 20 manat aldılar mənə hesab nömürəsi açdılar məndə hesab nömürəsini faksala göndərdim ƏSMM nazirliyinə zəng elədim Bayram müəlim dediki çox gözəl eləmisən üç gündən sonra zəmg elədim Bayram müəllim mənə dediki sən yalan danışırsan mən sənə deməmişəm hesab nömürəsi aç.Cənab prezident İlham Əliyev sizin məmurlar bu siyasətlə Qarabag əlilini ələ salırlar arxasıncada gülürlər.Namiq müəllim dediki sən get mən maşını gətirib rayonda sənə verəcəm.Mən soruşdum ki Namiq müəllim mənim müraciyətimə haçana kimi baxılar dediki sentyabr ayı qurtarmamış.Mən zəng elədim prezident apaaratına Rüfət Əliyevə 4929625 mən Fizuli Ələkbərovun nazirliyi başıma açdıgı əhvaltı danışdım dedimki siz nazirə deyin Qarabag əlilini ələ salırsınız Rüfət.Ə dediki bizm nazirə söz deməyə səlahiyətimiz çatmır dedim aşagı işçilərinə deyin dedi biz deyə bilmərik Rüfət.Əliyev dediki sən get ƏSMM rayonunuzdaki şöbəsinə onlar Bakıya zəng eləsinlər nazirlikdən səınin işinə açıqlama al.nəhayət 5 gündən sonra rayon şöbəsi mənə zəng elədi dediki Namiq müəllim deyirki mənə zəng eləsin zəng elədim Namiq müəllim dediki sənə ikinci maşın düşmür Namiq müəllim dediki sən prezidentə məktubla müraciyət elə əgər prezident İlham Əliyev bizə əmir verəsəki sənə maşın verək biz isdisna halkimi sənə ikinci maşını verəcəyik.Namiq müəllim dediki nazir Fizuli Ələkbərov dediki çəxsən səni tanıyır nazir Fixuli Ələkbərov səni qəbul eləyib və sənə yüksək məbləqdə pul verib mən deimki Namiq müəllim bu yalandır dedi yox səninlə nazir görüşüb mən dedimki sən bunu MTN dən soruş gör mən Fizuli Ələkbərovla görüşmüşəm.Mən 3 sentyabr 2012 tarixdə Namiq müəlimlə danışanda Namiq müəlim deiki prezident İlham.Ə deyirki İRAN dövləti yolu kəsib qoymur Naxşıvandan Qarabag əlillərinə maşın gətirək mən dedimki Namiq müəllim maşını təyyarəylə gətirin Namiq müəllim dediki təyyarə bir maşın gətirə bilir.Cənab ptezident mən Namiq müəllimə dedimki Qarabag əlilinə ikinci maşını verməyən məmur gedib Qarabag torpagını ermənidən ala bilərmi Namiq müəllim dediki yox ala bilməz.cənab prezident siz Qarabag əlilini şəxsən qəbul eləmirsiniz Qarabag əlilinə maşın vermirsiniz lakin siz Qarabag əlilinə qarşı olan hörmətsizliyinizi laqeyitsizliyiniz İRAN dövlətinin üzərinə yixmaqla canızı qurtarmaq isləyirsiniz cənab prezident İRAN dövləti sizə dedyirki özünüzə ölkədə və xarişdə 50 dən artıq villa tikdir xalqın puluyla İRAN dövləti sizə deyirki nazirlərinizə yüksək şərayit yaratki nazirləriniz ösünə şəxsi təyyarə alsın lakin Qarabag əlilində öldür məhv elə Qarabag əlilini pulunu ye.Cənab prezident siz yaltaq şairələrə şərayit yaratmısınız yaltaq şairənin satdıga qoydugu villanın qiyməti birmiyon azn manat dəyərindədir lakin mənim nevimin içinə yagış yagır 18 ildir onu təmir edən məmur yoxdur Qarabag əlilinə 14 ildir bundan qabaq aldıgı ispisat maşınını yenisiylə əvəz edəın yoxdur. Cənab prezident Qarabag torpagını şeyir deməklə mahnı oxumaqla televizioyalarda əxlaqsız məthiyə deməklə almaq olmaz.03-09-2012 tarixdə ƏSMM nairliyinin qəbul otagında Firudin Əliyevlə mən danışand bir oglan gəldi bizim yanımızda durdu bizə qulaq asırdı mən söhbəti saxladım dedimki Firudin müəllim bunu bura göndəriblərki bizim danışıgımıza qulaq asın bu asobuaddel işçisidir mən belə deyənkimi oglan güldü və otaqdan çıxdı. 19-09-2012.. -----------------------------------------------salam yaşar müəllim xalq belə məktuba rəyin yaza bilmirsə deməli ilham əliyev hakimiyəti xalqı məhv edib budan oyana yol yoxdur...

Mehman ,  e-mail; mxqarabag@rambler.ru | 17.08.2012 | 11:28:48
Prezident İlham Əliyev Ramazan Bayramı münasibəti ilə müsəlmanları təbrik edib. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanlar arasında birlik və bərabərliyin, xeyirxahlıq və şəfqətin, Uca Yaradana və ilahi hikmətə bağlılığın təntənəsini nümayiş etdirir. Bu ayda müsəlmanlar Allah və din qarşısında vicdani borclarını daha dolğun ödəmək fürsəti əldə edir, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar. salam cənab prezidnet İlham Əliyev sizin azərbaycan xalqının müqəddəs Ramazan bayramını münasibətiylə təbrik etdiyiniz sözlərinizi qısa hissəsini yerləşdirmişəm. mən Qarabag əlili sizi and verirəm müqəddəs kitabımız Qurani-Kərimə və Qurani-Kərimin nazil oldugu müqədəs Ramazan ayına mənim şikayətimə bax.cənab İlham Əliyev özünüz dediyiniz kimi sizdə Allah qarşısında vicdani borcunuzu yerinə yetirin mənim şikayətimə baxın.Mən sizə dəfələrlə yazmışamki mənim hüququm pozulur siz prezident müqəddəs Quran kitabına əl basıb and içmisiniz siz prezident kimi ölkədə tək bir Qarabag əlilinin hüququnu qoruya bilmirsiniz mən sizin bu təbrikinizə inanmıram və qəbul eləmirəm.siz xalqı aldadırsınız ancaq Allahı aldada bilmərsiniz Allah bunalrı görür və yazır.Cənap prezident sizin ən yaxın çevrəniz olan Akula əti yeyən nazirlərə deyə bilmirsizi ki Ramazan bayramıdır gedin Qarabag əlilinin evinin içinə yagış yagır onu təmir edin ona bir maşın alın verin savabdır lakin nazirlər bir nahar yeməyinə milyonlar xərcləyirlər... -------------------------------------------- salam Yaşar müəllim bu məktubu dərc edin xahiş edirəm ..........gözləyirəm..

 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium