saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Ölkə

Binəqədidə evlər buldozerin qabağına verildi / 05.08.2012

İcra başçısı 43 evi yerlə yeksan etdirdi

Başçısının birinci müavini “mənlik deyil, gedin başçıyla görüşün” dedi; sakinlər Xaləddin İsgəndərovu ittiham etdi

Binəqədi rayonu, Binəqədi şossesində 40-dan artıq ev buldozerin qarşısına verilərək uçurdulub. Olay iyulun 30-da baş verib. Səbəb kimi mənzil sahiblərinin icra hakimiyyətinə dəvət edilməsidir...

Xaləddin İsgəndərov satılan torpaqlardan əlavə haqq istəyir

Ötən gün evlər dağıdılan ünvana yollanıb olayın təfərrüatlarını öyrənməyə çalışdıq.
Iyulun 30-da rayon icra hakimiyyəti başçısının birinci müavini Qəzənfər Novruzov o biri müavinlərlə, rayon polis idarəsi rəisinin müavinləri, sahə müvəkkili, polislərlə birlikdə əraziyə buldozerlə gələrək mənzilləri yararsız hala salıb. Sakinlər bunun səbəbini Qəzənfər Novruzovdan soruşanda “mənlik deyil, icra hakimiyyətinə gəlin, başçıdan soruşun” cavabını verib.
Bura Binəqədi şossesi adlansa da, ərazinin konkret ünvanı yoxdur. Qonaq gəlmək istəyənlərə “”Zəngəzur" restoranının yanında düşün, üzbəüz məhəlləyə girin" söyləyərək yolu göstərirlər.

Kimi buranı Binəqdi şossesi, kimi isə məhəllə dalandırır. Ərazi çox böyükdür. Vaxtilə sözügedən ünvan qamışlıq və göldən ibarət olub. Sonradan təmizlənərək yaşayış massivinə çevrilib. Yaşayış massivi neft ərazisi deyil.
Sakinlər deyirlər ki, iyulun 30-da buldozerlər 43 evə ziyan vurub: “Kiminin hasarı uçurdulub, kiminin qarajı, kiminin də mənzili. Dedikləri də budur ki, icra hakimiyyətinə gəlin, başçı ilə söhbət edin”.
Əhali bu cür hücumun səbəbini yeni icra başçısının pul tələb etməsi ilə əlaqələndirir: “Binəqədinin icra başçısı Alı Qocayev buradan çıxarılandan sonra yerinə Xaləddin Isgəndərov təyin olundu. Indi Xaləddin Isgəndərov satılan bütün torpaqlardan əlavə haqq istəyir”.
Sakinlər onu da bildirdilər ki, yaşayış massivində bələdiyyənin bircə sot da boş torpağı qalmayıb: “Hamısı satılıb. Yeni metoda keçiblər, tikilən evlərə gəlib, bir söz demədən söküb gedirlər. Sonra da deyirlər ki, söhbət üçün icra hakimiyyətinə gəlin”.

Yeni başçı sakinlərə nə vəd etmişdi?

Buradakı evlərin heç birinin “kupça”sı yoxdur. Ancaq icra nümayəndəliyindən, bələdiyyənin icazə kağızı, layihə sənədləri qaydasındadır. Dəfələrlə mənzil sahibləri qeydiyyata düşmək üçün aidiyyəti qurumlara müraciət ediblər. Ancaq heç bir faydası olmayıb. Yaşayış massivində su, işıq, qaz xətləri var: “Hətta bu yaxınlarda qaz sayğaclarını dəyişdirdilər. Yeni ”smartkart"lar quraşdırıldı. Sadəcə bizim kanalizasiya problemimiz var. Xaləddin Isgəndərov Binəqədiyə icra başçısı təyin olunanda bura gələrək sakinlərlə görüşdü. Camaatın qarşısında çıxış edərək söz verdi ki, “Eurovision” musiqi yarışmasından sonra bura kanalizasiya xətləri də çəkiləcək. Musiqi yarışması bitəndən sonra kanalizasiya sistemi çəkilmədi, əvəzində evlərə hücum edib sökdülər".
Yaşayış massivində bəzi evlərin hasarları, bəzi mənzillərin qapı-pəncərə olan hissəsi uçurdulub. Elə mənzillər var ki, tikilmək üzrədir, eləsinin isə damı örtülüb, ancaq yenə buldozerin qarşısına verilib. Bura hücum edənlər “sahibsiz mənzillərə” daha çox zərər yetiriblər. Kimi evini tikmək üçün işə fasilə verib, kimi damını örtüb Rusiyaya pul qazanmağa gedib - bu cür yiyəsizlikdən indi onların mənzillərinin buldozerin ağzına verilməsi ilə sonuclanıb.

Ev tikmək üçün kimə nə qədər verməlisən?

Sakinlər deyirlər ki, burada torpağın bir sotu 3-15 min manat arasında dəyişir: “Bələdiyyə bütün torpaqları satıb. Kimsə torpaq almaq üçün fərdlərə yaxınlaşmalıdır. Ev tikmək üçün icra nümayəndəliyinə 500, sahə müvəkkilinə 200-300 manat ödəyiblər. Əvvəllər - Alı Qocayevin vaxtında ev tikmək üçün 1000-2000 manata ev tikmək üçün icazə almaq mümkün idisə, indi bu rəqəm 5 minə qaldırılıb. Bələdiyyə torpaqları satandan sonra da burada tikili ucaltmaq üçün onlardan da icazə almaq lazımdır. Qiymətlər qaraja 300, ev üçün 1000-1500 manat dəyərləndirilib.
Yaşayış massivinin yolları bərbaddır. Kanalizasiya sistemi olmadığından yağış yağanda evlərin altı suyla dolur. Sakinlər dəfələrlə icra hakimiyyətinə problemlə bağlı şikayətə getsələr də günahkar sayılaraq geri qaytarıblar: “Bizə dedilər ki, niyə orada ev tikmisiniz. Biz deyirik ki, kanalizasiya problemimiz var, onu həll edin, icra hakimiyyəti deyir ki, yaşadığınız yerdə niyə ev tikmisiniz? Pulu olan burada ev tikər? Camaat imkansızlıqdan belə yerlərə üz tutub”.
Sakinlər evlərin sökülməsiylə bağlı icra hakimiyyətinə getməyəcəklərini deyirlər: “Biz mənzillərimizi qanuni şəkildə tikmişik. Verilən layihədən, alınan icazədən kənara çıxmamışıq. Hər bir sənədimiz var. ”Kupça" versələr, gedib onu da alarıq. Başqa qəsəbələri “neft ərazisi” adıyla sökürlər, burada neft də yoxdur. Heç vaxt da SOCAR-ın ərazisi olmayıb. Niyə icra hakimiyyətinə getməliyik? Əgər icra başçısının bizə sözü varsa, özü camaatla görüşə gəlsin".

Deputatlarını görməyən seçicilər...

Yaşayış massivində 2000-dən çox mənzil var. Ərazi həddindən artıq böyükdür. Yəni oranı piyada gəzmək mümkün deyil. Buranın yaşayış şəraiti bir az normallaşsa, hətta şəhər tipli qəsəbə statusunu da daşıya bilər.
Buranın əhalisi deputatları Hacı Madər Musayevi bircə dəfə də olsun görməyiblər: “Onu ancaq telekanallardan görmüşük. Seçki vaxtında da seçicilərlə görüşə gələndə bura gəlmədi. Yəqin yollarımızın bərbadlığı onu qorxudub. Bu cür yollardan qorxmaq lazım deyil. Camaatın hər gün istifadə etdiyi yola baxıb, problemi aradan qaldırmaq üçün aidiyyəti qurumlara müraciət etmək lazımdı. Ancaq Hacı Madər bizdən uzaq olduğu üçün bura gəlmir”.
Camaat onu da bildirdi ki, problemlərinin həlli üçün deputata müraciət etməyiblər. Səbəb isə belə müraciətlərə çox vaxt diqqət yetirilməməsidir.
Sakinlər deyirlər ki, Xaləddin Isgəndərov icra başçısı təyin olunandan sonra problemləri daha artıb.
Xaləddin Isgəndərov Vergilər naziri Fazil Məmmədovun yaxın qohumudur. Fazil Məmmədov isə “fövqəlnazir” Kəmaləddin Heydərovun kurasiyasında olan nazirlərdəndir. Ancaq son günlər Məmmədovun Heydərovdan uzaqlaşıb Paşayevlərə sığındığı deyilir.

***

Binəqədi şossesi adlanan bu ərazi nə ARDNŞ-nin neft ərazisidir, nə də tikilən evlər qanunsuzdur. Hər kəsdə hökumətin verdiyi sənədlər var. Ancaq buldozer bu cür evləri də “tapır”. Belə getsə, hələ çox mənzillər bu qaçdı-tutdu oyununun qurbanı olacaq...

Ramin DEKO/"Azadlıq"qəzeti





383 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium