Şip-şirin bal ərsəyə gətirən arıları insanlara acı anlar yaşatdıqları üçün çox vaxt təbiət özü onları cəzalandırır. Təəssüf ki, bəzən yaşatdıqları acı anlar insanların sonuna da çıxmış olur. Necə ki, Zaqatalada bir nəfər arı sancmasından dünyasını dəyişib.
Zaqatala rayonunun Yuxarı Çardaqlar kəndində rayon sakini Vahid Şaban oğlu Ramazanovu arı sancdıqdan sonra halı pisləşib. Yaxınları xəstəni Zaqatala rayon Mərkəzi Xəstəxanasına aparmaq istəsələr də, kənd sakini yoldaca dünyasını dəyişib. Arı mərhumu fərdi arıçılıq təsərrüfatında işləyərkən ehtiyatsızlıq səbəbindən vurub
ANSPRESS
«MediaPost Azərbaycan» (MPA)