XXl
əsr. Daimi inkişaf davam edir. İqtisadiyyatın ölkədə inkişafı budcədə artım
deməkdir. Özəlləşmə isə demək olarki, bütün sahələri cənginə alıb. Söhbətimiz
tikinti sahəsindən gedəcək. Artıq məqalənin adının hər bir oxucuda eyni
təsəvvür yaradacağı şüphə doğurmur. Ona görəki, tikinti sahəsində gözə çarpan
xətalar məlumdur. Bu xətalara tikintilərin konstruksiyasında şahid olmaq olar. Təbii
ki,bunu tikinti şirkətlərinin, daha doğrusu “özəl” tikinti şirkətlərinin cox az
qisminə aid etmək olmaz.
Görəsən
özəl rəhbərlərin belə tez bir zamanda özüdə keyfiyyətsiz, zəlzələyə davamlılığı
az olan binalar tikmələri nə ilə əlaqədardır? Bəlkə şəhərimiz 11 ildir tektonik
hərəkətə məruz qalmaması onları və onlara tikməyə icazə verən səlahyyətli
orqanları arxayın salıb?
Bu
məsələ tam dolğunluğu ilə geoloji yoxlamadan asılıdır. Məgər peşəkar
geoloqlarımız yoxdur, məgər geoloqlar süxurlara bələd deyillər ki, bu binaların
tikintisinin mümkün olub-olmadığımı söyləsinlər? Əslində bu sualların cavabı
məndə şübhə yaradır.
Gəlin
tarixə nəzər salaq: 2001-ci il noyabr ayı, paytaxtımız 6-7 bal gücündə
zəlzələyə məruz qaldı, ancaq bir tikilidə belə dağıntı hadisəsi baş vermədi. Hansı ki, bəzən
pislədiyimiz SSRİ-nin 5 və ya 9 mərtəbəlibinaları idi o vaxtlar. Əsl keyfiyyət
buna deyərəm.
Daha
bir sual:Bu 11 il ərzində tikilən saysız binalar baş verə biləcək zəlzələ
hadisəsinə hazırdırmı?
Bu
sualın cavabı hadisə baş verdikdən sonra üzə çıxacaq.Təki mən yanılım.Amma
şəhərdə gördüyüm bəzi tikililər sözün əsl mənasında evciklərə oxşayır.
Azərbaycan
Milli Elmlər Akademiyasının seysmoloji xidmıt mərkəzinin seysmoloji və
geodinamiki tədqiqatlar şöbəsinin müdiri, geologiya-mineralogiya elmlər doktoru Tahir Məmmədli açıqlamasında
bildirib: “9 ballıq seysmik ərazi olan Azərbaycan zəlzələ təhlükəsindən
sığortalanmayıb və buna hər an hazır olmalıdır” Qarşı tərəf, yəni Xalid Nəcəfov
bildirib ki, “layihələr özbaşına aparılmır. Hər hansı tikinti layihəsinə rəy
alınır və dövlət memarlıq və tikintiyə dövlət nəzarəti müfəttişliyi şöbəsində
tikintiyə icazə verilir”
Gözü
pul, mal-dövlət, yüksək biznes gəliri ilə tutulan sahibkarlarımız etdikləri işi
görmürlər. Bəziləri məni bu rəyimə görə qınaya bilər, amma kənardan baxanda
eyvanın biri irəli,biri geri olan binanı görsələr bəlkə də mən qınamaqdan vaz
keçərlər. Mən buna Bakının “Bakıxanov” qəsəbəsinin ətrafında şahid olmuşam. Adamın
baxmağa ürəyi gəlmir.
Gündəlik
ictimai-sosial hadisələri yayımlayan televiziya xəbərlərinin buraxılışlarında tez-tez
yeni binaların yeni sakinlərinin şikayətləri əks olunur: qaz yoxdur, kanalizasiya
sistemi işləmir və s. Yeganə gözəl iş tikilən yeni binaların çöl hissəsinin
rənglənməsidir. Elə alıcı kütləsini də aldadıb özünə cəlb edən də budur.
Amma
unutmamalıyıq ki, Abşeron yarımadası sürüşmə zonasıda yerləşir...
Rüfət Soltan