saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Ölkə

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr / 13.05.2012

Cizgilərin diliylə

Qayalar insanlar kimi yalan söyləməz. Ən əhəmiyyətsiz görsənən daş parçasının özündə daşıdığı tarixi əhəmiyyətli sirr ona ehtiyac artdıqca bir o qədər mənalanır. Cansız təbiət sayılan bitkilərin – otların, ağacların da axtarışlara bələdçilik imkanı var.

Dünyada ən acı həsrətlərdən biri də qəribsəməkdir.  Soyuq qayalar, daş parçaları sirrini vermək üçün sanki insan axtarır. Onları duymaq üçün yetər ki, könüldən istəyin, ünsiyyət doğmalığın olsun. Yanından saymazyana, laqeyd keçdiyimizdə daş parçası özündə əsrlərin sirrini gizlədə bilir.

Öz arealında, öz aləmində əsrlərin hikmətini daşıyan, mənadan gələn daxili halın cizgilərdə izharı Azərbaycanımızın tarixi keçmişi olan Qobustan qayaüstü oymaları, naxışları əvəzsiz xəzinədir. Etinasızlıqdan XX əsrin əvvəllərindən araşdırılmağa başlanılmışdır.

Şumer dili ilə türcələr (ağızlar - ləhcələr, dialektlər) arasında eynilik olduğu,  ilk yazılı ədəbi nümunə olan “Bilqamıs”  dastanı ilə Azərbaycan folklorunun, şifahi xalq yaradıcılığının, nağıl-dastanlarının  kök-boy yaxınlığı, tibbi fikirlər, məlumatlar, inanc, mifoloji-astronomik  dünyabaxışlarının səsləşməsi, oxşarlığı, doğmalığı danılmazdır. Bunun kimi də  Türk ölkələrindəki, əsarətdə olan tarixi türk torpaqlarındakı qayaüstü və daş abidələr-kitabələr, yazılar  arasında işarə eynilikləri,  sistem, süjet və kompozisiya quruluşunun vahidliyi əcdadlarımızın ortaq türk düşüncəsindən, ortaq türk ruhundan irəli gəlir.  Sibir çöllüklərindəki tapıntılar, işarələr ilə Azərbaycan qaya təsvirləri arasında ilgi, üst-üstə düşən oxşarlıq, bənzərlik  bir-birlərini tamamlayacaq qədər ruh doğmalığı yaradır.

QuzHun (Xəzər) dənizi ilə bağlı qayalarda qayıq, balıq cizgiləri yerli aborigenlərə dominantlıq mövqeyini bildirən cəhətdir. Qavaldaşının sirli-soraqlı səs ahəngində icmanın daxildən gələn hiss və həyəcanı duyulur. Onların yallı bilgəliyini (müdrikliyini)  düşündükcə,  Naxçıvanın Gəmiqaya abidələrindəki ibrətamiz  “Maral hekayəsi”ni  (Əjdər Fərzəlinin ifadəsi)  xatırladıqca etnik gendən gələn Ruhani yetkinliyimiz təsdiqlənir.  Maral balasını öldürən ovçunun kəsilib çiyninə qoyulmuş ayağı – bu mənzərəni seyr etmək heyrətdir. O dövrün toplumundan heyrət doğuran insanlıq dərsi.  İnsanın idrak saflığından, ürək düzlüyündən fərəhi yerə-göyə sığmır.  Bax budur,  Azərbaycanımızın insani mahiyyətinin ifadəsi – bütövlük, böyüklük, ağsaqqallıq!

 

Dillənən qayalar

Qobustandan söz düşərkən Tur Heyerdalın  “Qobustan kökləri çox qədimlərə gedib çıxan və hətta Mesopotamiyadan daha qədim, doğru  tarixi indiyə qədər öyrənilməyən mədəniyyət  incisidir”  fikri yada düşür.  Qobustan, Naxçıvan, Kəlbəcər, Göyçə-Zəngəzur zonası və adları ermənicəyə dəyişdirilmiş  İrəvan  ərazilərindəki qayalara həkk olunmuş təsvirlərin kompozisiyaları  bir-biri ilə tam uyğunluq yaradır. Bu isə yurda sahib olan əcdadlarımızın düşüncə və ruh doğmalığının vahidliyini sübut edir. İrəvan, Naxçıvan, Qarabağ, Borçalı  ərazilərindəki daş qoç abidələri də eyni düşüncə axarının davamıdır. Güney Azərbaycan ərazilərindəki oyma və cizgilərin anatomiyasını incələdikdə də Azərbaycanın  bütöv türk varlığı aydınlaşır.  Tarixi  Bütöv Azərbaycan  ərazisindən tapılan eksponatlar, aksesuarlar, bəzək və məişət əşyaları, sümük nümunələri birmənalı olaraq türk irqinə aiddir. Ermənilərin uydurma  “yunan-erməni mifologiyasının  yaxınlığı” qayaüstü təsvirlərə sahib çıxmaqla tarixi saxtakarlıq etməsi işğalçılıq meylindən irəli gəlir.  Qobustan-Gəmiqaya oymalarını əvəzsiz edən bu təsvirlərdə  əlifbanın olmasıdır.  Qobustan-Gəmiqaya əlifbası Orhun-Göytürk (Yenisey) damğaları ilə səsləşir və Rusiya, Monqolustan, Çin əsarəti altında olan Türk torpaqlarındakı, Avropadakı türk yazı və abidələri Azərbaycandakı  yazı işarələri ilə eyniköklü sistemə aiddir. Çox güman,  Kirill qardaşları slavyan əlifbasını əsasən türk hərfləri əsasında hazırlamış, ciddi bəhrələnmişdir. Əlifbanın sxematik quruluşuna baxmaq bəs edir.

Azərbaycan qayaüstü təsvirlərinin Hindistanın Madhya Pradeş ştatındakı Bhimbetka qayaüstü təsvirlər ilə oxşarlığı var. Çəkilmə texnologiyası fərqli olsa da,  təsvir  detalları –  ox-kaman, ov silahları, dəyənək, ov təsvirləri, əhliləşdirilmiş heyvan təsvirləri, hamilə qadın, yallı səhnəsi, piyada və at belində əllərində dəyənəklə ov üstünə şığıma və s. səhnələr isə oxşardır. Bu isə ümumşərq mahiyyətindəki doğmalıqdan irəli gəlir.  Hindistan təsvirlərinin çox hissəsində fərqli cəhət insan təsvirlərində əzələliyi və əzəmətliliyi bildirmək üçün döş qəfəsi yuxarıdan aşağı üçbucaq formasında təsvir edilib. Azərbaycan təsvirlərində isə  gövdə uzunsov və oval,  təbii formaya uyğun təsvir edilib.

Qobustan

Qobustan

Qobustan

© Fotolar müəllifindir. 

15 İşıq ayı, 34-il.

(15 may, 2012)

y.turksoy@mail.ru

www.turkel-aq.org



Yasin Türksoy

3424 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

SAMIR,  e-mail; gilexanim@mail.com | 02.11.2014 | 14:16:34
bu qayada olmamisam amma cox pis qayalardi zehlem gedir

ayla,  e-mail; ayla1213@box.az | 23.10.2014 | 13:47:08
cox yaxsidi cox sagolun

 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium