saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Siyasət

İctimai Palata mitinq keçirib / 08.04.2012

Müxalif İctimai Palatanın Bakının Səbail rayonunda, 20-ci yaşayış sahəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada keçirdiyi mitinq nəzərdə tutulduğu vaxtdan – saat 16-dan bir qədər gec başlayıb.

“Media forum” saytının məlumatına görə, mitinqin aparıcısı, İctimai Palatanın Koordinasiya Şurasının üzvü İbrahim İbrahimli elan edib ki, şəhərdən Bayıl istiqamətinə gələn yollarda müxtəlif maneələr yaradıldığından adamların aksiya yerinə gəlməsi çətinləşib. O xəbərdarlıq edib ki, hakimiyyət razılaşdırılmış mitinqə mane olmasın, əks halda müxalifət radikal qərarlar qəbul edə bilər.

Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış  aksiyada “Yeni parlament seçkiləri!”, “Qarabağa azadlıq!”, “Siyasi məhbuslara azadlıq!”, “Sərbəst toplaşmaq azadlığı təmin edilsin!”, “Əmanətlər birə-bir qaytarılsın!”, “Əmlakımıza toxunmayın!”, “Korrupsiyaya və rüşvətə son!” şüarlarının səsləndiriləcəyi elan olunub.

Mitinqdə çıxış edən AXCP sədri Əli Kərimli deyib ki, 7 ilə yaxın ayrılıqdan sonra Azərbaycanı azad görmək istəyən qeyrətli, cəsarətli insanlar yenidən meydanlara qayıdıblar: “Əslində onlar bu müddətdə də meydandan qıraqda olmayıblar”.

Əli Kərimli qeyd edib ki, Azərbaycan hakimiyyəti həyata keçirdiyi korrupsiyadan diqqəti yayındırmaq üçün siyasətçilərə, jurnalistlərə, ayrı-ayrı fəal şəxslərə qarşı repressiyalar aparır. Ancaq AXCP sədri buna qarşı mübarizənin də səngimədiyini vurğulayıb.

AXCP sədri hakimiyyətin işğal olunmuş torpaqların geri qaytarılması üçün heç bir real addım atmadığını deyib: “Şəhid ruhları narahatdır. O ruhlar bizdən Qarabağın azad olunmasını istəyir”.

Ərəb ölkələrindəki inqilablardan danışan Əli Kərimli bildirib ki, Azərbaycan xalqı demokratik mübarizədə heç bir xalqdan geri qalmır: “Mən inanıram ki, Azərbaycan xalqının hazırkı vəziyyəti müvəqqətidir. Ölkədə böyük bir xalq hərəkatının yeni dalğası başlayır”.

Əli Kərimlinin ardınca qurumun Koordinasiya Şurasının üzvləri Pənah Hüseynin, Qələndər Muxtarlının, AXCP sədrinin müavini, palatanın Qadınlar Şurasının sədri Gözəl Bayramlının, Müsavat Məclisinin sədri Arzu Səmədbəylinin, gənc fəallar Üzeyir Məmmədlinin və Samir Əsədlinin çıxışları olub.

Mitinqdə Müsavat başqanı İsa Qəmbər də çıxış edib. 

“Azadlıq” radiosunun məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış  aksiyanı hakim Yeni Azərbaycan Partiyasının üzvləri, deputatlar Mübariz Qurbanlı ilə Siyavuş Novruzov müşahidə ediblər.

Müsavat başqanı İsa Qəmbər bildirib ki, Azərbaycan xalqı ölkədəki rejimə qarşı qəhrəmanlıqla mübarizə aparır. Qələbənin əldə olunmamasının təkcə Azərbaycan xalqından asılı olmadığını deyən İsa Qəmbər bu işdə beynəlxalq qüvvələrin, Qərb dövlətlərinin sabitliyə, təhlükəsizliyə demokratiyadan çox önəm verməsinin də mənfi rol oynadığını vurğulayıb. İsa Qəmbər indi beynəlxalq vəziyyətin dəyişdiyini və Qərbin Azərbaycanın demokratikləşməsində maraqlı olduğunu söyləyib.   

Müsavat başqanının fikrincə, istər beynəlxalq şərait, istərsə də ölkədəki vəziyyət dövlət başçısı İlham Əliyevi çətin duruma salmaqdadır. İsa Qəmbər korrupsiya, dərəbəylik üzərində qurulan hakimiyyətin daxilində İlham Əliyevin həll edə bilməyəcəyi ziddiyyətlərin formalaşdığını deyib. O qeyd edib ki, ölkədə dəyişikliklər zamanı gəlib çatıb: “Yaxın müddət üçün nə edəcəyimizi dəqiləşdirməliyik”.

Mitinqdə 10 min nəfərin iştirtak etdiyini vurğulayan İsa Qəmbərin sözlərinə görə, ölkədə dəyişiklik istəyən bütün qüvvələr bir araya gəlməlidir ki, etiraz aksiyaları daha kütləvi xarakter alsın: “İnşallah, iki həftə sonraya – aprelin 22-nə növbəti mitinq təyin edəcəyik. Burda 10 min nəfər var. Növbəti mitinqə hər birimiz özümüzdən əlavə dörd-beş adamı da gətirə bilərik. Burda istefa şüarları səslənir. Ancaq bu şüar o zaman reallaşa bilər ki, meydanlara daha çox insan çıxsın”.  

Son dövrlərdə gənclərin fəallaşmasını yüksək qiymətləndirən İsa Qəmbər İctimai Palatanın mitinqinə ziyalıların da dəstək verməsinə diqqət çəkib və 22 aprel aksiyasına qədər palatanın ziyalılarla əməkdaşlığını gücləndirmək üçün təkliflər irəli sürüləcəyini bildirib.

Müsavat başqanı İctimai Palatanı rejimin əsas, yeganə alternativi adlandırıb.

 



«MediaPost Azərbaycan»

307 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium