saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Siyasət

Hakimiyyət Qubadakı gərginlikdən ehtiyatlanıb «dəstək aksiyası»nı keçirmədi / 05.03.2012

Yerli jurnalistlər polis bölmələrinə çağırıldı, onlardan mitinqin çəkilişləri tələb olundu; Rauf Həbibovun obyektlərinə «əl gəzdirilir»; problemdən «çıxış yolu» üçün rayona ordu yeridildi

Azərbaycan hökuməti martın 1-də Qubada baş verən olaylardan öz təbliğatı üçün şou düzəltməyə çalışırdı. Rəsmi təbliğatda bu hadisələrin “dövlətçiliyə dəstək” aksiyası kimi qiymətləndirilməsi, Ilham Əliyevin guya dərhal qubalıların səsinə səs verdiyi iddia olunurdu. Hətta iqtidar ideoloqları bu təbliğatı qubalıların vasitəsilə geniş miqyasda təşkil etməyə çalışırdılar.

Hökumətin ümidləri puç oldu

Ötən gün Qubada “Ilham Əliyevə təşəkkür aksiyası” keçirilməsi planlaşdırılırdı. Məlumatlara görə, ətraf rayonlardan da bu aksiyaya adamlar gətirmək istiqamətində iş də aparılırdı. Ilham Əliyevin şəninə düzənlənəcək bu aksiya izdihamlı olmalıdır. Plana görə, aksiya iştirakçıları ölkə başçısına onların səsinə səs verdiyinə görə ağızdolusu təşəkkür etməli idilər.
Hakimiyyətin belə bir ucuz şouya əl atmasının ciddi səbəbləri var. Çünki “yuxarılar” da bilir ki, bu hadisə yalnız Rauf Həbibovun qubalıları təhqir etməsinə görə baş verməyib. Quba camaatının qəzəblənməsinin başqa səbəbləri də var. Bu səbəblər Azərbaycanın bütün bölgələri üçün xarakterik olan səbəblərdir. Söhbət məmur özbaşınalığından, icra başçıları və digər məmurların özlərini padşah kimi aparmasından, insanların hüquqlarının addımbaşı tapdanmasından gedir. Quba əhalisi 2007-ci ildən bu yana Rauf Həbibovun özbaşınalıqlarına dözürdü. “Yuxarılar”ın da Qubadakı vəziyyətdən xəbəri var idi. Ancaq Ilham Əliyev onun üçün Qubada dəbdəbəli villa tikən birini sıravi vətəndaşlardan üstün tutduğundan Rauf Həbibova “gözün üstə qaşın var” demirdi. Nəhayət iş o yerə çatdı ki, icra başçısı əhalini açıq şəkildə təhqir etməkdən belə çəkinmədi. Sonda? Son artıq hamıya bəllidir...

Havanın qəfildən pisləşməsi hakimiyyətin ümidlərini puça çıxardı. Lakin hər şeyi də təbiətin ayağına yazmaq düz deyil. Rayondan aldığımız məlumata görə, ötən gün camaat ayağa qalxdı, ancaq “dövlətçiliyə dəstək” aksiyası üçün yox, həbs olunanlarla bağlı.
Düzdür, rəsmi məlumatlarda və rayon polis şöbələrində heç kimin saxlanılmadığı söylənilir. Amma rayon sakinləri deyirlər ki, martın 1-də keçirilən mitinqə görə 30-a yaxın şəxs saxlanılıb. Elə ötən gün meydana çıxmaq istəyən qubalıların qarşısına polis qüvvələri səfərbər edilib. Belə ki, Bakıdan bir neçə maşın “təcrübəli” polis və xüsusi təyinatlılar göndərilmişdi. Təxminən 1000 nəfərə yaxın heyət Qubanın giriş-çıxışlarını bağladı. Mitinq keçirib həbs olunanların azadlığa çıxarılmasını istəyən sakinləri ərazidən uzaqlaşdırdılar.
Rayon sakinləri yaxın günlərdə Qubada hansısa repressiv əməliyyatın hazırlanacağından narahatdılar.

Icra Hakimiyyəti ciddi nəzarətə götürülüb

Qubada bütün idarələrdə iclaslar keçirilib. Rayonda sakinlər arasında təbliğat aparılması göstərişi verilib. Yəni insanlar küçələrə çıxıb etiraz etməsinlər. Bundan başqa, Icra Hakimiyyətinin qarşısında artıq iki gündür ki, post qurulub.
Rayon sakinləri Rauf Həbibovun vəzifədən çıxarılmasıyla tam qane deyillər, sabiq başçının hüquqi məsuliyyətə də cəlb edilməsini tələb edirlər.
Rayonda yayılan məlumatlara görə, Rauf Həbibov mülklərinin yandırılacağını əvvəlcədən bilirmiş. Ona görə də o, qiymətli əşyalarını öncədən daşıtdıraraq evləri boşaldıbmış.
Bundan başqa, sabiq başçı mövcud qanunlara zidd olaraq Qubada sahibkarlıq fəaliyyəti ilə məşğul olurmuş və onun sərəncamında şadlıq evi, hotel və ticarət mərkəzləri var idi. Bu gün həmin müəssisələrə rəhbərlik edən şəxslər Icra Hakimiyyətinə çağırılıb. Deyilənlərə görə, bu biznes obyektləri üzərində müəyyən “işlər” aparılacaq.

Kaset axtarışı

Bundan başqa, yerli jurnalistlər gün ərzində polisə çağırılıb. Jurnalistləri çağırmaqda məqsəd 1 mart hadisələri haqda əlavə dəlillər toplamaqdır. Onlardan apardıqları videoçəkilişlər də istənilir. Iğtişaşlarda iştirak edənlərin kimliyi araşdırılır. Eyni zamanda rayonda belə söz-söhbət də dolaşır ki, jurnalistlər və aksiyanın işıqlandırılmasında rolu olan başqaları “böyük əks-sədaya səbəb olduqları” üçün məzəmmət edilir. Zor aparatının əlində olan KIV-lərin yerli şöbələrinin hadisəni işıqlandırması, internetdə yayımlaması ciddi narahatçılıq yaradıb.
Dünən günün sonunda məlum oldu ki, şəhərin ayrı-ayrı ünvanlarında yerləşdirilən polis dəstələri artıq rayonu tərk edib. Ərazini Qubanın və ətraf rayonlardan gələn polis dəstələri mühafizə edir.
Ümumi vəziyyətə gəldikdə, bildirilir ki, rayonda hələlik sakitlikdir. Nəzərdə tutulmuş hökumətə “minnətdarlıq mitinqi” əlavə gərginlikdən qaçmaq üçün təxirə salınıb. Hökumət bunu havanın soyuq olmasıyla izah edir. Ancaq martın 1-də havanın soyuq olmasına baxmayaraq, minlərlə insan meydana çıxmışdı. Bu isə o deməkdir ki, hökumətin planı alt-üst oldu.
Rayondan aldığımız məlumatlar içərisində Nəqliyyat naziri Ziya Məmmədovla deputat Vahid Əhmədovun da Qubada olduğu xəbəri var. Deyilənlərə görə, onlar Ilham Əliyevin tapşırığına əsasən rayondadırlar. Gərginliyi aradan qaldırmaq üçün müəyyən işlər görürlər.
Qubaya gedən bütün yollara - Xırdalan, 20 Yanvar, eləcə də Xaçmaz, Şabran yollarına polis nəzarət edir.
“Azadlıq” radiosunun məlumatına görə, Qubada saxlanılanlardan biri - Intiqam Zahidov sərbəst buraxılıb. Saxlanılanlardan Samir Xammədovla bağlı isə heç bir məlumat yoxdur.

Ramin DEKO



"Azadlıq" qəzeti

276 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Mehman ,  e-mail; mxqarabag@rambler.ru | 05.03.2012 | 07:59:54
Eşq olsun Qubalılara. əgər prezident ilham əliyev özü Rauf Həbibova deyibki get Qubalılardan üzür islə. buda prezident ilham əliyevin səxsən özünün Qubalılardan üzür isləməsi deməkdir.Bütün rayonların İB-çıları agzına gləni danışır xalqı təhqir edir. mən prezidentə bu haqda çox yazmışam lakin ac xalqın qanını içən məmur başa düşmürkü sabah xaq ayaga qalxanda ilham əliyev bunları qoyun qaçacaq Qubanın icra başçısının arxasından qaşdıgı kimi.

 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium