saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Mədəniyyət

Akif Səməd: ruhani duyğular şairi; “Seçilmiş əsərləri”nin I cildi haqqında / 08.02.2012

İstedadlı, mərhum şair Akif Səmədi 1990-cı illərin başlanğıcından tanıyırdım. Ocaq tarixi ilə 17-ci (1995) ildə onunla Azərbaycan dövlət radiosunda görüşərkən şeirlərini İnam Ataya (Asif Ataya) çatdırmağı məndən xahiş etdi. Ata hər şair haqqında söz yazmazdı. Bir neçə gündən sonra Atanın Akif Səmədin şeirləri haqqında yazısını özünə təqdim etdim. Çox sevindi. Atanın sözündən necə qürurlandığı yaxşı yadımdadır.

Atanın ölümündən sonra isə Akif Səməd onun haqqında ləyaqətli bir yazı yazdı.

 

***

 

Akif Səmədin şeirlərində insanı sevmək, onu tanımaq, anlamaq var.

Bir şair olaraq onda gözəl ruhani duyum var. O, gerçəkliyin arxasındakı ilahi gözəlliyi görə, şeirə gətirə bilir. Çağımızda yaradıcılığın müxtəlif sahələrində bu cəhət qıtlaşıb. Ancaq Akif Səməddə ilahi duyğuları, mənanı şeirdə ifadə etmək ustalığı var.

 

Daşda bitən kolmuşam,

Öz-özümü yolmuşam,

Özümdən yol almışam,

Özümə yol gedirəm. 

 

O, təsvirçi, tərənnümçü şair deyil. Şair var ki, bütöv bir şeirində belə fikrə rast gəlmək olmur. Onun şeirlərində demək olar, hər misra dolğun fikir ifadə edir.

 

Zəmidə bağrı xal lala —

Mənimlə başlanan dünya.

Qoymurlar özümə qala —

Mənimlə başlanan dünya.

İnsan adicə lalədə dünyasını tapır, həmin tapıntıdan başlanır onun üçün dünya. Ancaq insanın o mənəvi dünyasını da əlindən alırlar dünyasızlar – mənəviliyi ələ salmaqla, arxa çevirməklə.

 

***


Təbiətlə birdir Akif Səməd. Onun dağını, daşını, cığırını dərindən tanıyır.

 

“İç” dedikcə içim göynər,

Necə içim, bulaq, səni?

Dağ yolunda köçüm göynər,

Necə qucum, yaylaq, səni?

 

O, dağa-daşa, çaya sevdalıdır. Dərdini təbiətlə bölüşür, özündən bezar olanda təbiətə üz tutur.

***

İnam Ata deyir: «Ölümü yaşadan qorxudur. Ölümdən qorxmuram. Bu səbəbdən də ölümsüzəm. İnsan ömrü bir cümlədir, ölüm onun son nöqtəsi»;

Ölüm mövzusu da Akif Səmədin şeirlərində aparıcı yer tutur – o, ölümlə oynayır sanki.

Doğru-düzünə yaşasan,

Halal sözünə yaşasan,

Ömrü özünə yaşasan,

Qardaş, ölüm nəmənədi?

Akif Səməd dərd şairi idi. Nə yazıqlar, yaşamdan tez getdi. Bununla da Akifin dərdləri yetim qaldı…

 

***

Şeirdə irfani, ruhani duyğular ifadə etmək asan deyil. Gərək ömürdə ruhani yaşantılar ola ki, onu ifadə edə biləsən.

 

Yadındamı qardım?

Səhraya yağardım,

Əvvəl də mən vardım,

Sonra da mən varam.

 

Şair burada təbiətə ruhani, insani münasibət bəsləyir, özünü qarda, səhrada görür. İnsanın əzəli, əbədi varlıq olduğunu fəhmən duyur.

 

***

«Özümə yol gedirəm» deyən Akif Səməd hərdən şeirə sığmır. Şeir onun üçün əslində özünüifadə vasitəsidir.

Akif Səməd şeirlərində özünü elə hey axtarır. Özünü tapanda onu uğurlu da ifadə edir.

 

Səni özümdə görürəm,

Görməyin bilinməz sənin.

Daşı divara hörürəm,

Hörməyin bilinməz sənin.

 

Həm də həyatda, gerçəklikdə özünü tapa bilmir Akif. Tapmayanda içinə, özünə, insaniliyinə üz tutur.

Sonuna çıxmışam ömrün,

Otuz doqquz otağının.

Hələ dərdin yazammadım,

İydənin bir budağının.

 

Buradan anlaşılan odur ki, insan həyatda təkcə öz dərdlərini, duyğularını ifadə etmir, o həm də danışmayan ağacların, bitkilərin, çayların... dərdini dinləməyi, onları ifadə etməyi öz borcu sanır.

 

***

 

Əsl yol, yolçu azdır, az olub həmişə. Dünyada çoxlu yalan yollar var, adamları çaşdırır, doğru yoldan sapdırır. Görünür, Akif “Yolu olan qalmaz darda…” deyəndə içində həqiqi yol ehtiyacı duyurmuş. Belədə insan düşdüyü çətin durumdan çıxmaq üçün doğru yolu sanki möcüzə kimi gözləyir, arayır...

 

***

Özünü tanıyan təbiətdəki balaca yarpağın da dilini bilir. Akif Səməd bu halı içində gəzdirdiyinə əmin idi. Təbii, yaşamaq istəyirdi Akif Səməd.

O, dərdi ilə dost olmağı, özünü qınamağı, bütün əzabına, dəhşətinə baxmayaraq dünyanı sevməyi bacarırdı. Şeiriyyət zamanı o halda ötə bilər ki, yaradıcı şəxs gedişatı aşa bilsin.

 

***

Akif Səmədlərin ömrü, duyğuları şeirdəmi qalsın? Gedənlərin ömürlərini, xəlqi diləklərini yaşamaq gərəkdir ki, xalq var olsun.

Akif Səmədin cismani yaşı 45-də qırıldı, qaldı... Ancaq ruhunun yaşı çoxuydu. Ondan qalan şeirlər bunu deyir.

 

***

 

Atamız var olsun!

 

03 Köçəri ayı, 33-cü il. (03.02.2012).



İşıqlı Atalı

381 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

rahilə,  e-mail; rahile.yaqubova59 @mail.ru | 06.03.2013 | 07:55:18
Allah rəhmət eləsin gözəl insan, gözəl şair, gözəl dost idi

 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium