saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Zəriflər

Qanunvericilikdə qızı erkən ərə verməyə görə cəza da nəzərdə tutulub, amma... / 23.01.2012

Sizə nağıl edəcəyimiz bu hadisəni mənə onun qəhrəmanı danışıb. Söhbət 14 yaşlı Sənubər Səmədovadan gedir. 

Ərinin evindən qaçmaq üçün Sənubər havanın qaralmasını gözləyib. Onu 12 yaşı tamam olar olmaz 23 yaşlı oğlana ərə veribmişlər. Oğlan  onu görən kimi aşiq olub və mütləq evlənəcəyini bildirib. Evlənəndən  sonra əri onunla istədiyi vaxt cinsi əlaqəyə girir və qızın onu sevib sevmədiyi ilə heç maraqlanmırmış.  

Qadın Resurs mərkəznin rəhbəri Mətanət Əzizovanın verdiyi məlumata görə, bu artıq Azərbaycanda bir adət halı alıb. Son illər nəinki kənd yerlərində elə şəhərdə də ərlər arvadları ilə cinsi əlaqəyə girəndə onların buna hazır olub olmadıqları və ya istəyib istəmədikləri ilə  maraqlanmırlar. Ekspertin fikrincə isə normal Avropa qaydalarına görə, bu gender əsaslı  ciddi  hüquq pozuntusudur.  

Sənubər ərindən qaçmağın elə də asan olmayacağını yaxşı bilirmiş. Odur ki, babası Dadaş kişini özünə yardımçı götürmüşdü.  Çünki valideynləri  onu zorla ərə verəndə  Dadaş kişi  ailədə bunun əleyhinə olan yeganə adam idi. Tanımadığı, sevmədiyi  adama ərə getmək istəmədiyindən mətbəxə qapınıb hönkür-hönkür ağlayanda  babası Dadaş kişi onun ürəyini alırdı. Elə ərinin evindən qaçmağı da Sənubərə babası tövsiyyə etmişdi. 

Sənubər  kənd sakinlərinin və valideynlərinin qınağı ilə üzləşəcəyini də yaxşı bilirdi.  

Valideynləri onu ona görə ərə verirdilər ki, evdə yeyənlərin biri azalsın. Onlar qızlarınn xoşbəxt olacağını düşünürdülər. Odur ki, qızcığazın onlarla söhbət etmək səyləri  baş tutmurdu. Toy günü onu ata evindən çıxardanda qızı ağlamaq tutub. Amma o sadəcə gəlin getdiyinə görə yox , zorla ərə verldiyinə görə ağlayırmış.  Əslində  Sənubərin ailəsi  oğlan tərəflə qız həddi-büliğa çatmayana qədər hər hansı seksual əlaqənin olmayacağı barədə qərarlaşıbmış.  Amma Sənubərin əri bu razılığı pozub.  Odur ki, qızcığazın artıq qaçmaqdan başqa əlacı qalmayıb.  

Bir üzü qız , bir üzü qadın olan  Sənubər ər evindən bir şey götürmədən evdən gətirdiyi paltarı geyinib qaçıb. Babasınn yaşadığı kəndə qızcığaz düz 2 günə çatıb. Babası vəkil tutaraq  Sənubərin ərini məhkəməyə verib. Onu həbs elətdirə bilməsə də  sevmədiyi adamla yaşamaq dəhşətindən canını qurtarıb. 

Sənubər kimi Azərbaycan cəmiyətində xeyli sayda qız var. Qanunvericiliyə görə , qızlar 17 yaşından tez ərə verilməməlidir. Amma əksər ailələr buna fikir vermir, molla kəbini ilə qızlarını ərə verirlər. 

Ekspertlərin fikincə, qızların erkən ərə verilmələrinin əsas səbəbi  ailələrin yaşadığı iqtisadi çətinliklədir. Kənd yerlərində ailələrdə orta heabla 3-5 uşaq olur. Onların da hər birinin saxlanması ayda ailə büdcəsinə ən azı 200 manata başa gəlir. Odur ki, valideynlər imkan düşən kimi qızlarını ərə verməyə çalışırlar. Bunun əvəzində aldıqları başlıq isə bir müddət digər ailə üzvlərini saxlamağa imkan verir. 

Azərbaycan qanunvericiliyində qızı  erkən ərə verməyə görə cəza da nəzərdə tutulub. Amma bunun üçün mütləq qız zorla ərə verilməsi barədə hüquq-mühafizə orqanlaına müraciət etməlidir. Buna görə, onun ərə verildiyi  oğlanı zorlama, atasını zorlamaya vasitəçilikdə günahlandrıb cinayət məsuliyyətinə cəlb edə bilərlər. Amma praktika göstərir ki,  qızlar əksər hallarda buna getmir. Azyaşlı və natamam təhsilli olmaları onların öz hüquqlarını müdafiə etmələri üçün kifayət olmur.  

“Erkən nigaharın  sosial problemləri” layihəsinin   koordinatoru  Ramiz Sədullayevin  verdiyi məlumata görə, Azərbaycanda erkən  nigahlar  xüsusilə  cənub və şimal rayonlarında cox yayılıb. Əksər hallarda ərlər  belə qızları  valideynlərinin yanında qoyur və özləri Rusiyaya pənah aparırlar. Beləcə bu qızcığazlar ərə getdikləri ailələrin qullarına çevrilir. Bir qarın çörək üçün səhərdən axşama kimi qaynana və qaynataları üçün işləməli olurlar. 

Məhəbbət üzərində də qurulan  erkən nigahlar  olur.   Amma belə nigahların da mənfi cəhətləri  yox deyil..

Birincisi - illər ötdükcə gənclər arasında  məhəbbət azalır. Kiçik  çatışmazlıqlar artıq ciddi narazılıqlara səbəb olur. Ailə quranlar gənc olduqları üçün buna dözə bilmir və ailə dağılır.

İkincisi - bütün gənc ailələr maddi imkansızlıqlarla üzləşir.  Harada və hansı vəsaitə yaşamalı?  Gənc oğlan  ailəsini saxlamağa qadirdirmi? Nə qədər ata-ana hesabına yaşamaq olar? kimi suallar ailənin dağılmasına səbəb olur.

Üçüncüsü - bir müddətdən sonra bəlli olur ki, 13-14 yaşlı qızlar  xörək bişirə və ya paltar yuya bilmir. Heç ərin də əlindən mıx vurmaq belə gəlmir. Bu da narazılığı artırır. 

Dördüncüsü - ailə qurulursa deməli uşaq dünyaya gələ bilər . Ana hamiləlik vaxtı özünə ciddi baxmalıdır. Amma o gənc olduğundan bunu anlamır. Artıq hərəkətlərə yol verir. Uşaq anadan olandan sonra isə onun əskilərini yumaq, onu gəzdirmək, ana südü vermək 13 yaşlı qız üçün problemə çevrilir.  

Odur ki,   100 nəfər arasında keçirdiyim bliz-sorğu göstərir ki, soruşulanların yalnız 23% erkən ərə vermənin  lehinədir. 75% bunun əleyhinə, 2% isə  bitərəf mövqe tutur. Bu isə o deməkdir ki, qızınızı  erkən ərə verəndə və ya oğlunuzu tez  evləndirəndə min ölçüb bir biçin!

Nailə Bağırova

"contact.az"





291 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium