saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Siyasət

Ziyalılar Forumu dövlətə qarşı hər hansı neqativ fikirdə deyil / 30.12.2011

Dekabrın 30-da Helsinki Vətəndaş Assambleyası Milli Komitəsinin ofisində Azərbaycan Ziyalılar Forumunun mətbuat konfransı keçirilib.
Modern.az-ın məlumatına görə, toplantıda çıxış edən sabiq deputat Cəmil Həsənli bildirib ki,  Forumun sekabrın 29-da Bakının “Hyatt Regency” hotelində keçirilməli olan tədbirinin baş tutmaması xoşagəlməz hadisədi: “Necə olur ki, ciddi fikirli insanların toplantısında işıqlar sönür? Bu son dərəcə primitiv bir  yanaşmadı. Bu uşaq ərköyünlüyüdü. Adını hakimiyyət qoyan dairələr bu cür gülünc işlərlə məşğul olmamalıdır. Bizim məqsədimiz, məramımız siyasi maraqlar deyil. Biz ziyalılar xoşagələn və xoşagəlməyən fikirləri müzakirə edirik. Biz orada öz məqsədimizi güdmürük. Lakin bizə ironik münasibət bəslədilər. Parlamentin payız sesiyasında bizə qarşı fikirlər səsləndi. Biz siyasi partiya, qurum deyilik, biz ziyalıyıq”.

“Biz ondan narahatıq ki, cəmiyyətimiz bir sıra məqamlar yalan üzərində qurulub” deyən C.Həsənli hakimiyyətin bəzi dairələrini yalan istehsal edən maşına bənzədib.

“İqtisadiyyat ayrı-ayrı vəzifəli şəxslərin əlində cəmlənib. Statistikaya baxdıqda, iş yerlərinin 90%-nin Bakının payına düşdüyünü görmək olar. Qalan 10% regionlar arasında bölüşür. Belə çıxır ki, Bakıdan kənar həyat yoxdu. Bizi narahat edən məsələlərdən biri də gənclərin həbsdə olmasıdı. Nə üçün istedadlı gənclər həbsdə yatmalıdır? Bəziləri azadlığa buraxıldı. Biz son əfvi alqışlayırıq”.
C.Həsənli Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Komissiyasında mətbuat, ictimaiyyət nümayəndələrinin olmamasına diqqət çəkib. “Mövcud probləmləri ört-basdır etməklə, onları həll eymək olmaz”.

Yazıçı Əkrəm Əylisli: ”Mən heç vaxt düşünməmişəm ki, Ziyalılar Forumu dövlətə qarşı hər hansı neqativ fikirdə olsun. Biz xalqı düşünürük. Ziyalıların xalqı düşünməsi pozitiv ola bilər. Bura qədəm qoyan hər bir kəs Azərbaycanın taleyini, xalqın taleyini düşünür...
... Belə deyirlər ki, guya, ziyalılar yığışıb “ərəb baharı”ndan danışır. Amma biz deyirik: ərəblərin ayağa qalxmasının demokratiyaya xeyri yoxdu. Allah bunları bizdən uzaq eləsin. Azərbaycanın bir tükünün də başdan getməsini istəməzdim. Amma biz istəyirik sabitlik zor gücünə olmasın. Guya biz deyirik, “kim bizimlə deyilsə, bizə düşməndi”. Belə bir fikir yoxdu...
... İstəyirik yeni yetişən nəslin qabağında üzü qara olmayaq. Mənim təmiz fikirlərimi cəmiyyətə qara verirlər. Mən keçən çıxışımda demişəm, yenə deyirəm. İki Azərbaycan var: Biri kabinetlərdə olan, biri də çoxlu insanların yaşadığı Azərbaycan. O vaxt qüdrətli olardı ki, iki Azərbaycan bir yerdə olsun. Cəmiyyətə anlatmaq istiyirik ki, biz saf, demokratik insanlarıq. Biz zor istəmirik. Zorun sonu pis olur”.

Toplantıda çıxış edən Eldar Namazov deyib ki, o, bu gün səhər “Hyatt Regency” hotelilə əlaqə saxlayıb. “Dedim texniki qəzadır, bunu aradan götürmək lazımdı. Biz bu aradan qaldırmanı gözləyə bilərik. Xəta uzun vaxt aparacaqsa, başqa iki zaldan birində biz yer kirayiləyə bilərik. Onlar məsləhətləşib bizimlə əlaqə saxlıyacaqlarını bildirdilər. Xəta uzun çəkməyəcəksə, biz toplantını elə həmin oteldə keçirəciyik”.

Akademik Rafiq Əliyev deyib ki, forum iqtidarla müxalifət arasında yerləşir.
“Bu qütbdən bizi uzaqlaşdırmaq istiyirlər. Bizi özlərinə çəkmək əvəzinə, uzaqlaşdırırlar...
Ya bunlar hər şeyi qaranlıqda görmək istəyirlər, ya da deyirlər ki, “görmürük”. Mən istəyirəm Azərbaycan kişisi iki dəfə əyilsin. Bir nəvəsinin beşiyi başında, bir də Şuşada bulaqdan su içəndə”.

Kinodramaturq Rüstəm İbrahimbəyov da Ziyalılar Forumunun siyasətlə məşğul olmadığını vurğulayıb.
“Burada söhbət ictimai əxlaqdan gedir. Hər kəs öz maraqların güdür. Bilirlər ki, biz həqiqətdən danışacağıq, imkan vermirlər. Bizim məqsədimiz ictimai rəy yaratmaqdı. Bilsinlər ki, xalq bunları izləyir. İnqilabı hər adam özündən başlamalıdır....
Gəlin birləşək həqiqəti söyləyək. Bizdə ictimai rəy yoxdu. Özümüzü qul kimi aparırıq”.

«MediaPost Azərbaycan»

301 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

tientWoutty,  e-mail; Letitleseli@handbagsonlinebuy.com | 31.01.2012 | 13:16:13
Hello, i read your site, this a best site from me, thanks!

Şahmar,  e-mail; shahmarjafarov@mail.ru | 16.01.2012 | 20:59:47
Ziyalılar, Allah Sizə ömür versin.

Harkalabs,  e-mail; haitasetwex@gmail.com | 13.01.2012 | 15:03:22
Все, что касается известного сообщества.

 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium