saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Siyasət

Necə də Azərbaycana oxşayır Tunis?!. / 15.11.2011

Açıq Cəmiyyət Partiyasının lideri, eks-spiker Rəsul Quliyev “Azadlıq”a Azərbaycanda “ərəb inqilabları”nın baş verib-verməmə ehtimalı ilə bağlı geniş məqalə yazıb. Xatırladaq ki, inqilabi dəyişikliklərə məruz qalan ərəb ölkələriylə Azərbaycanın müqayisəli təhlilinin verildiyi məqalənin birinci hissəsi qəzetimizin 9 noyabr sayında dərc olunub. Yazının budəfəki hissəsi isə Tunis və Azərbaycanın müqayisəsinə həsr olunub.

“Ərəb inqilabları” Azərbaycanda: oxşarlıqlar və fərqliliklər...

II məqalə: Tunis və Azərbaycan

Bir gənclə başlanan inqilab...

Totalitar rejimli ölkələrdə inqilablar qəfildən, xüsusilə hökumətin gözləmədiyi, hələ bir az da arxayınlaşdığı anlarda baş verir. “Ərəb inqilabları”nın başlamasında qığılcım rolunu oynayan Tunis, tək ərəb dünyasında yox, bütün Afrikada üsyanla hakimiyyət dəyişikliyinin ən az gözlənildiyi ölkə sayılırdı. Ancaq 17 dekabr 2010-cu ildə 26 yaşlı Məhəmməd Buəzizinin şəhərin inzibatı binasının qarşısında özünü yandırmasıyla başlanan etirazlar tez bir zamanda inkişaf edərək kütləvi yanğınlara və ardınca da ümumxalq inqilabına çevrildi.
Ehtimal ki, bu gün Azərbaycanda çoxları Tunis inqilabının hansı səbəblərdən, necə baş verdiyini təfsilatıyla bilmir. Məlumat üçün bildirim ki, özünü yandıran tunisli Məhəmməd iş tapa bilmədiyindən, bazarda lisenziyasız ticarət “toçka”sı açıb xırda alver etmək istəyən adi gənc idi. Ondan rüşvət istəyən polisin “haqqını” verə bilməməsi, polisin də bu gəncin yeganə qazanc yerini bağlaması ümidsiz və çarəsiz Məhəmmədin özünü yandırmasıyla nəticələndi. Tunisin Məhəmməd vəziyyətində olan 15 faiz əhalisinin etiraz mitinqi isə cəmi 27 gün içərisindəcə Bin Əlinin avtoritar rejiminin iflasıyla yekunlaşdı...
Bizim Azərbaycanda isə Məhəmməd vəziyyətində olanların sayı əhalinin 55 faizini də ötüb. Bunu mən beynəlxalq təşkilatların hesabatlarındakı xüsusi əmsalları hesablamaqla bilirəmsə, yəqin, ölkənin real həyatının ağırlığını çiyinlərində daşıyan sadə camaatımız vəziyyəti məndən qat-qat yaxşı bilir.
Tunisin ilk prezidenti Burqiba 1986-cı ildə Bin Əlini əvvəl nazir, sonra hökumət partiyası olan Sosialist Düstur Partiyasının (Azərbaycandakı YAP-ın prototipi) baş katibinin müavini, oktyabr ayında isə Baş nazir vəzifəsinə təyin etmişdi. Tunis Konstitusiyasına görə, Prezident olmayanda Baş nazir onu əvəz etməlidir. Elə Konstitusiyanın bu müddəası da Bin Əliyə imkan verdi ki, 7 noyabrda tibbi ekspertlərin rəyi əsasında, guya “ağlını itirən” prezidenti vəzifəsindən kənarlaşdırsın və özünü prezident elan etsin...

Artur Rəsizadənin istefasına niyə imkan verilmir?

Azərbaycanda da 2002-ci ilin avqust “referendumu” ilə Konstitusiya dəyişdirilərək, prezident səlahiyyətlərini yerinə yetirə bilmədikdə bu funksiyanın Baş nazirə ötürülməsi “qanuniləşdirildi”. Bir il sonra - 2003-cü ilin avqustunda isə məşhur “xəstələnmə-ötürmə-yenidən sağalma” əməliyyatı keçirildi. Elə Artur Rəsizadənin bu “xəstəliyi”nin təsiri altına düşən mətbuat da, 2004-cü ildən onun bu gün-sabah istefaya gedəcəyini, yerinə isə gah Fərhad Əliyevin, gah Əli Insanovun, gah Ramiz Mehdiyevin, daha çox da Kəmaləddin Heydərovun gətiriləcəyini yazmağa başladı və eyni tendensiya indi də davam edir.
Tale belə gətirib ki, indi hakimiyyətdə olanların əksəriyyətini yaxından tanıyıram, çoxunun hansısa problemlərinin həllinə kömək etmişəm, bəziləriylə isti münasibətlərim olub - xüsusilə Vəzirov, Mütəllibov və Xalq Cəbhəsi hakimiyyəti dövründə hökumətin nahaqdan qəzəbinə tuş gəlmişlərlə. Baxmayaraq ki, Vəzirov və Mütəllibov dövründə bu insanlarla təmas mənim üçün təhlükə vəd edirdi, ancaq yenə də onlarla münasibətdə məsafə saxlamırdım. Yəni demək istədiyim odur ki, çoxlarını yaxşı tanıdığımdan, hər dəfə bu “baş nazir dəyişəcək” mövzusu müzakirə olunanda, istəmişəm açıqca yazam: birdəfəlik bilin, Artur Rəsizadə istəsə də, onun istefaya getməsinə imkan verilməz! Çünki Azərbaycanda istənilən vaxt “Bin Əli variantı” yarana bilər! Məsələn, bir anlığa təsəvvür edin ki, Prezident Heydər Əliyevin 2003-cü ilin avqustunda oğlu Ilham Əliyevi Baş nazir təyin etməsi barədə “imzaladığı” şübhəli fərman Artur Rəsizadə tərəfindən qəbul edilməzdi (yeri gəlmişkən, bu fərmanın əsli heç vaxt tapılmayacaq, surətini isə ekspertizadan keçirmək mümkün deyil - R.Q.). Nə baş verərdi?!. Yaxud, ilin 365 günündən  azı 100-nü xaricdəki istirahət zonalarında keçirən Prezident (bunun dəqiq olduğunu sübut etmək çox asandır - R.Q.) cüzi bir ambisiyası olan adamı Baş nazir qoymaqla keçmişini, bugününü və gələcəyini təhlükə altına qoyarmı?! Odur ki, fövqəladə bir hal baş verməsə, Rəsizadə hələ də yerində qalacaq, yerinə kiminsə gətirilməsi zərurəti yaranacaqsa, bu adam əvvəlkindən də müti, heç bir ideya və ya arzusu olmayan, zombi tipli başqa birisi olacaq. Hətta əmin olsam ki, bu hakimiyyət xalqın günbəgün artan nifrətinin qarşısında duruş gətirə biləcək, onların “baş nazir” standartlarına cavab verən bir neçəsinin adını da çəkə bilərəm...
Qayıdaq Tunisdə Azərbaycana tanış olan daha bir neçə oxşarlığa:

Necə də Azərbaycana oxşayır Tunis?!.

Tunisdə 2002-ci ildə ümumxalq “referendumu” ilə prezidentə üçüncü dəfədən artıq seçkilərə qatılmağı qadağan edən maddə götürülür - Azərbaycandakı 2009-cu il 17 mart “referendumu” sayaq. 2009-cu ildə Tunisdə keçirilmiş axırıncı prezident seçkilərində isə Bin Əli diktatorlar üçün “ənənəvi” olan 90 faizlə “qalib gəlib”, 5-ci dəfə təkrarən prezident elan olunur.
Bin Əlinin bu 5 dəfəlik prezidentliyi dövründə Tunisdə korrupsiya və rüşvət ilbəil artan templə gedir, özünün və arvadı Leylanın çoxsaylı qohum-əqrabası isə biznes sahələrinin əksəriyyətinin ya sahibinə, ya da payçısına çevrilirlər. Insan Haqları Fonduna rəhbərlik edən Leyla xəstələrə əl tutur, xərçəng xəstəliyindən müalicə üçün vəsait ayırır, bir sıra ərəb ölkələriylə yanaşı, Fransa da Leyla Əlini ordenlə mükafatlandırır...
Bin Əlinin formalaşdırdığı parlamentin 85 faizi hökumət partiyasının üzvlərindən, yerdə qalan 15 faizi isə 5-6 rejimi dəstəkləyən “müxalif” partiyalardan idi. Real müxalifətin bir nümayəndəsinin belə seçkilərə buraxılmaması Tunisdə narazılığı şiddətləndirən əsas faktorlardan birinə çevrildi. Həmişə olduğu kimi, vəziyyətin ağırlaşdığını görən Sosialist Düstur Partiyası əvvəlcə Bin Əlidən özünü təcrid etməyə çalışdı, onu partiyadan qovdu. Ancaq bu rüsvayçı addım da onların bir partiya kimi dağılmasının qarşısını ala bilmədi...
Əminəm ki, tarixləri göstərməyib, personaların adlarını yazmasam, azərbaycanlılar tərəddüd etmədən, söhbətin bizim ölkədən getdiyini düşünəcəklər.

Tunislə Azərbaycan nədə fərqlənir?

Bir qədər də Tunislə Azərbaycanın fərqlilikləri barədə...
Tunis korrupsiya və rüşvət reytinqinə görə 140-cı yeri tutan Azərbaycandan xeyli geridədir - 61-ci yerdəki Italiya və 56-cı yerdəki Türkiyənin arasında - 59-cu sıradadır. Başqa sözlə, vəziyyət bizim ölkədəkindən düz 3 dəfə yaxşıdır. Düzdür, Azərbaycanda beynəlxalq təşkilatların belə reytinq siyahılarının əhəmiyyətini aşağı salmaq üçün bəzi “patriot”lar bu halı “erməni lobbisinin ölkəmizin imicini ləkələmək işi” kimi cəmiyyətə sırımaq istəyirlər. Ancaq xatırladıram ki, korrupsiyanın olmadığı ölkələr sırasında birinci onluğa məhz heç bir lobbi təşkilatı olmayan Skandinaviya ölkələri, Yeni Zellandiya, Hollandiya, Kanada və Sinqapur daxildir. Ən böyük lobbiyə malik ABŞ isə bu siyahda 22-ci yeri tutur. Digər tərəfdən, Azərbaycan hakimiyyətindən və onun dəstəkçilərindən heç soruşan yoxdur ki, necə olur, “Avrovizion” mahnı müsabiqəsində talantlı gənclərin yer tutmaları birbaşa “hakimiyyətin xidməti” kimi qiymətləndirilir, ancaq məhz hakimiyyətin apardığı siyasət nəticəsində ölkənin feodal quruluşlu rejimlərlə bir sırada durması başqalarının üzərinə yıxılır?!
Bəllidir ki, ölkənin inkişafını xarakterizə edən əsas faktorlardan daha biri əhalinin artım tempi, digəri isə orta ömür müddətinin səviyyəsidir. Tunisdə əhali 1970-2011-ci illər arasında 5 milyondan 11 milyona, Azərbaycanda isə 5.1 milyondan 9.1 milyona qalxıb - yəni, bizdə 2 milyon nəfər az olub.
Orta ömür müddəti isə Tunisdə 62 ildən 76-ya, Azərbaycanda isə 58-dən 63-ə qalxıb. Faktiki, Azərbaycanda yaşayış səviyyəsi 1970-ci il həddində qalıb. Çünki 58-dən 63-ə olan artım həyat səviyyəsinin yüksəlməsi hesabına yox, müasir təbabətə, yeni kəşf olunan dərmanlara görədir.
Tunis Ümumdünya Ticarət Təşkilatı (ÜTT) yaranandan - 1995-ci ildən, qonşularımız - Gürcüstan 2000-ci ildən, Ermənistan isə 2003-dən bu təşkilatın üzvləridir. Azərbaycan isə hələ də dünyanın ən mürtəce rejimləri sayılan Belarus, Özbəkistan və eyni tipli 25 başqa ölkə içərisində yer alıb...

davamı növbəti sayımızda



«MediaPost Azərbaycan»

305 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium