saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Dünya

İranın Azərbaycan yağılığı / 02.11.2011

Bu günlərdə İranın Qum şəhərində yerləşən Əzəm məscidində Ayətullah Məkarim Şirazinin etdiyi çıxış yayımlanıb. Çıxışın məntiqi ilə tanış olandan sonra Yurdumuzun taleyi əhvalımı yenidən ağrıtdı. Bir dövlət nə qədər hədələnər, onun içinə, işinə nə qədər müdaxilələr olar?! Biz Azərbaycan iqtidarının yanlış saydığımız addımlarını tənqid eləməkdən heç vaxt qırağa durmamışıq. Ancaq İran kimi antitürk, antiinsani bir rejimin Azərbaycanı, onun iqtidarını hədələməsinə bir vətəndaş, bir ziyalı olaraq biganə qalmağa heç birimizin haqqı yoxdur. İran insanlığa qarşı həmişə ədalətsiz, qərəzli və antihumanist davranıb. Onu Azərbaycan insanlarının haqqı heç vaxt düşündürməyib, bundan sonra da düşündürməyəcək. O, Azərbaycan iqtidarından hamının İran şiəçiliyinin libasına bürünməsinə şərait yaratmaq umur. Burada aranı qarışdıran əlaltılarına azadlıq tələb edir. Hər kəsin, o cümlədən məktəblilərin Azərbaycanın özünə deyil, İrana bənzəməsinə təminat istəyir. Azərbacyanda məscidlər qapanır deyə həşir qoparır. Halbuki əhalisinin sayı ilə müqayisədə Azərbaycandakı məscidlərin sayı yetərincədir, hətta xeyli artıqdır. Özəllikcə, nəzərə almaq lazımdır ki, məscidlərdə heç də sağlam ibadətlə məşğul olunmur. Əksəriyyəti İran tərəfindən cəhalət mühitinə çevrilir və Azərbaycan dövlətinə qarşı ideoloji şiəçilik formalaşır.

Bu səbəbdən də məscidlərə nəinki geniş imkanlar vermək, onları qapatmaq lazımdır. Azərbaycan gəncliyinin müəyyən kəsimini Qum şəhərinə daşıyıb ruhunu özgələşdirirlər. Orta və yaşlı nəslin əksəriyyətini isə Azərbaycandakı məscidlərində “himayə” edirlər. Qum şəhərində oturub Azərbaycana ultimatum verən gəncliyimizdən hansı gələcəyi gözləyə bilərik?!
Ayətullahlar Azərbaycanı Qəzzafinin taleyi ilə hədələyirlər. Əslində Güney Azərbaycanı zorakı assimilyasiyaya uğratdığına görə biz İranı hədələməliyik. Ancaq İran Güneyə qan uddurduğu bəs deyil, Quzey Azərbaycana da Qəzzafi taleyi vəd edir. Əgər Quzey Azərbaycanda İranın çağırışı ilə ayağa duran olsa, o da məscidlərdəki əlaltıları olacaq… Bütün bu gedişlər onu göstərir ki, Quzey Azərbaycan öz parasına – Güney Azərbaycana yönəlik milli siyasət yürütməlidir. Azərbaycan dövləti nəhayət həm o Taydakı, həm bu Taydakı insanlarını birləşdirməyi, onlara sahib çıxmağı düşünməlidir!

Atamız var olsun!

Soylu Atalı

Mütləqə İnam Ocağının Yükümlüsü





287 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

İnam Atanın Mütləqə İnam Ocağı,  e-mail; ocak@asifata.com | 09.11.2011 | 13:34:55
İnam Atanın Mütləqə İnam Ocağı bir daha bildirir ki, bu yazının müəllifi, “Mütləqə İnam Ocağının Yükümlüsü Soylu Atalı (Zülfüqar Qara oğlu Talıblı)” kimi təqdim edilən şəxsin Ocağa heç bir aidliyi yoxdur. O, 2009-cu il oktyabr ayının 8-də ƏXLAQSIZLIĞINA görə Ocaqdan dışlanıb. Müəllifin “səmimiyyət”inə onu tanımayanlar inana bilərlər. Biz isə deyirik ki, xalq belə yalançı vətənsevərlərdən azad olmalıdır. Guya yurdun taleyi, dövlətimizin hədələnməsi bunun əhvalını korlayıb. Aydındır ki, İran bizi sevmir, ona görə hədələyir. Bu adamın hədələməkdə çox böyük bacarığı var, ona görə də dövlətə ağıl öyrədir ki, İranı hədələsin. Bunu yalnız kallıq adlandırmaq olar. Bəs bu adam mürşüdü sandığı, Rumi, Şəms adlandırdığı müqəddəs insan Safruhu niyə ölümlə hədələdi? Səni nə məcbur etdi ki, onu ölümlə, sülaləsini kəsməklə hədələdin? Safruhun “günahı” o olmuşdu ki, təsadüfən sənin əxlaqsızlığının şahidi olmuşdu. Bu hədələr sənindir, öz dilinlə deyirsən: “A kişi, mən neyləməliyəm indi? Onda intihar eləməyim qalır da!? Bu duyğunu, məqamı mən yaşamışam. İndi neyləyim ona görə? Keçmişdə qaldı. Keçmişi təzədən geri qaytarmaq olur? İntihar eləyim? Neyləyim ki, sən Safruh məndən əl çəkəsən, addımı dala qoyasan? Məni dağlayan odur. Atam Qaranın goruçün, mən sizə and içirəm, vicdanıma and olsun, mən Safruhun üstünə gedirdim bugün. İstəyirdim deyəm, bilirsən, Safruh, nə var? Sənin sülaləni kəsərəm! Öldürərəm səni, ömürlük gedib həbsdə oturaram! Kopoyoğludur eləməyən! Mən bunu eləyərəm! Səni öldürərəm mən, sülaləni kəsərəm mən! Ata haqqı, mən həqiqətən adamların sülaləsini kəsərəm! Siz nə danışırsınız, elə bilirsiniz, mənim üçün asandır? Sizə deyirəm, İşıqlı, deyirəm, yaşadın Ocağı! Təki Ocaq yaşasın! Ölürəm, gedib intihar da eləyərəm! Gedin yaşadın. Elə bilirsən eləmərəm? Mən Ata haqqı deyirəm, balalarımın ölmüşünə gedib Safruhun bütün sülaləsini kəsərəm! Safruhun yox, hər kəsin. Gedib oturaram içəridə. Deyirəm ki, ona görə, nəhayət ki, mən qırağa dururam.” (Qaynaq: “Soylu”nun 2009-cu il 8 oktyabr tarixindəkı danışığının səs yazısından). Mütləqə İnam Ocağının doğru ünvanı: www.asifata.com

 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium