saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:

Dünyanın ən bahalı 10 arağı / 03.10.2011

Dünyanın ən bahalı 10 arağı müəyyənləşib. Bornrich.com saytının məlumatına görə, ilk yeri Russo-Baltika şirkətinin istehsal etdiyi araqlar tutur. “Dartz” adlanan bu arağın istehsalçısı Regina Aburrazakova adlı bir qazaxıstanlı oliqarxın qızıdır. Arağın şüşəsi gülləkeçirməzdir. Şüşənin qalınlığı 30 santimetrdir və qapağı qızıldan hazırlanıb. Bundan başqa, qapağın sapları da ağ qızıldandır. Bu arığın bir şüşəsinin qiyməti 1 milyon dollardan çoxdur.

İkinci yeri “DİVA” markalı araq tutur. Bu markadan olan araqlar təmiz bulaq suyundan hazırlanır və üç dəfə, birinci dəfə baldan, ikinci dəfə cökə ağacının kömüründən, üçüncü dəfə brilyantdan hazırlanmış tozdan keçirilməklə filtirasiya olunur. Arağın şüşəsi və qapağı müxtəlif qiymətli daşlarla bəzədilib. Qiyməti 1 milyon dollaradır.

Üçüncü yeri yenə Russo-Baltikanın istehsalı olan araq tutur. Onun da şüşələri daş-qaşla bəzədilir. Və 9 kiloqramlıq təmiz büllür şüşədə təqdim edilir. Qiyməti 740 min dollardır.

Dördüncü yeri Belver Bears-ın istehsal etdiyi araq tutur. Onun istehsalçısı məhşur Polşa şirkəti Belvedere-dir. Qiyməti 7.240 dollar olan bu araqlar məhdud sayda istehsal olunur və Kann festivalının qonaqları üçün nəzərdə tutulur.

Beşinci yerdə OVAL VODKA BOTTLE gəlir. 6.992 dollar qiyməti olan bu araq Svarovski kristalları ilə bəzədilib. Bu içki dünyanın ən elit klublarında verilir.

Altıncı yerdə “Lordanov” şirkətinin arıqları gəlir. 4.353 dollara olan bu araq da Svarovski daşları ilə bəzədilib. Onun şüşəsi də güllə keçirməzdir.

Yeddinci yerdə “Alize” araqları gəlir. 2 min dollara satılan bu araqların sayı da azdır. Bənövşəyi rəngdə olan içkilər məxsusi olaraq müqəddəs Valentin günü üçün istehsal edilir.

Səkkizinci yeri “Absalyut Kristall” araqları tutur. Qazşəkilli şüşəsi olan bu araqların qiyməti min dollardır. Onun şüşəsi büllürdandır, özü isə gümüşdən hazırlanmış səbətə yerləşdirilib.

Doqquzuncu yerdə də bu şirkətin məhsullarıdır. “Sopard” adlanan bu araqların üzərində qızılı naxışlar vurulub. Qiyməti 815 dollaradır.

Və nahayət, sonuncu, onuncu yeri isə yuxarıda adını çəkdiyimiz “Belvedere”nin məhsulu tutur. Araq şüşəsinin qapağı “göbələk-qalstuk” şəklindədir və gümüşdən hazırlanıb. Qiyməti 800 dollaradır.




1119 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
mysql_query failed with: 2006 MySQL server has gone away