saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Siyasət

İsrail “erməni soyqırımı”nı tanısa belə, nəyəsə nail ola bilməyəcək / 14.09.2011

İsrailin xarici işlər naziri Aviqdor Liberman beynəlxalq arenada Türkiyəyə qarşı əks-təsir göstərmək məqsədilə tədbirlər hazırlamağa göstəriş verib. Bu tədbirlər sırasında İsrail-Ermənistan münasibətlərinin yaxınlaşması da var. İsrail mətbuatının yazdığına görə, rəsmi Təl-Əviv bu niyyətini gerçəkləşdirmək üçün ilk növbədə qondarma “erməni soyqırımı”nı tanımaq istəyir. Hətta Aviqdor Libermanın ABŞ-a səfəri zamanı erməni lobbisinin nümayəndələri ilə görüşəcəyi və beynəlxalq səviyyədə “erməni soyqırımı”nın tanınması prosesində onlara İsrailin yardımını təklif edəcəyi də bildirilib.

Baş verən siyasi prosesləri şərh edən politoloq Vəfa Quluzadə İsrail-Türkiyə münasibətlərinin nə ilə nəticələnəcəyini söyləməyin çətin olduğunu dilə gətirib. Eyni zamanda əlavə edib ki, bütövlükdə Yaxın Şərqdə hadisələr getdikcə daha da mürəkkəbləşdiyindən İsrail bundan böyük narahatçılıq keçirir:

“Yaxın Şərqdə proseslər ildırım sürətilə dəyişir. Misirdə diktator rejimi tamamilə çökdü. Hazırda orada hakimiyyət, ölkənin idarə edilməsi xalqın əlindədir. Xalqın iradəsinin əleyhinə olan istənilən hadisə kəskin etirazla qarşılanır. Yəməndə də vəziyyət ağırdır. Yəmən prezidenti ölkədə yoxdur və onun geri qayıtmaq şansı da sıfıra bərabərdir. Suriyada isə Bəşər Əsədin taxt-tacı silkələnir. Bütün bu proseslərlə yanaşı, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Fələstin dövlətinin tanınması da gündəmə gətirilib. Çox güman ki, yaxın günlərdə BMT bu məsələni müzakirəyə çıxaracaq. Ona görə də İsrailin əsəbləri tarıma çəkilib. Əgər Yaxın Şərqdə bütün ölkələr diktatorlar tərəfindən deyil, xalqlar tərəfindən idarə olunsa İsrailin vəziyyəti mürəkkəbləşəcək. Çünki hər hansı hadisə ilə bağlı diktatorla dil tapıb məsələni həll etmək daha asandır, nəinki böyük bir xalqla. Məsələn, Misirdə hazırda müvəqqəti də olsa bir hakimiyyət formalaşıb. Lakin xalqın iradəsinin əleyhinə qərar qəbul olunan an, xalq narazı olan zaman hücum edib bu ölkədəki İsrail səfirliyini dağıtdı. Bu səbəbdən İsrail olduqca narahatdır. Digər tərəfdən regionun ən güclü ölkəsi Türkiyə Qəzzaya humanitar yardım verir. İsrail isə bu yardımı HƏMAS təşkilatına kömək kimi qəbul edir və bunu etirazla qarşılayır. Ona görə də vaxtilə İsrail hərbiçiləri bu yardım karvanına hücum edib 9 nəfər türk vətəndaşını qətlə yetirib, onlarla vətəndaşı isə yaralayıb. İndi Türkiyə tələb edir ki, İsrail bu hərəkətinə görə türk xalqından üzr istəsin və vurduğu zərərin əvəzini kompensasiya şəklində ödəsin. Rəsmi Təl-Əviv belə bir addım atmaqdan qorxur. Əgər İsrail bunu etsə Qəzzaya yardım karvanları getdikcə daha da artacaq”.

Politoloq İsrail-Türkiyə münasibətlərinin korlanmasından daha çox rəsmi Təl-Əvivin ziyan çəkəcəyini vurğulayıb. O, qeyd edib ki, münasibətlər bir az da gərginləşəcəyi təqdirdə iki ölkə arasında müharibə təhlükəsi yarana bilər:
“Türkiyə rəsmiləri bəyan ediblər ki, növbəti yardım karvanını türk hərbiçilərinə məxsus gəmilər müşayiət edəcək. Belə bir halda İsrail gəmisi, təyyarə, yaxud da helikopteri karvanın qarşısını kəsmək istəsə bu döyüşlə nəticələnə bilər. Bu səbəbdən vəziyyət göründüyündən də ağır və gərgindir. Mən inanmıram ki, belə bir gərginlik nəticəsində İsrailin səsləndirdiyi hədələr Türkiyəni qorxutsun. Hətta İsrail bir qədər irəliyə gedib “erməni soyqırımı”nı tanısa belə, nəyəsə nail ola bilməyəcək. İsraildən qabaq Fransa, Belçika, eləcə də Rusiya Duması uydurma “soyqırımı” tanıyıb. Amma hər hansı nəticə yoxdur. Hesab edirəm ki, Aviqdor Libermanın qondarma “erməni soyqırımı”nı tanımaq barədə səsləndirdiyi fikirlər də mənasızdır. Unutmaq olmaz ki, Türkiyənin də nüfuzu müsəlman aləmində, eləcə də dünyada xeyli artıb. Əgər fikir versək, görərik ki, son hadisələrə Amerika sadəcə susqunluqla reaksiya verir. İsrail-Türkiyə münasibətləri ilə bağlı kəskin fikirlər səsləndirmir. Bu onu deməyə əsas verir ki, İsrailin ABŞ-la əlaqələrində də bir soyuqluq əmələ gəlib. Görünür Amerika İsraili əvvəllər olduğu kimi himayə eləmək istəmir. Rəsmi Vaşinqton istəyir ki, İsrail onun siyasətinə tabe olsun. Bundan başqa artıq xalq hərəkatının dalğaları Azərbaycanın qonşusu İran İslam Respublikasına da çatıb. Ola bilsin ki, bu hərəkat İranda da rejimin dəyişdirilməsi ilə yekunlaşsın. Bütün bu hadisələri analiz edəndə belə bir nəticəyə gəlmək olur ki, İsrail-Türkiyə münasibətlərinin korlanması daha çox rəsmi Təl-Əvivin ziyanınadır. Münasibətlər o qədər gərginləşib ki, hətta müharibə təhlükəsinin yaranma ehtimalı var. Ona görə də İsrail bu məsələnin sülh yolu ilə həllinə çalışmalıdır”./modern.az/

«MediaPost Azərbaycan»

305 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium