saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Siyasət

Korrupsiyaya qarşı mübarizə sahəsində kompleks tədbirlər davam etdirilir / 12.09.2011

     Mütəşəkkil cinayətkarlığın  təhlükəli təzahürlərindən olan  korrupsiyaya qarşı mübarizə, vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə hallarının  qarşısının alınması dövlətimizin diqqət mərkəzində olmaqla  bu sahədə prokurorluq orqanları tərəfindən ardıcıl, sistemli tədbirlər davam etdirilir.

    Azərbaycan Respublikasının Baş prokurorluğunun rəsmi saytı xəbər verir ki,  2011-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən korrupsiya hüquqpozmaları ilə əlaqədar  133 cinayət işi başlanılmış və  147 şəxs barəsində 88 cinayət işi tamamlanaraq baxılması  üçün müxtəlif  məhkəmələrə göndərilmişdir.

    Bu cinayətlər əsasən  rüşvət alma (passiv rüşvətxorluq), vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri), vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, talama, dələduzluq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma və sair faktlarla əlaqədar olmuşdur.

     Belə ki,  Azərbaycan Respublikası  Dövlət Sosial Müdafiə Fondundan prokurorluğa daxil olmuş,  qurumun Suraxanı şöbəsinin maliyyə-uçot sektorunun işçiləri tərəfindən  pensiyaların ödənişi və uçotu sahəsində saxtakarlıq edilməklə külli miqdarda dövlət əmlakının mənimsənilməsi barədə material üzrə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən araşdırma aparılaraq cinayət işi başlanılmışdır.

     İstintaqla müəyyən edilmişdir ki,  Səfər Hüseynov  Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin müdiri vəzifəsini icra edərkən pensiyaların qanunvericiliyə uyğun olaraq ödənişini  təmin etməli olduğu halda, qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə şöbənin baş məsləhətçisi T.Kərimova, maliyyə üçot sektorunun müdiri K.Muradov, məsləhətçi-mühasiblər K.Hüseynova və qeyriləri ilə, yəni qabaqcadan əlbir olan bir qrup şəxslə 2008-2010-cu illərdə  əvvəllər ailə başçısını itirməyə, əlilliyə və yaşa görə pensiya almış ayrı-ayrı şəxslərin pensiya alma müddətlərinin bitməsinə baxmayaraq, onların hesablarına tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etməklə, cəmi  995.642 (doqquz yüz doxsan beş min altı yüz qırx iki) manat məbləğində pul vəsaitini köçürərək, vətəndaşların bilavasitə özlərindən və onların adından guya itirilmiş kart kimi sifariş verərək əldə etdiyi yeni plastik kartlarla həmin pul vəsaitlərini götürüb şəxsi ehtiyaclarına sərf etməklə ona etibar edilmiş küllü miqdarda  özgə əmlakını talamışdır. 

     Bundan başqa, istintaqla müəyyən edilmişdir ki, Akif Sərkarov DSMF-nin Suraxanı rayon şöbəsinin maliyyə-uçot sektorunun aparıcı məsləhətçi-mühasibi vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə edərək 2009-2010-cu illərdə  iki şəxsin adına köçürülmüş xeyli miqdarda, yəni 5.338  manat məbələğində özgə əmlakını  talamış, öz xidməti vəzifələrini lazımı qaydada yerinə yetirməyərək vəfat etmiş pensiyaçıların adlarına 8.758 manat məbləğində artıq ödənişlər edilməsi ilə dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmuşdur. 

     Törətdiyi cinayət əməllərinə görə Səfər Hüseynov qulluq mövqeyindən sui-istifadə etməklə külli miqdarda özgə əmlakını talama, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə saxtakarlığına görə cinayət məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2, 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

     Bundan əlavə, həmin şöbənin maliyyə uçot sektorunun müdiri-baş mühasibi Kərim Muradov  və qeyriləri cəmi 12 şəxs törətdikləri əməllərə görə Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla talama)  313 (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə  təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və  cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

     Vurulmuş zərərdən ibtidai istintaq zamanı 320.0 min manat vəsaitin dövlətə ödənilməsi təmin edilmişdir.

     «Qobu» dəvəçilik üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi Məhdud Məsuliyyətli Cəmiyyətinin sabiq sədri Balağa Səmədovun barəsində başlanmış cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, o, qeyd olunan müəssisənin rəhbəri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdar təşkil edən 14.370 manat dəyərində 353 baş ona etibar edilmiş xırda buynuzlu heyvanları mənimsəmə və israf etmə yolu ilə talamış, qeyrilərinin cinayət əməlləri nəticəsində cəmiyyətə vurulmuş 60 baş dəvə və 47 baş xırda buynuzlu heyvanların dəyəri olan, ümumilikdə 31.025 manat məbləğində maddi ziyanın ödənilməsi imkanını aradan qaldırmaqla cəmiyyətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, tamah və sair şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı etmişdir. Bundan başqa, B.Səmədov xidməti vəzifəsinə laqeyd münasibəti nəticəsində tabeçiliyində olan şəxslərin öhdəsində olan 8.759 manat  dəyərində 5 baş dəvənin və 163 baş xırda buynuzlu heyvanların çatışmazlığını vaxtında aşkara çıxarmamaqla cəmiyyətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmaqla səhlənkarlıq etmişdir.

     Törətdiyi cinayət əməllərinə görə Balağa Səmədov qulluq mövqeyindən sui-istifadə etməklə külli miqdarda özgə əmlakını talama, ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı, səhlənkarlığa  görə cinayət məsuliyyəti nəzərdə tutan Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 313 və 314.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

    Vətəndaş Üzeyir Cəfərov və Balakişi Cəbrayılovun müraciəti üzrə  başlanmış cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, Aydın Tarverdiyev Salyan rayonu Xıdırlı bələdiyyəsinin sədri vəzifəsində işləyərkən  bələdiyyənin ərazisindən 9 ha torpaq sahəsi almaq üçün ona müraciət edən Yusif Cəfərovdan qanunsuz hərəkətlərə, yəni torpaq hərracı və müsabiqəsi keçirmədən, bələdiyyə üzvlərinin xəbəri olmadan sənədləri saxtalaşdırmaqla 9 ha torpaq sahəsinin Y.Cəfərovun arvadı Cəfərova Leyla Ramiz qızının adına rəsmiləşdirməsinə görə 72.0 (yetmiş iki min) manat pul tələb edərək, hissə-hissə 71.0 (yetmiş bir min) manat rüşvət  almış, bilə-bilə yalan məlumatlar daxil etdiyi saxta sənədləri Yusif Cəfərova təqdim edərək  torpaq sahəsinin ayrılmasına dair qanunsuz qərar qəbul edib həmin torpağın alqı-satqı yolu ilə vətəndaşın mülkiyyətinə verilməsini təşkil edərək, bələdiyyənin mülkiyyətindən çıxarıb Xıdırlı bələdiyyəsinin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olmaqla zərər vurmuş və tamah niyyəti ilə vəzifə saxtakarlığı etmişdir.

     Bundan əlavə, Aydın Tarverdiyev Xıdırlı bələdiyyəsinin sədri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə, 2010-cu ilin iyun ayında Balakişi Cəbrayılovun adına olan Xıdırlı kəndi ərazisindəki kənd təsərrüfatı təyinatlı 1 ha torpaq sahəsinin təyinatının dəyişdirilməsini təşkil edəcəyini sonuncuya vəd edərək, həyata keçiriləcək sənədləşmənin rüsumu adı ilə 1.800 (min səkküz yüz) manat pulu və torpaq sahəsinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqlarının Dövlət Qeydiyyatı haqqında Daşınmaz əmlakının dövlət reyestrindən Çıxarışın əslini götürmüş,  həmin Çıxarışı qrafik proqram təminatından istifadə etməklə axınlı printerdə çap etdirib Balakişi Cəbrayılova təqdim edərək hüquq verən rəsmi dövlət sənədini qanunsuz hazırlamaqla saxtalaşdırmış və sonuncunun xeyli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir.

     Aydın Tarverdiyev Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4, (qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq) 308.2 (ağır nəticələrə səbəbolmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində  həbs qətimkan tədbiri seçilmiş və cinayət işi tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

     Bu müddət ərzində istintaqı  aparılmış və hazırda  icraatda olan cinayət işləri, habelə törədilmiş və ya hazırlanan cinayətlər haqqında  məlumatlarla bağlı  materiallar üzrə fiziki və hüquqi şəxslərin  hüquqları bərpa edilərək  onlara vurulmuş 3 milyon 965.0 min manat ziyanın ödənilməsi təmin edilmiş, zəruri hallarda təqsirləndirilən şəxslərə məxsus əmlak müəyyən edilərək üzərinə həbs qoyulmuşdur. Eyni zamanda korrupsiya hüquqpozmalarına şərait yaradan halların  aradan qaldırılması məqsədilə müvafiq dövlət orqanları və özəl qurumların rəhbərlərinə  təqdimatlar göndərilmişdir.

     Hazırda Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin istintaq şöbəsi tərəfindən müxtəlif sahələr üzrə korrupsiya hüquqpozmaları ilə əlaqədar 86 cinayət işinin istintaqı davam etdirilir. Həmin cinayət işlərinin nəticəsinə dair ictimaiyyətə mütəmadi olaraq məlumat verilməsi təmin ediləcəkdir.



«MediaPost Azərbaycan»

290 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium