saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Dünya

Vəfa Quluzadə: “Əsəd rejimini dağıdan ABŞ və İsrail deyil, 42 illik istibdaddır” / 10.08.2011

Suriyada hökumətin etiraz edən əhaliyə divan tutması xarici dövlətlərin ciddi reaksiyalarına səbəb olub. Srağagün Səudiyyə Ərəbistanı, Küveyt və Bəhreyn rəhbərliyi Bəşər Əsəd hakimiyyətinin atdığı addımlara etiraz olaraq Dəməşqdəki səfirlərini geri çağırıblar. Maraqlıdır ki, artıq neçə aydır öz vətəndaşlarına divan tutan Bəhreyn monarxı da Suriya rejiminin etdiklərini tənqid edib. Ərəb Liqası rəhbəri Nabil əl-Ərəbi bəyan edib ki, Suriya hakimiyyəti dinc əhaliyə qarşı zorakılıqları dərhal dayandırmalıdır.

Qeyd edək ki, son bir həftədə Həma, Deyr əz-Zor şəhərlərindən sonra ötən gün səhər saatlarından başlayaraq Suriya ordusu ölkənin şimalındakı Sirmən şəhərinə də daxil olub. Suriyada demək olar ki, hər gün insan ölümləri və dağıntılarla bağlı məlumatlar gəlir. Artıq Türkiyə dövləti də Suriyada baş verənləri sərt dillə tənqid edir. İki gün öncə Ankarada dövlət rəsmilərinin Suriya ilə bağlı toplantısı olub. Dünən isə xarici işlər naziri Əhməd Davudoğlu Suriyaya gedib. Türkiyə XİN rəhbəri suriyalı rəsmilərlə görüşlər keçirib.
Maraqlıdır ki, səfər ərəfəsində Ə.Davudoğlu ilə ABŞ dövlət katibi Hillari Klinton arasında telefon danışığı olub. Ehtimallara görə, Türkiyə ilə ABŞ Suriyaya qarşı hərbi əməliyyatların mümkünlüyünü müzakirə edir. Danışıqlardan az sonra ABŞ-ın Türkiyədəki səfiri baş nazirin iqamətgahına gələrək Ərdoğanın baş müşaviri ilə görüşüb. Səfir jurnalistlərə Davudoğlu-Klinton danışıqlarını davamını müzakirə etdiyini deyib. Qeyd edək ki, baş nazirin rəhbərliyi altında Ankarada keçirilən Suriya toplantısında ordu rəhbərliyinin də iştirak etməsi Türkiyənin qonşuluqda baş verənlərdən narahatlığını göstərir.
Sabiq dövlət müşaviri Vəfa Quluzadənin fikrincə, bu ölkədə vəziyyət artıq o həddə çatıb ki, hakimiyyət getməlidir: “Suriyada xalqın qəzəbini sakitləşdirmək üçün heç bir tədbir görülmür və görülə bilməz. Ona görə ki, Suriyada xalqın iradəsi oğurlanıb. Əsəd rejimi getməlidir və ondan sonra xalq özünə yeni hakimiyyət qurmalıdır. Öz ölkəndə mindən çox adam qırandan sonra o ölkənin rəhbəri olmaq mümkün deyil. Artıq vəhşilik dövrləri keçib”.
V.Quluzadəyə görə, Suriyada hakimiyyət dəyişikliyi həm də Amerika və İsrailin marağına uyğundur. Ancaq ekspert hesab edir ki, hazırda Suriyada proseslər xalqla hakimiyyət arasındadır: “Bütün dünya tarixi mübarizədən ibarətdir. Bir ölkədə baş verən hadisə hansısa ölkənin milli və dövlət maraqlarına uyğundur, hansı dövlətinsə maraqlarına cavab vermir. Bu dəfə bir tərəfdə Suriya xalqı dayanır, hansı ki, 42 ildir ki, diktatura şəraitində yaşayır. Amma o biri tərəfdən bu proseslərdə ABŞ-ın maraqları var. Çünki İran, Suriya və ”Hizbullah" birləşib İsrail üçün təhlükə təşkil edir. Ona görə də bu “üçlüyü” dağıtmaq Amerika və İsrailin milli maraqlarına uyğundur. Amma indi bu hakimiyyəti dağıdan Amerika və İsrail deyil, 42 illik istibdaddır. Təbii ki, prosesdə başqa dövlətlər də olacaq".
V.Quluzadəyə görə, Türkiyə qonşu olaraq təbii şəkildə Suriyada baş verənlərdən narahatlıq keçirir. Sabiq dövlət müşaviri Ankaranın Suriyadakı proseslərə müdaxiləsini istisna etmir: “Türkiyə Suriyada baş verənlərə görə məsuliyyət duyur. Çünki bu hadisələr başlayandan minlərlə suriyalı Türkiyəyə sığınıb. Sabah Suriyanın çoxlu sayda vətəndaşı Türkiyəyə qaçsa, Türkiyə onları saxlaya bilməyəcək. Buna görə Ankara Suriyada baş verənlərlə yaxından maraqlanır və bu prosesə müdaxilə edə bilər. Bu vəziyyətdə Türkiyənin arxasında ABŞ və NATO var”.
Bəzi müşahidəçilər Suriyada hakimiyyət dəyişikliyi prosesinin ağır keçəcəyini, hətta ölkədə uzun müddət davam edəcək vətəndaş müharibəsinin olması ehtimalını qeyd edirlər. V.Quluzadə o qənaətdədir ki, dəyişiklik gözlənilən ölkələrdə bu cür kataklizmlər qaçılmazdır: “Əgər İraqda oldusa, Suriyada nədən olmasın? Sovet İttifaqında gedən vətəndaş müharibəsində 20 milyon insan öldü. Sovetlər dağılanda isə Azərbaycanın 20 faiz torpaqları işğal olundu. Özünüz görürsünüz ki, dünya necə ədalətsiz dünyadır. Bütün bunlar tarixi reallıqdı və Suriya da dəyişiklik baş verəndə bu itkiləri yaşamalıdır...”

KƏNAN/musavat.com





253 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium