saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Cəbhə

Qarabağ müharibəsi əlili Tərtər rayonunun rəhbərliyindən prezidentə şikayət edir! / 08.08.2011

I qrup Qarabağ müharibəsi əlili, Tərtər rayon sakini Mehman Hüseynov ölkə rəhbərliyinə məktub yazıb. Məktubda müəllif kifayət qədər ciddi ittihamlara yol verdib. Məzmuna toxunmadan, yalnız bir neçə kobud qramatik səhvi düzəldərək məktubu oxucuların diqqətinə çatdırırıq. Beləliklə Mehman Hüseynov yazır:

Salam cənab prezident İlham Əliyev.

Cənab prezident sizə Tərtər rayonunda baş verən eybəcərlikdən  rüşvətxorluqdan  hərcimərclikdən rüşvətxor məmurun xalqa qarşı Qarabağ əlilinə qarşı əxlaqsız hərəkətindən prezidentə xəbərdarlıq məktubu. Mən 1-ci qrup Qarabag müharibəsi əlili Hüseynov Mehman Xanış oglu  5 aprel 2011-ci ildə zəng  etdim icra başçısının köməkçisi Elvin-ə, dedimki  mən başçıya  məktub yazmışam mənim şikayətimə haçan  baxacaqlar? Elvin mənə  dedi sən  20 gün  gözlə əgər  20 gün ərzində sənə bir köməklik olmasa sən get  hara  gəldi şikayətini elə. 20 gün  tamam oldu Elvinə  zəng  elədim  dedim mənə heç bir  köməklik olmadı. Ona sual verdim,  Elvin mənə  dedi  sən  çox hövsələli adamsan. 20 gündən  sonra  getdim başçı məni  qəbul eləmədi. Mənə dedilər başçı deyir getsin  özüm onu çagıracam. Bir  həfdə  keçdi məni çagıran olmadı yenə  getdim  mənə  dedilər  başçı  deyir  getsin bir  həfdədən  sonra  gəlsin. Mən Qarabağ  əlili  dəfələrlə  getmişəm icra hakimiyətinə  2-saat  3-saat  4-saat  gözləmişəm. Məni  başçı qəbul etməyib. Allaha  and  olsun. Bunların  siyasəti  odur ki,  Qarabağ əlili əsəbləşsin, başına  qan sızsın, infakt keçirib  ölsün. 2011-ci il, iyun ayının 2-si getdim  başçının qəbuluna 3 saat  gözlədim məni qəbul eləmədi. Başçı aşagı düşəndə dediki  sən  get 1 aydan  sonra gəl. Mən  gedib 1 ay 6 gündən  sonra  getdim  başçının qəbuluna. Dedilər  get  sabah  gələrsən. Sabah - iyulun  7-si 2011-ci ildə  ailəvi  getdim  başçının  qəbuluna  2 saat  gözlədikdən  sonra MTN-nin  rəisi  Raquf   dediki  başçı  deyir  getsin  bir  həftədən sonra gəlsin.    3 saat keçəndən  sonra  Çingiz  İsayev  dediki  başçı səni  tək qəbul  edir  ancaq  uşaqlar  olmaz. Mən  dedim  qəbula ailəvi  girəcəm. Dedilər  başcı  icazə vermir. Mən  iyunun 6-sı qəbula gedəndə  növbətçi mənə stol  vermədi oturam. Nöbətçi  dediki  sənə görə  üzümüzə  söz gəlir. Deyirlər qoyma danışsın, qoyma otursun. Növbətçi dedi ki,  sən  bilmirsən  sənə  görə  üzümüzə itin sözünü deyirlər. 3 saat  yarımdan sonra  başçı  aşagı  düşəndə dedim Cehun  müəllim  dediniz  bir  aydan  sonra  gəl  indi  bir ay  yeddi gündü  gəlmişəm. Cehun  müəllim  dedi ki, mənim vaxtım  yoxdur. Başım  rayonun  abadlıgına  qarışıb. Cehun  müəllim  5-6 dəfə təkrar  dedi ki, sənə xəbərdarlıq  edirəm və bildirirəm. Birdə bura ailəvi gəlmə, uşaqları  bura  gətirmə, özün  tək  gəl. Cənab  İlham Əliyev  bu Qarabağ əlilinə  təhqirdi. Mən dedim  mənim  pulumla, mənim uşağımın puluyla məmur niyə Dubayda villa  tikir öz evladlarına? Cehun  müəllim dedi ki, o məmur  cəhənnəmə tiksin villanı. Cənab prezident mənim yoldaşım Cehun müəllimin qarşısında  ağladı. Dedi ki, sizin ayaqlarınzın altında ölüm, balanıza  qurban olum, bizə  baxın uşaqlar yerdə polun üsdə yatır. Əlil yoldaşım  quru polun üstündə yatır. Yoldaşım dedi ki, verdikləri evin polu çöküb,  pəncərənin şüşəsi qırıq, qapısı qırıq, qapının qıragı isə uçub tökülüb.  gəlib baxırlar. Heçnə  etmirlər. Mən dedim Cehun müəllim  mənim  şikayətimə  baxmasan  mən  uşaqlarımı aparıb prezident aparatının  qarşısına  töküb,  prezident İlham Əliyevə şikayət edəcəm. Mən Qarabag əlilinin şikayətinə  baxan yoxdur. Cehun müəllim dedi ki, get prezident  aparatına. Cehun  müəllim məni əsəbləşdirmək üçün dedi ki, sən  mənnən   iddiayla  danışma. Mən MTN-nin rəisi Raquf müəlimə zəng edib dedim ki, gedirəm prezident  aparatına. Raquf dedi sən gələn ayın 2-sində yanıma gəl. Raquf müəllim bir ayda vaxdı uzatmaq istədi. Bu məmurlar bütün xalqı beləcə ələ salırlar  cənab prezident. Raquf müəlim dedi ki, prezident aparatı sənə heçnə  etməyəcək. Ancaq biz  sənə  nəsə  edəcəyik. Mən  müalcəyə getmək üçün  rayon bələdiyəsindən yardım pul istədim. Bələdiyə mənə dediki biz sələm  pul almışıq, rayonun küçələrini abadlaşdırırıq. 20 min manat sələm  pulu boynumuzdadır. Cibimizdə 20 qəpikdə yoxdur. Səndəndə qorxmuruqki  kömək edək? Bir gün qəbula gedəndə dedim Çingiz  müəlim adi süpürgəçi mənə  deyir ki, hər ay bizim maaşımızdan 5 manat pul tuturlar. Filan işçidən 10 manat,  filan işçidən 20 manat, filan işçidən 50 manat tuturlar sonrada bizi  hədələyib, qorxuzub bizim dilimizdən izahat alırlar ki, güya biz özümüz  könüllü olaraq maaşımızı rayonun abadlığı üçün veririk. Süpürgəçidən 5 manat qəzet pulu tuturlar. Çingiz müəllim dedi ki, bunları yazma. Cehun  müəllim deyir onun şikayətinə baxacam. Bir müdürdən 10 min manat rüşvət  istədilər, müdür vermədi. Dərhal işdən çıxartdılar. Birindən 20 min manat rüşvət istədilər vermədi. İşdən azad  elədilər. Birindən 50 min rüşvət  istədilər vermədi çıxartdılar. Biri  80 min manat rüşvət verdi, onun yerinə keçdi. Bütün idarə müdürləri  narazılıq edir. Çünki hamısı abadlığa görə  pul verir. Kimdə verməsə Allaha and olsun işdən çıxarılır. Kareyalıları işlətdilər, sonra pulunu vermədilər. Kareyiyalıları rayondan qovdular. Mən dəfələrlə icra hakimiyətinə gedəndə görmüşəm. Növbətçiyə deyir mən başçının  qəbuluna düşmək istəyirəm. Gətirdiyim ağ layın pulunu vermirlər. Axırda  bezib getdilər. İyulun 6-sında iki nəfər gəlib nöbətçiyı deyir  başçının  qəbuluna  düşmək  istəyirəm. 3 aydır işləyirik 200 yüz  manat pul veriblər.  Biri deyir 3 aydı işləyirəm yemək payokumu vermirlər, maaşımı vermirlər. Dövlətin Qarabağ əlilinə ayrılan dərmanın pulunuda yeyirlər. Qarabag  əlilinə dövlət tərəfindən ayrılan yardım pulunda yeyirlər. Cənab prezident, görəsən bu pulları kim yeyir? Mən zəng etdim Asobuaddelə. Elxan müəllimə dedim ki, sizinlə görüşmək  istəyirəm. Elxan  müəllim  dedi gəl. Getdim Elxan müəllim dedi ki, mənim heçbir salahiyətim yoxdur. Mən hərbiyə  baxıram. Mən dedim Elxan müəllim siz deyirsiniz ki, Qarabağda döyüşmüşəm,  yaralanmışam. Mən dedim siz bir Asobuaddel kimi xahiş edin mənim şikayətimə  baxsınlar. Elxan müəllim dedi ki, mən MTN-rəisi Raqufa deyərəm sizin  şikayətinizə baxar. Zəng etdim Raquf müəlim dedi Elxan kimdiki mənə söz  deyə? Sadəcə bunlar Qarabağ əlilinə üsgük fırladırlar. Cənab prezident, mən Asobuaddelin rəisi Elxan müəllimə dedim şikayətimə baxmasalar gedəcəm  prezident aparatına. Elxan müəllim dediki o sənin hüququndur. Gedə bilərsən  mən deyə bilmərəm getmə. Mən dedim ki, prezident aparatında məndən soruşanda deyəcəm Elxan müəllimə dedim. Tərtər rayonundada haqqını tələb edənlərin icra hakimiyətində əlinə qandal vurub yayın günü başına qara  salafan torba salıb aparırlar. Mən bunu MTN-nin rəisi Raquf müəllimə dedimki, bunun qarşısını almasanız sabah mənim əlimə qandallayıb başıma qara salafan torba salacaqlar. Mənə 12 il bundan qabaq verilən OKA markalı  maşın xarab olub. İcra hakimiyətinə dedim mənim maşınımı dəyişdirmək  istəyirəm İH-nümayəndəsi  dediki Fizuli Ələkbkbərovla əlaqə saxlayıb sənə  bir cavab verəcəm. İH-nümayəndəsi dediki, nazirlikdən maraqlandım. Prezident OKA maşınına 30-il srok qoyub. Mən Ceyhun müəllimə məktub yazdım  məktubda bütün prablemimi yazdım. Ümumi şöbənin rəisi Ramiz müəllim mənə məktubun surətini göndərib məktubun bir surəti axitektor Tofiqə, bir surətini isə jekin müdürü Raufa göndərdim. Cənab prezident ötür-ötür oyunu oynayırlar. Mən ümumi şöbənin sədri Ramiz müəllimdən soruşdum, məktubuma cavab verən yoxdur. Ramiz mənə dedi ki, sən yüz məktub da, yazsan elə biz  sənə verdiyimiz eyni məzmunda cavab yazacagıq. Məmura deyirəm mənə maşın  alın, evimi təmir edin, evimin içinə yagış yagır məmur deyir sənə maşın alsalar hökumət deyər bunu hansı pulla alıb məmur sənə? Mən dedim bəs müavin Vidadi Bəylərov Tərtərdə dörd dənə villa tikib, Hacıkəndə villa  tikib, qapısında beşdənə xarici maşın, məmur Rencrover sürür. Saxda  Qarabağ əlili X5 BMW sürür. Bəs bunu dövlətimiz, hökumətimiz, prezident  aparatı görmür, soruşmur?!



«MediaPost Azərbaycan»

388 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium