saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Mədəniyyət

“Kresloya keçəndən sonra çox şey itirmişəm” / 02.08.2011

“Bakı Film” Kinostudiyasının əməkdaşı Kamran Qasımovun Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi, xalq artisti Rasim Balayevlə müsahibəsini təqdim edirik.

- Rasim müəllim, Azərbaycan milli kinosunun son vəziyyətini necə qiymətləndirirsiz?

- Son zamanlar məndən soruşulanda ki, Rasim müəllim, film çəkirsiz ya yox, o saat başa düşürəm ki, insanların, tamaşaçıların bu günə qədər həll edilməyən yayım problemi var. Onlar filmlərə baxmaq istəyir, maraqlanırlar. Amma, burada yaradıcı problemlər də var. Son illər filmlərin istehsalında yüksəliş var. Amma təəssüf ki, bu gün tamaşaçıları hərtərəfli razı sala biləcək film görmürəm. Söhbət bədii tərəflərdən gedir. Bunun da səbəbləri var. 90-cı illərdə Azərbaycan çox çətin bir zaman yaşadı. Bir quruluşdan digərinə keçid asan məsələ deyil. Mübarizə insanların daxilində getdi. Bəzi istedadlı kinematoqrafçılar klip, reklam sahəsinə yön aldılar. Bu illərdə kino sənətinə gələn yeni simaların da əksəriyyəti özünü doğrultmur. Amma, ötən əsrin 70-80-ci illərinə nəzər salaq, Azərbaycan kinosu doğrudan da uğurlar əldə edirdi. Müasir kinematoqrafiyanın bir qüruru da festivallarla bağlıdır. Filmlərimiz ön kateqoriyalı festivallarda iştirak etmir, lokal yarışmalara qatılır. Digər bir problem sırf ssenari ilə bağlıdır. Ssenari yaradıcılığı ilə məşğul olan sənətkarlarımızın sayı tək-tükdür.

- Ötən əsrin 70-ci illərinə toxundunuz. Sizin sayənizdə şair Nəsimi bu gün də yaşamaqdadır. Film çox uğurlu alınmışdı. Bu gün də tarixi filmlər lentə alınır. Onlar arasında fərqi nədə görürsüz?

- Hər işdə peşəkar olmaq lazımdır. Tarixi filmlərdə də xüsusilə. Məişət filmi tamaşaçını qane etmirsə, bu müəyyən zamandan sonra unudulur, adiləşir. Yəni baxan baxır, baxmayan da kanalı dəyişir. Amma, tarixi filmlərdə bunu etmək olmaz. Azərbaycan dünya əhatəsindədir. Bundan da əlavə, Azərbaycan tamaşaçısı həm də vətəndaşdır. Məsələn, mən eşitmişəm ki, həmişə tamaşaçılar “Koroğlu” filmi barədə sadəcə “zəifdir” kəlməsini işlədirlər. Halbuki, ondan da zəif ekran əsərləri var. Hər şey peşəkar ssenaridən başlanır. Hər adam, hətta məişət mövzusunu işləyən ssenarist belə əlinə qələm alıb tarixi mövzuda ekran işinə baş vurmazdan öncə düşünməli, ehtiyat etməlidir. Düzü məni son illərin tarixi filmləri qane etmir. Əslində maliyyə baxımından Azərbaycan dövləti öz tarixini ekrana köçürməkdə çox güclüdür. Problem bu gücü kimlərin simasında görməyimizdir.

- Rasim müəllim, bütün günahı ssenaridə axtarırsız, amma aktyorların da problemi var. Siz, Azərbaycan kinosunun siması kimi düşünmürsünüz ki, kinoaktyor sənəti tənəzzülə doğru gedir?

- Axı tək aktyorlardan asılı deyil?! Aktyora ən başlıca istiqaməti kim verir? Rejissor. Deməli, rejissor problemi ilə də üz-üzəyik. Amma sizin fikrinizlə razıyam. İstedadlı aktyorlarımız çox olub. Onlar da estafeti bizim nəslə ötürdü. Bizdə aktyorluq peşəsilə bağlı məni də qane etməyən məqamlar var. Məsələn, son dövrdə Ənvər Əbluc “Tərsinə çevrilmiş dünya” bədii filmini lentə alarkən, baş rolun ifaçısını xaricdən dəvət etdi. Siz işə baxın, ssenaridə mövcud olan qəhrəmanı Azərbaycanda tapa bilmədilər.

- Sizcə bu doğru addımdır?

- Əlbəttə ki, yox. Amma rejissoru qınamıram. Sadəcə rejissor dedi ki, ssenaridəki obraz tipaj və istedad tələb edir. Mən bu iki xüsusiyyəti Azərbaycanda görə bilmədim. Bilirsiz, rejissor və aktyor sənəti riyaziyyat deyil. Burada konkretlik yoxdur. Hər şey təcrübi fəaliyyətdə öz yerini tapmalıdır. Aktyor və rejissor necə yetişməlidir? İş prosesində. Dəfələrlər mən bunu demişəm. Peşəkar insanlar, lap elə gənclər serial çəkməlidirlər. Məsələn, 30 seriyalı film çəkdik. Burada 10 rejissor çalışmalıdır. Bədii rəhbərsə bu rejissorların yaradıcılıq fəaliyyətinə nəzarət etməlidir, onlara yol göstərməlidir. Təəssüf ki, hələ bu iş qaydasında deyil. Kanallar tək-tük seriallar çəkir. Amma, bu məsələ fundamental şəkildə öz həlllini tapmalıdır. Çox gözəl mövzularımız var. Məsələn, Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanından başlayaraq, nə qədər ekran üzü görməyən əsərlərimiz var. Orijinal məişət dramları da yarana bilər. Bilirsiz, bu çox vacib bir prosesdir. İndiki dövrdə çıxış yolu yalnız seriallardadır. Həm də bu bədii filmlərlə müqayisədə maliyyə baxımından ucuz başa gəlir. Rusiya və Türkiyə təcrübəsi bunu sübut edir.

- Rasim müəllim, bəzən tanınmış, tamaşaçıların qəlbinə yol tapmış obrazlar yaradan bir aktyoru, çox ucuz və bayağı reklamlarda görürük. Sizcə aktyor hər gələn təklifə razı olmalıdırmı?

- Mən əcnəbi kanalları izləyirəm. Orada tanınmış aktyorlar brend markaları reklam edir. Bu təbiidir. Reklamın da səviyyəli və səviyyəsiz növü var. Reklam da peşəkarlıq tələb edir və qısa zamanda böyük fikirlər söyləmək çox çətindir. Məsələn, əcnəbi hava yolları şirkətlərindən birini Mançester Yunaytedin oyunçuları reklam edir. Olduqca maraqlı reklamdır. Təbii ki, aktyor öz səviyyəsini qoruyub saxlamalıdır. Mən də reklama çəkilmişəm. Amma, burada pis heç nə görmürəm. Sadəcə ssenari, nəyin reklam edilməsi aydın olmalıdır. O ki, qaldı aktyor həmkarlarımızın bu addımı atmalarına, maddi vəziyyəti də gəlin unutmayaq. Mən heç kəsi qınamıram, amma səviyyəli olması məqsədəuyğundur.

- Rasim bəy, hansı hallarda siz təqdim olunan ssenaridən imtina etmisiz? Şəxsi münasibətlərinizi bu məqamda qabartmısızmı?

- Düzdür, mən dərhal çəkilməyə razılıq vermirəm, ssenarini tələb edirəm, deyirəm oxuyub cavab verərəm. Hansı hallarda imtina edirəm. İlk növbədə baxıram ki, təklif edilən obrazı mən də yarada bilərəm, başqa bir həmkarım da. Yəni, burada fərqli, qeyri-adi bir şey yoxdur. Elə olub ki, gənc bir rejissor mənə yaxınlaşıb, kömək istəyib. Çəkilmişəm, amma, sonra peşiman olmuşam. Başa düşmüşəm ki, çəkilməyimə baxmayaraq, ümumi filmə kömək edə bilməmişəm. “Örtülü bazar, dostluğu pozar”, tanışım, sənətdə yaxın dostum olsa belə, xoşuma gəlməyəndə imtina etmişəm. Məcburi heç nə yoxdur. Bilirsən, düzünü deyəcəyəm, çox təəssüf ki, son illər gözüm arxasında qalan bir obraz, rol olmayıb.

- Hansı rol Rasim Balayevin özüdür?

- Heç biri. Mən bədii obraz deyiləm. Mən qəhrəman deyil, adi, məişət qanunları ilə yaşayan insanam. Aktyorluq qabiliyyətimə görə hansısa rolu öz süzgəcimdən keçirirəm. Mən rolları müsbət və mənfiyə bölmürəm, insanı oynayıram. Oxşarlıq ola bilər, bu təbiidir.

- Dostlarınız yaratdığınız obrazlara görə sizi tənqid edirlərmi?

- Olanda olur. Məsələn, “Həm ziyarət, həm ticarət” filminə çəkiləndə. Düzünü desəm, məni qınayanlar da oldu. Dedilər ki, mənfi qəhrəman sənə yaraşmır. Amma, mən aktyoram. Ampula tanımayan bir aktyor. Onların gözü məni müsbət obrazlarda görməyə öyrəşib.

- Rasim müəllim, yaradıcı insan olmaqla yanaşı, 21 ildir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibisiz. Kresloya keçəndən sonra nələri itirdiz?

- Çox şey itirmişəm. Bu 21 ilin bütün dövrlərində Azərbaycan kinosu normal vəziyyətdə olsaydı, təxminən 35 filmdə çəkilərdim. Bu rollardan da beşi tamaşaçıların sevimlisinə çevrilə bilərdi. Amma bu illərdə kinomuzda da problemlər yaşandı. Təsəvvür edirsiz, 6 il film çəkilmədi. Bu illərdə yaranan bəzi kommersiya filmləri də özünü doğrultmadı. Bu da məsələnin bir tərəfi. O ki qaldı itirdiyim məqamlara, onlar var və bunu danmıram.

- Buna baxmayaraq çəkildiz, bu “bir əldə iki qarpız tutmaq” deyildi ki?

- Bilirsiz, mən ittifaqa gələndən bunu razılaşdırmışdım. Aktyorluq fəaliyyətimi davam etdirəcəyimi söyləmişdim və mane də olmadı. Təbii ki, bura Kinematoqrafçılar İttifaqıdır. Buranın üzvlərinin əksəriyyətilə mən çiyin-çiyinə kinoda çalışmışam və çalışıram. Olub ki, bir neçə ay çəkilişlərdə olmuşam. Bir də ki, ittifaq ictimai idarədir, yəni mən dövlət məmuru deyiləm. Yaradıcı təşkilatda çalışıram.

- Rasim müəllim, son zamanlar kitabla aranız necədir?

- Tez-tez Məmməd Arazın, Ramiz Rövşənin şerlərini vərəqləyirəm. Mənə tez-tez kitablar hədiyyə olunur. Demirəm ki, mütəmadi qiraət edirəm. Amma çalışıram vaxt ayıram. Axşamlar yatmazdan öncə oxuyuram. Digər tərəfdən də yaş özünü göstərir, sağlamlıqla bağlı problemlərim olur. Bir söz, mənə təsəlli verir. İnsan 50 yaşdan sonra yuxudan oyananda ağrı hiss edirsə, deməli yaşayır.

TİA.AZ




322 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium