saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Mədəniyyət

Borçalıda Elat Mədəniyyəti Günü – qədimlərdən sabahlara / 29.07.2011

El Ellikdən yaranıb.

Ellik Eldən artıq olub, Yüksək olub, Böyük olub.

El Elliyə çata bilər, çatmalıdır.

 

İnam Ata «Mahiyyət» kitabından

 

İyulun 26-da (26 Od ayı 33-cü il) ənənəvi olaraq üçüncü dəfə keçirilən  “Borçalı Türklərinin Elat Mədəniyyəti Günü”ndə iştirak etdim. Uzun yol boyunca ciddi söhbətlər, insanların əsasən Yurd mövzusunda qayğılanmaları diqqətimi çəkdi. İlk dəfəydi ki, Borçalıya gedirdim – Vətənimin ruhumda ayrılmaz, bütöv ünvanına.

Borçalının zəngin, türk ruhlu təbiətini gördüm, doğulduğum bölgənin təbiəti ilə ciddi oxşarlıq, doğmalıq müşahidə etdim. Orada yaşayan soydaşlarımızın bizlərə, Yurda nisgilli sevgisini duydum. Soydaşlarımız doğmalığın daim artmasını, qəribliyin yox olmasını istəyirdilər.

Bu tədbirdə Borçalıda doğulmuş elm-mədəniyyət adamlarının öz yurdlarına doğma, təəssübkeş gedişləri gözlərindən oxunurdu. Azərbaycan aydınının doğulduğu yurda, bölgəsinə hamı kimi sıradan, adi getməsini qətiyyən düzgün saymıram. Özünü aydın sayan, ictimai mühitdə obrazını yaradan şəxs  hamı kimi hər yana, özəlliklə də yurduna adi gedirsə, onda bu gedişdən heç nə alınmaz.

Borçalıya – öz doğma Yurduma getdim. İnam Ata məni Atayurduma – Azərbaycanımıza mütləq, bütöv sevgi üstə kökləyib, tərbiyə edib. Səfər boyunca yol yoldaşlarım olan ziyalıların da belə duyğularının şahidi oldum. Deməli, xalq ola bilmək, xalq kimi yaranmaq, yəni insani, milli halımızı artırmaq imkanımız həmişə var.

Elat günündə insanların ellikcə, ailəlikcə türk ruhuna uyğun yaylağa qalxmasını müşahidə etdikcə düşündüm: soydaşlarımın el, xalq  duyğusunun mahiyyətinə yetməsi, bu əvəzsiz insani duyğunun ardıcıl olması üçün nə etməli?

Neyləməli ki, belə gözəl duyğular ötəriləşməsin, adiləşməsin? Əgər hər hansı bir sahədə, yöndə irəliləyiş olmursa, mütləq orada geriləmə baş verir. İnsanları Yurda sevgi üstə çağıranları, onları doğulduqları yerlərə bağlamaq istəyənləri bu sual daha çox düşündürməlidir.

Milli düşüncəni ciddi, köklü səviyyədə yaratmaq və irəlilətmək üçün bizə öz ruhumuzdan yaranan dünyabaxış gərəkdir. Belə bir dünyabaxış isə artıq yurdumuzda 33 ildir var. Borçalıda keçirilən  Elat Mədəniyyəti Gününə də ilk dəfə olaraq Mütləqə İnam sorağını apardım. Sorağın örnəyi kimi “İnama Doğru”nun öz işini görəcəyinə inanıram.   

İnsanların, xalqların xoşbəxtiyini amacı sayan, bəşərin mütləq səadətini yaratmaq iddiasında,  imkanında və gücündə olan bir dünyabaxış daşıyıcısının belə bir xəlqi törəndə Mütləqə İnam sorağıyla görünməsi olduqca önəmliydi.

Törəndə görüşdüyüm insanlara mütləq insani sevgimi, sayğımı çatdırdım, onlara Yurd müqəddəsliyinin anlamını açdım. Dedim ki, Yurdun əbədi var olması üçün orada yaşayanların ruhən var olması gərəkdir.

Türkün köçəri, elat ruhu bizi sevməyənlərin pis anlamda car çəkdikləri köçərilik deyil. Türk öz ucsuz-bucaqsız yurdunda köç edib həmişə. Yağılarımızın dediyi köçəri xalq belə bir oturuşmuş mədəniyyət, xəlqi möhtəşəmlik yarada bilməzdi…

İnam Atanın sözünü insanlara çatdırdım: «Xalqın Təməli – fərddir». Xalqı yetkin fərdlər yaradır. Xalqımızın bugünkü halı ürəyimzcə olmasa da, qətiyyən sarsılmaq, ruhdan düşmək olmaz. Mən yalnız böyük xalq kimi mütləq nikbinlik imkanımızdan və bu yöndə köklənmək qaçılmazlığından danışıram. İnam Atanın Mütləqə İnam Dünyabaxışı bizə belə bir imkan yaradır.

Borçalıda doğmalıq, milli ruhumuzun ölməzliyini gördüm, soydaşlarımızın Mütləqə İnam sorağını gözlədiyini gördüm: bunu bilsələr də, bilməsələr də, açıq şəkildə duysalar da, duymasalar da…

***

Ayın 25-i axşamı Dmanisi rayonunun Qəmərli kəndində Hüseyn kişinin oğlu Babəkin toy məclisində iştirak hamının ağlında, yadaşında həmişəlik qalacaq. 

İnsanların yurda köklü qayıdışının ifadəsi saymaq olar bu sayaq addımları. Hüseyn kişi oğlu Babəkə Bakıda toy etsə də, əhdinə görə yenidən Qəmərlidə Elat Günü münasibətilə toy edib. Qara zurna və çöp nağarasının səsi o qədər doğmaydı ki...  Buradan gedən aşıqların sazı köynəkdən ki çıxdı, doğma səslər bir-birinə qarışdı. Saz öz doğma mühitində, bölgəsində idi, sanki onun səsi qədimlərdən gəlirdi. Türk sazını öz yurdunda səsləndirir, o səslərlə göylərə dartınırdı. Doğma rəqslər oldu, insanlar əl-ələ verib yallı getdilər.

 

***  

Ayın 26-da isə Dmanisi rayonunun Armudlu yaylasında keçirilən “Borçalı Türklərinin Elat Mədəniyyəti Günü” uğurla baş tutdu.

«Borçalı» İctimai Cəmiyyətinin təşkil etdiyi tədbirdə Azərbaycanın tanınmış aydınları, elm, mədəniyyət xadimləri, kütləvi informasiya vasitələrinin nümayəndələri, Gürcüstanda yaşayan aydınlarımız, gürcü ictimaiyyətinin nümayəndələri, Türkiyədən və Güney Azərbaycandan gəlmiş qonaqlar iştirak edirdilər.

«Borçalı» İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin belə bir istəyi gerçəkləşdirməsini hünər sayıram. Yurdu yaşatmaq, olanları qorumaqla bağlı indi daha çox danışılır, ancaq gerçək əməlçilər barmaqla sayılası qədər azdır. Söz ki işdə gerçəkləşmir, o, yaşamır. Asif Ata Ocağının xalqyaratma işinin çətinliyini iliyimə qədər duyduğum, yaşadığım üçün Zəlimxan bəyin çabalarını, Yurd sevgisini yüksək dəyərləndirirəm.

Tədbirdə Yurd müqəddəsliyi mövzusunda söz dedim. Bildirdim ki, Borçalıda Elat Mədəniyyəti Gününün keçirilməsi qədim xəlqi mədəniyyətimizin, bənzərsiz yaşam tərzimizin, düşüncəmizin təsdiqidir. Yurd niyə müqəddəsdir? Ona görə ki, yurd sevgisində torpaq müqəddəslik səviyyəsində dərk olunur. İnsan dünyaya sığmadığı dərəcədə Vətənə sığır.  

Tədbir boyunca tanınmış aşıqlar, söz adamları çıxış etdilər. Gürcüstanın Dmanisi rayonunun Armudlu yaylasında – Borçalının axar-baxarlı yerində düzənlənən tədbirdə minlərlə soydaşımız yayladakı meşəlikdə ailəvi, elliklə doğmalaşma söhbətləri etdilər, «Borçalı Türklərinin Elat Mədəniyyəti Günü» tədbirinin açılışında, elat məişəti və mədəniyyətinin nümayişində iştirak etdilər, cıdır və güləş yarışlarına, saz-söz məclisinə baxdılar, yallı getdilər.

Azərbaycandan – Bakıdan gedən qonaqlar sırasında elm adamları Cəlal Allahverdiyev, Telman Əliyev, tanınmış folklorşünas Elxan Məmmədli, «Təzadlar» qəzetinin baş redaktoru Asif Mərzili, şairlər Abbas Abdulla, Dərviş Osman Əhmədoğlu, Rəhman Babaxanlı, Fəxrəddin Meydanlı, Qiymət Məhərrəmi, Güləmail,  aşıqlar Tərmeyxan Sədioğlu, Əşrəf Qəriboğlu, Qızqayıt Kəlbəcərli, tanınmış tarzən Gülağa Zeynalov, xanəndə Etibar Rəhimov, şair-publisist Əziz Musa və başqaları var idi.  

Tədbir iştirakçılarda böyük ruh yüksəkliyi yaratdı.

Vətəni yaradan və yaşadan onun fərdləridir. Bu səbəbdən də Vətəni yaratmaq və yaşatmaq ilk olaraq özümüzü ruhən qurmağımızla sıx bağlıdır.

Biz Borçalıya yenə gedəcəyik.

 

Atamız var olsun!

 

28 Od ayı 33-cü il.

(28 iyul 2011).



İşıqlı Atalı

303 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

gulnar,  e-mail; sirus@mail.ru | 30.07.2011 | 01:54:43
Sizin axiriniz kafirlesmeye dogru gedir. Atanizdan evvel allahimiz, peygenberimiz kitabimiz var. Haminin RAMAZAN BAYRAMINI TEBRIK EDIREM

 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium