saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Dünya

Bakıda Dünya Azərbaycanlılarının III Qurultayı keçirilir / 05.07.2011

Bakıda Azərbaycan prezidenti İlham Əliyevin iştirakilə Dünya Azərbaycanlılarının III Qurultayı başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən verilən məlumata görə, qurultaya 1272 nümayəndə seçilib. Tədbirdə dünyanın 42 ölkəsindən 580 nümayəndə, 210 qonaq, eləcə də çoxlu sayda xarici siyasətçi, rəsmi şəxs, deputatlar, alimlər və ictimai xadimlər iştirak edir.

Qurultayında prezident İlham Əliyevin çıxış edib.  “Azərbaycanın ərazi bütövlüyünün təmin olunması bu gün qarşıda duran ən vacib məsələlərdən biridir”.Bunu Azərbaycan prezidenti İlham Əliyev bu gün Bakıda başlayan Dünya Azərbaycanlılarının III Qurultayındakı çıxışında bildirib.

Beynəlxalq təşkilatların Qarabağ probleminin həlli ilə bağlı müvafiq qətnamələr qəbul etdiklərini xatırladan prezident bu sənədlərin icra olunmamasının Ermənistanın qeyri-konstruktiv mövqeyi və sülhə yaxın olmamasından irəli gəldiyini bildirib: “İrəvan anlamlıdır ki, Azərbaycanın potensialı Ermənistanın imkanları ilə müqayisə edilə bilməz. Azərbaycanın iqtisadi potensialı Ermənistanın iqtisadi potensialından 10 dəfə çoxdur. Azərbaycanla rəqabət Ermənistanın gücü deyil. Təkcə Azərbaycanın hərbi xərcləri Ermənistan büdcəsindən 50 faiz çoxdur”.

Dövlət başçısı bu gün beynəlxalq hüquq normalarının da münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyini müdafiə etdiyini vurğulayıb.

O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli həm Azərbaycan, həm də Ermənistanın maraqlarına cavab verir: “Vasitəçi dövlətlər də bəyan edirlər ki, “status-kvo” qəbul edilməzdir. Azərbaycan danışıqları davam etdirəcək. Ermənilər yaxşı bilirlər ki, onlar Dağlıq Qarabağa qonaq gəliblər. Ermənistan dövləti tarixi Azərbaycan ərazisində - İrəvan və Zəngəzurda yaradılıb. Zəngəzurun Ermənistana verilməsi ilə türk dünyası coğrafi baxımdan parçalanıb”.

Prezident İ. Əliyev, həmçinin deyib ki, Azərbaycan bütün amillərdən, o cümlədən ordu amilindən istifadə etməklə ərazi bütövlüyünü təmin edəcək.

Xatırladaq ki, Azərbaycanın diaspora təşkilatları öz fəaliyyətlərini dünya azərbaycanlılarının xartiyasına müvafiq qururlar. Qurultayda ötən müddət ərzində diaspora təşkilatlarının gördüyü işlər barədə hesabatlar veriləcək, əldə edilən uğurlar və problemlər müzakirə olunacaq.

Xatırladaq ki, dünya azərbaycanlılarının I qurultayı Prezident Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilib. İkinci qurultay isə artıq İlham Əliyevin prezidentliyi dövrünə, 2006-cı ilə təsadüf edib. Sonuncu qurultaydan bəri dünya azərbaycanlılarının fəaliyyəti də məhz ümumilli məsələ olan, Dağlıq Qarabağ münaqişəsi ətrafında birləşməyə hesablanıb.

Ötən qurultaydan bu yana ümumilikdə 15 yeni diaspor təşkilatı təsis edilib ki, bununla da onların ümumi sayı hazırda 450-yə yaxındır.

«MediaPost Azərbaycan»

579 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
Meg Whitman Hire Suggests Grand Ambitions For Katzenberg
If the working name wasn’t enough of a sign (there’s TV, and there’s New TV), the company made a major splash in the technology and media worlds this week when...
Trump willing to be questioned ‘under oath’ in Russia collusion probe
President Donald Trump said Wednesday he would "love" to be questioned under oath by Russia collusion prosecutor Robert Mueller, saying it could happen in the coming weeks.
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



 



Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
100 Böyük Azərbaycanlı
Qalib Qadir
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir!
Orxan Məmmədli
 
Təqvim-arxiv
«

2018

»
«

November

»
      01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30    
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium