saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Siyasət

BMT Baş Assembleyasının 60-cı sessiyasındakı gənc nümayəndələr Azərbaycan prezidentinə müraciəti / 21.06.2011

2005-ci ildə BMT Baş Assembleyasının 60-cı sessiyasında   iştirak edən müxətlif ölkələrin gənc nümayəndələri həmin sessiyada  Azərbaycanı təmsil etmiş Bəxtiyar Hacıyevlə bağlı Azərbaycan prezidenti  İlham  Əliyevə məktubla müraciət edərək onun həbsindən narahatlıqlarını ifadə edib onu dərhal azad etməyə çağırıblar.

Xatırladaq ki, BMT Baş Assembleyasının 2005-ci ildə keçirilən 60-cı sessiyasının gündəliyi hökümətlərin gənclər siyasəti olmuşç həmin sessiyada Azərbaycanı Bəxtiyar Hacıyev təmsil edərək Baş Assembleyanın Plenar iclasında çıxış edərək  gənclərin məşğulluq problemini səsləndirmiş və Qarabağ müharibəsinin hər iki ölkə gənclərinin inkişafına yaratdığı problemləri qabartmışdı.

İndi həmin sessiyada Bəxtiyar Hacıyevlə bərabər iştirak edən müxtəlif ölkələrin gənc təmsilçiləri onunla bağlı Azərbaycan Prezidenti İlham Əiyevə məktub ünvanlayıblar. İsveç, Norveç, Danimarka, Böyük Britaniya, Isveçrə, Çexiya və s. ölkələrdən 10-dan çox sayda gənc təmsilçinin imzaladığı məktubda deyilir:

“Cənab Prezident Əliyev,

Biz, BMT Baş Assemblyesının 60-cı sessiyası zamanı Azərbaycanın gənc təmsilçisi Bəxtiyar Hacıyevlə bərabər həmin sessiyada iştirak edən müxtəif ölkələrin gənc təmsilçiləri adından sizə yazırıq.  Öz çıxışında Azərbaycan vəErmənistan münaqişəsini və bu münaqişənin gənclərin tam inkişafına olan qarşısıalınmaz təsirlərindən danışmasına baxmayaraq, Bəxtiyar Hacıyev həm də Gənclərin Məşğulluq Şəbəkəsi-nə (YouthEmployment Network) ilk qoşulan və gənclər üçün dövlət proqramı qəbul etmiş bir ölkə kimi öz ölkəsindən fəxrlə danışmışdı.

Cənab Prezident,

Indi,  biz onun iki il həbslə cəzalandırıldığı xəbərindən çox narahatıq və diqqətinizi Bəxtiyar Hacıyevin işinə yönəltmək istəyirik. Mayın 18-də onun barəsində iki illik həbslə bağlı hökm çıxarılıb. Biz Azərbaycan hökümətinin fərqli düşüncəli insanları susdurmaq üçün siyasi cəza aparatı kimi məcburi hərbi xidmətdən istifadə etməsindən narahat olduğumuzu diqqətinizə çatdırırıq. Bəxtiyar Hacıyevin  hərbi çağırış müddəti olmadığı və Parlament seçkilərində qeydə alınmış namizəd kimi toxunulmazlıq hüququnun davam etdiyi ,  ökədən getmək kimi konstitusion hüququ olduğu halda sərhəddə saxlanması bu narahatlıqlarımız üçün bizə əsas verir. Sonradan Yanvar ayında onun barəsində cinayət işinin açılması və konstitusion hüququ olan Alternativ Xidmət tələb etdiyi halda cinayət işinin davam etdirilməsi  və növbəti dəfə 4 martda onun təcili həbsinin Facebook sosial şəbəkəsindəki  dinc aksiyalara çağırışdan dərhal sonra baş verməsi, nəhayət, birinci dəfə ittiham olunan şəxs kimi onun haqqında ittiham olunuduğu maddə üzrə nəzərdə tutulan maksimum cəzanın verilməsi bizə bu narahatçılığımızda haqlı olduğumuzu düşünməyə əsas verir.

Cənab Prezident,

Biz sizi və Azərbaycan hökümətini  Bəxtiyar Hacıyevi  növbəti Appelyasiya məhkəməsində azad etməyə çağırırıq. Hökümətlər öz vətəndaşlarını konstitusion hüquqlarını tələb etdiyinə görə məsuliyyətə cəlb edib, həbs etməməlidirlər.  Cənab Hacıyev Konstitusiyaya istinad edərək  Alternativ Xidmət hüququndan istifadə etmək istəyir. Hansı ki, bu hüquq həm də Azərbaycanın  Avropa Şurası qarşısında götürdüyü öhdəliklərdəndir. Biz öz  ölkərimizin hökümət nümayəndələrinə, Avropa Parlamentindəki siyasətçilərinə müraciət edərək onların diqqətini Bəxtiyar Hacıyevin işinə cəlb etmişik.

 Biz   Azərbaycanı BMT Beynəlxalq İnsan Hüquqları deklarasiyasına və Beynəlxalq Mülki və Siyası Hüquqlar Konvensiyasına qoşulmuş bir ölkə kimi  təqdir edirik və sizi Bəxtiyar Hacıyevin işini  bu standartlara uyğun aparmağa səsləyirik.”  

Xatırladaq ki, bundan əvvəl də Bəxtiyar Hacıyevin məzunu olduğu Harvard Universiteti Kennedi İdarəçilik məktəbinin 14 professorunun imzası ilə prezidentə müraciət edilmişdi. Bundan əlavə Harvard universitetində Bəxtiyar Hacıyevlə bağlı bir neçə tədbirlər keçirilib, bu il 26 may tarixində universitetdə keçirilən buraxılış tədbirində (Harvard Commencement)  Bəxtiyar Hacıyevin həbsi və ona dəstək olmağın üsulları barədə məzunlar,tələbələr və müəllimlər arasında məlumat vərəqələri (flayerlər) paylanıb. Məzun yoldaşları Bəxtiyar Hacıyevin hüquqlarını müdafiə üçün Facebook sosial şəbəkəsində ayrıca bir qrup qurublar.



«MediaPost Azərbaycan»

272 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium