saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Mədəniyyət

İnam Evində 28 Maya həsr olunmuş tədbir keçirilib / 25.05.2011

22 İşıq ayı 33-cü (22.05.2011) ildə İnam Evində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yarandığı 28 May Respublika Gününə həsr olunmuş tədbir keçirilib. Bu barədə İnam Atanın (Asif Atanın) Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı bildirib.

Tədbiri giriş sözüylə Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı açıb, AXC-nin 23 aylıq varlığını dövlətçilik tariximizdə uca hadisə adlandırıb: “Bu, tariximizin fəxr ediləsi məqamlarından biridir. Tariximizin fəlakətli məqamlarına kədərlənməklə yanaşı, həm də onlardan dərs götürməliyik. Özəllikcə o dönəmdə Rusiya imperiyasının caynağından qurtulub çıxmış Quzey Azərbaycanda milli dövləti gerçəkləşdirmək olduqca çətin idi. Hər bir xalqın yaşamasında, var olmasında onun fərdlərinin oynadığı rol çox önəmlidir. Mahiyyətcə hər bir fərd özü vətəndir. Vətən səviyyəsinə yüksəlmək asan başa gəlmir. Uzun illər ardıcıl, dəyişməz əqidəçilikdə qalmaq, torpağı müqəddəs yurd saymaq, onun yaşaması yolunda hər sayaq əzablara dözmək vətənə layiq olmaqdır. Cümhuriyyət qurucuları bunu bacardılar”.

Tanınmış aydın, professor Qüdrət Əbdülsəlimzadə 1918-20-ci illərdəki cümhuriyyət qurucularının ziyalılığına diqqət çəkib: “Azərbaycanın müstəqilliyi, demokratik dəyişikliklər, çağdaşlaşma ideyalarının carçısı və onun gerçək örnəyi kimi yaradılmış AXC öz gərgin fəaliyyəti ilə əsl Milli Hökumət olduğunu göstərdi. Tarixi olayların və siyasi xadimlərin, habelə əsl şəxsiyyətlərin dəyəri, onların nə etdikləri ilə deyil, ilk olaraq öncəki nəsillərə, öz babalarına baxanda yeni nələr etdikləri, yaratdıqları ilə müqayisədə dəyərləndirilir. Bu mənada Azərbaycan cəmiyyətinin milli azadlıq hərəkatını canlandıran, gedişlərə yeni nəfəs gətirən, onun önündə gedən, yönəldən millətinin istiqlalı yolunda çalışan, "İstiqlal Bəyannaməsi"ni elan edən, hökumət quran, parlament yaradan, müstəqilliyini beynəlxalq aləmdə tanıdan Vətən övladlarının adları, xidmətləri unudulmazdır".

Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruh AXC-nin çöküşündən sonra baş verən hadisələri dövlətsizliyin gerçək sonucu kimi dəyərləndirib: “28 May hadisəsi xalqın taleyində ciddi hadisələrdən biridir. 1920-ci illərdən sonra repressiyalar başladı. Həbslər, hündür divarlar, dəmir tikanlar, içərisində yalnız uzaqvuran topların dağıda biləcəyi qapılar, otaqlar, qoruyucular… Məhkumları, onların qadınlarını da yad qüvvənin kişiləri mühakimə edirdilər. Bu, dəhşətli bir ağrıdır, dərsdir millətimiz üçün. Millətin gücü olmalıdır beş barmağını bir əldə sıxmağa. İdeal çox zaman mümkünsüz görünür, ancaq yön ona doğru olmalıdır. Dövlətçilik ali nemətdir, hər birimiz onun qorunması üçün əlimizdən gələni etməliyik».

Mütləqə İnam Ocağının Evladı Yolruh Atalı: «Böyüklərin nə çəkdiklərini əqidə, amal adamları daha yaxşı bilir. Bu baxımdan AXC qurucularının hansı çətinliklər yaşadıqlarını gözəl anlayıram. Dünyanın indiki gərgin çağında ulusal varlığımızın qorunması üçün daha ciddi çabalar göstərməliyik. Özünü AXC-nin varisi sayan indiki dövlətimiz üçün “türk” sözünü ulusumuzun və dilimizin adına qaytarılmasını qaçılmaz sayıram.”

İşıqlı Atalı tədbiri belə yekunlaşdırıb: “Xalq onda var olur ki, o, fəlakətindən güc almağı bacarır, sarsılmır.
28 Aprel fəlakəti bizdən qarşıda gözlənilən yeni-yeni təhlükələri qabaqcadan görməyi, ona qarşı durmağı tələb edir.
Uzun illər İnam Atanın (Asif Atanın) Mütləqə İnam Ocağında 28 Aprellə bağlı olaraq «Yas Günü» Mərasimi keçirilib. İnam Ata Ocaq tarixi ilə 14-cü (1992) ildə keçirilən sözügedən mərasimdə dedi: «Artıq bundan sonra «Yas Günü» mərasimi keçirilməyəcək, çünki Mütləqə İnam Ocağı var. Ocaq – Yassızlıqdır. Ocaq varsa, Yas yoxdur».
İnam Ata «Azərbaycanımız-Azərbaycanlığımız» içsəsində 7 böyük milli faciəmiz içərisində Xalq Cümhuriyyətinin – Milli Hökumətin devrilməsini beşinci yerdə sıralayır”.



«MediaPost Azərbaycan»

294 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium