saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Mədəniyyət

Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruh evlənənlərə uğurlama deyib / 20.05.2011

19 İşıq ayı 33-cü (19.05.2011) ildə ailə qurmaq istəyən iki gənc – türkiyəli Tuncay Ağca və şəmkirli Leyli İslamzadə Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruhdan uğurlama (xeyir-dua) almaq üçün İnam Evinə gəlmişlər.

Mütləqə İnam Bayrağının ayaq üstə qarşılanması ilə törən başlayıb. Mütləqə İnam Ocağının Ruhani Başçısı Safruh ailə qurmaq istəyən gənclərə Ocağın Evlənmə Kurallarına uyğun uğurlama verib: «Bu, indiyə kimi görünməmiş bir gələnəyin başlanğıcıdır. İndiyəcən başqa xalqlarda olduğu kimi türklərdə də evlənənlərə xeyir-dua verilib. Ancaq xalqımızın tarixində özümüzün yaratdığımız ruhaniyyat əsasında evlənənlərə xeyir-dua vermək ənənəsi olmayıb. Atanın başladığı iş bəşər miqyasında ciddidir. İnsanlar çox zaman qurduqları ailəyə ciddi yanaşmırlar. İnsanın məsuliyyətini itirməsi ailənin dağılmasına gətirib çıxarır. İstəyirəm ki, evlənənlər özlərini ailə qarşısında məsul hiss eləsinlər. Evlənənlərin hər biri öz azadlığından o birinin xeyrinə müəyyən qədər keçməlidir. Əgər keçməsə, ailə alınmaz. Ailədə hər kəsin azadlığının ölçüsü var. Məhdudlaşdırma səviyyəsində yox, ailənin tələb elədiyi gözəllik və gərəklik əsasında».

Ruhani Başçı ailədə insanların bir-birinə yanaşmasının müqəddəsliyə əsaslandığını söyləyib: «Evlənənlər başqası qarşısında yük altına girmiş olurlar. Oğlan deyir ki, əlindən tutduğum qız mənim üçün müqəddəsdir. Qız da onu müqəddəs saymalıdır. Bu müqəddəs duyğuyla dünyaya gələn cocuq artıq birlik deməkdir. Sizə belə bir ailə müqəddəsliyi yolunda uğur, xoşbəxtlik, ləyaqət diləyirəm».

Mütləqə İnam Ocağının Yükümlüsü İşıqlı Atalı deyib: «Türk xalqı özündən uzaqlaşanda itirib, yazıqlaşıb, var olmayıb. Bu, əslində inamsızlıq məsələsidir. Mütləqə İnam Dünyabaxışı ilə xalq ola bilmək imkanımız yaranır.

Dünyabaxışımızla yaşamımızın bütün sahələrinə işıq düşür, çünki İnamın istəyi insan yaratmaqdır. Mütləqə İnam bizə var olmaq imkanı verir. Var olmayan insan ailə yarada bilməz. Ulus var olursa, bəşəriliyimiz də təsdiq olunur. Əgər türk ailəçiliyi yaşayırsa, bunun özü möcüzədir. Mütləqə İnam bu imkanları tam aşkarlayır. Ata deyir, kişi ailədə ağa olmamalıdır, ata olmalıdır, qadın xanım olmamalıdır, ana olmalıdır».

Sonra evlənənlər Mütləqə İnam Bayrağının qarşısında Ataya, Ocağa sədaqət andı içiblər: «Ata Ruhu, Mütləqə İnam Ocağı qarşısında and içirəm: - Ailə Müqəddəsliyini qoruyacağam, onu xəlqi dəyər səviyyəsində yaşatmağa çalışacağam!»

Törəndən sonra Mütləqə İnam Bayrağının qarşısında xatirə şəkilləri çəkilib.

Qeyd edək ki, Tuncay Ağca Türkiyənin Kayseri bölgəsindəndir, Leyli isə Şəmkirdə yaşayan Mütləqə İnam Ocağının Evladı Yolnur Atalının qızıdır.

İndiyə kimi İnam Evində dəfələrlə bu sayaq tədbirlər keçirilib. Artıq Azərbaycanda Ocağın təqdim etdiyi Evlənmə Kuralları üstə Beşikbaşı Mərasiminin (toy) keçirilməsi sorağı yayılmaqda, ömürləşməkdədir. Qaydaya görə, Evlənənlər toydan qabaq İnam Evinə gəlir, Ocağın Ruhani Başçısından uğurlama (xeyir-dua) alırlar. Evlənənlərə Ocağın adından beşik bağışlanır.

Əgər evlənənlər istəyərsə, İnam Evində də «Beşikbaşı Mərasimi» keçirilir. Habelə onların yaşadıqları ünvanda da bu sayaq tədbir düzənlənə bilər.



«MediaPost Azərbaycan»

260 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium