saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Siyasət

Polis generalına Bakıda kabinet verirlər / 10.05.2011

"musavat.com" saytı xəbər vrir ki, Azərbaycanın Tacikistandakı səfiri, Bakı Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi, general Məhərrəm Əliyevin milli təhlükəsizlik nazirinin müavini təyin edildiyi barədə xəbər yayılıb. Redaksiyamıza məlumat verən qeyri-rəsmi mənbə israr edirdi ki, artıq M.Əliyevin MTN-də Əli Nağıyevdən boşalan nazir müavini postuna təyinatı ilə bağlı prezident tərəfindən əmr verilib və diplomat-general yeni vəzifəsinin icrasına başlamaq üçün artıq Bakıdadır. Lakin nə rəsmi dövlət agentliyində, nə president.az saytında bu təyinatla bağlı hər hansı məlumata rast gəlmədik.

Qeyd edək ki, elə Ə.Nağıyevin milli təhlükəsizlik nazirinin müavini vəzifəsindən azad edilməsinə dair prezident sərəncamı da ictimaiyyətə açıqlanmayıb, bu kadr dəyişikliyi barədə ancaq hakimiyyətə yaxın KİV-lərə qısa məzmunlu xəbər ötürülüb (ilk olaraq “Yeni Müsavat” yazandan sonra-red.) Nazir müavininin işdən azad edilməsinin səbəbləri hələ də rəsmən açıqlanmayıb. Bu baxımdan onun yerinə Bakının keçmiş polis şefinin təyinatı ilə bağlı sərəncamın da məxfi qalmasına dair əsaslı şübhələr var.
Xəbəri dəqiqləşdirmək üçün əvvəlcə Azərbaycanın Düşənbədəki səfirliyi ilə əlaqə yaratmağa çalışdıq. Lakin diplomatik nümayəndəlikdəki telefonların heç biri cavab vermədi. M.Əliyevin qardaşı, deputat Adil Əliyev isə bu təyinat xəbəri ilə bağlı eşidəndə sualla cavab verdi: “Sizdə bu məlumat haradandı? Nəsə rəsmi məlumat var, yoxsa qeyri-rəsmidir?” Bildirəndə ki, redaksiyamıza çatan məlumat qeyri-rəsmidir, o zaman A.Əliyev bu sözlərlə kifayətləndi: “Məndə belə məlumat yoxdur. Nə vaxt rəsmi məlumat, sərəncam olsa, o zaman danışmaq olar”. A.Əliyevdən M.Əliyevin hazırda harada olduğunu da soruşduq. O, səfirin Düşənbədə olduğunu dedi, bizə M.Əliyevin hazırda Bakıda olduğu barədə xəbər çatdığını xatırladanda isə cavabdan yayındı: “Bu, artıq ikinci sual oldu”.
Elxan PoluxovXarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov təyinat barədə deyilənləri təsdiqləmədi. Cənab Poluxovun dediyinə görə, Azərbaycanın Tacikistandakı səfiri hazırda öz səlahiyyətlərini icra edir, onun başqa vəzifəyə təyinatı üçün əvvəlcə prezident tərəfindən səfir vəzifəsindən geri çağırılmalıdır: “Hazırda prezidentin belə fərmanı yoxdur, deməli, yeni təyinat barədə deyilənlər doğru deyil”.
Xatırladaq ki, M.Əliyevin səfir postundan geri çağırılaraq milli təhlükəsizlik nazirinin müavini postuna təyin ediləcəyi barədə “Yeni Musavat” bir neçə ay əvvəl onun yaxın ətrafına istinadən məlumat yaymışdı. Xəbərə görə, M.Əliyevin yaxın ətrafı bildirir ki, 2005-ci ilin oktyabrından sonra generala hakimiyyət rəhbərliyində yaranan soyuq münasibət artıq aradan qalxıb. Adil ƏliyevBuna görə də M.Əliyevə ölkə daxilində yenidən yüksək və mühüm bir vəzifəyə təyinatının yolu açılıb. Qeyd edək ki, M.Əliyevlə 2005-ci ilin oktyabrında dövlət çevrilişi cəhdində ittiham olunaraq həbs edilən sabiq səhiyyə naziri Əli İnsanov qudadır. M.Əliyevin qudasının həbsindən sonra vəzifəsini itirəcəyi haqda çoxsaylı şayiələr yayılsa da, o, yalnız 2007-ci ildə polis sistemindən uzaqlaşdırıldı və “diplomatik sürgünə” göndərildi.
Belə görünür ki, M.Əliyevin MTN-ə təyinatı hələ rəsmiləşməmiş olsa da, özü və yaxın ətrafı bu təyinatı gözləyir. Bu da M.Əliyevlə bağlı məsələnin bir müddətdir prezidentin yanında müzakirə edildiyini təxmin etməyə əsas verir. Ən azından qardaşının xəbərə birmənalı olmayan reaksiyası göstərə bilər ki, M.Əliyevin MTN-ə təyinatı məsələsi həqiqətən müzakirə edilir və ola bilsin artıq bu təyinat barədə prinsipial qərar var.



«MediaPost Azərbaycan»

384 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium