
Bu gün Rəfael Həbibovun doğum günüdür. Qəhrəmanlar unudulmur! / 20.04.2011
Rəfael Hacı Şərafət oğlu Həbibov 20 aprel 1964-cü ildə Şirvan şəhərində doğulmuşdur. 1981-ci ildə
buradakı 14 saylı orta məktəbi bitirmişdir. Daha sonra hərbi xidmətə
çağırılır. Baltik qoşunlarında xidmətini başa vuraraq Gizirlər məktəbinə
daxil olur. 1992-ci ildə o yenicə yaranmağa başlayan Milli Ordunun ilk
zabitlərindən olur. Rəfael leytenant rütbəsi ilə 23 may 1992-ci il
Qarabağa döyüş bölgəsinə göndərildi. O, Təzəkənd, Narıştar, Zod, Çapar
kəndləri uğrunda gedən döyüşlərdə iştirak edir. Rəfael Kəlbəcər uğrunda
gedən döyüşlərdə düşmənin PDM-24 tipli zirehli maşınını heyət ilə
birlikdə məhv edir, vətən oğlunun adı elləri dolaşır sonrakı döyüşlərdə 7
iyul 1992-ci il qəhrəmancasına həlak olur.
Subay idi.
Azərbaycan
Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı
fərmanı ilə leytenant Həbibov Rəfael Hacı Şərafət oğluna ölümündən sonra
“Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Şirvan şəhər qəbristanlığında dəfn edilmişdir. Oxuduğu 14 saylı məktəb qəhrəmanımızın adını daşıyır. Büstü qoyulub.
«MediaPost Azərbaycan»
|