saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Dünya

ABŞ Dövlət Departamenti Azərbaycanda insan haqlarının vəziyyətini tənqid edir / 09.04.2011

İşgəncə...

ABŞ Dövlət Departamenti 2010-cu ildə dünya ölkələrində, o cümlədən Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabatını açıqlayıb. 

Hesabatda deyilir ki, yerli hüquq müdafiəçilərinin məlumatına görə, ötən il Azərbaycanda 169 nəfər həbsdə işgəncə halları ilə üzləşib. 

Onlardan 7-i dünyasını dəyişib. 

ABŞ Dövlət Departamenti Azərbaycanın hüquq mühafizə orqanlarında cəzasızlığın bir problem olaraq qaldığını qeyd edir. 

Baxmayaraq ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, insan haqlarını pozduğuna görə nazirliyin 270-dən çox əməkdaşı cəzalandırılıb, 20 nəfər isə vəzifəsindən uzaqlaşdırılıb.

Həbsxanalar...

Hesabatda deyilir ki, son illərdə həbsxanalarda infrastrukturun yaxşılaşdırılması üçün işlər görülsə də, bəzi cəzaçəkmə müəssisələrində saxlanma şəraiti həyat üçün təhlükəli olaraq qalır. 

Əsas problemlər qida çatışmazlığı, kameraların həddən artıq dolu olmasıdır.

Bunun nəticəsində həyat üçün təhlükəli viruslar yayılır.

Ədliyyə Nazirliyi bildirir ki, 2010-cu ildə həbsxanalarda vərəmdən ölənlərin sayı ciddi şəkildə azalıb.

Amma hesabata görə, vərəm yenə də ölümlərin əsas səbəbidir.

Telefon və internetə nəzarət

ABŞ Dövlət Departamentinin hesabatında qeyd edilir ki, bir çoxları Azərbaycanda Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin telefon və internet kommunikasiyalarını izlədiyinə inanır.

Xüsusən də əcnəbilər, tanınmış siyasətçilər, biznes adamları və beynəlxalq əlaqələri olan şəxslərin.

Hesabatda deyilir ki, ötən il satirik eqreb.con saytına da ölkə daxilində giriş qapanıb.

Mətbuat

Hesabatda qeyd edilir ki, Azərbaycanda söz azadlığının məhdudlaşdırılması problem olaraq qalır.

Müxalif qəzetlər çap edilsə də, media monitorinqi ilə məşğul olan QHT-lərin rəqəmlərinə görə, keçən il jurnalistlər 100-dən çox fiziki və şifahi olaraq edilən təzyiqlə üzləşiblər.  

Jurnalist Eynulla Fətullayev Bakı Appelyasiya Məhkəməsində - 25 yanvar 2011
Bu, 2009-cu illə müqayisədə 2 dəfə çoxdur. 

Yeni Müsavat qəzetinin iki əməkdaşı jurnalist araşdırması üçün Bakı ətrafında nəqliyyat naziri Ziya Məmmədova məxsus olduğu deyilən lüks villaların şəkilıərini çəkərkən naməlum şəxslər tərəfindən döyülüblər.

Xarici radiostansiyalar - Azadlıq, Amerikanın səsi və BBC radioları FM tezliyindən məhrum edildiyi üçün cəmiyyət elektron KİV-lər vasitəsilə tərəfsiz informasiya almaq imkanından məhrum olub.

Avropa İnsan Haqları Məhkəməsi jurnalist Eynulla Fətullayevin dərhal azadlığa buraxılması haqda qərar çıxarsa da, Azərbaycan hökuməti qərarı yerinə yetirməyib.

Jurnalistə qarşı "narkotik saxlamaq"la bağlı yeni ittiham irəli sürülüb. Hesabatda deyilir ki, bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları inanır ki, bu, E.Fətullayevin həbsini uzatmaq üçün edilib.

2005-ci ildə qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun qatillərinin cəzalandırılmaması ilə bağlı narahatlıqlar da qalır.

Siyasi məhbuslar...

Yerli hüquq müdafiə təşkilatları Azərbaycanda siyasi məhbusların olduğunu deyirlər. Amma onların göstərdiyi rəqəmlərdə fərqlər var.

2010-cu ildə siyasi məhbus adlandırılanlardan 11-14 arası şəxs azadlığa buraxılıb.

Azad edilənlərin 6-ı jurnalist, 2-si isə bloqçudur.

Yerli hüquq müdafiə təşkilatları deyir ki, hələ də həbsdə 20-46 arası siyasi məhbus var.

Hesabatda deyilir ki, deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyev Azərbaycan-Gürcüstan sərhədində həbs edilib. Ona ölkəni tərk etməyə imkan verilməyib. 

Buna səbəb kimi onun məcburi hərbi xidmət borcunu yerinə yetirməməsi göstərilib. 

Amma hüquq müdafiəçiləri güman edir ki, bu, siyasi motivli saxlanmadır və keçmiş namizədin fəaliyyəti və İnternetdə seçki saxtakarlığı ilə bağlı videolar yaymasına görədir.

Seçki və sərbəst toplaşmaq

Hesabatda qeyd edilir ki, 2010-cu ildə keçirilmiş parlament seçkiləri beynəlxalq müşahidəçilərin rəyinə görə Avropa standartlarına cavab verməyib. 

Bundan başqa seçki qanunlarına düzəliş edilərək təbliğat müddəti də azaldılıb.

Müxalifət hakimiyyətin qoyduğu məhdudiyyətlərə görə icazəli kütləvi aksiya keçirə bilmir.

İcazəsiz aksiyalara çıxanlar isə polis tərəfindən saxlanır.

ABŞ Dövlət Departamentinin hesabatında deyilir ki, sərbəst toplaşmaq, fikir və birləşmək azadlıqlarına qoyulan məhdudiyyətlər insanların öz hökumətlərin dinc seçkilər yoluyla dəyişmək imkanlarını ciddi şəkildə azaldır.


«Azadlıq» radiosu

272 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium