saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Dünya

Strasburqda, Avropa Şurasinin qarşısında etiraz aksiyasi keçirildi / 17.03.2011

Ağdam rayonu orta Qərvənd kəndinin 8 yaşlı sakini  Fariz Bədəlovun Ermənistan snayperi  tərəfindən qətlə yetirilməsinə qarşi Strasburqda, Avropa şurasinin qarşısında etiraz aksiyasi keçirildi . Strasburq Azəbaycan Evi cəmiyyəti tərəfindən təşkil olunan aksiyaya  toplananlar «Ermənistan təcavüzünə son», "Erməni şiddətinə son", « Genosidə son» kimi şuarlar səsləndirdi.

Erməni faşistləri, Zori Balayan, robert Koçaryan ve Serj Sarqisyanın şəkilləri aksiya iştirakçıları tərəfindən numayiş etdirilərək, «Uşaqlarin qatillərinə ar olsun», «Bu qatiller axtarilir»  shuarlari da səsləndirildi. Aksiya zamanı fransiz dilinde hazırlanan Beyanat paylandi. Qeyd edilən Beyanat ve Fariz Bedelovun şəkili zərfdə AŞPA-nin sədri Movlud Cavuşoqluya, Avropa Şurasinin Baş katibinə, Insan haqları komissiyasının sədrinə, Insan haqlari komissarına, Ailə və uşaqlarla bağlı komissiya sədri ve Nazirlər Kabinetinin Prezidentinə verilib. Eyni zamanda Bəyanat və azyaşlı Farizin şekili AŞPA-nin və Avropa Birliyinin deputatlarinin elektron ünvanlarına da göndərilib.

Bəyanatda deyilir:

Martın 8-i saat 16.58-də Ermənistan Silahlı Qüvvələrinin snayperi Ağdam rayonunun işğal altındakı Şıxlar kəndi istiqamətindən açdığı atəş nəticəsində Orta Qərvənd kənd sakini 2002-ci il təvəllüdlü Bədəlov Fariz Arif oğlunu evlərinin qarşısındakı həyətdə oynayarkən baş nahiyəsindən vuraraq qətlə yetirib.

 

Maraqlısı budur ki, erməni snayperi tərəfindən körpə uşağın qətlə yetirilməsi martın 5-də Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya Federasiyasının dövlət başçısının iştirakı ilə Soçidə apardıqları danışıqlardan heç iki gün keçməmiş baş verib. Soçidə imzaladıqları bəyanatda iki ölkənin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün mübahisəli məsələlərin sülh yolu ilə həlli və təmas xəttində baş verə biləcək mümkün insidentlərin ATƏT-in Minsk Qrupunun himayəsi altında və ATƏT sədrinin xüsusi nümayəndəsinin dəstəyi ilə araşdırılmasının tərəfdarı olduqlarını vurğulayıblar. Lakin Soçidə imzalanmış sənədin mürəkkəbi qurumamış erməni tərəfi həmin bəyanatı belə bir mənfur əməllə - körpə uşağın snayper tərəfindən güllə ilə vurulması ilə pozur.

 

Bu hadisə bir daha erməni qəsbkarları üçün körpə, qoca, qadının fərq etmədiyini, cəzasız qalacaqlarından doğan əminlikdən irəli gələrək insanlığa sığmayan vəhşiliklər törətməkdə davam etdiklərini göstərir.

 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi bölgəsində 12 may 1994-cü il tarixindən atəşkəs rejimi hökm sürsə də Ermənistan tərəfinin mütəmadi olaraq atəşkəs rejimini pozması nəticəsində yüzlərlə dinc azərbaycanlı düşmən gülləsindən həlak olub və yaralanıb. ATƏT-in Minsk Qrupunun, ATƏT sədrinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsinin və digər nüfuzlu beynəlxalq təşkilatların və onların nümayəndələrinin   cəbhə xəttində atəşkəs rejiminə əməl olunması barədə tələblərinə məhəl qoymayan ermənilər atəşkəs rejiminin hökm sürdüyü təqribən 17 il ərzində elə gün olmayıb ki, atəşkəsi pozmasınlar. Ən dəhşətlisi isə budur ki, atəşkəsi pozan ermənilərin əsas hədəfi dinc sakinlər, qocalar, qadınlar, uşaqlar olur.

 

Dinc sakinlərə atəş açmaq – bu erməni terrorunun xislətidir. Bu günlərdə 19-ci ildönümünü qeyd etdiyimiz 26 fevral 1992-ci il tarixində ermənilərin Xocalıda törətdiyi soyqırımı aktı ermənilərin insanlıq və humanizmdən uzaq, insan düşməni, mürtəce mahiyyət kəsb etdiyinin bariz nümunəsidir. Ermənistan ordusunun bu vəhşilikləri, dinc sakinlərin qanına susaması nə sülh, nə də müharibə qanunlarına sığmır.

 

Ermənistan ordusu dinc sakinləri qətlə yetirməklə Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında Cenevrə Konvensiyasını kobud surətdə pozur, dünyanın aparıcı ölkələri – 1949-cu ildə bu, və müharibə zamanı fəaliyyəti tənzimləyən digər Genevrə Konvensiyalarını imzalayan ölkələr, baxmayaraq ki, hazırda onlardan üçü – ABŞ, Fransa və Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçi olan ATƏT-in Minsk Qrupunun həmsədrləridir, susmaqda davam edirlər. Dünya birliyinin erməni vəhşiliyinə göz yumması, təcavüzkarın əl-qolunu daha da açır, törətdiyi cinayətlərin cəzasız qalması Ermənistan Ordusunun Azərbaycanın daha neçə-neçə dinc sakinini qətlə yetirməsinə rəvac verir. Bu dəfə dünya birliyinin erməni qəsbkarlarının hərəkətlərinə göz yumması 8 yaşlı azərbaycanlı Bədəlov Farizin ömrünə son qoydu.

 

Biz, bu bəyanatı imzalayanlar dünyanın aparıcı, sivil, sülhpərvər dövlətlərini, BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyini dinc sakinlərin, qocaların, qadınların, körpə uşaqların snayper gülləsi ilə qətlə yetirilməməsi üçün nəhayət ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi qurbanlarının taleyinə biganə münasibətdən əl çəkməyə, Ermənistan tərəfini atəşkəs rejiminə əməl etməyə inandırmağa və əgər lazım gələrsə buna məcbur etməyə çağırırıq.

 

Strasburq 15 Mart 2011

- Association Pour l'Echange Culturel avec l'Azerbaïdjan (A.P.E.C. Azerbaïdjan) Strasbourg



«MediaPost Azərbaycan»

347 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!
 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium