saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:

Şəxsiyyəti təsdiq edən sənədlər / 17.05.2010

Azərbaycan Respublikasının ərazisində  Azərbaycan  Respublikası  vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası  vətəndaşının şəxsiyyət vəsiqəsidir. Hər bir vətəndaş şəxsiyyət vəsiqəsini möhkəm saxlamağa borcludur. Şəxsiyyət vəsiqəsinin verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi, Qanunla müəyyənləşdirilən qaydalara zidd olaraq onun alınması qəti qadağandır. Şəxsiyyət vəsiqəsi itdikdə  onun sahibi və ya vəsiqə sahibinin qanuni nümayəndəsi sənədi verən dövlət orqanına dərhal müraciət etməlidir.     

Şəxsiyyət vəsiqəsinin 2 növü vardır:
   1) 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi;
   2) 16 yaşına çatdıqdan sonra   vətəndaşa verilən şəxsiyyət vəsiqəsi.
   16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi aşağıdakı sənədlər əsasında verilir:
  1.    ərizə-anket ;
  2.    doğum haqqında şəhadətnamə;
  3.    qan qrupu haqqında tibbi arayış;
  4.    valideynlərdən birinin və ya qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənəd.

 16 yaşı tamam olmuş vətəndaşlara şəxsiyyət vəsiqəsi aşağıdakı sənədlər  əsasında verilir:

  1. ərizə-anket ;
  2. şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə;
  3. şəxsiyyət vəsiqəsini alan şəxs evlidirsə,  nikahın bağlanması haqqında   şəhadətnamə, nikah pozulduqda nikahın pozulması  haqqında   şəhadətnamə;
  4. yaşayış sahəsinə köçmək  üçün  əsas  verən   sənəd (mülkiyyət   hüququnun   dövlət qeydiyyatına  alınması  haqqında  daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icazə və ya  kirayə  müqaviləsi,  vətəndaşa  yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd);
  5. tibbi arayış (qan qrupu, boyu, gözün rəngi);
  6. 3 ədəd fotoşəkil (rəngli 3x4);
  7. dövlət rüsumunun ödənilməsi barədə qəbz;
  8. şəxsiyyət  vəsiqəsini  almaq  üçün  şəxsin  qanuni  nümayəndəsi  ərizə  ilə   müraciət etdikdə, qanuni nümayəndənin  hüquqlarını təsdiq edən sənədi;

Azərbaycan Respublikası vətəndaşlığına qəbul olunmuş şəxsin, həmçinin vətəndaşlığa bərpa olunmuş şəxsin  sənədləri.  25, 35, 50 yaşına çatdıqda və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti, hərbi vəzifəsi dəyişdirildikdə və ya onun şəxsiyyət vəsiqəsində olan yazılar təhrif edildikdə, şəxsiyyət vəsiqəsi yararsız hala düşdükdə və ya itdikdə vətəndaş şəxsiyyət vəsiqəsini dəyişdirməlidir.
        Şəxsiyyət vəsiqəsi 2 halda müvəqqəti alına bilər:

  1. Vətəndaş həqiqi hərbi xidmətə çağırıldıqda və ya hərbi tədris müəssisəsinə daxil olduqda - hərbi xidmət başa çatanadək;
  2. Barəsində həbsəalma qəti-imkan tədbiri seçilmiş və müxtəlif müddətə azadlıqdan məhrum edilmiş şəxslərdən şəxsiyyət vəsiqəsi təhqiqat, ibtidai istintaq, məhkəmə orqanları və cəzanı icra edən orqan tərəfindən müvəqqəti alınır və əsaslar aradan qalxdıqda şəxsiyyət vəsiqəsi dərhal sahibinə qaytarılır.


                             Dövlət rüsumu haqqında məlumat :                                 
   
16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi verilərkən dövlət rüsumu alınmır.

16 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsinə görə:

- üç iş günü müddətinə verildikdə                              - 5 manat
- üç  iş  günündən   sonrakı  müddətdə verildikdə        - 1 manat

Azərbaycan Respublikasının vətəndaşlarına 25, 35, 50
yaşına   çatdıqda,   həmçinin  onların soyadı,   adı,
atasının adı, yaşayış yeri, ailə vəziyyəti  və  hərbi  vəziyyəti
dəyişdikdə, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinə görə            - 2 manat

Şəxsiyyət   vəsiqəsi vətəndaşın öz təqsiri üzündən
itdikdə   və  ya   yararsız   hala   düşdükdə, onun
dəyişdirilməsinə görə                                                       - 3 manat

Azərbaycan Respublikası vətəndaşlarının eləcə  də
keçmiş  SSRİ vətəndaşlarının) qeydiyyata alınmasına görə      - 2 manat

Şəxsiyyət vəsiqəsinin və pasportun itirilməsinə və ya qəsdən korlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən on beş manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir.

 
Ümumvətəndaş pasportu

“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanunu 14 iyun 1994-cü il tarixdə qəbul olunmuşdur. 

Azərbaycan Respublikası vətəndaşının pasportu Azərbaycan Respublikasının ərazisindən kənarda vətəndaşın şəxsiyyətini təsdiq edən, habelə ona ölkədən getmək və ölkəyə gəlmək hüququnun həyata keçirilməsi üçün verilən vahid sənəddir. Pasport 18 yaşına çatmış, müstəsna hallarda isə təhsil almağa, beynəlxalq tədbirlərdə iştirak etmək, müalicə olunmaq və ya daimi yaşamaq üçün xaricə gedən 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşına verilir və bütün ölkələrə getmək üçün etibarlıdır.

“Ölkədən getmək, ölkəyə gəlmək  və pasporlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin tələblərinə uyğun olaraq vətəndaş ümumvətəndaş pasportu verilməsi üçün xüsusi formalı ərizə-anketi , 2 ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkili, şəxsiyyət vəsiqəsinin surətini və dövlət rüsumununun ödənilməsi barədə qəbzi növbə qaydasında Pasport şöbəsinə təqdim etməlidir.

 
“Dövlət rüsumu haqqında” Azərbaydan Respublikasının 28 noyabr 2006-cı il tarixli Qanunu ilə Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportunun verilməsinə və dəyişdirilməsinə görə-5 (beş) iş günü müddətində-120 manat, beş iş günündən sonrakı müddətdə verildikdə yaxud Azərbaycan Respublikası vətəndaşının və ya onunla gedən şəxslərin təcili müalicəsi, yaxud xaricdə yaşayan yaxın qohumunun ağır xəstəliyi, ölümü və ya digər müstəsna hallarda 2 (iki) gün müddətində verildikdə-40 manat müəyyən edilmişdir.
Göstərilən rüsum formalarının tətbiqi ilə cari ilin mart ayının 15-dən etibarən ümumvətəndaş pasportunun 10 (on) illik müddətə verilməsi nəzərdə tutulmuşdur.

Ümumvətəndaş pasportunun verilməsi hazırda respublika üzrə fəaliyyət göstərən 6 (altı) regional mərkəz (hər biri 10-15 şəhər-rayonu əhatə etməklə) vasitəsilə həyata keçirilir. Ümumvətəndaş pasportunun itirilməsinə və ya qəsdən korlanmasına görə minimum əmək haqqı məbləğinin on beş mislindən iyirmi beş mislinədək cərimə nəzərdə tutulur.

DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi


 

«MediaPost Azərbaycan»

767 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Amin,  e-mail; Yaqub.Nezerov@mail.ru | 02.08.2013 | 19:26:18
Salam.Mən rayonda qeydiyyatdayam.şəxsiyyət vəsiqəm paltaryuyan maşınında korlanıb,sıradan çıxıb.bunun üçün nə qədər rüsum ödəməli və neçə günə yeni vəsiqə ala bilərəm.təşəkkür edirəm.

admin,  e-mail; editor.mpa@gmail.com | 27.11.2012 | 16:39:35
Şəxsiyyət vəsiqəsinin və pasportun itirilməsinə və ya qəsdən korlanmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsinə əsasən on beş manatdan iyirmi beş manatadək miqdarda cərimə edilir.

ra,  e-mail; remiw1983@mail.ru | 27.11.2012 | 15:38:56
salam?şəxsiyyət vəsiqəsi 24.11.2012 il tarixdə itib.Yenidən vəsiqə almaq üçün cərimə ödəməliyəmmi,ödəməliyəmsə,nə qədər?dövlət rüsumu nə qədərdi və neçə günə verilir?

Gul,  e-mail; gulnaros@hotmail.com | 19.11.2012 | 14:12:43
Salam.Mən rayonda qeydiyyatdayam.8 İlə yaxındır ki Bakıda yaşayıram.İşləyirəm. Yeni evliyəm . Şəxsiyyət vəsiqəsini dəyişmək istəyirəm. Bunun ucun qeydiyyatda olduğum rayona getmək məcburiyyətindəyəm.İşlədiyim üçün işdən icazə alamaq cətinlik yaradır. Men şəxsiyyət vəsiqəsini Bakıda dəyişdirə bilərəmmi? Xatırldaım ki 8 ildir burda yaşayıram evimizdə var amma "kupca" yoxdur o uzden qeydiyyata da almirlar.Mən şəxsiyyət vəsiqəmi Bakıdan ala bilərəmmi, Təşəkürlər

admin,  e-mail; editor.mpa@gmail.com | 22.09.2012 | 10:06:16
Qəzənfər müəllim,Ümumvətəndaş pasportunun alınması üçün vətəndaş daimi qeydiyyatda olduğu ərazi üzrə BPQMİ-nin regional bölmələrinə müraciət etməlidir

Qezenfer,  e-mail; qezenfers@mail.ru | 22.09.2012 | 07:01:34
Salam! Mən Qəbələ rayonunda qeydiyyatdayam, ancaq Bakı şəhərində yaşayıram, Bakıdan xarici pasport ala bilərəmmi? Öncədən öz təşəkkürümü bildirirəm!

admin,  e-mail; editor@mediapostaz.com | 27.10.2010 | 10:17:41
“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 18 yaşına çatmamış uşaqların ölkədən çıxarılması və ölkəyə gətirilməsi üçün digər valideynin natorial qaydada təsdiq olunmuş razılığı olmalıdır.

nadir,  e-mail; nadiraqaev@rambler.ru | 22.10.2010 | 22:05:10
18 yaşına çatmamış uşaqların şəkli və qeydiyyatı valideynin paspotunda göstərilibsə ölkədən , digər valideynin razılığı olmadan çıxarıla bilərmi? Bu haqqda qanun varmı?

 
Online TV (tezliklə)
Media Post
Meg Whitman Hire Suggests Grand Ambitions For Katzenberg
If the working name wasn’t enough of a sign (there’s TV, and there’s New TV), the company made a major splash in the technology and media worlds this week when...
Trump willing to be questioned ‘under oath’ in Russia collusion probe
President Donald Trump said Wednesday he would "love" to be questioned under oath by Russia collusion prosecutor Robert Mueller, saying it could happen in the coming weeks.
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)

Bayraq - öz yurduma öz hakimliyim



 



Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
100 Böyük Azərbaycanlı
Qalib Qadir
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
TQDK və Təhsil Nazirliyi; Toplananların yerini dəyişəndə cəm dəyişmir!
Orxan Məmmədli
 
Təqvim-arxiv
«

2018

»
«

August

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31    
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium