saytda vebdə
Müstəqil Internet qəzeti
Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
Son xəbərlər:
Dünya

Misiri tərk etməyimizə elə bir ehtiyac görmürük. Buradayıq. Səfirlik öz fəaliyyətini davam etdirir / 05.02.2011

Azərbaycanın Misirdəki səfirliyinin birinci katibi Elnur İsmayılov fevralın 4-də “Media forum” saytının suallarını cavablandırıb. O, Misir olayları, eləcə də Azərbaycan səfirliyindəki vəziyyətlə bağlı məlumat verib.

- Misirdə vəziyyət gərgin olaraq qalır. Bu anlarda paytaxt Qahirədəki Təhrir meydanına Hüsnü Mübarək tərəfdarları və əleyhdarları axışırlar. Böyük ehtimalla bu gün hansısa ciddi hadisə baş verəcək. Əleyhdarlar tələb edirlər ki, bu gün Mübarək hakimiyyətdən getməlidir. Biz də burada prosesləri izləyirik. Hər an burada vəziyyət dəyişir. Proqnoz vermək çox çətindir. Yəni bilmək olmur bir saatdan sonra nə baş verəcək...

- Səfirlikdə vəziyyət necədir?

- Səfirlik fəaliyyətini davam etdirir. Azərbaycan vətəndaşları bizə müraciət edirlər və öz yardımımızı göstəririk. Yanvarın 30-da cənab prezident İlham Əliyevin göstərişi ilə gəlmiş təyyarədə 103 nəfər Azərbaycan vətəndaşı Qahirəni tərk edib. O gündən indiyə kimi daha 60 nəfər Misirdən təxliyə olunub. Hazırda müraciətlər qəbul olunur. Çalışırıq ki, onların da Azərbaycana gedişini təmin edək.

- Hazırda neçə müraciət baxılma mərhələsindədir?

- Kim getmək istəyirsə, ona yardım edirik. Müraciət edənlər arasında elələri var ki, hələ vəziyyətin neçə olacağını gözləyir. Türk Hava Yolları ilə əməkdaşlıq edirik. Bu qurum vasitəsilə vətəndaşlarımızı İstanbula çıxarırıq. Oradan isə Azərbaycana yola salınır.

- Fevralın 4-də kiminsə göndərilməsi nəzərdə tutulubmu?

- Bir nəfər həmyerlimiz Xurqada şəhərindədir. Hazırda onun “Trans Air” şirkətindən Moskvaya, oradan da Bakıya göndərilməsini xahiş etmişik. Bilet almaq çox çətindir, amma bizə söz veriblər ki, fevralın 4-də həmin soydaşımızın Misirdən çıxmasını təmin edəcəklər.

- Məlumat varmı ki, Misirdə nə qədər azərbaycanlı qalıb?

- Belə bir məlumat var. Təəssüflər olsun ki, Misirə gələndə azərbaycanlıların bir çoxu səfirliyə müraciət edib qeydiyyata düşmür. Bu da bizim üçün çətinliklər yaradır. Misir həm də istirahət yeridir. Bura turistlər bir həftəlik, on günlük gəlirlər. O səbəbdən də çoxları qeydiyyata düşməyə ehtiyac görmür. Misal üçün, bu ərəfədə 20 nəfəri Xurqada şəhərindən çıxarmışıq. Onlar istirahətə gələnlər idilər. Eyni zamanda, Şərm əl-Şeyxdə 9 nəfər vardı. Fevralın 3-də eyni qayda ilə onları Bakıya göndərdik.

Misirdə azərbaycanlılar qalır. Azdırlar. Hətta burada olanlara özümüz getməyi təklif edirik. Hələlik getmək istəmirlər. Qeyd edim ki, hazırda İsgəndəriyyə şəhərində də 4-5 nəfər tələbəmiz qalıb. Mütəmadi əlaqə saxlayırıq. Onlar da Misiri tərk etmək istəmirlər.

Bir fakt qeyd edim. Bizə Dubaydan bir nəfər zəng edib demişdi ki, qardaşı Şərm əl-Şeyxdədir. Nömrə verdilər, əlaqə saxladıq. Həmin şəxs musiqiçi olduğunu və burada müqavilə əsasında çalışdığını dedi. Hələ ki, ölkəni tərk etmək istəmədiyini bildirdi. Ondan soruşduq ki, nəyə görə səfirlikdə qeydiyyata düşməmisiniz? Cavab verir ki, buna indiyə qədər ehtiyac görməyib.

- Səfirliyin neçə əməkdaşı var və onların neçəsi Misirdədir?

- Hazırda Azərbaycan səfirliyində üç nəfərik. Cənab səfir Şahin Abdullayev, mən və Ayaz Bağırov. Qalanları Bakıya qayıdıb və biz də öz ailə üzvlərimizi göndərmişik.

- Hansı halda siz də Misiri tərk edə bilərsiniz? Belə hal gözləniləndirmi?

- Misiri tərk etməyimizə elə bir ehtiyac görmürük. Buradayıq. Səfirlik öz fəaliyyətini davam etdirir.

- Harada qalırsınız?

- İşdən sonra cənab səfirin evində qalırıq.

- Səfirliyin binası qaynar nöqtələrə yaxındır?

- Hadisələr şəhərin mərkəzində, Təhrir meydanında baş verir. Səfirliyin binası isə Maadi rayonunda yerləşir. Bu rayonda xarici vətəndaşlar yaşayırlar. Hazırda Misir həbsxanalarından çoxlu məhbus qaçıb. Mütəmadi olaraq bu rayonda yerləşən evlərə qaçqın məhbuslar basqın edir, xaricilərin evlərindən oğurluq edirlər. Yəni bu rayon təhlükədən uzaq deyil. Misir polisi səfirliyimizi mühafizə etmir, təhlükəsizliyimizi özümüz qoruyuruq. Buna görə də hər an bir yerdə olmağa çalışırıq. Burada komendant saatı var, ona əməl edirik. Düzdür, Misir əhalisi komendant saatına riayət etmir. Hamı küçədə, mitinqdədir.

- Kommunal vəziyyət necədir? Qaz, işıq, su varmı?

- Kommunal xidmətlə bağlı problem yaşamırıq.

- Bəs ərzaq təminatı?

- Bəli, ərzağımız var. Fevralın 3-dən bəri bəzi dükanlar 1-2 saatlığa açılır. Bu ərəfədə müəyyən qədər ərzaq əldə etmişik.

- Ölkədə elə diplomatik nümayəndəlik varmı ki, fəaliyyətini dondursun və səfirlik işçiləri hamılıqla ölkəni tərk etsin? Yoxsa digər həmkarlarınız da sizin qaydada işləyir? Yəni ailələri və əksər işçiləri ölkədən çıxarıb üç-dörd nəfərlə qalıblar?

- Bir çox böyük dövlətlərin səfirlikləri öz vətəndaşlarını Misirdən çıxarmaqla məşğuldur. Eləcə də bir sıra ərəb dövlətləri var ki, onlar ümumiyyətlə səfirliklərini bağlayıb ölkəni tərk ediblər.

- Azərbaycan Xarici İşlər Nazirliyi Misirdəki səfirliyimizin əməkdaşı Nicat Qocayevin faciəli ölümü ilə bağlı Misir hökumətinə nota təqdim etmişdi. Yəqin ki, vəziyyətlə əlaqədar olaraq həmin notaya cavab yoxdur. Səfirlik müvafiq strukturlarla əlaqə saxlayırmı? Azərbaycan tərəfinə bir cavab verilibmi?

- Nicat Qocayevin öldürülməsini araşdırmaq bu saat səfirliyin bir nömrəli işidir. Cənab səfir özü dəfələrlə Misirin Xarici İşlər Nazirliyi ilə əlaqə saxlayır. Amma təəssüf ki, hadisələrlə bağlı bir irəliləyiş yoxdur. Notaya da hələlik cavab yoxdur. Vəziyyət sakitləşəndən sonra bu notaya cavab tələb edəcəyik.

- Azərbaycan tərəfi ilə, xüsusilə də Xarici İşlər Nazirliyi ilə mütəmadi əlaqələr yaradırsınız. Hansısa xüsusi tapşırıq varmı ki, səfirlik fövqəladə halda nə etməli, necə davranmalıdır?

- Bizim Azərbaycan Xarici İşlər Nazirliyi ilə təmasımız var. Bizi hər gün təlimatlandırırlar və həmin təlimatlara uyğun hərəkət edirik. Eyni zamanda, bizə xüsusi tapşırıq odur ki, Misirdən Azərbaycan vətəndaşlarının çıxarılmasına kömək edək. Çalışırıq ki, bunu yerinə yetirək.

- Misirdə məktəblər, universitetlər fəaliyyət göstərirmi?

- Bizim burada misirli tanışlarımız var və onlarla əlaqə saxlayırıq. Hazırda onlar işləmirlər. Misirdə bazar günü iş günüdür. Onlara xəbər göndərilib ki, bazar günü işə çıxsınlar. Böyük ehtimalla bazar günü işə başlayacaqlar.

İmdad ƏLİZADƏ



«MediaPost Azərbaycan»

301 dəfə oxunub

Sual, təklif və şərhlərinizi lütfən editor.mpa@gmail.com ünvanına göndərin!

Nazim,  e-mail; Mirzoyev-nazim@mail.ru | 20.02.2011 | 22:48:23
NICAT QOCAYEV-in hasi seraitde helak olmasini niye gizli saxlanilir?

 
Online TV (tezliklə)
Media Post
КЗЖ призывает Путина обеспечить прекращение угроз журналистам со стороны чеченских властей
«Нам непонятно, почему над сознанием российских граждан проводят чудовищные по своему цинизму и ненависти к России эксперименты такие откровенно вражеские штаб-квартиры пятой колонны, как «Эхо Москвы» и «Дождь»
Ярославские Азербайджанцы отметили 26-ую годовщину кровавой событии!
Ярославская региональная общественная организация азербайджанская национально-культурная автономия (ЯРООАНКА) как все   Азербайджанцы всего мира отметили 26-ую годовщину Кровавой событии, которая произошла 20января 1990году в городе Баку
International journalists killed at high rate in 2014
Syria is the world’s deadliest country for journalists for the third year in a row
Apple
The 53-year-old Alabama native and self-described "son of the South", who has spoken out against discrimination of lesbian
Iraqi Kurdish forces enter Syria to fight Islamic State
Kobani, on the border with Turkey, has been encircled by the Sunni Muslim insurgents for more than 40 days
Ответ Путина на письмо Зори Балаяна

Не понимаю я и того, что за человек Серж Азатович. Неужели президентом может стать тот, кто не имеет даже капли достоинства?
Зори Гайкович, писем мне больше не пишите – в России нехватки в туалетной бумаге нет.

Obama to Muslims: ‘Ramadan Kareem’
“On behalf of the American people … I want to extend best wishes to Muslims in America and around the world. Ramadan Kareem,” the president said in a statement.
 
Oxucu məktubları
Goranboyun Buzlaq kəndindən şikayət!
Bir qrup Rezidentin hüquqları bərpa olundu!
Tikintidə dələduzluğun qarşısı necə alınmalı?
Respublika Prezidentinə vətəndaş müraciəti
I qrup əlil, YAP-ın üzvü, DSMF-nun Xətai rayon şöbəsindən şikayətçidir!





                  Azərbaycanın hər bölgəsi
                         haqqında bilgilər


Ən çox oxunan 10 səhifə

Xarici pasportun (Ümumvətəndaş pasportu) verilməsi üçün hansıı sənədlərin təqdim edilməsi tələb olunur?

“Yol hərəkəti haqqında” qanuna, Mülki Məcəlləyə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edildi

Əhalinin nəzərinə:“Azərsu” “Qaynar xətt”in nömrəsini dəyişdi

Mirşahin Ağayev özündən 22 yaş kiçik olan ANS-çi ilə 3-cü evliliyini rəsmiləşdirdi

Dövlət orqanlarının internet saytları

Fərdi ev tikənlərə şad xəbər

Bankdan kredit necə almaq olar?

Qobustan qayaüstü təsvirləri haqqında düşüncələr

Bayraq - öz yurduma öz hakimliyim

Texniki baxışdan keçirilmə müddəti və tələb olunan vəsait (yenilənib)



isteataturk.com


        


Dövlət orqanlarının
internet saytları     

Faydalı məlumatlar

 

Əhəmiyyətli telefon nömrələri



Qəzet və jurnalların web ünvanları


 
Düşüncələr
ANLAYA BİLMƏDİYİMİZ MÜASİRLİK, YOXSA?...
Rizvan Yardımlı
Azərbaycanı iki yerə parçalayan Türkmənçay
İşıqlı Atalı
Həqiqət – Qadağa – Kamillik (İçsəs)
Yolruh Atalı
Dindar, ateist-alim, idmançı…
Rüfət Soltan
Vətənkeş əxlaqı
Qalib Qadir
Ilk “avropalı” azərbaycanlı
Nərmin Məmmədli
Dövlətçiliyə Nurçuluq təhlükəsi
Yasin Türksoy
Sən Allah? Tamam unutmuşdum!... Müasir məmurun iş qrafiqi
Mübariz Əlibəyli
Alatorana qayıdış... AYB, daha doğrusu onun idealları sanki revanş götürüb...
Sabutay
«Təhsil Nazirliyi sərt addımlar atmağa başlayıb», yaxud «qaynar xətt» imitasiyası
Citizen Journalist
ANS, siz kimə xidmət edirsiniz?
Məhərrəm Azəri
Mirzə Səyyah «Quba»da
Mirzə Səyyah
 
Təqvim-arxiv
«

2017

»
«

November

»
    01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30      
             
Lütfən münasibət bildirin!

Evləri sənədsiz olan vətəndaşların statusu:
Ünvansız vətəndaşlar
Dövlət həmin evlərin sənədləşdirilməsi üçün çalışır
SOCAR istədiyi zaman bomja çevirir
 
Digər Sorğular
 



      Hara gedir sabahımız?





Polis və qanun!
Fotolar



Əsas səhifə|Cəbhə|Ölkə|Xəbərlər|Cəmiyyət|Siyasət|Mədəniyyət|Dünya|Replika|Zəriflər|Maraq dünyası|Sağlam həyat|İdman|Turizm|
Fotoqalereya| Video| Haqqımızda| Əlaqə|
BAŞ REDAKTOR: Qalib Əhmədov
"MediaPost Azərbaycan" müvafiq dövlət qrumlarında qeydiyyatdan keçmişdir
Redaksiyanın və müəllifin mövqeyi fərqli ola bilər
Saytdakı materiallardan istifadə edərkən istinad verilməsi zəruridir
MediaPost Azerbaijan, 2010 editor@mediapost-az.com editor.mpa@gmail.com
Ziyarətçilərimizin sayı 08.04.2011-dən indiyə kimi счетчик посещений
Designed by Premium